Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi





18.05.2012/ “JEK”lər özbaşına “zibil pulu”nu artırıblar

Bu qurumlar Tarif Şurasının qərarını pozurlar

“JEK”lər qanunsuz fəaliyyət göstərməsi azmış kimi onlara verilmiş səlahiyyətlərdən sui-istifadə edirlər. Bu qurumlar bələdiyyələrin səlahiyyətlərinə müdaxilə etdikdən sonra bir qədər irəli gedərək hökumətin müəyyən etdiyi tarifləri də istədiyi kimi dəyişirlər. "İqtisadi forum" jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlama verib.



07.02.2012/ Müəmmalı sayğac əməliyyatı
Son üç il ərzində “Azərenerji” ASC və onun yerli qurumları smart kart tipli sayğacların alınması və quraşdırılması prosesində ictimaiyyətdən nəyi gizlədiblər?

“Foto Mirzə” atelyesini Mingəçevirdə hamı tanıyır. Əvvələr burda Mirzə kişi çalışırdı, indi isə oğlu Elşad Mirzəyev atasının peşəsini davam etdirir. Şəhərdə keyfiyyətli iş gördürmək istəyənlərin əksəriyyəti bura üz tutur. Amma 2009-cu ilin yayında E.Mirzəyev müştərilərindən imtina etməyə məcbur oldu. Səbəb isə obyektə enerji verilişinin dayandırılmasıyla bağlıydı.


26.01.2012/ Nəqliyyat Nazirliyinin taksi standartları qanunsuzdur
Rövşən Ağayev: “Çünki sərnişin daşıma qaydalarına dəyişiklik Nazirlər Kabinetinin müstəsna səlahiyyətlərinə aiddir”

Nəqliyyat Nazirliyi taksi standartlarına etirazları nəzərə alıb müəyyən yumşalmaya getdi. Texniki durumu imkan verdiyi halda istismar müddəti 5 ildən çox olan maşınların taksi xidmətləri göstərə biləcəyi bəyan olundu. Amma avtomobilin rəngi yalnız ağ və ya bənövşəyi olmalıdır. Sovet istehsalı olan minik avtomobilləri də taksi xidmətləri üçün yararlı sayılmır.



23.01.2012/ Qazancımızın çox hissəsini ərzağa xərcləyirik
Cavid Xəlilov:  “Əhalinin xərclərində ərzaq xərclərinin payının getdikcə artması narahatçılıq doğurur”

Azərbaycanda əhali istehlak mallarının alınması xərclədiyi vəsaitin ¾-ü hissəsini ərzaq məhsullarına yönəldir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov “İqtisadi forum” jurnalına açıqlamasında bunu dünyada ən yüksək hədd kimi dəyərləndirib.



16.01.2012/ Kənddə su məsələsi

Ölkə əhalisinin 52 faizindən çoxunun yaşadığı kənd yerlərinin içməli su təchizatı faktiki olaraq dövlətin nəzarətindən kənarda qalıb. İçməli su təchizatına birbaşa cavabdeh olan “Azərsu” ASC isə yalnız Bakı və Abşeronun və qismən rayon mərkəzlərinin su təminatı ilə məşğul olur. Səhmdar cəmiyyətin xidmət göstərdiyi ərazilərdə bu işin öhdəsindən nə dərəcədə gəlib-gəlmədiyi bir yana, fakt odur ki, müasir Azərbaycan  kəndlərində nəinki içməyə yararlı, heç heyvanların suvarılması üçün də su tapılmır. Eləcə də Ermənistan Silahlı Qüvvələri ilə üzbəüz mövqedə yerləşən Tərtər rayonunun Qaynaq kəndində.



16.01.2012/ Kreditlərin 85%-i Bakıya axır...
Samir Əliyev: Banklar regionları kreditləşdirməkdə maraqlı deyillər

Bütün dünyada olduğu kimi, Azərbaycanda da kreditlər həyatımızın ayrılmaz hissəsinə çevrilib. Arzuladığımız evi, maşını, elektrotexnikanı, hətta mobil telefonu almaq üçün bank kreditlərinə üz tuturuq. Hazırda kredit bazarı çox zəif templə inkişaf etsə də, tələbatlarımızın müəyyən dərəcədə ödənilməsində kreditlərin rolunun artmasını hər birimiz hiss edirik.


16.01.2012/ Aranın susuz kəndləri
Bölgənin rayon mərkəzində belə, əhalinin 50-60 faizə qədəri suyu ya pulla alır, ya da “kaçalka” suyu içir

“Yağış yağanda sevinirik ki, Allaha şükür, heyvanımızı, toyuq-cücəmizi gölməçələrə yığılan su ilə bir müddət dolandıra biləcəyik. Özümüz isə içməli suyu kəndin ortasındakı qaynamadan götürürük. Mən yaşımın bu çağında gündə 5-6 dəfə kəndin aşağısından gəlib, burdan su götürürəm”.



09.01.2012/ Rusiya səfirliyinin Bakıda iqamətgahının tikilməsi üçün 4,5 milyon manat ayrılıb

Hökumət Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə 4,5 milyon manat məbləğində vəsait ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.



09.01.2012/ Mərkəzi Bank “Boeing” təyyarələri almaq üçün AZAL-a 57,8 milyon manatlıq kredit ayırıb
Mərkəzi Bank “Boeing” təyyarələrinin alınması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə 57,8 milyon manat məbləğində kredit ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.


06.01.2012/ Təmiz su problemi

Ötən il dövlət başçısının sərəncamı əsasında ayrı-ayrı rayonlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manatdan çox vəsait ayrılıb. Kənd məntəqələrində sutəmizləyici qurğuların qurulması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.



06.01.2012/ Azərbaycan Bosniya və Hersoqovinada körpü tikintisinə 500 min dollardan çox vəsait ayırıb
Azərbaycan hökuməti Bosniya və Hersoqovinada «Dostluq Körpüsü»nün tikintisinə 408 min 564 avro məbləğində vəsait ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.


23.12.2011/ "İstehlak kreditləri haqqında" Qanun qəbul olunmalıdır
Samir Əliyev: "Müştərilərin hüquqlarının kütləvi pozulduğu bu sahə ayrıca qanunla tənzimlənməlidir"

“Təəssüf ki, bir sıra banklar kreditə ehtiyacı olan şəxslərə düzgün olmayan və ya natamam məlumatlar verir. Nəticədə bank məhsullarının istehlakçısı olan müştərilərin hüquqları pozulur. Belə halların qarşısını almaq məqsədilə hökumət təcili olaraq “İstehlak kreditləri haqqında” qanun qəbul etməlidir”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə mətbuata açıqlamasında bildirib.


16.12.2011/ Üzümçülüklə bağlı dövlət proqramı peşəkar işlənməyib
İqtisadçı-ekspert Rövşən Ağayev sənədin çatışmazlıqlarını şərh edir

Ölkə prezidentinin sərəncamı ilə Azərbaycanda üzümülüyün və şərabçılığın inkişafına dair dövlət proqramı təsdiq olunub. Bu sənəd ölkəmizdə aqrar sektorun inkişafı üçün nə vəd edir? “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İB-nin sədr müavini Rövşən Ağayev təsdiqlənən dövlət proqramını şərh edib.



06.12.2011/ Simuzəri öldürən səbəb hələ də qalır

Kəndlərimizdə içməli suya əlçatanlıq standartlardan bəzən on dəfələrlə aşağıdır

Neçə il əvvəl kəndimizdə cavan bir gəlin ilan sancmasından dünyasını dəyişmişdi. Başqa kənddən bizim kəndə gəlin gələn Simuzəri ilan evlərindən bir neçə kilometr uzaqda olan bulaqdan (el arasında həmin bulağa “Topbulaq” deyilir -müəl.) su gətirərkən sancmışdı. O, özündən öndə gedən, belinə beton yüklənmiş uzunqulağın tapdalayıb hirsləndirdiyi ilanın qəzəbinə tuş gəlmişdi.



22.11.2011/ Səfirlərimiz nə qədər maaş alır?

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri arasından ən çox maaşı Yaponiyada, ən az maaşı isə Orta Asiya ölkələrində çalışan səfirlərimiz alır. "İqtisadi forum" jurnalının məlumatına görə, budget.az saytı bu barədə prezidentin müvafiq sərəncamına istinadən məlumat verir.



<<  <  1 2 3 4 5  >  >>

INVESTOR QALEREYASI
Yunanıstan avro üçün yalnız ilk sınaqdır
Investor qalereyasinin testi2
Investor qalereyasinin testi

© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV