Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Maliyyə

01.03.2010/ Qeyri-neftin ÜDM-də payı azalıb
Yanvar ayında ÜDM-in həcmi 3,212 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 72,7% və ya 1,4 milyard manat çoxdur. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ilin yanvar ayında bu göstərici 1,86 milyard manat təşkil edib.


24.02.2010/ Yanvarda investisiya qoyuluşu artıb
Daxili investisiyaların 85%-i dövlətin payına düşür

2010-cu ilin yanvarında ölkənin iqtisadiyyatının inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 401,3 milyon manat həcmində investisiya yönəldilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,6 faiz çoxdur. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama yayıb.



16.09.2009/ ABŞ kəşfiyyatı texnikasını modernləşdirir
İdarənin rəhbəri xərclərin miqdarını açıqlayıb

ABŞ-ın kəşfiyat idarəsi hökumətin və ordunun kəşfiyyat xidmətinə ayrılan vəsaitin miqdarı açıqlanıb. Cari ildə bu rəqəm
75 milyard dollar olub. Əvvəlki illərdə kəşfiyyat idarəsi daha az pul xərcləyib. Belə ki, 2007-ci idə 43,5 milyard, 2008-ci ildə isə 47,5 milyard dollar büdcə pulu xərcləyib.


13.09.2009/ Kredit qoyuluşu ARDNŞ-in hesabına artıb
Ancaq özəl sektorun payı azalıb

Kredit qoyuluşunun artımında son aylar müşahidə edilən nəzərə çarpmayan artımı hökumət ARDNŞ-ə ayrılan kredit hesabına diqqəti cəlb edən artımla əvəz edə bilib. Belə ki, dövlət iyul ayında neft sektoruna yönəlik kreditlərin həcmini 671,5 milyon manat artırmaqla ümumi kredit qoyuluşlarında dövlətin payını 45,6%-ə qaldırıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.



13.09.2009/ Əmanətlərdə manatın payı azalıb

Əhali əmanətlərin ümumi depozitlərdə payı 48%-ə düşüb

Son aylar depozit və əmanətlərin ümumi həcmində manatın payının azalma tendensiyası iyul ayında da davam edib. İyulda manatın ümumi depozitlərdə xüsusi çəkisi 31,6% olub. Halbuki iyunda bu göstərici 37,7% təkil edib. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.



13.09.2009/ Ən yüksək aşağı maaş
Avropada ən çox minimum əmək haqqını Lüksemburq və İrlandiya verir

Avropa Birliyində işçilərinə ən yüksək əmək haqqı verən dövlətlər Lüksemburq və İrlandiyadadır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Eurostat statistik agentliyinin məlumatları əsasında Forbes jurnalının tərtib etdiyi reytinq cədvəlində göstərilir.



13.09.2009/ 1,38 trilyon dollar
ABŞ-ın büdcə kəsiri tarixi maksimuma çatıb

Avqust ayının nəticəsinə görə, ABŞ-ın illik büdcə kəsiri 1,38 trilyon dollara çatıb. Bu göstərici  ölkə tarixində ən yüksək həddir. Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın Maliyyə Nazirliyinə istinadən xəbər verir.



12.09.2009/ Əhali 8 ayda istehlaka 7,5 milyard manat xərcləyib
2009-cu ilin yanvar-avqust aylarında ticarət şəbəkəsindən əhaliyə 7,5 milyard manatlıq istehlak malları satılıb. Bu isə 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 8,4 faiz çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.


12.09.2009/ 4 milyard dollarlıq müsbət saldo
2009-cu ilin yanvar-iyul aylarında Azərbaycan 126 ölkə ilə ticarət sahəsində 10.4 milyard ABŞ dolları məbləğində idxal-ixrac əməliyyatları aparıb. “İqtisadi forum” jurnalı bu barədə Dövlət Statistika Komitəsinə istinadən məlumat verib.


11.09.2009/ Yeni böhran gözlənilir
Alan Qrinspen: “Bu, insanın xislətindədir”

“Dünya yeni bir maliyyə böhranını yaşamalı olacaq, ancaq onun təbiəti başqa cür olacaq”. "İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Alan Qrinspen BBC-yə müsahibəsində bildirib.



11.09.2009/ BMT: 2009-cu ildə qlobal ÜDM ən azı 2,5% azalacaq
Dünyada baş verən maliyyə-iqtisadi təlatüm hələ də qarşısı alınmayan və bunu yaxın zamanlarda mümkün olması şübhə doğuran genişmiqyaslı resesiyaya gətirib çıxardı. 2009-cu ildə qlobal ÜDM ən azı 2,5% azalacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) yeni məruzəsində qeyd olunur.


10.09.2009/ Qlobal böhran islahatları stimullaşdırıb

“Doinq biznes 2010” hesabatında Azərbaycanı 38-ci yerdədir

Qloba iqtisadi böhran görünür, bir çox ölkələri iqtisadi sistemdə, o cümlədən sahibkarlıq fəaliyyətində islahatlar aparmağa sövq edib. Belə ki, 2008-2009-cu illərdə 131 ölkədə 287 islahat qeydə alınıb ki, bu da ötən illə müqayisədə 20% çoxdur. Ümumilikdə götürdükdə isə bu göstərici hesabatın dərc olunduğu 2004-cü ildən bəri ən yüksək həddir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “Doinq biznes 2010” hesabatında açıqlanır.



06.09.2009/ Kredit qoyuluşu 14% artıb
Cari ilin avqustun 1-nə ölkə iqtisadiyyatına yönəldilən cəmi kredit qoyuluşları 7229,2 milyon manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 13,6% çoxdur. Kredit qoyuluşlarının 262,4 milyon manatı vaxtı keçmiş kreditlərin payına düşüb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.


03.09.2009/ Bir daha pullu təhsil xaosu haqqında

Tanınmış iqtisadçı ekspert Rövşən Ağayev bu həftə ciddi bir məsələni gündəmə gətirib. “Media forum” saytında "Pullu təhsil xaosu" yazısı ilə çıxış edən ekspert göstərib ki, qüvvədə olan normativ-hüquqi aktlara əsasən, dövlətin pullu təhsil xidmətləri üzrə ödəniş haqlarını Tarif Şurası müəyyənləşdirməli olsa da, reallıq tam əksinədir: “Şuranın 23 iyul 2004-cü ildən 31 iyul 2009-cu ilədək qəbul etdiyi 55 qərar arasında təhsil haqlarının müəyyən olunması ilə bağlı hər hansı sənəd yoxdur. Əldə olunan məlumata görə, təhsil haqları dövlət ali təhsil müəssisələri rektorlarının əmrilə təsdiqlənir”.



11.08.2009/ Manat ucuzlaşır

Son aylar Azərbaycanın milli valyutası olan manat dünyanın əsas valyutalarına nisbətdə ucuzlaşır. Bu barədə “Iqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına istinadən məlumat verib.



11.08.2009/ Çirkli pulların “yuyulduğu” ölkələrin siyahisi hazırlanır

NK ölkəyə gətirilən və çıxarılan valyutaya dair məlumatların tərtib olunma formasını təsdiqləyib

Dövlət Gömrük Komitəsi bəzi ölkələrə aparılan və gətirilən valyuta sərvətlərinə dair məlumatları Maliyyə Monitorinqi Xidmətinə təqdim ediləcək. Bu barədə “Iqtisadi forum” jurnalına Mərkəzi Bankdan bildirilib.



18.07.2009/ FES tezliklə resesiyanın bitməsinə ümidlidir

ABŞ iqtisadiyyatında yeni silkələnmə ehtimalını da istisna etmirlər.

“İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FES) tezliklə resesiyanın bitəcəyini gözləyir, amma hesab edir ki, tənəzzüldən sonra bərpa dövrü xeyli zəif gedəcək. Bu barədə FES-in 23-24 iyun tarixində keçirilmiş yığıncağının protokolunda qeyd olunur. Ancaq yığıncaqda həlledici faiz dərəcəsini sıfır səviyyəsində saxlayıb.



18.07.2009/ Avropanın ən bahalı və ən ucuz ölkəsi

“İqtisadi forum” jurnalının məlumatına görə, iyulun 17-də Avropanın Statistika Agentliyi olan Eurostat növbəti hesabatını açıqlayıb. Hesabatda Avropanıın 37 ölkəsində (Rusiya və Ukrayna istisna olmaqla) satılan 2,5 minə qədər əmtəə və xidmətlərin qiymətlərinin müqayisəli təhlili əksini tapıb.



02.05.2009/ Britaniya kraliçası II Yelizaveta da yardımın ümidinə qalıb

“İqtisadi forum” jurnalının BBC radiosuna istinadən verdiyi məlumata görə, ötən il Britaniya kraliçası II Yelizaveta Avropa Birliyinin aqrar büdcəsindən 530 min avro məbləğində maddi yardım alıb. Yardımın məqsədi kraliçaya məxsus ferma və meşə  təsərrüfatını dəstəkləməkdir. Kraliçanın böyük oğlu Uels şahzadəsi Çarlz da həmçinin yardım alanlar sırasındadır. Şahzadəyə anasından 3 dəfə az - 180 min avro məbləğində yardım verilib. Britaniyanın iri mülkədarı olan Vestminster hersoquna isə 540 min avro ödənilib. 



07.04.2009/ Soros: Dünya iqtisadiyyatının bərpası 2010-cu ildən başlaya bilər

“Dünya iqtisadiyyatının bərpası müddəti hazırki böhranın dərinliyindən asılı olacaq. Ancaq onun artıq 2010-cu ildən başlayacağı istisana deyil”. "İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu barədə Reuters telekanalına açıqlamasında məhşur maliyyəçi Corc Soros bildirib. Onun fikrincə, nəhayət ki, siyasətçilər böhranın mahiyyətini və maliyyə sistemində hansı struktur səhvlərinin düzəldilməsinə ehtiyac olduğunu anlamağa başlayıblar. “Böhrana qədərki sistem tamamilə məhv edilib və artıq geriyə yol olmayacaq”, - deyə Soros vurğulayıb.



03.04.2009/ BÖHRAN MƏNGƏNƏSİ: BİZİ NƏ GÖZLƏYİR?
Mütəxəssislər böhranı iqtisadiyyatı müalicə edən təbii mexanizm adlandırır. Amma o ölkələr ki iqtisadiyyatın sabit inkişafı mərhələsində «dar gün» haqda düşünmür, «təbii müalicə»nin onlara köməyi olmur. Böhran illərində ən böyük itkilərə də məhz həmin ölkələr məruz qalırlar.




03.04.2009/ Samir ƏLİYEV - İTY İB-nin eksperti
Manat ucuzlaşacaq

Bir müddət manatın məzənnəsində davam edən sabitliyin sonu artıq yaxınlaşmaqdadır. Azərbaycanın milli valyutası olan manatın ucuzlaşması qaçılmazdır. Ola bilsin ki, hökumət bunu bir müddət etiraf etməsin. Amma ən uzağı yaya kimi manat dollarla ən azı bərabərləşəcək, yəni dəyərini itirəcək.


26.03.2009/ Dünya ticarəti 9% azalacaq
Dünya Ticarət Təşkilatı 2009-cu il üzrə proqnozunu açıqladı
Bu il dünya üzrə ticarət dövriyyəsinin məcmu həcmi 9% azalacaq ki, bu da II Dünya Müharibəsindən sonra ən iri azalma tempidir. Bu barədə Ümumdünya Ticarət Təşkilatının (ÜTT) hazırladığı yeni proqnozlarında deyilir.


25.03.2009/ Dollar ucuzlaşmağa başlayıb
Dolların mərkəzi bank tərəfindən müəyyənləşdirilən məzənnəsi son iki ay ərzində ən aşağı - 0,8026 manat həddinə düşüb
ABŞ dollarının həm qlobal valyuta kimi dünya iqtisadiyyatındakı rolu, həm də onun dəyərinin tədricən düşəcəyi proqnozlaşdırılır. “APA-Economics”in məlumatına görə, birinci hal dünya maliyyə böhranı artıq səngiməyə başlayarkən, ikinci hal isə ABŞ-da cari hesabın mənfi saldosunun 6-illik minimum səviyyəyə enməsi fonunda baş verməsi mümkündür.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV