Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Cəmiyyət

16.01.2012/ Kənddə su məsələsi

Ölkə əhalisinin 52 faizindən çoxunun yaşadığı kənd yerlərinin içməli su təchizatı faktiki olaraq dövlətin nəzarətindən kənarda qalıb. İçməli su təchizatına birbaşa cavabdeh olan “Azərsu” ASC isə yalnız Bakı və Abşeronun və qismən rayon mərkəzlərinin su təminatı ilə məşğul olur. Səhmdar cəmiyyətin xidmət göstərdiyi ərazilərdə bu işin öhdəsindən nə dərəcədə gəlib-gəlmədiyi bir yana, fakt odur ki, müasir Azərbaycan  kəndlərində nəinki içməyə yararlı, heç heyvanların suvarılması üçün də su tapılmır. Eləcə də Ermənistan Silahlı Qüvvələri ilə üzbəüz mövqedə yerləşən Tərtər rayonunun Qaynaq kəndində.



16.01.2012/ Aranın susuz kəndləri
Bölgənin rayon mərkəzində belə, əhalinin 50-60 faizə qədəri suyu ya pulla alır, ya da “kaçalka” suyu içir

“Yağış yağanda sevinirik ki, Allaha şükür, heyvanımızı, toyuq-cücəmizi gölməçələrə yığılan su ilə bir müddət dolandıra biləcəyik. Özümüz isə içməli suyu kəndin ortasındakı qaynamadan götürürük. Mən yaşımın bu çağında gündə 5-6 dəfə kəndin aşağısından gəlib, burdan su götürürəm”.



28.02.2011/ “KORRUPSİYA İLƏ MÜBARİZƏ BELƏ APARILMIR”
Azər Mehdiyev: “Azərbaycanda idarəetmə sistemi özü bütövlükdə korrupsiya mexanizminə əsaslanır”

Azərbaycanda antikorrupsiya kampaniyasının 1 ayı arxada qaldı. Yanvarın 27-də Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin sədrliyi ilə keçirilən korrupsiyaya qarşı mübarizə tədbirləri sonradan bütün hökumət strukturlarını əhatə etdi. Bir çox nazirliklərdə məmurların cəzalandırılması, rüşvətin ləğv olunması xəbərləri gəldi. Ancaq ötən bir ay daha çox ciddi bahalaşma ilə yadda qaldı. Bəzi ekspertlərə görə, bahalaşma oliqarx məmurların antikorrupsiya kampaniyasına etirazıdır.



25.02.2011/ Dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı dayandırılıb
İTYİB: Dövlət və yerli özünüidarə orqanlarının təsərrüfat cəmiyyətlərinin iştirakçıları kimi çıxış etmək hüququ təmin edilməlidir
 
Fevral ayının 17-dən sonra Vergilər Nazirliyi dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı tamamilə dayandırılıb. Buna səbəb “Normativ hüquqi aktlar haqqında” qanunun qüvvəyə minməsidir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi açıqlama yayıb.


23.02.2011/ MDB iqtisadiyyatı 2010:
Azərbaycan investisiyanın artım tempi və aşağı inflyasiya səviyyəsinə görə liderdir

Ötən il Azərbaycan əsas kapitala investisiyanın artımı və inflyasiyanın aşağı səviyyədə saxlanmasına görə MDB ölkələri arasında lider, sənaye istehsalının artım tempinə görə sonuncu olub. “İqtisadi forum” jurnalının məlumatına görə, MDB dövlətlərarsı Statistika Komitəsi 2010-cu il üzrə statistik məlumatları açıqlayıb.



15.02.2011/ 2011-ci ilin 3,4 milyard manatlıq investisiya büdcəsi
Rövşən Ağayev: “Hökumət gizli subsidiyalaşmadan açıq subsidiyalaşmaya keçib”

2011-ci ilin investisiya proqramına nəzər saldıqda aydın olur ki, kifayət qədər böyük miqdarda vəsaitlər ayrılıb. Nazirlər Kabinetinin 26 yanvar tarixli 21 saylı sərəncamı ilə təsdiqlənən investisiya proqramı ümumilikdə 418 layihəni nəzərdə tutur. İnvestisiya büdcəsi isə 3 milyard 380 milyon manat təşkil edir. Proqramda ən böyük xərc istiqamətlərini nəqliyyat layihələri təşkil edir. Bu istiqamətə ötən ilkindən 305 milyon manat az vəsait ayrılıb. Proqramda diqqət çəkən maraqlı məqam odur ki, bu il Əzizbəyov-hava limanı yoluna vəsait ayrılmayıb. Məlumat üçün bildirək ki, həmin layihəyə dövlət büdcəsindən 6 ildə 360 milyon manat vəsait xərclənib.



11.11.2010/ Aran kəndlərinin su axtarışı...
“bp-Azərbaycan”ın tərəfdar olduğu şirkətlərlə birliklə neft kəmərinin keçdiyi ərazilərdə quraşdırdığı sutəmizləyici qurğular digər bölgələr üçün də nümunə ola bilər. Artıq ölkənin içməli su qıtlığının müşahidə olunduğu bölgələrdən bu qurğuların tikintisi, onun idarə edilməsi mexanizmlərinə maraq göstərilir. Belə ki, Mərkəzi Aran rayonlarından olan bələdiyyə qurumları və ictimai təşkilatlar bp-nin bu təcrübəsindən bəhrələnmək niyyətindədir.


17.05.2010/ Evlərin qiyməti düşməkdə davam edəcək
Rəşad Əliyev: “Sentyabrda bazarda qiymətlərin sabitləşməsini müşahidə etmək olacaq”

Ölkədə iqtisadi aktivliyin artması və daşınmaz əmlak bazarına nikbin əhval-ruhiyyənin mövcudluğu ehtimalının aşağı olması səbəbindən yaxın bir neçə ayda evlərin qiymətləri düşməkdə davam edəcək. Üstəgəl yay aylarında bir qayda olaraq daşınmaz əmlak bazarında aktivliyin aşağı düşməsi də qiymətləri ucuzlaşdıran amillərdəndir. Bu barədə qiymətləndirici-ekspert Rəşad Əliyev “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.



04.05.2010/ Yumurta 20% bahalaşıb
Mart ayında kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 2,1 faiz artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi xəbər verib.


02.05.2010/ Azərbaycanda fəaliyyət göstərən bankların optimal sayı nə qədər olmalıdır?

“İqtisadi forum” jurnalının internet saytında yerləşdirdiyi “Sizcə, Azərbaycanda fəaliyyət göstərən bankların optimal sayı nə qədər olmalıdır?” məzmunlu sorğusunda iştirak edən 34 respondentin 23-ü bankların mövcud sayının azaldılması fikrini dəstəklədiyini bildirib.



13.09.2009/ Obamanın səhiyyə islahatları

Ölkədə bununla bağlı narahatlıqlar var

ABŞ prezidenti Barak Obama bildirib ki, səhiyyə sistemində islahatların aparılması sığorta sistemində stabilliyi təmin edəcək və sığorta ödənişlərində boşluqlardan qaçmağa insanlara kömək edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, sentyabrın 12-də bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama verib.



31.07.2009/ TƏHSİL QRİPİ

Rövşən AĞAYEV, İTYİB-nin sədr müavini

Ali məktəblərə builki qəbul imtahanlarının nəticələri Təhsil Nazirliyi və Tələbə Qəbulu üzrə Dövlət Komissiyası arasında uzun zamandan bəri hökm sürən pərdəarxası çəkişmələrin daha da sərtləşməsilə yadda qaldı. İndi qarşılıqlı ittihamlar mətbuat vasitəsilə açıq səsləndirilir: TQDK abituriyentlərin testdə nümayiş etdirdikləri zəif nəticələri orta təhsilin bərbad vəziyyətdə olması, Təhsil Nazirliyi test suallarının bilərəkdən qəlizləşdirilməsilə əlaqələndirir.



15.03.2009/ Bakı-Tiflis-Qars dəmir yolunun tikintisi sabahdan bərpa ediləcək
Sabahdan etibarən Bakı-Tiflis-Qars dəmir yolu layihəsi üzrə Gürcüstan ərazisində tikinti işlərinə yenidən başlanacaq.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV