Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Dövlət büdcəsinin effektiv, şəffaf və məsuliyyətli idarə olunması hər bir ölkənin sosial-iqtisadi sahədə strateji hədəflərinə yetişməsi üçün həlledici şərtlərdən biridir. Azərbaycan kimi iqtisadiyyatı və büdcə gəlirləri təbii resurslardan asılı olan ölkələr üçün dövlət büdcəsinin səmərəli idarəçilik mexanizmlərinin yaradılması xüsusilə mühüm əhəmiyyət kəsb edir. Bu heç də yalnız dövlət büdcəsinin maliyyə mənbələrinin şaxələndirilməsinin təmin edilməsini deyil, həm də büdə vəsaitlərinin daha səmərəli və şəffaf idarə edilməsi mexanizmlərinin yaradılmasını zəruri edir.
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dünya

01.11.2011/ Onilliyin ən surətli inkişaf edən iqtisadiyyatları
2000–2010-cu illər üzrə ən surətli inkişaf edən bazarların reytinginə ÜDM-in 13%-lik artımı ilə Qətər başçılıq edir. “İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın Ernst & Young (E&Y) audit firması və Oksford İqtisadiyyat İnstitutunun ekspertləri ÜDM-in ən yüksək artım templərinə malik 25 ölkənin siyahısını hazırlayıblar. 


14.10.2011/ Soros və tanınmışlar həyəcan təbili çalırlar
Corc Soros və 95 tanınmış Avropa Birliyi hökumətlərini qlobal maliyyə sisteminin dağılmasının qarşısını almağa çağırırlar

Avrozonanı yalnız Avropa ölkələri hakimiyyətlərinin təcili və əlaqələndirilmiş fəliyyəti xilas edə bilər. Əks təqdirdə Avropanın problemləri bütün dünyanın maliyyə sisteminin dağılmasına gətirib çıxaracaq. ABŞ milyarderi Corc Soros və Avropanın 95 tanınmış siyasətçi, iqtisadçı və iş adamı belə bir xəbərdarlıqlı məktubla Avropa Birliyinə müraciət edib. "İqtisadi forum" jurnalının məlumatına görə, məktub Financial Times-da dərc edilib. Məsələ ondadır ki, onların tıklif etdikləri tədbirlərin bir hissəsi AB-yə daxil olan bəzi ölkələrin konstitusiyalarına ziddir.



12.10.2011/ Əhalinin maliyyə savadlılığı və yoxsulluq

Vətəndaş cəmiyyəti bu mövzunu müzakirə etmək üçün Qırğızıstana yığışdı

Qırğızıstan hökuməti əhalinin maliyyə savadlılığının  artırılması üzrə Dövlət Proqramı hazırlayır. Proqramın hazırlanması prosesinə yerli vətəndaş cəmiyyət ilə yanaşı xarici ölkələrin, o cümlədən Azərbaycanın nümayəndələri cəlb edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu məqsədlə oktyabrın 7-8-də İssık Kul gölü yaxınlığında beynəlxalq konfrans keçirilib.


25.09.2011/ 2011-ci il üzrə dünya dövlətlərinin qabiliyyətsizlik reytinqi
Somalinin birinci olduğu siyahıda Azərbaycan 63-cüdür

ABŞ-ın iki aparıcı institutu – nüfuzlu Foreign Policy jurnalı və Amerika Sülh Fondu (The Fund for Peace) ictimai təşkilatı – dünya ölkələrinin “qabiliyyətsizlik” üzrə yeddinci ekspert reytinqini (Failed States Index – 2011) açıqlayıb. Bu ekspert reytinqi hakimiyyətin ölkənin ərazi bütövlüyünə, həmçinin ölkədəki demoqrafik, siyasi və iqtisadi vəziyyətə nəzarət etmək qabiliyyətini əks etdirir. Reytinqdə ilk yerləri başda Somali olmaqla 35 ən uğursuz ölkə tutur. Finlandiya başda olmaqla 12 ölkə isə əmin-amanlıq və dövlət institutlarının  stabilliyi zonasını formalaşdırır.



01.09.2011/ Dünyanın ən təhlükəsiz aviaşirkətləri
Avropa və ABŞ şirkətləri liderdir

Cenevrədən yerləşən Hava Nəqliyyatlarını Reytinq Agentliyinin dünyanın ən təhlükəsiz aviaşirkətlərinin siyahısını dərc edib. “İqtisadi forum” jurnalının Agentliy istinadən verdiyi xəbərə görə, ilk onluğu Britaniya, Fransa, Almaniya və ABŞ şirkətləri tutub.


18.02.2011/ Dünyanın ən bahalı otelləri Moskvadadır
Bu otellərdə bir gecəlik orta qiymət $415-dir

Ötən il dünyanın ən bahalı mehmanxana xidməti Moskva şəhərində olub. Rusiya paytaxtının mehmanxanaları artıq 6-cı dəfədir ki, fasiləsiz olaraq bu nominasiyaya layiq görülür. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Britaniyanın Hogg Robinson Group Plc. kampaniyasının illik hesabatında qeyd edilir.



17.02.2011/ Həyatımız tam "keyfiyyətli" deyil
“İnternational Living” jurnalı 2011-cu ilin Həyat keyfiyyəti İndeksini açıqlayıb

Azərbaycan 2011-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2011) ötən illə müqayisədə bir qədər yaxşılaşaraq 56 balla 106-cu yeri tutub. Ötən il ölkəmiz 51 balla 139-cu yerdə olub. “İqtisadi forum” jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər verir.



26.01.2011/ Azərbaycanın qeyri-azad iqtisadi azadlığı
Heritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb

Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 92-ci yeri tutub və əsasən qeyri-azad ölkələr kateqoriyasına daxil edilib. “İqtisadi forum” jurnalının məlumatına görə, Heritage Foundation 2011-ci il üzrə İqtisadi Azadlıq İndeksini (Index of Economic Freedom) açıqlayıb.


05.01.2011/ Yapon ekspertləri avronun ucuzlaşacağını proqnozlaşdırır

Avropa valyutası ilin sonuna 1,18 dollara düşə bilər

Yaponiyanın iri banklarından olan Mizuho Corporate Bankın ekspertləri 2011-ci ildə avronun ucuzlaşacağını proqnozlaşdırıblar. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər Avropa valyutasının martın sonuna 1,29 dollara, dekabrda isə 1,18 dollara düşəcəyini ehtimal edirlər.


05.01.2011/ Rusiyada uşaq müavinətləri artırılıb
Doğuşa görə müavinət $1080-ə qaldırılıb

Rusiyada yanvarın 1-dən etibarən bütün uşaq müavinətləri indeksləşdirilib. “İqtisadi forum” jurnalının məlumatına görə, ötən ilin dekabrında qəbul edilmiş federal qanuna görə, indeksləşdirmə uşaqlara qulluq üzrə aylıq müavinətlərin minimal ölçüsünə və uşağın ailələrə tərbiyəyə verilməsi zamanı nəzərdə tutulan birdəfəlik müavinətlərə tətbiq edilib.


06.12.2010/ Ukraynada bir sıra vergilərin dərəcələri azaldılır
Gələn ildən yeni Vergi Məcəlləsi qüvvəyə minir

Ukrayna prezidenti Viktor Yanukoviç yeni Vergi Məcəlləsini təsdiq edib. 2011-ci ilin yanvar ayının 1-dən etibarən ölkə əhalisi yeni vergi ödəyəcəklər. “İqtisadi forum” jurnalının Prezidentin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, yeni Məcəllə dövlət və yerli vergi və rüsumları tənzimləyir.



27.07.2010/ Azərbaycanda kölgə iqtisadiyyatı 63%-dən çoxdur
Dünya Bankı: “Dünyada kölgə iqtisadiyyatının payı artır”

Dünyada kölgə iqtisadiyyatı getdikcə genişlənməkdədir. Hazırda dünya iqtisadiyyatında onun çəkisi 35,5%-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankı bu günlərdə 151 ölkə haqqında hesabat açıqlayıb.



26.07.2010/ Big Mac İndeksinə görə, dollar 86 qəpik olmalıdır

Amerikanın “The Economist” jurnalı özünün ənənəvi Big Mac İndeksini hesablayıb. İndeksə görə, dünyada dəyəri ən çox şişirdilmiş valyuta Norveç kronudur. Paytaxt Osloda satılan məşhur hamburqerin qiyməti 7 dollardır. Jurnalın ekspertləri hesab edirlər ki, kronun dəyəri 2 dəfəyədək şişirdilib və əslində bu valyutanın dollara nisbətən dəyəri 6,25 yox 12,1 kron olmalıdır.



22.07.2010/ Rusiyada yaşayış minimumu 182 dollardır
Azərbaycanda isə 109 dollar

Rusiyada adambaşına düşən yaşayış minimumunun həcmi 2010-cu ilin I rübündə 182 dollar təşkil edib ki, bu da ötən ilin sonuncu rübü ilə müqayisədə 12,3 dollar çoxdur. “İqtisadi forum” jurnalının RİA «Novosti» agentliyinə istinadən verdiyi məlumata görə, baş nazir Vladimir Putin bununla bağlı müvafiq sərəncam imzalayıb.



22.07.2010/ Dünyanın ən varlı dövlət və hökumət rəhbərləri

Avropanın dövlət və hökumət başçıları arasında ən varlı şəxs İrlandiyanın baş naziri Brayan Kouen hesab olunur. Onun illik qazancı $342,4 min təşkil edir. Kouen dünyanın ən varlı rəhbərləri arasında 4-cü yeri tutur.



21.07.2010/ «Mançester Yunayted» — dünyanın ən bahalı komandasıdır
İngiltərənin «Mançester Yunayted» futbol klubu dünyanın ən bahalı idman komandasıdır. Onun kapitalı 1,8 milyard dollar qiymətləndirilir. Klub “Forbes” jurnalı tərəfindən tərtib olunmuş dünyanın ən bahalı idman komandaları siyahısına başçılıq edir. “İqtisadi forum” jurnalının məlumatına görə, ötən il «Mançester Yunayted» klubunun gəliri 459 milyon dollar təşkil edib.


09.07.2010/ BVF: Dollar ucuzlaşacaq
Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ABŞ dolları yaxın 5 ildə az da olsa ucuzlaşacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Fondun analitik departamentinin direktoru Devid Robinson dövrü mətbuata açıqlamasında bilirib.


02.07.2010/ Ən çox tıxacı olan şəhərlər
Böyük şəhərlər tıxac problemi ilə üzləşirlər. IBM Commuter Pain Survey təşkilatı iri şəhərlərdə nəqliyyat problemini araşdırmaq üçün qlobal tədqiqat aparıb. Tədqiqat nəticəsində Pekin, Mexiko və Yohannesburq  20 şəhər arasında əhalinin tıxaclardan ən çox əziyyət çəkdiyi meqapolis olduğu müəyyən edilib.


30.06.2010/ Futbol üzrə dünya çempionatının ən bahalı məşqçiləri

Rusiyanın “RİA Novosti” agentliyi ÇAP-da keçirilən futbol üzrə dünya çempionatında iştirak edən komandalara başçılıq edən məşqçilərin reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, reytinq cədvəli 32 ölkəni təmsil edən komandaların məşqçilərinin gəlirləri əsasında hazırlanıb.



16.06.2010/ Yaxın 10 ildə ərzaq 40% bahalaşacaq
Əhalinin tələbatını ödəmək üçün dünyada kifayət qədər ərzaq olmasına rəğmən bir qədər əvvəl qiymət sıçrayışı və iqtisadi böhran aclığın miqyasını genişləndirdi və ərzaq təhlükəsizliyini azaltdı. Xam malın qiyməti iki əvvəlki rekord səviyyə ilə müqayisədə ucuzlaşıb, ancaq onun ötən onillikdə qeydə alınan orta səviyyəyə qədər enməsi ehtimalı çox azdır.


14.06.2010/ Daha bir pul köçürm? sisteminin f?aliyy?ti dayand?r?ld?
Az?rbaycanda “M?GOM”-dan sonra “LEADER”-? qada?a qoyuldu

M?rk?zi Bank? “M?GOM” pul köçürm? sisteminin ard?nca “LEADER” sisteminin f?aliyy?tinin Az?rbaycanda dayand?r?lmas? il? ba?l? q?rar q?bul edib. “?qtisadi forum” jurnal? bu bar?d? Banka istinad?n m?lumat verir



09.06.2010/ Avronun ömrünə 5 il qalıb?
İqtisadçılar hesab edir ki, 2015-ci ilə kimi bu valyuta “yoxa çıxacaq”

Vahid Avropa valyutası çətin ki, 2015-ci ilə kimi yaşasın. “İqtisadi forum” jurnalının məlumatına görə, “Daily Telegraph” qəzetinin apardığı sorğuya London City-nin əksər iqtisadçıları bu fikirlə çıxış ediblər.


09.06.2010/ Qızıl yenə rekord vurur
Qiymətli metal $2000-ə qalxa bilər

Dünya əmtəə bazarlarında qızılın unsiyasının qiyməti 1250 dollar həddini keçməklə növbəti tarixi maksimuma imza atıb. “İqtisadi forum” jurnalının məlumatına görə, London birjasında qiymətli metalın dəyəri əvvəlki rekord həddi 2 dollar ötərək 1251,5 dollara kimi bahalaşıb.



08.06.2010/ Şokolad bahalaşa bilər
Kakonun qiyməti 21 illik maksumum həddə çatıb

Son günlər dünya əmtəə bazarlarında kakaonun bahalaşması müşahidə edilir. Bahalaşma nəticəsində bu əmtəənin qiyməti son 21 il ərzində ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalı bu barədə məlumat verir.



08.06.2010/ Toni Bler Liviya prezidentinin müşaviri oldu
Britaniyanın sabiq baş naziri Toni Bler Liviya prezidenti Muamara Qəddafinin müşaviri olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Daily Mail”qəzeti prezidentin oğluna istinadən xəbər verir.


31.05.2010/ Morgan Stanley: Avro daha da ucuzlaşacaq
Morgan Stаnley bankının analitikləri avronun dollara olan məzənnəsi ilə bağlı proqnozuna dəyişiklik edib. Bank hesab edir ki, ilin sonuna qədər Avropa valyutası $1,24-dən $1,16-a düşəcək.  “İqtisadi forum” jurnalının Bankın hesabatına istinadən verdiyi məlumata görə, proqnozun aşağı salınması Yunanıstanda yaranmış borc problemi nətcəsində investorların Avropa Mərkəzi Banka etimadının itməsi səbəbi ilə bağlıdır.


31.05.2010/ Qızıl $1500-ə kimi bahalaşacaq
2011-ci ilin sonuna dünya əmtəə bazarlarında qızılın bir unsiyasının qiyməti $1500-ə kimi bahalaşa bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bank of America Merrill Lynch bankının departament rəhbəri Fransisko Blanş Londonda keçirilən konfransda çıxışı zamanı bildirib.


27.05.2010/ Dünyada ən bahalı ofislər Londondadır
Ən bahalı icarə haqqı Londonda yerləşən elit ofislərə məxsusdur. “İqtisadi forum” jurnalının məlumatına görə, “CB Richard Ellis” konsaltinq şirkəti dünyada ən bahalı ofislərin yerləşdiyi şəhərlərin reytinqini tərtib edib.


21.05.2010/ Nestle kofelərindən ehtiyatlı olun!
Şirkət Rusiya bazarında bəzi məhsullarını çıxarır

Nestle şirkəti 100 qramlıq şüşə qablarda istehsal etdiyi müxtəlif adlı kofeləri Rusiya bazarında satışdan çıxarmaq barədə qərar qəbul edib. Şirkətin bu addımına səbəb qablara doldurulmuş kofenin içində şüşə qırıntılarının olması ehtimalıdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə şirkət açıqlama verib.


21.05.2010/ Rusiya yeni Yol Fondu yaradır
Rusiya hökuməti yolların tikintisi və təmiri üzrə büdcə fondunun yaradılması barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin baş naziri Vladimir Putin yol tikintisi üzrə yığıncağın yekununda bildirib.


17.05.2010/ Avro 98 qəpiyə düşdü
Avropa valyutası 1,10 dollara düşə bilər

“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 98,7 qəpiyə düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı həddidir. Dünya bazarlarında dolların bahalaşması müşahidə edilsə də, Azərbaycanda Mərkəzi Bank bazara müdaxilə hesabına bunun qarşısı alır.



14.05.2010/ Avro Azərbaycanda 8,5 illik minimuma endi
Avropa valyutası 1,10 dollara düşə bilər

“İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, Azərbaycanda avronun manata nisbətən rəsmi məzənnəsi 0,8 qəpik ucuzlaşaraq 1,0075 manata düşüb. Bu, 2002-ci ildən bəri ən aşağı həddidir. Dollar isə əksinə hələki sabitlik nümayiş etdirir.



10.05.2010/ ABŞ-da daha 4 bank bağlandı
4 ayda belə bankların sayı 68-ə çatdı

ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Korporasiya 4 bankın fəaliyyətinin bağlanması barədə qərar qəbul edib. Bununla da ölkədə 2009-cu ildə bağlanan bankların sayı 68-ə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Korporasiya açıqlama verib.



10.05.2010/ Dünyanın ən varlı anaları
“Forbes” jurnalı onların siyahısını tərtib edib

“Forbes” jurnalı 9 may - Analar günü münasibətilə dünyanın ən varlı analarının reytinqini tərtib edib. “İqtisadi forum” jurnalının məlumatına görə, siyahıya varidatı 1 milyard dollardan çox olan 70 nəfər daxil edilib.



10.05.2010/ 720 milyard avroluq antiböhran fondu
Avropa dünyada ən iri maliyyə mexanizmi yaradır

Avropa Birliyinin mayın 9-da keçirilmiş növbədənkənar yığıncağında 720 milyard avro həcmində antiböhran fondunun yaradılması qərara alınıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Birliyinə sədrlik edən İspaniyanın maliyyə və iqtisadiyyat naziri Elena Salqado açıqlama verib.



05.05.2010/ BMW ən bahalı avtomobil brendidir
Alman brendi BMW 2010-cu ildə dünyanın ən bahalı avtomobil brendi olub. “İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın "Millward Brown Optimor" tədqiqat şirkəti dünyanın ən bahalı brendlərinin "BrandZ Top 100" reytinqini dərc edib.


04.05.2010/ Dünyanın ən bahalı brendləri
“İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın "Millward Brown Optimor" tədqiqat şirkəti  dünyanın ən bahalı brendlərinin növbəti – beşinci "BrandZ Top 100" reytinqini dərc edib. Reytinqə görə, 2010-cu ildə siyahıya daxil edilən brendlərin cəmi dəyəri $2 trilyondan çox olub.


04.05.2010/ FİFA dünya çempionatından $1 milyard qazanacaq
FİFA-nın proqnozuna görə, 2010-cu ildə Cənubi Afrikada keçirilən futbol üzrə dünya çempionatının təmizi qazancı 1 milyard dollar təşkil edəcək. “İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə FİFA-nın baş katibi Cerom Valke açıqlama verib.


04.05.2010/ Dünyanın ən yaxşı ölkəsi hansıdır?
Almaniya KİV-ləri BBC dünya sosioloji xidmətinin sifarişi əsasında aparılmış sorğunun nəticələri barədə məlumatlar dərc edib. Sorğu ən yaxşı imici olan ölkələri müəyyənləşdirmək məqsədilə aparılıb. “İqtisadi forum” jurnalının məlumatına görə, sorğu 28 ölkədə yaşayan 30 min respondent arasında telefon və üzbəüz müsahibələr vasitəsilə aparılıb.


02.05.2010/ 90 milyardlıq nağdlaşdırma əməliyyatı
Rusiyada nağdlaşdırma ilə məşğul olan 4 azərbaycanlı tutulub

Moskvada uzun müddət nağdlaşdırma əməliyyatları ilə məşğul olan və 4 Azərbaycan vətəndaşının daxil olduğu mütəşəkkil cinayətkar qrup yaxalanıb. Hesablamalara görə, qrup iki il ərzində 90 milyard rubl məbləğində vəsaiti ölkədən kənara çıxarıb. “İqtisadi forum” jurnalının “РБК daily” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Daxili İşlər Nazirliyinin İqtisadi Təhlükəsizlik Departamenti açıqlama verib.



02.05.2010/ Qırğızıstan ÜDM-in artımına görə MDB-də liderdir
Azərbaycan isə 6-cı yerdədir

2010-cu ilin I rübündə Qırğızıstan iqtisadi artım tempinə görə MDB ölkələri arasında lider olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB Dövlətlərarası Statistika Komitəsi açıqlama verib.



02.05.2010/ Avropa ölkələrində büdcə kəsiri problemi
Ötən il Avropa ölkələri üçün ağır olub. 2008-ci illə müqayisədə Avropa Birliyin bütün ölkələrində büdcə kəsiri kəskin artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Eurostat agentliyinin statistik məlumatları bu qənaətə gəlməyə əsas verir.


01.05.2010/ Avronun vəziyyəti pisdir
Samir Əliyev: “Azərbaycan artıq məzənnə fərqində 450 milyon manat itirib”

Avro artıq neçə aydır ki, böhranlı günlərini yaşayır. Ötən il avronun bahalaşması problemi ilə üzləşən və buna görə hətta Çinə minnətçi düşən Avropa Birliyi indi öz valyutasının nüfuzunu itirmək təhlükəsi ilə üzləşib. Yunanıstanın düşdüyü bataqlığa İspaniya, Portuqaliya, İtaliya və İrlandiya düşmək üzrədir. Hazırda Yunanıstan 300 milyard dollarlıq borcunu qaytarmaq üçün Avropa Birliyi və BVF ilə danışıqlar aparır. Yunanıstan və Portuqaliya birlikdə avro məkanı üzrə ölkələrin ÜDM-nin 5 faizini təşkil edir.



29.04.2010/ Rusiyanın Mərkəzi Bankı uçot dərəcəsini 8%-ə saldı
Rusiyanın Mərkəzi Bankı Direktorlar Şurası aprelin 30-dan etibarən uçot dərəcəsini 0,25% azaldaraq 8%-ə endirmək barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bank açıqlama verib.


29.04.2010/ BVF: Avropanı təcili xilas etmək lazımdır
“Yunanıstanın böhrandan çıxmasını dəstəkləmək üçün təcili tədbirlərin görülməsinin vaxtı çatıb”.  “İqtisadi forum” jurnalının məlumatına görə, bu fikirləri BVF-nin rəhbəri Dominik Stross- Kan bildirib.


22.04.2010/ BVF böhranın zərərini “azaltdı”
Beynəlxalq Valyuta Fondu  dünya maliyyə böhranının vurduğu zərərin proqnozunu $2,3 trilyona kimi azaldıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Fondun məruzəsində qeyd edilib.


19.04.2010/ Moldovada benzin bahalaşır
Moldovada avtomobil yanacağının 1 litrinin qiyməti 40-50 ban bahalaşıb. Mütəxəsislərin fikrincə, bahalaşmaya səbəb neftin qiymətinin artmasıdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə "Komsomolskaya pravda" qəzeti yazır.


19.04.2010/ Ermənistan sovet əmanətlərinin verilməsinə başlayır
Siftəsini müharibə veteranları edəcək

Ermənistan sovet dövründən miras qalmış əmanətlərin qaytarılması istiqamətində ilkin konkret addım atıb. Belə ki, ötən həftə ölkə parlamenti Böyük Vətən Müharibəsi veteranlarına ödəniş barədə qanun qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Ermənistanın ARKA agentliyi xəbər yayıb.


19.04.2010/ Ermənistanda qazın qiyməti qaldırıldı
Rusiyadan idxal olunan qazın qiymətinin artımı istehlak üçün qazın qiymətinə təsir edib. Aprel ayında Ermənistanda əhaliyə verilən qazın qiyməti artırılıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Ermənistanın ARKA agentliyi xəbər yayıb.


16.04.2010/ Estoniyada pensiya ya?? 65-? qald?r?l?r
Ancaq bu proses 15 il ç?k?c?k

Estoniyada pensiya qanunvericiliyin? d?yi?iklik edilib. Yeni d?yi?ikliy? ?sas?n, ölk? v?t?nda?lar?n?n pensiya ya?? 2026-c? il? q?d?r 65-? qald?r?lacaq. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? “Delfi” x?b?rl?r sayt? x?b?r verib.



16.04.2010/ Wal-Mart ticarət şəbəkəsi liderdir
Fortune ABŞ-ın 500 ən böyük şirkətinin siyahısını tərtib edib

“Wal-Mart” ticarət şəbəkəsi ötən ilin lideri “Exxon Mobil” neft şirkətini şıxışdıraraq birinciliyi ələ alıb. "İqtisadi forum” jurnalının CNN kanalına istinadən verdiyi məlumata görə Fortune jurnalı Amerikanın 500 ən iri şirkətlərinin siyahısını tərtib edib.


15.04.2010/ BMT: dünyada orta ömür müddəti kəskin artıb
BMT-nin məruzəsinə görə, 1950-ci ildən sonra dünyanın əksər regionlarında ömür müddəti xeyli artıb və hazırda 68 yaş və ondan çox təşkil edir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BBC xəbər verib.


07.04.2010/ Eston nazirlərin maaşlarını “kəsiblər”
Ötən il Estoniyada dövlət vəsaitlərinə tətbiq edilən qənaət bütün nazirlərin məvaciblərinə təsir edib. Orta hesabla nazirlərin əmək haqları 13% azalıb. Baş nazir Anduras Ansipin maaşı 2009-cu ildə təxminən 10 min dollar azaldılaraq 69 min dollara endirilib.


07.04.2010/ Qazaxıstanın dövlət borcu 3,7% artıb
Qazaxıstanın ümumi xarici borcu 2009-cu ildə 4 milyard artaraq 111,7 milyard dollara yüksəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Qazaxıstanın Milli Bankı açıqlama yayıb.


06.04.2010/ 2010-cu ildə dünya iqtisadiyyatının artım proqnozları
BVF 4,1%, Fitch 2,8% gözləyir

2010-cu ildə dünya iqtisadiyyatı 4,1% arta bilər. “İqtisadi forum” jurnalının İtaliyanın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, bu, BVF-nin ekspertlərinin qeyri-rəsmi gözləntiləridir.


12.03.2010/ Ən varlı adam ABŞ-ın qonşuluğunda yaşayır
Meksikalı iki amerikalını geri qoydu

Məşhur Forbes jurnalı dünyanın ən varlı biznesmenlərinin siyahısını tərtib edib. Siyahıya 53,5 milyard dollarlıq varidata malik Meksikanın telekommunikasiya maqnatı Karlos Slim Helu başçılıq edir. O, iki amerikalını – Bill Qeyts və Uorren Baffeti qabaqlayaraq birinci yerə sahib olub.



09.03.2010/ Dünya üzrə otel xidməti 14% ucuzlaşıb
Ötən ilin yekunlarına əsasən dünya üzrə mehmanxanalarda otaq sifarişinin qiyməti orta hesabla 14% ucuzlaşıb. “İqtisadi forum” jurnalının “The Wall Street Journal” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Hotels.com saytı hesabat yayıb.


05.03.2010/ Tallində kasıblar üçün ictimai nəqliyyat pulsuz olacaq
May ayının 1-dən etibarən Estoniyanın paytaxtı Tallinin meriyası yaşayış minimum alan şəxsləri və onların ailə üzvlərini ictimai nəqliyyatda gediş haqqı ödəməkdən azad etməyi planlaşdırır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə LETA/Novosti ERR agentliyi xəbər verir.


05.03.2010/ Avstraliya uçot dərəcəsini artırdı
İngiltərə və Avropa isə sabit saxladı

Avstraliyanın Mərkəzi Bankı növbəti dəfə uçot dərəcələrini artırmaq barədə qərar qəbul edib. Ölkənin maliyyə hakimiyyəti hesab edir ki, qlobal böhranla əlaqəli istənilən mənfi təsirlərə tab gətirməsi üçün iqtisadiyyat kifayət qədər gücə malikdir.


05.03.2010/ İtaliyanın dövlət borcu ÜDM-in 116%-ə çatıb
2009-cu ilin yekunlarına əsasən İtaliyanın dövlət borcu 1 trilyon 761 milyard avro təşkil edib. 2008-ci ildə isə borcun səviyyəsi 1 trilyon 662 milyard avro həcmində olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İstat Milli Statistika İnstitutu hesabat yayıb.


01.03.2010/ BVF strategiyanı dəyişir
Qlobal maliyyə böhranı BVF-ni öz strategiyasına yenidən baxmağa vadar edib. Fondun icraçı direktoru Dominik Stross-Kan Brettonvud komitəsinin Vaşinqtonda keçirilən ilik yığıncağında “BVF XXI əsr üçün” adlı yeni strategiya hazırladığını açıqlayıb.


24.02.2010/ Dünyanın ən bahalı dərmanları
Forbes jurnalı onların siyahısını tərtib edib

Bəzi aztapılan dərmanlarla müalicə kursunun illik xərci xəstəyə yüz minlərlə dollara başa gəlir. “İqtisadi forum” jurnalının məlumatına görə, Forbes jurnalı dünyanın ən bahalı dərmanlarının siyahısını tərtib edib.



15.02.2010/ BVF-nin alternativi yaradılır?
Avropalı iqtisadçılar Yunanıstan, İspaniya və Portuqaliyanın üzləşdikləri dövlət borcu probleminə cavab olaraq Avropa Valyuta Fondunun (AVF) yaradılmasını təklif edir. “İqtisadi forum” jurnalının Almaniyanın “Handelsblatt” işgüzar qəzetinə istinadən verdiyi məlumata görə, bu ideyanın müəllifləri Deutsche Bankın baş iqtisadçısı Tomas Mayer Avropa Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Daniel Qrossdur.


27.01.2010/ Avropada ən yüksək inflyasiya Ukraynadadır
Ukrayna 2009-cu ildə inflyasiya səviyyəsinə görə Avropa ölkələri arasında lider olub. Ötən il bu ölkədə inflyasiya səviyyəsi 12,3% təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Eurostat Agentliyi hesabat yayıb.


23.01.2010/ İşləmək üçün ən arzuolunan şəhərlər
Dünya üzrə iş axtaranların əksəriyyəti onu London, Nyu-York və Sidneydə tapmağı arzulayır. Bu şəhərlər yüksək əmək haqqı və karyeranın inkişafı üçün böyük imkanların olması baxımından cəlbedicidir.


21.01.2010/ Avropa Birliyi əhalisinin 17%-i kasıbdır
Latviya 2008-ci ildə kasıblıq həddində yaşayan əhalinin sayına görə Avropa Birliyi ölkələri arasında liderdir. İkinci yerdə Rumıniya, üçüncü yerdə isə Bolqarıstan olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Eurostat statistika agentliyi açıqlama verib.


20.01.2010/ Azərbaycan 96-cı iqtisadi azad ölkə oldu
Korrupsiya və mülkiyyət hüquqlarının qorunmaması ölkənin reytinqini azaldıb

Azərbaycan iqtisadi azadlığın səviyyəsinə görə 179 ölkə arasında 96-cı yeri tutub. “İqtisadi forum” jurnalının məlumatına görə, Heritage Foundation 2010-cu il üzrə İqtisadi Azadlıq İndeksini açıqlayıb.



13.01.2010/ Saxta avroların sayı artıb
Onların yarısını 20-lik avro təşkil edir

2009-cu ilin ikinci yarısında saxta avroların sayı artmaqda davam edib. Avropa Mərkəzi Bankının məlumatına görə, ötən ilin son 6 ayında 447 min saxta əskinaslar aşkar edilib. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, bu müddətdə belə pulların həcmi 8% artıb.



13.01.2010/ Aşağı inflyasiya MDB-də də qeydə alınıb
Rusiyada inflyasiya səviyyəsi dekabrda 0,4%, 2009-cu il üzrə orta illik səviyyəsi isə 8,8% olub. “İqtisadi forum” jurnalının Rusiya Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu 1991-ci ildən bəri ən aşağı göstəricidir.


11.01.2010/ Venesuela devalvasiyaya getdi
Milli valyutanın 2 məzənnəsi olacaq

Venesuela prezidenti Uqo Çaves milli valyuta olan bolivarın devalvasiyası barədə açıqlama verib. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, devalvasiya neft gəlirlərin artmasına və ixracın stimullaşdırılmasına kömək etsədə də, qiymətlərin artımını şərtləndirəcək.



11.01.2010/ Çin 2009-cu ilin ən böyük ixracatçısı oldu
2009-cu ilin yekunlarına əsasən Çin Almaniyanı ötərək dünyanın ən böyük ixracatçı ölkəsı olub. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, 2009-cu ilin dekabrında Çinin ixracının həcmi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 17,7% artıb.


11.01.2010/ DTT rəhbəri: 2010-cu ildə dünya iqtisadiyyatının böhrandan çıxacağını söyləmək tezdir
Dünya iqtisadiyyatı ola bilsin ki, ən dərin tənəzzülü yaşayıb, ancaq tənəzzüldən çixiş hələki aydın görünmür. Ona görə də dünya iqtisadiyyatının 2010-cu ildə böhrandan çıxmasını indidən söyləmək çətindir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dünya Ticarət Təşkilatının (DTK) baş direktoru Paskal Lami aıqlama verib.  


11.01.2010/ Avrozonada işsizlik 11 illik rekordu vurub
Avrozonanın 16 ölkəsində işsizlik səviyyəsi noyabrla müqayisədə artaraq 10%-ə çatıb. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, bu göstərici 1998-ci ilin avqust ayından bəri ən yüksək səviyyədir.


11.01.2010/ ABŞ-da 15 milyon insan Yeni ili işsiz statusunda qeyd edib
Dekabrda ABŞ-da işsizlik səviyyəsi noyabr ayı ilə müqayisədə dəyişməyib və 10% həddində qalıb. “İqtisadi forum” jurnalının ABŞ-ın Əmək nazirliyinə istinadən verdiyi məlumata görə, dekabrda 85 min iş yeri ixtisar olunub.


11.01.2010/ Forbes ABŞ-da ən yaxşı və ən pis peşələri seçib
“İqtisadi forum” jurnalının məlumatına görə, “Forbes” jurnalı Amerikanın əmək bazarında 2010-cu il üçün ən yaxşı və ən pis 10 peşənin siyahısını tərtib edib.


08.01.2010/ Azərbaycanda həyat "keyfiyyətsiz" çıxdı
Azadlıq meyarı üzrə 100 mümkün baldan 25-ni toplamışıq

Azərbaycan 2010-cu ilin Həyat keyfiyyəti İndeksi üzrə (Quality of Life Index 2010) 51 balla 194 ölkə arasında 139-cu yeri tutub. “İqtisadi forum” jurnalı bu barədə dünyanın nüfuzlu nəşrlərindən sayılan “İnternational Living” jurnalının tərtib etdiyi ölkələrin reytinq cədvəlinə istinadən xəbər veriri.



08.01.2010/ Çin ən böyük ixracatçı oldu
Çin Almaniyanı ötərək ixracatçı ölkələrin siyahısında liderliyi ələ alıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Almaniyanın Milli Statistika Xidməti açıqlama verib.


07.01.2010/ Ukraynanın valyuta ehtiyatı 16% azalıb
Ukraynanın Mərkəzi Bankının valyuta ehtiyatı dekabrda 2,9% və ya $786,16 milyon azalaraq $26,5 milyarda düşüb. “İqtisadi forum” jurnalının Ukraynanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, noyabrda bu göstərici $27,3 milyard təşkil edib.


06.01.2010/ Goldman Sachs: Inki?af etm?kd? olan ölk?l?r valyuta ehtiyatlar?nda dollar?n pay?n? azald?blar
?nki?af etm?kd? olan ölk?l?rin m?rk?zi banklar? son alt? ayda valyuta ehtiyatlar?n?n dollar hiss?sini ixtisar edibl?r. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Amerikan?n Goldman Sachs investisiya bank? aç?qlama verib.


06.01.2010/ Litvada pensiyalar azalıb
Litvada yanvarın 1-dən qocalığa, əlilliyə və qanunvericilikdə nəzərdə tutlan digər sosial hallaa görə pensiyaların baza hissəsi 10% artırılıb. Ancaq pensiyaların sığorta hissəsi 20% azaldığından ümumi ödənişlərin həcminda artım baş verməyib.


04.01.2010/ Obama kiçik biznes? $30 milyard ay?r?r
AB? prezidenti Barak Obama kiçik biznes? hökum?tin maliyy? yard?m? ç?rçiv?sind? $30 milyard v?sait ay?rma?? planla?d?r?r. “?qtisadi forum” jurnal?n?n Associated Press agentliyin? istinad?n verdiyi m?lumata gör?, AB? hökum?ti bu sektorun maliyy?l??dirilm?si hesab?na ölk? iqtisadiyyat?n?n b?rpas?n? sür?tl?ndirm?k niyy?tind?dir.


04.01.2010/ Ötən il $101 milyardlıq televizor satılıb
2009-cu ildə dünya üzrə $101 milyard dəyərində televizor satılıb ki, bu da əvvəlki illə müqayisədə 10% azdır. “İqtisadi forum” jurnalı bu barədə DisplaySearch şirkətinin apardığı tədqiqatların nəticəsinə əsasən məlumat verir.


04.01.2010/ Rusiyanın valyuta ehtiyatı dekabrda $13,5 milyard azalıb
Son vaxtlar azalmaqda olan Rusiyanın valyuta ehtiyatı dekabrın ilk üç həftəsində $13,5 milyard itirib. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 25 dekabr tarixində valyuta ehtiyatı $437,7 milyarda düşüb.


30.12.2009/ Maliyyə piramidaları ABŞ-a $16,5 milyard zərər vurub
2009-cu ildə ABŞ-da əhaliyə $16,5 milyard həcmində zərər vuran 150 maliyyə piramidası aşkarlanıb. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, maliyyə böhranı nəticəsində çoxsaylı fırıldaq hallarının üzə çixması potensial “qurbanları” piramidalardan qoruya bilib.


30.12.2009/ Rusiya bankların sayını azaldır
Rusiya hökuməti bank sektorunun konsalidasiyasına və onun daha effektiv işləməsinə üstünlük verir. Analitiklərin fikrincə, konsolidasiya bank bazarında birləşmə üzrə sövdələşmələrin sayının artmasından çox iri bankların iriləşməsi hesabına baş verəcək.


30.12.2009/ Ukraynanın dövlət borcu artıq ÜDM-in yarısına çatıb
Rusiya isə artırmaq barədə fikirləşir

2010-cu ildə Rusiyanın dövlət borcu ÜDM-in indiki 9,8%-indən 12,8%-ə qalxa bilər. “İqtisadi forum” jurnalının “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə naziri Aleksey Kudrin açıqlama verib.



30.12.2009/ Rusiya dünyanın ən böyük proteksionist dövlətidir
Rusiya son illər ən çox proteksionist tədbirlər həyata keçirən ölkə adını qazanıb. “İqtisadi forum” jurnalının Global Trade Alert şirkətinin apardığı tədqiqata istinadən verdiyi məlumata görə, Rusiya bunun üçün 37 əngəlləyici hədd qoyub.


28.12.2009/ Lotereyadan $128,6 milyon udub, amma xəbəri yoxdur
ABŞ-da keçirilən lotereya oyununda biletlərdən birinin uduş məbləği $128,6 milyon təşkil edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, sahibi hələki bəlli olmayan uduşlu lotereya ABŞ-ın Kentukki ştatında alınıb.


28.12.2009/ Baş nazir: Çin yuanı möhkəmləndirməyəcək
Çin beynəlxalq təzyiqin təsirinə düşmək və milli valyutanı möhkəmləndirmək niyyətində deyil. “İqtisadi forum” jurnalının məlumatına görə, Çinin baş naziri Ven Çzyabao bu barədə Sinxua agentliyinə açıqlama verib.


28.12.2009/ Yaponiyanın rekord səviyyəli büdcəsi təsdiqləndi
Yaponiya hökuməti ölkə tarixində rekord həddə dövlət büdcəsini təsdiq edib. “İqtisadi forum” jurnalının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, 2010-cu maliyyə ili üzrə büdcə gəlirləri 92,3 trilyon iyena ($1 trilyondan çox) planlaşdırılıb.


28.12.2009/ Qatarlar 1000 km-i 3 saata qət edəcək

Çində dünyada ən sürətli dəmir yolu açılıb

Çində Xubey və Quançjou əyalətindəki Uxan şəhərini cənubdakı Quandun əyaləti ilə birləşdirən yüksəksürətli dəmiryolu açılıb. “İqtisadi forum” jurnalının Sinxua agentliyinə istinadən verdiyi məlumata görə, qatarlar bu dəmiryolu ilə saat 350 km sürətlə hərəkət edəcəklər.


28.12.2009/ Avropada ən yüksək inflyasiya Ukraynadadır
Cari ilin 11 ayında inflyasiya səviyyəsinə görə Ukrayna və Belorus Avropada liderdir. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, üçüncü yüksək inflyasiya səviyyəsi qonşu Rusiyada qeydə alınıb.


28.12.2009/ Çin enerji gücünə görə dünyada ikinci ən böyük dövlət olacaq
2009-cu ilin sonuna Çinin enerji blokunun ümumi gücü 860 milyon kVt təşkil edəcək və bu göstərici üzrə Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük dövlət olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Çinin Energetika İşləri üzrə Dövlət İdarəsinin rəhbəri Çjan Qobao açıqlama verib.


28.12.2009/ Yaponiya tütün vergisini artırır
Uzun müzakirələrdən sonra Yaponiya hökuməti Vergi Komissiyasının tütün məmulatlarına tətbiq edilən verginin dərəcəsini artırmaqla bağlı təkliflərini qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, 2010-cu il oktyabrın 1-dən bir siqaret üçün verginin həcmi əlavə olaraq 3,5 iyena ($0,04) artacaq.


28.12.2009/ Ukraynada kölgə iqtisadiyyatı 60% təşkil edir
Qlobal maliyyə böhranı şəraitində Ukrayna iqtisadiyyatının “gizlədilməsi” total xarakter alıb və müxtəlif ekspertlər tərəfindən ÜDM-in 60%-i həddində qiymətləndirilir. Bu isə dövlətin milli təhlükəsizliyi üçün real təhlükə yaradır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Ukraynanın Elmlər Akademiyasının alimləri hazırladıqları hesabatda qeyd ediblər.


25.12.2009/ Rusiya uçot dərəcəsini yenə azaltdı
Rusiyanın Mərkəzi Bankı 2009-cu ildə 10-cu dəfə uçot dərəcəsinin azaldılması barədə qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın rəsmi saytında məlumat verilir.


25.12.2009/ ABŞ yeni borclanmaya gedir
Konqres dövlət borcunun yuxarı həddini artırdı

ABŞ Konqresinin Senatı dövlət borcunun yuxarı həddini 290 milyard artıraraq 12,4 trilyona çatdırılması barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, federal borclanma limitinin artırılmasının lehinə 60, əleyhinə 39 senator səs verib.



25.12.2009/ Rusiya SSRİ-nin kommersiya borcları ilə hesablaşdı
Rusiyanın Maliyyə Nazirliyi $405,8 milyon məbləğində borcu 2010 və 2030-cu illərdə ödəmək şərti ilə avroistiqrazlara dəyişərək keçmiş SSRİ-nin kommersiya borcunun ödənişini ödənişi başa çatdırdı. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Nazirliyin mətbuat üçün açıqlamasında qeyd edilib.


25.12.2009/ Rusiyanın valyuta ehtiyatı ikinci həftədir azalır
Son bir həftədə Rusiyanın valyuta ehtiyatı növbəti dəfə - $3,3 milyard həcmində azalıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bu müddətdə valyuta ehtiyatı $440,4 milyarda düşüb.


25.12.2009/ Rusiya əmək miqrantları kvotasını azaldır
Rusiyanın baş naziri Vladimir Putin 2010-cu ildə əcnəbi işçi qüvvəsinin cəlb edilməsi ilə bağlı kvotanın 2 milyondan 1,3 milyon nəfərə qədər azaldılması barədə qərar verib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Müstəqil Həmkarlar Federasiyasının rəhbəri Mixail Şmakov açıqlama verib.


24.12.2009/ Moody's: MDB banklar?nda yüks?k kredit v? likvidlik riskl?ri mövcuddur
Çünki onlarda f?rdi mü?t?ril?rin konsentrasiyas? yüks?kdir

MDB banklar?n?n kredit v? depozit portfell?rind? f?rdi mü?t?ril?rin ?n yüks?k konsentrasiyas? mövcuddur. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Moody's Investors Service beyn?lxalq reytinq agentliyinin MDB ölk?l?rinin bank portfelind? müxt?lif növ mü?t?ril?rin konsentrasiya s?viyy?sini il? ba?l? haz?rlad??? illik t?dqiqat?nda qeyd edilib.



24.12.2009/ Vergi amnistiyas? ?taliyaya $114 milyard qazand?rd?
Vergi amnistiyas?n?n t?tbiqind?n sonra ?taliya hökum?ti dekabr?n 15-n? kimi ölk?y? 80 milyard avro h?cmind? v?saiti qaytarma?a nail olub. “?qtisadi forum” jurnal?n?n “The Wall Street Journal” q?zetin? istinad?n verdiyi m?lumata gör?, hökum?t amnistiyan? u?urlu sayd???ndan onu 2010-cu ilin aprelin? kimi uzatma?? q?rara al?b.


24.12.2009/ Britaniyada mühasib ən xeyirsiz, zibilyığan isə ən xeyirli peşədir
Britaniyanın New Economics Foundation analitik mərkəzinin tədqiqatçıları bir sıra nüfuzlu peşələrin cəmiyyət üçün iqtisadi baxımdan faydasızlığını əsaslandırmağa çalışıblar. Onların fikrincə, bankirlər, reklam agentləri və mühasiblər ən “ziyanlı” peşələrdir.


24.12.2009/ 2010-cu ildə Rusiyanın Ehtiyat Fondu $60 milyard olacaq
Rusiyanın Ehtiyat Fondunun 2010-cu il yanvarın 1-i tarixinə həcmi 1,8 trilyon rubl ($60 milyard) təşkil edəcək. “İqtisadi forum” jurnalının RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə maliyyə naziri Aleksey Kudrin açıqlama verib.


24.12.2009/ Moskvada gediş haqları artır
2010-cu ildə yanvarın 1-dən etibarən Rusiyanın paytaxtı Moskva şəhərində sərnişin nəqliyyatında gediş haqları artırılacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Moskva meri Yuriy Lujkov metro və yerüstü nəqliyyatda gedişin yeni tariflərini təsdiq edib.


22.12.2009/ Nobel mükafatı laureatı ABŞ iqtisadiyyatının çökəcəyindən narahatdır
ABŞ hökuməti ikinci antiböhran tədbirləri paketini hazırlamalıdır, çünki 2010-cu ilin ikinci yarısında Amerika iqtisadiyyatının artım tempinin zəifləməsi riski mövcuddur. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə iqtisadiyyat üzrə Nobel mükafatı laureatı Cozef Stiqlits açıqlama verib.


22.12.2009/ Avrokomissiya: Avronun kursu şişirdilib
Hazırda avronun kursu digər valyutalara nisbətən şişirdilib və onun gələcəkdə möhkəmlənməsi avrozonanın nisbətən açıq iqtisadiyyata malik ölkəsində ciddi problem yarada bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Komissiyasının avrozona ölkələrinin iqtisadiyyatının cari vəziyyətinə həsr olunmuş rüblük məruzəsində qeyd olunub.


22.12.2009/ Çinin Mərkəzi Bankı: Dollar ucuzlaşacaq
Amerika valyutası hələ uzun müddət ucuzlaşmaqda davam edəcək, dünyanın ən böyük iqtisadiyyatı isə xeyli müddət zəif olaraq qalacaq. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Çinin Mərkəzi bankının məsləhətçisi Fan Qan bu açıqlamanı verib.


22.12.2009/ Böhran Rusiyanın 62 bankını müflisləşdirib
Rusiyanın Mərkəzi Bankının məlumatına görə, 2009-cu ilin 11 ayında 43 bank, böhran başlayandan isə ümumilikdə 62 bank bazarı tərk edib. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, əgər əvvəllər bankların lisenziyası əsasən “çirki pullar”a görə alınırdısa, indi pul azlığına görə bu addım atılır.


22.12.2009/ ABŞ-da ipoteka üzrə vaxtı ötmüş kreditlər artır
ABŞ-da ipoteka üzrə vaxtı ötmüş kreditlərin həcmi 2009-cu ilin noyabrında rekord həddə çatıb. “İqtisadi forum” jurnalının The Economist Times qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Equifax şirkətinin hesabatında qeyd edilir.


21.12.2009/ ABŞ görünməmiş maliyyə böhranı ilə üzləşə bilər
Qrenspen hökumətə xəbərdarlıq etdi

Rekord kəsir ölkə üçün görünməmiş maliyyə böhranı təhlükəsi ilə üzləşdirə bilər və yalnız borcu azaltmaqla bundan qaçmaq olar. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Alan Qrinspen səsləndirib.



21.12.2009/ Çinlilər işə gedəndə yola 42 dəqiqə vaxt sərf edirlər
Vətəndaşlarının hər gün evdən çıxıb işə gedərkən yola sərf etdiyi vaxtın uzunluğuna görə Çin liderdir. “İqtisadi forum” jurnalının The Economist jurnalına istinadən verdiyi məlumata görə, bu barədə Regus konsaltinq şirkəti sorğu aparıb.


21.12.2009/ ABŞ-da bir gündə 7 bank bağlandı
Bağlanan bankların sayı 140-a çatdı

ABŞ-ın Əmanətlərin Sığortalanması üzrə Federal Agentliyi (Federal Deposit Insurance Corp., FDIC) dekabrın 18-də ölkənin 7 regional bankının bağlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Agentliyin pres-relizində qeyd edilir.



21.12.2009/ OPEK kvotanı dəyişməyəcək
OPEK gələn həftə keçiriləcək yığıncağında neft hasilatının həcminin dəyişmək niyyətində deyil. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə kartelin prezidenti Joze Botelo de Vaskonselos açıqlama verib.


21.12.2009/ Yuan dünya iqtisadiyyatının “üçüncü sütunu” ola bilər
Çinin milli valyutası olan yuan dünyada bir çox ölkələrdə dövlət büdcəsinin vəziyyətinin pisləşməsi səbəbindən dollara və avroya inamın azalması fonunda qlobal maliyyə sisteminin “üçüncü sütunu” ola bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Honq Konqun Mərkəzi bankının sabiq rəhbəri Cozef Yam açıqlama verib.


21.12.2009/ ABŞ-ın ağ əhalisi 2050-ci ildə mövqeyini itirəcək
2050-ci ildə ABŞ-ın ağ əhalisi üstünlüyü itirəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə əhalinin siyahıya alınması Bürosu proqnoz verib.


21.12.2009/ Latviya 2010-cu ilin dövlət büdcəsini təsdiq etdi
Latviya prezidenti Valdis Zatlers ötən həftə 2010-cu ilin dövlət büdcəsini təsdiq edib. “İqtisadi forum” jurnalı bu barədə “İnterfax” agnetliyinə istinadən xəbər verir.


18.12.2009/ Qızılın qiyməti $870-ə düşəcək
Saxo Bankın proqnozuna görə, dollar möhkəmlənəcək, şəkər ucuzlaşacaq

Danimarkanın Saxo Bankının proqnozuna görə, 2010-cu ildə qızılın bir unsiyasının dünya üzrə qiyməti 870 dollara düşəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə bankın “İnanılmaz proqnozlar” adlı illik məruzəsində qeyd edilib.



18.12.2009/ ABŞ işsizliklə mübarizəyə $155 milyard ayırır
ABŞ Konqresinin Nümayəndələr Palatası işsizliklə mübarizəyə və ölkə iqtisadiyyatında 1930-cu illərdən sonra baş vermiş ən böyük böhranın təsirlərinin aradan qaldırılmasına 155 milyard ayrılması qərarını təsdiqləyib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İTAR-TASS agentliyi xəbər verib.


18.12.2009/ Rusiyanın valyuta ehtiyatı $7,5 milyard azalıb
Dolların möhkəmlənməsi fonunda Rusiyanın valyuta ehtiyatlarının həcmində sentyabrda sonra ilk dəfə olaraq azalma müşahidə olunub. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə ərzində ölkənin beynəlxalq ehtiyatları $7,5 milyard azalıb.


18.12.2009/ VTB bankın zərəri 1,5 milyard təşkil edib
Rusiyanın VTB bankının 2009-cu ilin 9 ayında beynəlxalq maliyyə hesabatı standartları üzrə xalis zərəri $1,5 milyard təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, ötən ilin müvafiq dövründə bankın gəliri $253 milyon olub.


17.12.2009/ Ben Bernanke ilin adamı oldu
FES rəhbəri öz prezidentini də üstələyib

Hər il “ilin adamı”nı seçən Amerikanın “Time” jurnalı bu dəfə ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernankeni “2009-cu ilin adamı” elan edib. “İqtisadi forum” jurnalının məlumatına görə, jurnal özünün bu il sonuncu - dekabr buraxılışında seçdiyi şəxslə müsahibə dərc edib.



17.12.2009/ Rekord müflisləşmə
Bu il müflisləşən şirkətlərin sayı kəskin artıb

Bu il 260 şirkət borc öhdəliklərinə görə müflisləşib ki, bu da 1981-ci ildən sonra ən yüksək həddir.  “İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Standard & Poor’s reytinq agentliyi məlumat verib.


17.12.2009/ Borclu borclunun sağlığını istər...
ABŞ bankları hökumətə borclarını qaytarır

2009-cu ilin oktyabrında dövlət yardımı almış 22 Amerika bankının borc qalığı 36,8 milyard və ya 0,9% təşkil edib. “İqtisadi forum” jurnalının ABŞ-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, sentyabrda bu göstərici $45,9 milyard və ya 1,1% olub.



17.12.2009/ Avropada adambaşına düşən ÜDM-in ən yüksək həddi Lüksemburqdadır
2008-ci ildə Latviyada adambaşına düşən ÜDM-in həcmi Avropa Birliyi (AB) üzrə orta göstəricinin 57%-i səviyyəsində olub. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, bu, AB-də dördüncü ən aşağı göstəricidir. 


17.12.2009/ Küveyt bankları islam bankçılığına keçir
Beş il öncə Küveytdə cəmisi bir islam bankı olduğu halda 2010-cu ildə onların sayı 5-ə çatacaq. “İqtisadi forum” jurnalının islam.ru saytına istinadən verdiyi məlumata görə, bununla da belə bankların sayı qərb modelli banklara çatacaq.


16.12.2009/ “Şok terapiyası”nın müəllifi öldü
Rusiyanın məşhur iqtisadçısı və siyasətçisi Yeqor Qaydar bu gün 54 yaşında vəfat edib. Həkimlərin ilkin rəyinə görə, iqtisadçının ölümünə tromb səbəb olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə rus mətbuatı xəbər verib.


16.12.2009/ 1,6 milyard avroya alıb 1 avroya satdı
Avstriya bankı milliləşdi

Avstriya hakimiyyəti “BayernLB” alman bankının bölməsi olan “Hypo Alpe Adria” bankını milliləşdirib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu qərar adıçəkilən bankın müflisləşməsinin qarşısının alınması məqsədilə qəbul edilib.



16.12.2009/ Rusiyanın Mərkəzi Bankında orta aylıq maaş $2000-dir
Gələn il bu göstərici 11% artırılacaq

Rusiyanın Mərkəzi Bankı Milli Bank Şurasının qərarı ilə 2010-cu ildə işçilərinə çəkilən xərci 11,2% artıracaq. “İqtisadi forum” jurnalının RİA “Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bankda sonuncu dəfə əmək haqqı artımı 2008-ci ildə baş verib.



16.12.2009/ Dünyada ?n uzun körpü
Körpünün uzunlu?u 50 km olacaq

Çind? d?niz k?nar? Quandun ?yal?tini Honq Konq v? Makao ada ?razil?ri il? birl??dir?n dünyada ?n böyük d?niz körpüsünün tikintisin? ba?lan?r. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Çinin Dövl?t ?uras?n?n ba? nazir müavini Li Keçyan bildirib.



15.12.2009/ Dollar bahala??r
Amerika valyutas? avro v? iyenaya qar?? möhk?ml?nib

Bu gun AB? dollar? avroya nisb?t?n son iki ayda ?n yüks?k h?dd? q?d?r bahala??b. “?qtisadi forum” jurnal?n?n Bloomberg agentliyin? istinad?n verdiyi m?lumata gör?, investorlar?n fikrinc?, AB?-da iqtisadi situasiyan?n yax??la?mas? FES-i iqtisadiyyat? stimulla?d?rmaq t?dbirl?rind?n ?l ç?km?y? stimulla?d?racaq.



15.12.2009/ Standard & Poor’s Azərbaycanın reytinqini qaldırıb
Standard & Poor’s agentliyi Azərbaycanın investisiya perspektivi reytinqini “müsbət” səviyyəyə qədər qaldırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Agentlik açıqlama verib.


15.12.2009/ Yapon bankı avronu satmağı məsləhət görür
Tokio Bankına görə, 2010-cu ildə dollar bahalaşacaq

Avropa ölkələrinin hazırda üzləşdiyi problemlər struktur və uzun müddətli olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, Yaponiyanın Bank of Tokyo bankı gələcəkdə dolların mövqeyinin möhkəmlənəcəyini əsas gətirərək investorlara avronu satmağı məsləhət görür.



15.12.2009/ Hindistan əhalisinin sayına görə Çini ötəcək
2050-ci ildə dünya əhalisi 9 milyarda çatacaq

40 ildən sonra Hindistan əhalisinin sayına görə Çini ötüb keçəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Əhali Fondunun hazırladığı hesabatda qeyd edilib.



15.12.2009/ Rusiyada 30 bank bağlana bilər
Səbəb nizamnamə kapitalının azlığıdır

“İqtisadi forum” jurnalının Rusiya Federasiyasının Mərkəzi Bankına istinadən istinadən verdiyi məlumata görə, gələn ilin yanvarından nizamnamə kapitalı 90 milyon rubldan az olan bankların lisenziyasını geri alacaq. Kiçik bankların əksəriyyəti kapital çatışmazlığı problemini artıq həll edə bilib, qalanları isə ya investor axtarır, ya da birləşmə yolu ilə vəziyyətdən çıxmaq niyyətindədir.



15.12.2009/ ?anxay Londonu ?v?zl?y? bil?r
Növb?ti onillikd? dünyan?n maliyy? m?rk?zi olan London mövqeyini ?anxaya ver? bil?r. “?qtisadi forum” jurnal?n?n BBC News agentliyin? istinad?n verdiyi m?lumata gör?, Eversheds hüquq firmas?n?n müxt?lif ölk?l?rd? 600 tan?nm?? biznesmen aras?nda apard??? sor?uya ?saslanm?? t?dqiqat?n n?tic?si bu fikri t?sdiq edir.


15.12.2009/ Latın Amerikasından dollara zərbə
ALBA alyansından birləşən Cənubi Amerika ölkələri 2010-cu ilin yanvarından etibarən öz aralarında hesablaşmalar zamanı dollardan imtina barədə qərar qəbul ediblər. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ dollarının əvəzedicisi kimi şərti pul vahidi olan sukredən istifadə edəcəklər.


14.12.2009/ İqtisadiyyat üzrə ilk Nobel mükafatçısı Pol Samuelson vəfat edib
Kennedinin müşaviri olmuş iqtisadçı 94 yaşında dünyasını dəyişib

İqtisadiyyat üzrə Nobel mükafatı almış ilk amerikalı Pol Samuelson dünən Massaçuset ştatında 94 yaşında vəfat edib. “İqtisadi forum” jurnalının məlumatına görə, iqtisadçı öz evində dünyasını dəyişib.


14.12.2009/ Avropa banklarına zərbə
Britaniya, Fransa və Almaniya bank bonuslarına vergi tətbiq edir

Almaniya kansleri Angela Merkel maliyyə sferasında bonusların vergiyə cəlb edilməsi ilə bağlı ingilis-fransız təşəbbüsünü dəstəkləyib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə kansler ötən həftə Avropa Xalq Partiyasının Bonnda keçirilən konqresində çıxışı zamanı bildirib.



14.12.2009/ Morgan Stanley: FES yeni böhran yarada bilər
Federal Ehtiyat Sisteminin antiböhran tədbirlərinin dayandırmaqla yeni böhrana rəvac verə bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Morgan Stanley fondunun Asiya üzrə nümayəndəliyinin rəhbəri Stefan Roaç belə açıqlama verib.


14.12.2009/ Lehman Brothers təşkilatını FES müflisləşdirib?
ABŞ-ın Federal Ehtiyat Sistemi kredit təşkilatlarının müflisləşməsindən bir neçə ay öncə dolların bahalaşmasına imkan verməsi Lehman Brothers təşkilatının çökməsi ilə nəticələndi. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Nobel mükafatı laureatı Robert Mandell açıqlama verib.


14.12.2009/ Venesuelada bank böhranı
Ölkədə banklar bir-birinin ardınca bağlanır

Venesuela hökuməti son üç həftədə səkkizinci bankı bağlayıb. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, ölkənin rəhbərliyi maliyyə sektorunun müdafiəsini təmin etməyə çalışır.



14.12.2009/ Çexiyanın büdcə kəsiri rekord həddə çatıb
Çexiyanın aşağı palatası ölkənin tarixində ən böyük kəsiri olan dövlət büdcəsini təsdiq edib. "İqtisadi forum" jurnalının məlumatına görə, hökumətin müqavimətinə baxmayaraq sosial-demokratlar və kommunistlər bir sıra dəyişikliklər ediblər və nəticədə büdcə kəsiri planlaşdırılmış həddi 12 milyard kron (480 milyon avro) ötüb.


14.12.2009/ BVF Gürcüstana təcili $75 milyon ayırır
Beynəlxalq Valyuta Fondu Gürcüstana təcili olaraq $75,3 milyon ayırmaq barədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Fonda istinadən xəbər verir.


12.12.2009/ Dolların zəifləməsi davam edəcək
UBS investisiya bankının Rusiya və MDB üzrə baş iqtisadçısı Klemens Qrafeyu hesab edir ki, ABŞ dolları yaxın iki ildə zəif olaraq qalacaq. “İqtisadi forum” jurnalının “İnterfax” agentliyinə istinadən verdiyi məlumata görə, baş iqtisadçının fikrincə, 2010-cu ilin sonuna avro $1,5, 2011-ci ildə isə $1,6 olacaq.


12.12.2009/ İrlandiya və Yunanıstan avro zonanı tərk edə bilər
İrlandiya və Yunanıstanın iqtisadi vəziyyəti avrozona ölkələri üçün “qəbul edilməzdir”. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, adıçəkilən ölkələr 2010-cu ildə artıq avrozonanı tərk edə bilərlər.


12.12.2009/ Banklar üçün dünya vergisi
Avropa Birliyi BVF-yə yeni vergi növü təklif edir

Avropa Birliyinin liderləri Beynəlxalq Valyuta Fondundan beynəlxalq maliyyə tranzaksiyalarına dünya vergisinin tətbiqinin mümkünlüyünü araşdırmağı xahiş edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə AFR agentliyi xəbər verir.



12.12.2009/ ABŞ-ın büdcə kəsiri $120,3 milyarda çatıb
2009-cu ilin noyabr ayında ABŞ-ın federal büdcəsinin kəsiri $120,3 milyard təşkil edib. “İqtisadi forum” jurnalının ABŞ-ın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, analitiklər bu göstəricini $135 milyard həddində proqnozlaşdırmışdı.


12.12.2009/ Moskvada işsizliyə görə müavinət $104 təşkil edib
Noyabr ayında Rusiyanın paytaxtı Moskva şəhərində işsizliyə görə müavinətin orta həcmi $104 təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Moskvanın əmək və məşğulluq departamenti məlumat verib.


11.12.2009/ Rusiyanın valyuta ehtiyatı $450 milyardı ötdü

Rusiyanın Federasiyasının valyuta ehtiyatı son dekabrın 4-nə $1,5 milyard artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 27 noyabr – 4 dekabr tarixlərində ölkənin beynəlxalq ehtiyatları $449,7 milyarddan $451,2 milyarda yüksəlib.



10.12.2009/ Dollar ucuzlaşmaqda davam edəcək
ABŞ-da əmək bazarında müsbət məlumatların açıqlanması dünya fond birjalarının kəskin artımı və dolların bahalaşması ilə müşayiət olundu. Dollar avroya nisbətən 2,5% bahalaşmaqla ilin əvvəlindən ən yüksək artım nümayiş etdirdi. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ekspertlər bunu müvəqqəti hal sayır.


10.12.2009/ Çin kreditləşməni azaldır
Çinin Bankların tənzimlənməsi üzrə Milli Komissiyası 2010-cu ildə iqtisadiyyatın kreditləşmə həcmini $1-1,2 trilyona qədər azaltmağı planlaşdırır. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, cari ilin 10 ayında ölkədə $1,3 trilyonluq kredit verilib.


09.12.2009/ Dünyanın ən bahalı küçələri
Artıq iki ildir ki, dünyanın ən bahalı küçəsi adına Monakoda yerləşən şahzadə Qreys Avenyusu layiq görülür. “İqtisadi forum” jurnalı bu barədə Engel & Volkers və Knight Frank şirkətlərinin birgə hazırladığı reytinq cədvəlinə istinadən məlumat verir. 


09.12.2009/ Avrokomissiya Avropa Birliyinə 280 milyard avro məbləğində yardım
Qlobal maliyyə böhranının nəticələrini aradan qaldırmaq üçün Avropa Birliyinin ölkələrinə 2008-ci ildə Avropa Komissiyasının büdcəsindən 279,6 milyard avro məbləğində vəsait ayrılıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Birliyinin mətbuat xidməti açıqlama verib.


08.12.2009/ Böhran dünyada 20 milyon insan? i?siz qoyub
Daha 5 milyon n?f?r i?siz qala bil?r

Dünya iqtisadi böhran? ba?layandan bu gün? kimi qlobal iqtisadiyyat ?n az? 20 milyon i? yeri itirib. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Beyn?lxalq ?m?k T??kilat?n?n dekabr?n 7-d? d?rc olunan illik hesabat?nda qeyd edilib.



08.12.2009/ Avropa şirkətlərinə dövlət yardımı 280 milyard avroya çatıb
2008-ci ildə qlobal maliyyə böhranı ilə əlaqədar dövlət tərəfindən Avropa şirkətlərinə göstərilən maliyyə yardımlarının həcmi 280 milyard avro təşkil edib. “İqtisadi forum” jurnalının Dow Jones News agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyası açıqlama verib.


07.12.2009/ AB?-da 6 bank ba?land?
Ba?lanan banklar?n say? 130-a çatd?

AB?-?n maliyy? requlyatorlar? daha 6 bank?n ba?lanmas? bar?d? q?rar q?bul edib.  “?qtisadi forum” jurnal?n?n Associated Press agentliyin? istinad?n verdiyi m?lumata gör?, Ohayo, ?llinoys v? Vircinya ?tatlar?n?n h?r?sind?n bir bank, Corciya ?tat?nda is? 3 kiçik bank ba?lan?b.



07.12.2009/ Yaponiyanın valyuta ehtiyatı rekord həddə çatıb
Yaponiyanın valyuta ehtiyatı noyabr ayında 16 milyard 943 milyon dollar artaraq 1 trilyon 73 milyard dollara çatıb. “İqtisadi forum” jurnalının Yaponiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, bu gündoğar ölkənin tarixində ən yüksək həddir.


07.12.2009/ Rusiyanın Ehtiyat Fondunun vəsaiti azalıb
Rusiyanın Ehtiyat Fondunun həcmi dekabrın 1-i tarixinə əvvəlki ayla müqayisədə $2,11 milyard azalaraq 75,07 milyarda düşüb. Noyabrın 1-i tarixinə fondun həcmi $77,18 milyard təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Maliyyə Nazirliyi açıqlama verib.


07.12.2009/ Almaniyanın büdcə kəsiri ÜDM-in 3%-ni ötməyəcək
2009-cu ildə Almaniyanın büdcə kəsiri Avropa Birliyinin müəyyənləşdirdiyi həddi - ÜDM-in 3%-ni ötməyəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Handelsblatt qəzeti yazır.


07.12.2009/ ABŞ-da işsizlik səviyyəsi azalıb
ABŞ-da noyabr ayında işsizlik səviyyəsi əvvəlki ayla müqayisədə 0,2% azalaraq 10%-ə düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ölkənin Əmək Nazirliyi açıqlama verib.


05.12.2009/ Qazaxıstan iqtisadiyyatın diversifikasiyasına $67 milyard xərcləyəcək
Qazaxıstan hökuməti sənayedə müxtəlif layihələrə 10 trilyon tenqe ($67 milyard) xərcləməyi planlaşdırır və əcnəbi istehsalçıları ölkə iqtisadiyyatını təbii ehtiyatlardan asılılığını azaltmağa yardım etməyə məcbur edəcək. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan hökumətinin açıqlamasında bildirilir.


05.12.2009/ Rusiya böhranla mübarizəyə $93 milyard xərcləyib
Rusiya maliyyə böhranının nəticələrinin aradan qaldırılmasına 2 trilyon 700 milyard rubl xərcləyib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Hesablama Palatasının sədri Serqey Stepaşin mətbuata açıqlamasında bildirib.


04.12.2009/ Qanq, sənin suların bulanıqdır
Dünya Bankı onun durulmasına $1 milyard ayırır

Dünya Bankı Qanq çayının təmizlənməsi üçün Hindistana $1 milyard həcmində kredit ayırmağa razılıq verib. “İqtisadi forum” jurnalının Daily Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, kredit milyonlarla hindlilər üçün müqəddəs sayılan və dünyada ən çirkli çaylardan olan Qanqın təmizlənməsini nəzərdə tutur.



04.12.2009/ Britaniyada 240 yaşlı körpü 1 milyon funta satılıb
Böyük Britaniyada keçirilən hərracda Eynşem şəhərində yerləşən körpülərdən biri satışa çıxarılıb. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Temza çayının hər iki sahilini birləşdirən Svinford körpüsü 1 milyon funt sterlinqə (1,102 milyon avro) satılıb.


04.12.2009/ Maliyyə naziri: ABŞ-ın büdcə kəsiri ÜDM-in 3%-nə düşəcək
ABŞ-ın maliyyə naziri Timoti Qeytner çıxışında “ortamüddətli perspektivdə” büdcə kəsirini ÜDM-in 3%-i həddinə endirəcəklərini vəd verib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə AFR agentliyi xəbər verib.


04.12.2009/ Çin qızıla etibar etmir
Dünya bazarında qızılın qiymətinin hər gün rekord vurmasına, mərkəzi bankların valyuta ehtiyatlarında qızılın payını artırmasına rəğmən Çin hələ ki gözləmə mövqeyi tutur. Ölkənin mərkəzi bankının sədr müavini Xu Syaolyan bildirib ki, nəcib metalın qiyməti həddindən artıq yüksəkdir və bazarda “köpük” yaranması təhlükəsi var.


04.12.2009/ Bank of America dövl?t? $45 milyard borc qaytaracaq
Bank of America maliyy? sisteminin sabitl??dirilm?si üzr? proqram? (Troubled Asset Relief Program) ç?rçiv?sind? öt?n il dövl?td?n ald??? $45 milyard m?bl??ind? borcunu qaytarma?a haz?r oldu?unu bildirib. “?qtisadi forum” jurnal? bu bar?d? Reuters agentliyin? istinad?n m?lumat verir.


04.12.2009/ Latviyada 21,3% işsizlik proqnozlaşdırılır
2010-cu ildə Latviyada işsizlik səviyyəsi artaraq iqtisadi aktiv əhalinin 21,3%-nə çatacağı proqnozlaşdırılır. “İqtisadi forum” jurnalının Latviyanın Mərkəzi Bankının istinadən verdiyi məlumata görə, bu il isə işsizlik səviyyəsinin 17,6% olacağı gözlənilir.


04.12.2009/ AB? ?irk?tl?ri enerji s?rfini 25% azaldacaq
Amerikan?n 30-dan çox iri ?irk?ti könüllü sur?td? AB?-?n Energetika Nazirliyinin t???bbüsl?rin? qo?ularaq 10 il müdd?tind? istehsal?n enerji tutumunu 25% azaltma?? öhd?lik götürübl?r. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? Nazirliyin m?tbuat xidm?ti aç?qlama yay?b.


03.12.2009/ Rusiyada büdcə işçilərinin orta aylıq maaşı $865-dir
Rusiyada büdcə işçilərinin orta aylıq əmək haqları 2009-cu ilin 9 ayında 18% artaraq 25311 rubla ($865) çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın səhiyyə və sosial inkişaf nazirinin müavini Aleksandr Safonov açıqlama verib.


03.12.2009/ MBD ölkələrində ÜDM 9% azalıb
Ən çox artım Azərbaycanda, azalma isə Ermənistanda olub

İlkin qiymətləndirmələrə əsasən, 2009-cu ilin 10 ayında MDB ölkələrində ÜDM-in həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə orta hesabla 9% azalıb. “İqtisadi forum” jurnalı bu barədə MDB Dövlətlərarası Statistika Komitəsinə istinadən xəbər verir.



03.12.2009/ Hər amerikalılar bayrama $682 xərcləyəcək
Orta statistik amerikalı ailəsi qarşıdan gələn Milad bayramını qeyd etmək üçün $682 xərcləyəcək. Ötən il onların bayram xərcləri $705 olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Pərakəndə Ticarət üzrə Milli Federasiyası açıqlama verib.


03.12.2009/ ABŞ-ın neft ehtiyatları gözlənilmədən kəskin artıb
Ötən həftə ABŞ-ın neft ehtiyatları idxalın həcminin azalmasına rəğmən gözlənilmədən kəskin artıb. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Amerika Neft İnstitutu (ANİ) hesabat yayıb.


02.12.2009/ Rusiyada orta pensiya $218 oldu
Rusiyada dekabrın 1-dən əmək pensiyalarının baza hissəsi 31,4% artırılıb və bununla da ölkə üzrə orta əmək pensiyasının həddi 6280 rubla ($218) çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu məlumatı Rusiya prezidenti Dmitriy Medvedyev Pensiya Fondunun rəhbəri ilə görüşü zamanı səsləndirib.


02.12.2009/ Uşaqların “dəyəri“
Ailələr uşaqlara orta hesabla $1 milyon xərcləyir

McCrindle Research şirkəti ailədə uşaqların doğulandan həddi-buluğa çatanadək valideynlərin çəkdikləri xərcləri hesablamaq üçün tədqiqat aparıb. “İqtisadi forum” jurnalı Reuters agentliyinə istinadən verdiyi məlumata görə, tədqiqat 1995-ci ildən sonra doğulan uşaqlar arasında aparılıb.



02.12.2009/ Dünya əhalisi qocalır
50 ildən sonra hər beş nəfərdən birinin yaşı 60-dan yuxarı olacaq

2025-ci ildə Avropanın əmək qabiliyyətli hər üç sakini bir pensiyaçını “dolandıracaq”. 2050-ci ildə isə bir pensiyaçıya iki işləyən düşəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının hazırladığı hesabatda göstərilib.



02.12.2009/ Avropada işsizlik rekord həddə çatıb
Ən çox işsizlik Latviyada, ən az isə Niderlanddadır

Avropa Birliyinin 27 və Avrozonanın 16 ölkəsində işsizliyin səviyyəsi son 10 ildə ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalının Eurostat agnetliyinə istinadən verdiyi məlumata görə, oktyabr ayında avrozonada işsizklik səviyəsi 9,8% təşkil edib.



02.12.2009/ ABŞ-da 1 milyondan çox müəssisə müflisləşib
Bu 2005-ci ildən sonra ən yüksək həddir

2009-cu ilin üçüncü rübündə ABŞ-da müflisləşən müəssisələrin sayı 33% artaraq 2005-ci ildən bəri ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalının CNN-ə istinadən verdiyi məlumata görə, bu barədə Amerikanın Müflisləşmə İnstitutuna (The American Bankruptcy Institute) istinadən xəbər verir.



01.12.2009/ Qaldı 191 ton qızıl
Şri-Lanka BVF-dən 10 ton qızıl aldı

Beynəlxalq Valyuta Fondu öz ehtiyatından Şri-Lankanın Mərkəzi bankına 10 ton həcmində qızıl satıb. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə BVF açıqlama verib.



01.12.2009/ Yuan sabit qalacaq
Avropanın sonuncu ümidləri puça çıxdı

Çin öz milli valyutasını avro və digər valyutalara nisbətdə möhkəmlənməsinə imkan verməlidir. Çünki bu, həm onun özünün, həm də dünya iqtisadiyyatının maraqlarına cavab verir. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 30-da keçirilən AB-Çin sammiti zamanı avropalı məmurlar bu fikri səsləndiriblər.



01.12.2009/ Dünya Bankı: Avtoqəzalar büdcə üçün yükdür
Rusiyada büdcəyə $34 milyard, Türkiyədə isə $14 milyard zərər vurur

Rusiya yollarında baş verən nəqliyyat qəzaların yüksək həddi ölkə xəzinəsinə $34 milyard ziyan vurur. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankının “təkərlərdəki ölümə” müqavimət” adlı məruzəsində bu barədə “CB Richard Ellis” şirkətinin tərtib etdiyi reytinq cədvəlinə istinadən məlumat verir.



01.12.2009/ ABŞ dollarını kanadalı “adaşı” əvəz edəcək
Rusiya valyuta ehtiyatını diversivikasiya etməyə hazırlaşır

Valyuta ehtiyatının həcminə görə dünyanın üçüncü ən böyük dövləti olan Rusiya öz valyuta ehtiyatının strukturunda dəyişiklik etmək niyyətindədir. “İqtisadi forum” jurnalının Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, Mərkəzi Bank valyuta ehtiyatının strukturuna Kanada dollarını də əlavə etməyi planlaşdırır.



01.12.2009/ Ən bahalı ofislər Nyu-Yorkdadır
İcarə qiymətlərinin düşməsinə rəğmən Nyu-York ticarət obyektlərinin icarə qiyməti üzrə dünyanın ən bahalı şəhəri olaraq qalmaqdadır. “İqtisadi forum” jurnalı bu barədə “CB Richard Ellis” şirkətinin tərtib etdiyi reytinq cədvəlinə istinadən məlumat verir.


01.12.2009/ Dünya iqtisadiyyatının "dirəkləri" olan şirkətlər
Bu şirkətlərdə hər hansı bir qeyri-stabil vəziyyətin yaranması  dünya maliyyə sistemi üçün yüksək risk yaradır. “İqtisadi forum” jurnalının "Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, dünya requlyatorları dünya iqtisadiyyatı üçün problem yarada biləcək 30 qlobal maliyyə institutunun siyahısını tərtib edib.


26.11.2009/ Rusiyanın valyuta ehtiyatı durmadan artır
Rusiyanın Federasiyasının valyuta ehtiyatı son bir həftədə 2,1 milyard dollar artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 13-20 noyabr tarixlərində ölkənin beynəlxalq ehtiyatları $441,7 milyarddan $443,8 milyarda yüksəlib.


26.11.2009/ FDIC: Problemli bankların sayı rekord həddə çatıb
Üçüncü rübdə Amerika banklarının xalis gəlirləri $2,8 milyard olub

Üçüncü rübün yekunlarına görə, ABŞ-da problemli bankların sayı son 16 ildə ən uüksək həddə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Depozitlərin Sığortalanması üzrə Federal Korporasiya (FDİC) açıqlama verib.



25.11.2009/ Dünyada şəkər böhranı gözlənilir
İxrac tələbatı ödəmək iqtidarında olmadığından dünya 2010-cu ilin birinci yarısında şəkər qıtlığı ilə üzləşə bilər. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, İsveçrənin şəkər brokeri Kingsman SA şirkətinin direktoru Conatan Kinqsmen belə açıqlama verib.


25.11.2009/ Banklarda kapital çatışmazlığı problemi

S&P versiyası üzrə HSBC dünyanın ən yaxşı bankıdır

Dünyanın 45 iri bankının 36-sı kapital çatışmazlığı problemi ilə üzləşə bilərlər. “İqtisadi forum” jurnalının məlumatına görə, Standard&Poor's reytinq agentliyinin hazırladığı hesabatda ən problemli banklar arasında Amerikanın Citigroup və İsveçrənin UBS AG banklarının adı da var.



25.11.2009/ Estoniya 2011-ci ildə avroya keçə bilər
Estoniya 2011-ci ildə avroya keçə bilər. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, Avropa Birliyinin maliyyə və iqtisadi məsələlər üzrə komissarı Xoakin Almuniya bu təkliflə çıxış edib.


25.11.2009/ FES hökumətin borcunu banklardan tələb edir
ABŞ-ın Federal Ehtiyat Sistemi 9 banka stress-testdən keçmək, federal hökumət qarşısında borcların ödənilməsi planını ödəmə qrafiki ilə birgə təqdim etmək tələbi ilə müraciət edib. “İqtisadi forum” jurnalı bu barədə Bloomberg agentliyinə istinadən xəbər verir.


24.11.2009/ Rusiya uçot dərəcəsini 9%-ə endrdi
Rusiyanın Mərkəzi Bankı gözlənildiyi kimi, noyabrın 25-dən uçot dərəcəsinin 0,5% azaldılması barədə qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın rəsmi saytında məlumat verilir.


24.11.2009/ Rusiya ipoteka kreditləşməsinə $8,6 milyard ayırır
Rusiya hökuməti 2010-cu ildə ipoteka kreditləşməsi üçün $8,6 milyard həcmində vəsait ayıracaq. “İqtisadi forum” jurnalının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bu barədə “Vahid Rusiya” partiyasının yığıncağında çıxışı zamanı bildirib.


24.11.2009/ Moskvada minimal pensiya $360 olacaq
Rusiyan?n paytaxt? Moskva ??h?rind? pensiyalar?n minimal h?cmi 2010-cu ild? 10 min 275 rubl ($360) h?ddind? t?sdiq edilib. “?qtisadi forum” jurnal?n?n RBK-ya istinad?n verdiyi m?lumata gör?, ??h?rin meri Yuriy Lujkov bununla ba?l? s?r?ncam imzalay?b.


24.11.2009/ Latviyada fiziki şəxslərdən gəlir vergisinin dərəcəsi 3% artırıldı
Ötən həftə Latviya hökuməti fiziki şəxslərdən tutulan gəlir vergisinin dərəcəsini 23%-dən 26%-ə qaldırılması ilə bağlı Maliyyə Nazirliyinin təklifini bəyənib. “İqtisadi forum” jurnalı bu barədə “РИА Новости” agentliyinə istinadən xəbər verir.


24.11.2009/ ABŞ-ın yeni maliyyə naziri
NYPost qəzetinə görə, bu, JPMorgan rəhbəri ola bilər

Bir sıra Amerika siyasətçiləri JPMorgan Chase Co şirkətinin icraçı direktoru Ceymi Dimonu ABŞ-ın hazırkı maliyyə naziri Timoti Qeytnerin potensial xələfi qismində görürlər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə New York Post qəzeti məlumat verib.



24.11.2009/ Belorus uçot dərəcəsini 0,5% azaltdı
Belorus Respublikasının Milli Bankı uçot dərəcəsini 0,5% azaldaraq 14%-dən 13,5%-ə endirib. “İqtisadi forum” jurnalının Bankının informasiya idarəsinə istinadən verdiyi məlumata görə, qərar dekabrın 1-dən qüvvəyə minir.


23.11.2009/ Rusiyada pensiyalar 46% artacaq
Qocalığa görə əmək pensiyası ən azı $278 olacaq

“Bizdə gəlirləri yaşayış minimumundan az olan yaşlı insanlar artıq qalmayacaqlar”. “İqtisadi forum” jurnalının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bu barədə “Vahid Rusiya” partiyasının yığıncağında çıxışı zamanı bildirib.



23.11.2009/ Avropa Mərkəzi Bankının rəhbəri: “Banklar ucuz kreditlərdən qaçmalıdır”
Banklar mərkəzi bankların ucuz və əlçatan kreditlərindən asılı vəziyyətə düşə bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe açıqlama verib.


23.11.2009/ Avropa antiböhran tədbirlərini ixtisar edir
Dünya iqtisadi böhranı bitməsə də maliyyə sisteminin bəzi antiböhran tədbirlərindən imtina etməyin vaxtı çatıb. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Mərkəzi Bankının rəhbəri Jan-Klod Trişe açıqlama verib.


23.11.2009/ Yeni Zelandiya İsveçrədən etibarlı çıxdı
İsveçrə və Yaponiya dünyada dövlət istiqrazlarının on ən etibarlı emitentləri siyahısını tərk ediblər. Onların yerini isə Avstraliya və Yeni Zelandiya tutub. “İqtisadi forum” jurnalının məlumatına görə, Bloomberg agentliyi bu barədə Londonun Credit Market Analysis institutunun apardığı tədqiqata istinadən xəbəbr verir. 


23.11.2009/ İldə 45 min mənzil
Rusiya hərçilərin ev problemini tamamilə aradan qaldırır

2009-2010-cu illərdə Rusiyanın Müdafiə Nazirliyinin hərbçi qulluqçuları və hərbi xidmətdən tərxis olunmuş şəxslərin mənzil təminatının yaxşılaşdırılması üçün hər il 45 min ədəd mənzil tikiləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, Rusiyanın baş naziri Vladimir Putin bu barədə “Vahid Rusiya” partiyasının Sankt-Peterburqda keçirilən yığıncağında çıxışı zamanı bildirib.



23.11.2009/ ABŞ-da 124-cü bank bağlandı
ABŞ-da növbəti regional bank bağlanıb. Florida ştatının maliyyə nizamlanması üzrə xidməti yerli Commerce Bank of Southwest Florida bankından lisenziyanı geri alıb və onun 80 milyon dəyərində olan aktivlərinin ləğvini Depozitlərin Sığortalanması üzrə Federal Korporasiyaya (FDİC) həvalə edib.


23.11.2009/ Rusiya əmək miqrantlarının kvotasını azaldır
2010-cu ildə Rusiya ərazisində əcnəbi əmək qüvvələrinin kvotası 2 milyon nəfərə olacaq. “İqtisadi forum” jurnalının “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın Federal Miqrasiya Xidmətinin idarə rəisi Aleksey Lomkin açıqlama verib.


23.11.2009/ Skype $2,75 milyarda satıldı
İnternet hərracların keçirilməsi üzrə ixtisaslaşan Amerika şirkəti eBay ona məxsus olan Skype şirkətinin 70%-ni satıb. Bu barədə “İqtisadi forum” jurnalı “İnterfaks” agentliyinə istinadən məlumat verir.


21.11.2009/ Rusiya 2010-cu ilin büdcəsini təsdiqlədi
Büdcənin yarısı neft-qaz hesabına formalaşacaq

Rusiyanın Dövlət Duması noyabrın 20-də 2010-cu il üzrə federal büdcəni və 2011-2012-ci illər üzrə proqnoz büdcəni təsdiq edib. “İqtisadi forum” jurnalı bu barədə RİA “Novosti” agentliyinə istinadən məlumat verir.



21.11.2009/ Rusiya domenləri kirilləşdirir
“рф” domeni $350 min olacaq

Rusiya latın dilindəki domenləri kirilləşdirərək öz dilinə çevirməyə başlayır. Artıq 2010-cu ildə aprelin 20-də təqdimatı planlaşdırılan «рф» domenin dəyəri $350 min qiymətləndirilir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə domenin qeydiyyatçısı Ru-Center şirkətinin rəsmi saytında qeyd edilir.



21.11.2009/ Hollivudun ən “gəlirsiz” aktyorları
Amerikanın “Forbes” jurnalı Hollivudun ən “gəlirsiz” aktyorlarının siyahısını tərtib edib. Siyahının hazırlanması zamanı son bir neçə ildə ekranlara çıxan filmlərin kassa yığımı, o cümlədən aktyorların qonorarları və kassa yığımından ayırmalar və filmlərin disklərdə satışı nəzərə alınıb.


20.11.2009/ Yaponiya uçot dərəcəsini dəyişmədi
Rusiya isə növbəti dəfə aşağı salmağı planlaşdırır

Hökumətin narahatçılığına və resesiyanın növbəti dəfə baş verməsi ehtimalına rəğmən Yaponiya Mərkəzi Bankı ölkə iqtisadiyyatının vəziyyətini yüksək qiymətləndirib. “İqtisadi forum” jurnalının BBC News agnetliyinə istinadən verdiyi xəbərə görə, Mərkəzi Bank uçot dərəcəsini 0,1% həddində saxlayıb.



20.11.2009/ Qızıla tələbat 34% azalıb
2009-cu ilin iyul-sentyabr aylarında qızıla tələbat 34% azalıb. Buna səbəb qızılın bahalaşmasına görə bu sahəyə investisiya axınının azalması və Hindistan və Yaxın Şərqdən olan zərgərlərin sifarişlərinin azalması olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dünya Qızıl Şurasının məruzəsində qeyd edilir.


20.11.2009/ İƏİT: Avrozona artıq resesiyadan çıxır
Ancaq arzuolunmaz hallar hələ də qalmaqdadır

Avrozona artıq resesiyadan çıxır, ancaq kövrək bank sektoru, güclü avro və işsizlik kimi arzuolunmaz hallar hələ də mövcuddur. “İqtisadi forum” jurnalının İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının məruzəsinə istinadən verdiyi məlumatına görə, 2010-cu ildə avrozonada iqtisadi artım 0,9% artacaq.



20.11.2009/ Facebook-un dəyəri $9,5 milyarddır
Dünyada ən populyar sosial şəbəkələrdən birinə sahib olan “Facebook Inc” şirkətinin bazar dəyəri son 4 ayda 42% bahalaşaraq $9,5 milyarda çatıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, şəbəkədən yaralanan istifadəçilərin sayı 300 milyonu ötüb.


20.11.2009/ Britaniyanın daxili dövlət borcu ÜDM-in 59%-ni ötüb
3 ilə isə 1,2 trilyon funta çata bilər

Böyük Britaniyanın daxili dövlət borcu oktyabrda təxminən 830 milyard funta (929,3 milyard avro) çatıb ki, bu da ölkə ÜDM-nin 59,2%-i həddindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Britaniyanın Milli Statistika Bürosunun (ONS) məlumatlarına istinadən məlumat verir.



19.11.2009/ Xo?b?xtliyin “d?y?ri”
Avstraliya iqtisadç?s? onu ölçüb

Avstraliya iqtisadç?s? Pol Fricters insan h?yat?nda ist?nil?n ?h?miyy?tli hadis?nin d?y?rini ölçm?y? imkan ver?n düstur t?rtib edib. “?qtisadi forum” jurnal? bu bar?d? “The Daily Telegrauph” q?zetin? istinad?n m?lumat verir.



19.11.2009/ 2010-cu ilin ən təhlükəsiz avtomobil modelləri
Ford-un modelləri üstünlük təşkil edir

27 avtomobil modeli kraş-testlərdə (crash-test) Yol Hərəkəti Təhlükəsizliyi üzrə Amerika Sığorta İnstitutu tərəfindən ən yüksək təhlükəsizlik reytinqi alıblar. Onlar arasında Ford markalı avtomobillər daha çoxdur. “İqtisadi forum” jurnalı bu barədə Bloomberg agentliyinə istinadən məlumat verir.


19.11.2009/ ABŞ-ın xəzinə kağızlarına tələbat hələ də yüksəkdir
Dünyada ABŞ-ın dövlət istiqrazlarına tələbat yenidən artıb. Xarici ölkələr sentyabrda satdıqlarından $40,7 milyard çox Amerikanın xəzinə kağızlarını (treasury bills) alıblar. “İqtisadi forum” jurnalı bu barədə Rusiyanın İTAR-TASS agentliyinə istinadən məlumat verir.


19.11.2009/ Çin 2027-ci ildə dünyanın ən iri iqtisadiyyatına malik olacaq
Çinin iqtisadiyyatı həcminə görə gözlənildiyindən də tez – 2027-ci ildə ABŞ-ı ötüb keçəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Goldman Sachs bankının aparıcı iqtisadçısı Sim O`Nil "Evening Standard” qəzetinə açıqlamasında bildirib.


19.11.2009/ Rusiyan?n ticar?t balans?n?n profisiti 2 d?f? azal?b
Rusiyan?n ticar?t balans?n?n profisiti 2009-cu ilin yanvar-sentyabr aylar?nda 2 d?f? azalaraq $76,7 milyarda dü?üb. “?qtisadi forum” jurnal?n?n Rusiya Statistika Komit?sin? istinad?n verdiyi m?lumata gör?, bu göst?rici öt?n ilin müvafiq dövründ? $155 milyard t??kil edib.


18.11.2009/ Rusiyanın valyuta ehtiyatı $442 milyarda çatıb
Rublun kursunun saxlanmasına noyabrda  $6 milyard xərclənib

Rusiyanın Federasiyasının valyuta ehtiyatı son bir həftədə 7,8 milyard dollar artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, noyabrın 13-nə ölkənin beynəlxalq ehtiyatları $433,9 milyarddan $441,7 milyarda yüksəlib.



18.11.2009/ Rusiyada yaşayış minimumu $180-dır
Azərbaycanda isə gələn il $109 olacaq

“İqtisadi forum” jurnalının məlumatına görə, Rusiya hökuməti 2009-cu ilin ikinci rübü üzrə ölkə üzrə adambaşına düşən yaşayış minimumu həddini 180 dollar məbləğində (5187 rubl) təsdiq edib.



18.11.2009/ SDR dolları əvəz edəcək?
BVF yeni dünya ehtiyat valyutası tapıb

“Qlobal ehtiyat valyutasının sabitliyinin zəruriliyi ondan ibarətdir ki, dünya bir daha “qızıl standart” dövrü bitəndən sonra olduğu kimi bir ölkədə çap edilən valyutaya arxayın olmayacaq.  “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF rəhbəri açıqlama verib.



18.11.2009/ Dollar Amerikalıları kasıblaşdırır
ABŞ-da 3,9 milyon “milyonçu ailə” yaşayır

Avropa Birliyi var-dövlətin həcminə görə Amerikalıları ötüb. “İqtisadi forum” jurnalının məlumatına görə, Boston Consulting Group (BCG) şirkətinin tədqiqatçıları bu qənaətə gəliblər.



18.11.2009/ Kristin Laqard Avropanın ən yaxşı iqtisadiyyat naziridir
Britaniyanın “Financial Times” qəzeti fransız Kristin Laqardı Avropa Birliyi ölkələrinin ən yaxşı naziri adlandırıb. “İqtisadi forum” jurnalının Britaniya qəzetinə istinadən verdiyi məlumatına görə, reytinqdə Almaniyanın bu yaxınlarda istefa vermiş maliyyə naziri Peer Ştaynbryuk ikincilik qazanıb.


18.11.2009/ Avropada oktyabrda maşın satışı 11,2% artıb
Avropada oktyabr ayında avtomobil satışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 11,2% artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Avropa Avtomobil İstehsalçılarının Assosiasiyası bu barədə açıqlama verib.


18.11.2009/ General Motors $1,15 milyardlıq zərər düşüb
2009-cu ilin 10 iyul-30 sentyabr dövründə General Motors (GM) avtomobil konserninin xalis zərəri $1,15 milyard təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə GM açıqlama verib.


17.11.2009/ Azərbaycan korrupsiya səviyyəsinə görə 143-ü yerdədir
"Transparency İnternational" növbəti hesabatını açıqladı

2009-cu ilin Korrupsiyanı Qavrama İndeksi Azərbaycan korrupsiyanın səviyyəsinə görə 180 ölkə arasında 143-cü yerdə çıxıb.  “İqtisadi forum” jurnalı bu barədə "Transparency İnternational" təşkilatının bu gün yayılan hesabatına istinadən məlumat verir


17.11.2009/ BVF daha 2 ton qızıl satdı
Qızılı $71,7 milyona Mavrikiya Respublikası alıb

Beynəlxalq Valyuta Fondu qızıl ehtiyatından Mavriki Mərkəzi Bankına 2 ton həcmidə qızıl satıb. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, Fond bu sövdələşmədən $71,7 milyon qazanıb.



17.11.2009/ 1 avroya Adidas krossovka
Üçüncü dünya ölkələri üçün ucuz avtomobil buraxılışı konsepsiyası digər istehsalçıları da bu haqda fikirləşməyə vadar edib. Artıq idman geyimləri və ayaqqabılarını istehsal edən Adidas şirkəti də bu aksiyaya qoşulmağa qərar verib.


17.11.2009/ OPEK-i neftin qiyməti qane edir
OPEK neftin bir barelinin qiymətinin 75-80 dollar diapazonunda olması həm bizim, həm də dünya iqtisadiyyatının bərpası üçün qəbul ediləndir. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, kartelin prezidenti Xose Maria Botelo de Vaskonselos Abu-Dabidə keçirilən konfransda belə açıqlama verib.


17.11.2009/ Zəif dollar dünya iqtisadiyyatı üçün təhlükədir
ABŞ-da uçot dərəcələrinin aşağı olması və dolların kursunun düşməsi dünya iqtisadiyyatının bərpasına təhlükə törətməklə yanaşı səhm və daşınmaz əmlak bazarında möhtəkirliyə də yol açır. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Çinin bank fəaliyyətinin tənzimlənməsi üzrə Komissiyanın sədri Lyu Minkan Pekində düzənlənən maliyyə forumunda bu barədə açıqlama verib. 


17.11.2009/ BVF: Çinə güclü yuan lazımdır
“İqtisadiyyatda disbalansı aradan qaldırmaq üçün Çin hökuməti milli valyuta olan yuanı gücləndirməlidir”. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, BVF-nin rəhbəri Dominik Stross-Kan bu barədə Pekində keçirilən maliyyə konfransında açıqlama verib.


17.11.2009/ Avropa resesiyadan çıxır
2009-cu ilin üçüncü rübündə əvvəlki rüblə müqayisədə avrozonanın iqtisadiyyatı 0,4%, Avropa Birliyinin iqtisadiyyatı isə 0,2% artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Eurostat agentliyinin rəsmi məlumatında bildirilir.


17.11.2009/ Avropa işsizliyin artımı 2011-ci ilə kimi davam edəcək
Qərbi Avropada iqtisadi artım şəraitində belə 2011-ci ilə kimi işsizlik artacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Mərkəzi Bankının İdarə Heyətinin üzvü Hut Vellink açıqlama verib.


17.11.2009/ Rublun möhkəmlənməsi problemi
Rusiyanın Mərkəzi Bankı bunun üçün bazardan $5 milyard alıb

Rusiyanın Mərkəzi Bankı rublun məzənnəsinin saxlanması üçün noyabrın əvvəlindən daxili bazardan 5 milyarddan çox məbləğdə dollar alıb.  “İqtisadi forum” jurnalının RİA-Novosti agentliyinə istinadən verdiyi məlumata görə, Mərkəzi Bankın sədr müavini Aleksey Ulyukayev bu barədə açıqlama verib.



16.11.2009/ Hər kilometr üçün 0,03 avro vergi
Niderlanda avtomobil yürüşünə görə vergi tətbiq edilir

Niderland hökuməti sürücülərin vergiyə cəlb edilməsi qaydasını müəyyənləşdirən yeni qanun qəbul edib. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, yol vergisi və avtomobil almağa görə tətbiq edilən vergi ləğv edilir və əvəzində avtomobilin il ərzində faktiki yürüşü əsasında vergi hesablanacaq.



16.11.2009/ ABŞ-ın ticarət kəsiri son 10 ildə ən yüksək həddə çatıb
Kəsir bir ayda $6 milyard artıb

ABŞ-ın xarici ticarət balansının kəsiri sentyabrda 18% artaraq $36,5 milyarda çatıb. Avqust ayında ticarət kəsiri $30,8 milyard təşkil edib. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, sentyabrda kəsirin artım tempi son 10 ildə ən yüksək həddə olub.



16.11.2009/ Sutka ərzində daha 3 bank bağlandı
ABŞ-da bağlanan bankların sayı 123-ə çatdı

ABŞ-da requlyatorların qərarı ilə sutka ərzində 3 regional bank bağlanıb.
“İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, bununla da 2009-cu il ərzində Amerikada bağlanan bankların sayı 123-ə çatıb.



16.11.2009/ “Banklara pulların birbaşa yönəldilməsi səhv addım idi”
FDİC rəhbəri ABŞ-ın sabiq maliyyə nazirini tənqid etdi

ABŞ-ın Əmanətlərin Sığortası üzrə Federal Korporasiyanın (FDİC) sədri Şeyla Beyr açıqlamasında bildirib ki, böhranın kəskin dövründə ABŞ banklarına kapitalın birbaşa yönəldilməsi hökumətin səhv addımı olub.



16.11.2009/ Nigeriya bank sisteminin b?rpas?n? ?cn?bil?r? h?val? edir
Nigeriyan?n M?rk?zi Bank? ölk?nin bank sisteminin b?rpas? m?qs?dil? Deutsche Bank, KPMG Professional Services v? daha 5 ?irk?ti m?sl?h?tçi qismind? seçib. Bu bar?d? “?qtisadi forum” jurnal?n?n Bloomberg agentliyin? istinad?n m?lumat verir.


12.11.2009/ ABŞ-ın büdcə kəsiri yenə böyüyür
Kəsir yeni maliyyə ilinin ilk ayında artıq $176 milyardı ötüb

2009-cu ilin oktyabrında ABŞ-ın federal büdcəsinin kəsiri $176,4 milyard təşkil edib.Halbuki analitiklər büdcə kəsirini $150 milyard həddində proqnozlaşdırmışdı.Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın Maliyyə Nazirliyinə istinadən məlumat verir.



12.11.2009/ ABŞ-ın neft ehtiyatı 1,8 milyon barel artıb
ABŞ-ın xam neftin kommersiya ehtiyatı 2009-cu ilin 31 oktyabr – 6 noyabr aylarında 1,8 milyon barel artaraq 337,7 milyon barel təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Energetika Nazirliyinin (US Department of Energy) məruzəsində qeyd edilib.


12.11.2009/ Qızıl tükənir
Onun istehsalı hər il 1 milyon unsiya azalır

Qlobal böhran, o cümlədən dolların ucuzlaşması səbəbindən qızıla olan tələbatın kəskin artması bu qiymətli metalın qıtlığını yarada bilər. “İqtisadi forum” jurnalının The Daily Telegraph qəzetinə istinadən verdiyi məlumata görə, qızılın son vaxtlar sürətlə bahalaşmasına rəqmən onun istehsalı azalmaqda davam edir.



12.11.2009/ 2010-cu ildə neft $60-a düşə bilər
2010-cu ildə yüngül Texas neftinin orta illik qiyməti ucuzlaşaraq bir barel üçün 60 dollara düşə bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, Deutsche Bank analitikləri apardıqları hesablamalar əsasında belə proqnozla çıxış ediblər.


12.11.2009/ 2010-cu ildə OPEK-in gəlirləri 30% artacaq
OPEK-in neft ixracından gəlirləri gələn il qiymətlərin və istehlakın artımı hesabına 30% artacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ-ın Energetik İnformasiya Agentliyi (EİA) bununla bağlı proqnoz verib.


12.11.2009/ 2009-cu ilin ən etibarlı avtomobilləri
2009-cu ildə Amerika bazarlarında ən etibarlı avtobillər adına Yaponiyanın istehsalı olan avtomobilləri layiq görülüb. “İqtisadi forum” jurnalının məlumatına görə, Amerikanın avtomobil sakinləri arasında böyük populyarlığa malik müstəqil qeyr-kommersiya jurnalı Consumer Reports bu barədə hesabat açıqlayıb.


12.11.2009/ FES: Amerika iqtisadiyyatı tezliklə dirçəlməyəcək
Yüksək işsizlik səviyyəsi və istehlakçıların pullarını xəsisliklə xərcləməsi güman ki, Amerika iqtisadiyyatının zəif və qeyri-bərabər dirçəlişinə gətirib çıxaracaq. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Federal Ehtiyat Sisteminin bir neçə rəhbəri bu fikri irəli sürüb.


12.11.2009/ Rusiyanın valyuta ehtiyatı $1,1 milyard artıb
Ölkənin beynəlxalq ehtiyatı $434 milyarda çatıb

Rusiyanın Federasiyasının valyuta ehtiyatı
noyabrın ilk həftəsi 1,1 milyard dollar artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 30 oktyabr – 6 noyabrtarixlərində ölkənin beynəlxalq ehtiyatları $432,8 milyarddan $433,9 milyarda yüksəlib.


11.11.2009/ “Biz büdcəni dayanıqlı tarazlıq halına gətirəcəyik”
ABŞ maliyyə naziri yenə vəd verdi

ABŞ dolların məzənnəsinin möhkəmlənməsində maraqlıdır. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Amerikanın maliyyə naziri Timoti Qaytner belə açıqlama verib.



11.11.2009/ Çinin neft təlabatı artır
Asiyanın iri neft emalı şirkətlərindən olan Sinopec Corp rəhbərlərindən biri açıqlamasında 2010-cu ildə Çinin neft təlabatının artacağını bildirib. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, neftin dünyada ikinci ən böyük alıcısı olan Çin “qara qızıl” idxalını agələn ildən artıracaq.


10.11.2009/ Dünyada yalnız 11% insan kapitalizmi dəstəkləyir
54%-i isə SSRİ-nin dağılmasına sevinir

Dünya əhalisinin yalnız 11%-i azad bazar kapitalizminin yaxşı işlədiyini və dövlət tərəfindən əlavə tənzimləmə tədbirlərinə ehtiyac olmadığını bildirib. “İqtisadi forum” jurnalının məlumatına görə, BBC World Service şirkətinin dünyanın 27 ölkəsi arasında apardığı sorğunun nəticələri əsasında bu qənaətə gəlinib.



10.11.2009/ Çin dolların taleyindən narahatdır
Çin hökuməti ABŞ-ı dollara münasibətdə məsuliyyətli mövqe göstərməyə çağırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Çinin baş naziri Ven Çzyabao mətbuata açıqlamasında Amerikanın dolların sabit kursunu təmin edəcəyinə və büdcə kəsirini azaldacağına ümidvar olduğunu bildirib.


10.11.2009/ Almaniyanın ticarət balansının profisiti 30,9% artıb
Almaniyanın ticarət balansının müsbət saldosu 2009-cu ilin sentyabr ayında avqustla müqayisədə 30,9% artaraq 10,6 milyard avroya çatıb. Avqust ayında qalıq 8,1 milyard avro olub.  “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Almaniyanın Federal Statistika Agentliyi açıqlama verib.


09.11.2009/ Avrozonanın dövlət borcu ÜDM-in 100%-nə çata bilər
Avropa Birliyinin üzvləri əlavə tədbirlər görməsə, 2014-cü ildə Avrozonanın dövlət borcu ÜDM-in 100%-i həddinə çata bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, The Wall Street Journal qəzeti bu barədə xəbər verir.


09.11.2009/ Tokiyo dünyanın ən varlı şəhəridir
PricewaterhouseCoopers iri şəhərlərin reytinqini tərtib edib

İnkişaf etməkdə olan ölkələrin meqapolisləri Avropa şəhərlərini sıxışdırmaqla dünyanın ən bahalı şəhərlərinin reytinq cədvəlini “işğal” etməkdədir. “İqtisadi forum” jurnalının məlumatına görə, PricewaterhouseCoopers şirkəti ÜDM-in həcmi əsasında 2008-ci il üzrə dünyanın iri şəhərlərinin reytinq cədvəlini tərtib edib.



09.11.2009/ ABŞ-la Çin arasında antidempinq müharibəsi qızışır
Çinin Kommersiya Nazirliyi Amerikada istehsal olunan avtomobillərə qarşı antidempinq təhqiqatlarının başlandığını açıqlayıb. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, Nazirlik bu barədə onlara yerli istehsalçılar tərəfindən şikayətin daxil olduğunu açıqlayıb.


09.11.2009/ ABŞ-da işsizlik 10,2%-ə çatdı
1983-cü ildən sonra bu, ən yüksək göstəricidir

ABŞ-da işsizliyin səviyyəsi 1983-cü ilin aprel ayından sonra ilk dəfə olaraq 10,2% həddinə çatıb. Oktyabrda iş yerlərinin ixtisar tempi ekspertlərin gözlədiyindən də çox olub. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ölkədə işsizliyin səviyyəsi ay ərzində birdən-birə 0,4% artıb.



05.11.2009/ Böyük dövlətlər BVF-yə qarşı getmədi
Avropa Birliyi və Britaniya uçot dərəcələrini qaldırmadı

BVF-nin tövsiyələrinə uyğun olaraq ABŞ-ın ardınca Avropa Birliyi və Britaniya uçot dərəcəsini qaldırmamaq qərarına gəlib. “İqtisadi forum” jurnalı bu barədə Avropa Mərkəzi Bankı və İngiltərə Bankına istinadən məlumat verir.



05.11.2009/ AB? uçot d?r?c?sini d?yi?m?di
FES d?r?c?ni 0-0,25% diapazonunda saxlad?

AB?-?n Federal Ehtiyat Sistemi (FES) ekspertl?rin gözl?diyi kimi ?sas uçot d?r?c?sini 0-0,25% diapazonunda saxlamaq bar?d? q?rar q?bul edib. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? FES aç?qlama verib.



05.11.2009/ NOKIA Avropanın ən bahalı brendidir
Ötən il olduğu kimi 2009-cu ildə də Avropanın ən bahalı brendi adına 35,220 milyard avro dəyərləndirilən NOKIA şirkəti layiq görülüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Ticarət Nişanları İnstitunun tərtib etdiyi Avropanın 50 ən bahalı nişanları reytinq cədvəlini təqdim edib.


05.11.2009/ Rusiyanın valyuta ehtiyatı durmadan artır
Rusiyanın Federasiyasının valyuta ehtiyatı son həftə $3,5 milyard artaraq oktyabrın 30-na $432,8 milyard çatıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə öncə ehtiyatın həcmi $429,3 milyard idi.


05.11.2009/ London dünyanın maliyyə paytaxtı oldu
Böyük Britaniyanın baş şəhəri London 2009-cu ildə dünyanın maliyyə paytaxtı seçilib. “İqtisadi forum” jurnalının məlumatına görə, “dumanlı albion” bu ada Dünya İqtisadi Forumunun apardığı tədqiqatın nəticələrinə əsasən layiq görülüb.


04.11.2009/ Qlobal iqtisadi böhran sizə necə zərər vurdu?
“İqtisadi forum” jurnalının sorğusu başa şatdı

“İqtisadi forum” jurnalıQlobal iqtisadi böhran sizə necə zərər vurdu?” sualı ilə keçirdiyi internet sorğusunu başa çatdırıb. Sorğuda 60 nəfər iştirak edib.



04.11.2009/ Yaşamağa qərib ölkə...
700 milyon insan yaşayış yerini dəyişmək istəyir

Amerikanın Gallup sosioloji şirkətinin dünyanın 135 ölkəsində apardığı sorğunun nəticəsi göstərir ki, təxminən 700 milyon insan yaşamaq üçün başqa ölkəyə köçmək arzusunda olduğunu bildirib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BBC News xəbər verir.



04.11.2009/ Maaşların azaldılması böhrana səbəb olub
Beynəlxalq Əmək Təşkilatı məruzə hazırlayıb

“Dünyada əmək haqlarının artım səviyyəsinin azalması qlobal iqtisadi böhranı doğuran əsas səbəblərdəndir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının (International Labour Organization) “2009-cu il üzrə əmək haqlar barədə qlobal məruzə” adlı sənədində qeyd edilir.



04.11.2009/ Deutsche Bank iri bankların bölünməsinin əleyhinədir
Iri beynəlxalq bankların bölünməsi maliyyə böhranı nəticəsində yaranmış problemi həll etməyəcək. Belə bölünmədən sonra bank sektoru korporativ müştərilərə lazımi səviyyədə xidmət göstərə bilməyəcəklər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Deutsche Bankın rəhbəri açıqlama verib.


04.11.2009/ Hər beş latviyalıdan biri işsizdir
İşsizlərin yarısı xarici ölkələrə üz tutmağa hazırlaşır

İqtisadiyyatı kəskin böhran keçirən Latviyada işsizlik səviyyəsi  durmadan artır. “İqtisadi forum” jurnalının Eurostat statistika agentliyinə istinadən verdiyi məlumata görə, sentyabr ayında ölkə əhalisinin 19,7%-i işsiz qalıb ki, bu da Avropa Birliyində ən yüksək göstəricidir.



03.11.2009/ BVF Hindistana 200 ton qızıl satdı
$6,7 milyard qazandı

Beynəlxalq Valyuta Fondu Hindistanın Mərkəzi Bankına 200 ton həcmində qızıl satması barədə açıqlama verib. “İqtisadi forum” jurnalının BVF-yə istinadən verdiyi məlumata görə, satılan qızılın həcmi Fondun satışa çıxartdığı qızılın təxminən yarısı qədərdir.



03.11.2009/ Avstraliya uçot dərəcəsini növbəti dəfə artırdı
BVF-nin tövsiyələrinə rəğmən Avstraliyanın Mərkəzi Bankı son bir ayda ikinci dəfə uçot dərəcəsini qaldırdı. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bununla da dünya iqtisadiyyatında bərpa müşahidə ediləndən bəri “Böyük iyirmilik” ölkələri arasında uçot dərəcəsini ikinci dəfə qaldıran ilk ölkə oldu.


03.11.2009/ Qazaxıstanda inflyasiya səviyyəsi azalıb
Qazaxıstanda yanvar-oktyabr aylarında inflyasiya səviyyəsi ötən ilin müvafiq dövründəki 8,8%-ə qarşı 5,1% olub. Bu barədə “İqtisadi forum” jurnalı Qazaxıstanın Dövlət Statistika Agentliyinə istinadən məlumat verir.


02.11.2009/ 2009-cu ilin ən etibarlı və etibarsız avtomobilləri
Ən etibarsız avtomobillərin əksəriyyəti Amerikanın istehsalıdır. Yaponiya və Koreya istehsalı olan maşınlar isə etibarlılığına görə siyahıda seçilirlər.  “İqtisadi forum” jurnalının məlumatına görə, Consumer Reports dərgisi 2009-cu il üzrə etibarlı və etibarsız avtomobillərin növbəti reytinqini tərtib edib.


02.11.2009/ Avropada işsizlik son 10 ildə ən yüksək həddə çatıb
Sentyabr ayında avrozona ölkələrində işsizliyin səviyyəsi avqust ayı ilə müqayisədə artaraq 9,6%-dən 9,7%-ə çatıb. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, bu son 10 ildə ən yüksək göstəricidir.


02.11.2009/ Daha 9 bank bağlandı
ABŞ-da bağlanan bankların sayı 115-ə çatdı

Bu günlərdə ABŞ-ın daha 9 bankı maliyyə imkansızlığı ucbatından bağlanıb. “İqtisadi forum” jurnalının Əmanətlərin sığortalanması üzrə Federal Korporasiyaya istinadən verdiyi məlumata görə, bununla da 2009-cu ildə ölkədə bağlanan bankların sayı 115-ə çatıb.



02.11.2009/ Yaponiyada daha 3 il deflyasiya gözlənilir
Dünya maliyyə böhranının təsirindən sonra tədricən bərpa olunan Yaponiya iqtisadiyyatı daha üç il deflyasiya dövrünü yaşayacaq. Bu barədə “İqtisadi forum” jurnalı Yaponiyanın Mərkəzi Bankının hesabatına istinadən məlumat verir.


30.10.2009/ Qazaxıstanda pensiyalar artırılır
2010-cu ilin iyul ayının 1-dən büdcə sferasında çalışan işçilərin əmək haqları 25% artırılacaq. “İqtisadi forum” jurnalının Kazakhstan Today agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstanın baş naziri Kərim Məsimov açıqlama verib.


30.10.2009/ Rusiyanın beynəlxalq ehtiyatı $429,3 milyarda çatıb
Rusiyanın Federasiyasının valyuta ehtiyatı bir həftədə 5,9 milyard artıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, oktyabrın 16-23 tarixində beynəlxalq ehtiyat $423,4 milyarddan $429,3 milyarda qalxıb.


30.10.2009/ Rusiya uçot dərəcəsini endirdi
Rusiyanın Mərkəzi Bankı Direktorlar Şurası oktyabrın 30-dan etibarən uçot dərəcəsini 0,5% azaldaraq 9,5%-ə endirməkbarədə qərar qəbul edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bank açıqlama verib.


30.10.2009/ Dünyasını dəyişmiş varlılar
“Forbes” jurnalı onların reytinqini tərtib edib

Ötən il dünyasını dəyişmiş Fransız modelyer və dizayner İv Sen-Loran 2009-cu ilin yekunları üzrə ölmüş ən varlı məşhurlar siyahısına başçılıq edir. “İqtisadi forum” jurnalının “Forbes” jurnalına istinadən verdiyi məlumata görə, Loran il ərzində 350 milyon dollar qazanıb.



30.10.2009/ AB? iqtisadiyyat? III rübd? 3,5% art?b
Cari ilin III rübünd? AB? iqtisadiyyat?nda böhran ba?layandan b?ri ilk d?f? olaraq hökum?tin v? istehlak x?rcl?rinin artmas? hesab?na art?m qeyd? al?n?b. Bu bar?d? “?qtisadi forum” jurnal? Bloomberg agentliyin? istinad?n x?b?r verir.


29.10.2009/ Stiqlis: “Dollar ucuzlaşmaqda davam edəcək”

Ən iri dünya iqtisadiyyatında ticarət kəsirinin artması səbəbindən Amerika dolları ucuzlaşmaqda davam edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Nobel mükafatı laureatı Cozef Stiqlis bildirib.



29.10.2009/ Avropada özəl sektorun kreditləşməsi azalıb
2009-cu ilin sentyabr ayında Avropada özəl sektorun kreditləşməsi azalıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Avropa Mərkəzi Bankının hesabatında qeyd edilir.


29.10.2009/ Amerikalı bankirlərin maaşları 90% kəsilir
Citigroup və Bank of Amerika bankları da daxil olmaqla böhran şəraitində dövlətin maliyyə yardımından imtina edən yeddi maliyyə şirkətinin rəhbəri ABŞ hökumətinin əmək haqları üzrə müşaviri Kennet Feynberq ilə danışıqlardan sonra öz maaşlarının 50%-ni verməyə razılaşıblar.


29.10.2009/ Yaponiyanın ticarət balansı 6 dəfə artıb
Cari ilin sentyabr ayında Yaponiyanın ticarət balansının qalığı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 6 dəfə artıb. Bu barədə “İqtisadi forum” jurnalı Yaponiyanın Maliyyə Nazirliyinə istinadən məlumat verir.


29.10.2009/ Uçot dərəcələrinin artımına başlandı
Avropada ilk addımı Norveç atdı

Norveçin Mərkəzi Bankı dünən uçot dərəcəsini 0,25% artıraraq 1,5%-ə çatdırıb. “İqtisadi forum” jurnalının məlumatına görə,
Norveç maliyyə böhranı başlayandan bəri bu addımı atan ilk Avropa ölkəsi oldu.


28.10.2009/ AB? maliyy? naziri: “Dollar ehtiyat valyutas? statusunu saxlayacaq”
Uzunmüdd?tli perspektivd? dollar dünyan?n apar?c? ehtiyat valyutas? statusunu qoruyub saxlayacaq. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu bar?d? AB?-?n maliyy? naziri Timoti Qaytner Nyu-Yorkda düz?nl?n?n investisiya konfrans?nda aç?qlama verib.


28.10.2009/ BMT-nin $3 milyard alacağı var
$740 milyon həcmində isə borcu var

BMT üzv-ölkələrə $740 milyon, üzv-ölkələrin bu quruma isə təxminən $3 milyard borcu var. “İqtisadi forum” jurnalının məlumatına görə, bu rəqəmlər Baş Assambleyanın beşinci komitəsində təşkilatın maliyyə məsələlərinin müzakirəsi zamanı səslənib.



28.10.2009/ Yaponiyada dollara dəstək

Dollar dünyanın güclü valyutası olaraq  qalır və Yaponiya öz ehtiyatlarının böyük hissəsini saxlamaq niyyətindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Yaponiyanın maliyyə naziri Xiroxisa Fudzii açıqlama verib.



27.10.2009/ Dünyada evlər hələ də ucuzlaşır
İl ərzində Riqada daşınmaz əmlak 59% dəyərsizləşib

Son ildə ən çox Riqada yaşayış evləri ucuzlaşıb. “İqtisadi forum” jurnalının Global Property Guide tədqiqat şirkətinə istinadən verdiyi məlumata görə, Latviyanın paytaxtında qiymətlər orta hesabla 59% ucuzlaşıb. Biznes klass tipli evlərin hər kvadrat metri bu şəhərdə alıcılara orta hesabla 2,3 min avroya başa gəlir.



27.10.2009/ İnsanların rifahı ən çox Finlandiyada təmin olunur
Finlandiya 2009-cu ildə Dünya Rifah İndeksi (Prosperity Index) üzrə dünyanın 104 ölkəsi arasında ən varlı ölkəsi olub. “İqtisadi forum” jurnalının "Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə London Legatum Institutunun hesabatına istinadən məlumat verir.


26.10.2009/ Dünyanı güclü inflyasiya gözləyir
Dünya iqtisadiyyatı güclü inflyasiya astanasındadır. Aparıcı Qərb ölkələrinin hökumətləri iqtisadiyyatda depresiyanın qarşısını almaq üçün antiböhran proqramının reallaşdırılması nəticəsində yaranmış böyük həcmdə dövlət borclarını azaltmaq yollarını axtarırlar. “İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Amerikanın Morgan Stanley bankı bu barədə hesabat dərc edib.


26.10.2009/ G?zm?y? q?rib ölk?, pensiyaya Avstraliya yax??...
Avstraliya pensiyaya ç?xmaq üçün ?n yax?? ölk?dir. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, Forbes jurnal? pensiyaç?lar üçün ?n yax?? ölk?l?rin reytinqini t?rtib edib.


21.10.2009/ Qızılın unsiyası $2000-ə çata bilər
Qızılın qiyməti artıq bir neçə gündür ki, rekord hədləri təzələyir. Fond birjalarında milli valyutaların, xüsusən də dolların gələcəyi ilə bağlı narahatçılıq hökm sürür. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, investor Cim Rocers yaxın onillikdə qızılın unsiyası $2000-ə çata bilər.


21.10.2009/ Bernanke: ABŞ büdcə kəsirini azaltmalıdır
ABŞ rekord səviyyədə olan federal büdcə kəsirini azaltmalı və nəzarət altına götürməldir və ya iri dövlət xərcləri nəticəsində öz maliyyə sistemində tənəzzülü görməyə risk etməlidir. “İqtisadi forum” jurnalının Kanadanın CBC radiosuna istinadən verdiyi məlumata görə, ABŞ-ın Federal Ehtiyat Sisteminin rəhbəri Ben Bernanke bu barədə açıqlama verib.


21.10.2009/ ?eyxl?r üçün valyuta
BVF ?ran körf?zi ölk?l?rin? köm?k etm?y? haz?rd?r

?ran körf?zi ölk?l?rinin vahid valyutas?n?n yarad?lmas? zaman? BVF ?laq?l?ndirici rolunu oynaya bil?r. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, Fondun direktoru Dominik Stross-kan bu ölk?l?rin maliyy? nazirl?rinin görü?ü zaman? bel? aç?qlama verib.



21.10.2009/ Avronun ümidi yuana qalıb
Avropa Birliyi Çinin yardımı ilə valyutasını ucuzlaşdırmaq istəyir

Avro zonanın iqtisadiyyat və maliyyə nazirləri Lüksemburqda oktyabrın 19-da keçirilən yığıncaqda avronu Çinin köməkliyi ilə ucuzlaşdırmaq barədə qərar qəbul ediblər. “İqtisadi forum” jurnalının AFR agentliyinə istinadən verdiyi məlumata görə, ilin sonuna kimi avro zonanın ən azı üç ölkəsinin maliyyə nazirləri ilin sonuna kimi müvafiq danışıqlar üçün Çinə səfər edəcəklər.



21.10.2009/ Antiböhran tədbirlərini dayandırmayın
BVF üzv ölkələrə müraciət etdi

BVF üzv ölkələrə antiböhran tədbirlərini dayandırmamağı tövsiyə edib. Çünki böhranla mübarizə proqramlarının vaxtından əvvəl dayandırılması dünya iqtisadiyyatında növbəti il artım əldə edilməsi imkanına mane ola bilər. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, BVF-nin direktor müavini Con Lipski Mexikoda konfransda çıxışı zamanı bildirib.



21.10.2009/ Çində milyarderlərin sayı artıb
Qlobal maliyyə böhranına baxmayaraq Çində milyarderlərin sayı artmaqda davam edir. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, təkcə il ərzində onların sayı 101-dən 130-a artıb.


20.10.2009/ "Bizə güclü dollar lazımdır"
Avropa Birliyi dolların ucuzlaşmasından narahatdır

Avropanın maliyyə idarələrinin rəhbərləri valyuta bazarında vəziyyətdən narahatdırlar və dolların güclənməsi ilə bağlı ABŞ hökumətinin qərarını dəstəkləyirlər. Bu barədə “İqtisadi forum” jurnalı Bloomberg agntliyinə istinadən məlumat verir.



20.10.2009/ Dollar əleyhinə sukre
Latın Amerikası öz valyutasını buraxır

Ötən həftə Latın Amerikası ölkələri ittifaqı (ALBA - Alianza Bolivariana para las Americas) virtual hesablaşmalarda vahid pul vahidi olan sukreyə keçmək barədə razılığa gəliblər. “İqtisadi forum” jurnalının məlumatına görə, yeni valyuta ilk mərhələdə virtual hesablaşmalara tətbiq edilsə də sonradan Şimal qonşularının valyutası olan dolları tamamilə əvəzləyəcək.



19.10.2009/ Ilin sonuna neftin bir bareli $95 ola bilər
Neftin bir barelinin qiyməti ilin sonuna $95-ə qalxa bilər. OPEK-in kvotanı record həcmdə ixtisar edəndən sonra neft hasilatının həcmini dəyişməyib, tələbat isə artır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bloomberg agentliyi Standard Chartered bankının proqnozuna istinadən xəbər verir.


19.10.2009/ Soros dollar?n yuana nisb?t?n ucuzla?mas?na t?r?fdard?r

M??hur maliyy?çi Corc Soros AB?-?n büdc? k?sirinin art?m?n?n qar??s?n? almaq m?qs?dil? dollar?n Çinin milli valyutas? olan yuana nisb?td? ucuzla?mas?n? vacib say?r. Bu bar?d? “?qtisadi forum” jurnal? Reuters agentliyin? istinad?n x?b?r verir.



19.10.2009/ Əhalinin qocalması büdcə risklərini artırır
Avropa Komissiyası bununla bağlı narahatlığını bildirir

Britaniya, İspaniya və Avropa Birliyinin daha 10 ölkəsinin büdcələri dövlət müavinəti xərclərinin proqnozlaşdırılmış artması hesabına və dünya maliyyə böhranının nəticələrinə görə uzunmüddətli risk zonasında yerləşir. “İqtisadi forum” jurnalının “Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Avropa Komissiyasının hesabatına qeyd edilib.



19.10.2009/ Made in Germany
Almaniya 2008-ci ild? m?hsul ixrac? üzr? lider oldu

Qlobal maliyy? böhran?na baxmayaraq, Almaniya dünyan?n iri ixracatç?lar? reytinqind? öz liderliyini qoruya bilib. “?qtisadi forum” jurnal?n?n Dünya Ticar?t T??kilat?na istinad?n verdiyi m?lumata gör?, 2008-ci ild? Almaniyan?n ixrac?n?n ümumi d?y?ri $1,5 trilyona çat?b.



16.10.2009/ Qrinspen zəif dollardan narahat deyil
Sabiq FES rəhbərinin fikrincə, iri maliyyə institutları parçalanmalıdır

“İqtisadi forum” jurnalının məlumatına görə, ABŞ-ın Federal Ehtiyat Sisteminin sabiq rəhbəri Alan Qrinspen Beynəlxalq münasibətlər Şurasının Nyu Yorkda düzənlənən konfransında çıxışında dolların hazırki vəziyyətindən bir o qədər də narahat olmadığını bildirərək diqqəti dövlət borcu probleminə yönəldib.



16.10.2009/ Dolların ucuzlaşması daha 6 ay davam edəcək
Goldman Sachs görə, sonra bahalaşacaq

Amerika valyutasının qarşıdakı yarım ildə avroya və xammal ixracatçıları olan ölkələrin valyutalarına nisbətən ucuzlaşması prosesi davam edə bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Goldman Sachs bankının analitikləri belə proqnozla çıxış ediblər.



16.10.2009/ Çinin valyuta ehtiyatı record həddə - $2,3 trilyona çatıb
Rusiyanın ehtiyatı isə hər gün $1 milyard artır

Rusiyanın qızıl-valyuta ehtiyatı 2-9 oktyabr tarixində 1,7% artaraq $418,7 milyarda çatıb. Valyuta ehtiyatı bir həftədə $7,2 milyard çoxalıb. Bu barədə “İqtisadi forum” jurnalı Rusiyanın Mərkəzi Bankına istinadən məlumat verir.



16.10.2009/ Konqres 2010-cu ildə Pentaqona $680 milyard ayıracaq
ABŞ Konqresi 2010-cu maliyyə ili üzrə Pentaqonun büdcəsini təsdiq edib. “İqtisadi forum” jurnalının Müdafiə Nazirliyinin mətbuat xidmətinin açıqlamasına istinadən verdiyi məlumata görə, gələn il Nazirliyin büdcəsi $680,2 milyard olacaq.


16.10.2009/ Milli Fondlar vəsaitlərinin yarısını səhmlərə çevirir
Dünyanın $2,2 trilyon dəyərində aktivlərinə malik 10 ən iri milli rifah fondu aktivlərinin təxminən yarısını səhm bazarına yönəldib. “İqtisadi forum” jurnalının məlumata görə, bu barədə “The Investor Responsibility Research Center Institute” və “RiskMetrics Group” institutlarının apardığı tədqiqatlarda qeyd edilir.


16.10.2009/ Avrokomissiya Avropa ölk?l?rinin iqtisadiyyat?n v?ziyy?tind?n narahatd?r
Avropa Komissiyas?n?n aç?qlamas?na gör?, Britaniya, ?spaniya, Yunan?stan v? Latviyan?n iqtisadiyyat?  ciddi t?hlük? alt?ndad?r. Bu bar?d? “?qtisadi forum” jurnal? Asociated Press agentliyin? istinad?n m?lumat verir.


15.10.2009/ Dollar böhranı gözlənilmir
Bank of America bunu 3 səbəblə əsaslandırır

ABŞ dollarının indiki səviyyədə dəyərsizləşməsinə baxmayaraq ən azı üç səbəbdən bu valyutanın böhranına gətirib çıxarmayaq. Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın iri özəl bankı olan “Bank of America”ya istinadən məlumat verir.



15.10.2009/ Dünyada 1 milyard insan aclıqdan əziyyət çəkir
Böhrana görə ac insanların sayı artıb

Qlobal böhranın təsiri nəticəsində dünyada ac olan insanlarının sayı 1,02 milyard nəfərə çatıb. Bu barədə “İqtisadi forum” jurnalı BMT-nin Ərzaq və Kənd təsərrüfatı təşkilatının məruzəsində qeyd edilir.



15.10.2009/ $130 milyardlıq bonus
Merril Lynch bankının işçilərinə verdiyi mükfatın illik məbləği $16,6 milyarddır

ABŞ-ın JPMorgan, Bank of America, Citi, Goldman Sachs, Morgan Stanley, Ameritrade, NYSE Euronext və s. kimi 23 aparıcı investisiya banklarının, fond və xammal birjalarının əməkdaşları 2009-cu ildə 2007-ci illə müqayisədə çox qazana bilərlər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzetinin əməkdaşları fikirlərini bildiriblər.



15.10.2009/ Britaniyada bir ildə 700 min adam işsiz qalıb

Cari ilin III rübündə Britaniyada işsizlərin sayı əvvəlki rüblə müqayisədə 0,3% artaraq ölkənin əmək qabiliyyətli əhalisinin 7,9%-i həddinə çatıb. Bu barədə “İqtisadi forum” jurnalı Britaniyanın Milli Statistika Bürosuna istinadən məlumat verir.



15.10.2009/ Yaponiya da uçot dərəcəsini dəyişmədi

ABŞ, Avropa və Britaniyanın ardınca Yaponiya da uçot dərəcəsini sabit – illik 0,1% həddində saxlayıb. Bu barədə “İqtisadi forum” jurnalı Yaponiyanın Mərkəzi Bankına istinadən məlumat verir.



13.10.2009/ ABŞ-ın dövlət borcu $12 trilyona çatıb

ABŞ hökumətinin borcunun həcmi Konqres tərəfindən müəyyən edilmiş son həddə - $12,1 trilyona çatıb və ilin sonuna daha da artacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Standard & Poor's agentliyi açıqlama verib



13.10.2009/ Britaniya 2011-ci ilə kimi uçot dərəcəsini dəyişməyəcək

Böyük Britaniyada uçot dərəcəsi 2011-ci ilə kimi 0,5% səviyyəsində qalacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi və Biznes Tədqiqatları Mərkəzi (CEBR) belə proqnozla çıxış edib.



13.10.2009/ İqtisadiyyat üzrə Nobel mükafatı amerikalılara nəsib oldu

Elinor Ostrom iqtisadiyyat sahəsində bu mükafatı alan ilk qadın oldu

İsveç Kral Akademiyasının Nobel Komitəsi 2009-cu il üzrə iqtisadiyyat üzrə Nobel mükafatının laureatlarının adlarını açıqlayıb. Amerikalı alimlər Elinor Ostrom və Oliver E.Vilyamson iqtisadi idarəetmə sahəsində apardıqları tədqiqatlara görə bu mükafata layiq görülüblər.



12.10.2009/ Britaniya böyük özəlləşdirməyə gedir
Özəlləşdiriləcək aktivlərin dəyəri $25,6 milyard qiymətləndirilir

Böyük Britaniyanın baş naziri Qordon Braun 16 milyard funt sterlinq (25,6 milyard dollar) dəyərindəki dövlət aktivlərinin satılması planlarını açıqlayacaq. “İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, özəlləşdirmədən daxil olan vəsaitlər ölkənin büdcə kəsirinin örtülməsinə yönəldiləcək.



12.10.2009/ Hələ tezdir...

FES rəhbəri: “İqtisadi şərait uçot dərəcəsini uzun müddət aşağı səviyyədə saxlanılmasını şərtləndirir”

“Biz hesab edirik hələki yumşaq pul-kredit siyasətini davam etdirməliyik”. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Federal Ehtiyat Sisteminin sədri Ben Bernanke açıqlama verib.



12.10.2009/ Növbəti böhranın toxumları basdırılır
Amerikanın aparıcı analitiki xəbərdarlıq edir

“İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, qlobal iqtisadi böhranın olacağını xeyli əvvəl demiş Amerikanın aparıcı analitiki Nurel Rubini növbəti xəbərdarlıq təbilini çalıb. Onun fikrincə, hazırda dünyada yeni maliyyə böhranının toxumları basdırılır.



12.10.2009/ Nikelin qiyməti $20 minə qalxa bilər

Proqnoza görə, 2010-cu ildə dünyada nikelə olan tələbat artacaq

Avstraliyanın iri nikel istehsalçısı “Panoramic Resources Ltd” şirkətinin proqnozuna görə, 2010-cu ildə dünyada nikelə olan tələbat artacaq. Cari ilin əvvəlindən nikelin bir tonunun qiyməti $11 mindən $18 minə qalxıb. Bu barədə “İqtisadi forum” jurnalı Bloomberg agentliyinə istinadən məlumat verir.



10.10.2009/ AB? maliyy? sistemind? liderliyini itirdi
Dünya ?qtisadi Forumun 2009-cu il üzr? hesabat?n? aç?qlay?b

Britaniya Dünya ?qtisadi Forumun 2009-cu il üzr? t?rtib etdiyi reytinq c?dv?lind? maliyy? sistemi ?n yax?? inki?af? ed?n ölk? olub. Bu bar?d? “?qtisadi forum” jurnal? Forumun hesabat?na istinad?n m?lumat verir.



10.10.2009/ British Airways əl yükünü pullu edir

Sərnişinlərdən əlavə yük üçün 40 funt tələb olunacaq

Britaniyanın aviaşirkəti British Airways açıqlama verib ki, oktyabrın 8-dən etibarən sərnişinlər təyyarə salonuna ikinci əl çantası gətirmək istədikdə  pul ödəməli olacaqlar.  Bu barədə “İqtisadi forum” jurnalı şirkətə istinadən məlumat verir.



09.10.2009/ Avropa Birliyi büdc? k?siri "virusu”na yoluxub

Avropa Birliyinin ?ks?r ölk?l?ri büdc? k?siri üzr? q?bul edilmi? norman? pozur. Avropa Birliyinin 9 ölk?si olan Almaniya, ?taliya, Avstriya, Belçika, Çexiya, Slovakiya, Sloveniya, Niderland v? Portuqaliya 3%-lik h?ddi keçibl?r. Bu bar?d? “?qtisadi forum” jurnal? Avropa Komissiyas?n?n aç?qlamas?na istinad?n x?b?r verir.



09.10.2009/ ABŞ ən cəlbedici ölkədir

GfK Group tədqiqat şirkətinin hər il tərtib etdiyi “Milli brendlər indeksi” üzrə ABŞ 2009-cu ildə dünyanın ən cəlbedici ölkəsi olub. Bu barədə “İqtisadi forum” jurnalı şirkətin oktyabrın 5-də dərc olunan açıqlamasına istinadən xəbər verir.



09.10.2009/ Avropa və Britaniya uçot dərəcəsini dəyişmədi
Rusiya 0,5% azaltdı, Avstraliya isə 0,25% artırdı

Avropanın Mərkəzi Bankı oktyabrın 8-də keçirilən iclasında uçot dərəcəsini 1% səviyyəsində saxlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın mətbuata açıqlamasında qeyd olunub.



08.10.2009/ ABŞ-ın büdcə kəsiri 3 dəfə artıb

Federal büdcənin kəsiri $1,4 trilyona çatıb

2009-cu maliyyə ilinin yekunlarına görə, ABŞ-ın federal büdcəsinin kəsiri rekord səviyyəyə qalxaraq $1,4 trilyon təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Associated Press agentliyi ABŞ Konqresinin büdcə idarəsinə istinadən xəbər verir.



08.10.2009/ Yaponiyanın valyuta ehtiyatı $1 trilyona çatıb

Sentyabrın sonuna Yaponiyanın qızıl-valyuta ehtiyatı avqust ayı ilə müqayisədə $10,25 milyard artaraq ölkə tarixində ən yüksək həddə - $1,052 trilyona çatıb. “İqtisadi forum” jurnalının Yaponiyanın Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, artıq 3-cü aydır ki, valyuta ehtiyatında artım müşahidə olunur.



06.10.2009/ “Böyüklər” kiçilir
Vaşinqton indi də G4 yaratmaq istəyir

“İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Böyük iyimiliy”in daxilində dünya maliyyə siyasətində əsas qərar qəbul edən və 4 iştirakçıdan ibarət yeni qrup yarana bilər.



06.10.2009/ Küveyt İraqdan $24,8 milyardlıq təzminat istəyir

Küveyt hökuməti İraqdan 1990-1991-ci illərdə İran körfəzində müharibə vaxtı ölkəyə vurulmuş zərərin qalan hissəsini – $24,8 milyard dəyərində təzminat ödəməyi tələb edib. “İqtisadi forum” jurnalının Küveyt KİV-rinə istinadən məlumat verir.



06.10.2009/ Deutsche Bank hesab edir ki, 2010-cu ildə neftin bir bareli 65 dollar olacaq

Almaniyanın böyük banklarından olan Deutsche Bank 2010-cu il üçün neftin bir barelinin proqnoz qiymətini $10 artıraraq $65 olacağını bildirib. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bank iqtisadi göstəricilərin yaxşılaşması və dolların zəifləməsi kimi amilləri nəzərə alaraq proqnozunu artırıb.



05.10.2009/ Apple xəbərdarlıq edir: iPod sağlamlığa zərərdir
İstifadəçilər tezliklə belə xəbərdarlığa rast gələcəklər

Avrokomissiya iPod pleyerləri və digər portativ musiqi avadanlıqlarında səsin ucalığı üçün 80 desibelden çox olmamaq şərti ilə məhdudiyyət hədd tətbiq edir. Bu barədə “İqtisadi forum” jurnalı Britaniyanın “The Times” qəzetinə istinadən xəbər verir.



05.10.2009/ Aşağı uçot dərəcələri saxlanılmalıdır
BVF Avropanın mərkəzi banklarına tövsiyə verdi

“Avropada iqtisadiyyatın bərpası “ləng və zəif” getdiyindən regionun mərkəzi bankları aşağı uçot dərəcəsini saxlamalı və imkan daxilinə qeyri-standart stimullaşdırıcı tədbirlərin tətbiqini davam etdirməlidirlər”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF-nin tövsiyəsində qeyd edilib.



05.10.2009/ Dünyanın ən nüfuzlu biznes lediləri

“İqtisadi forum” jurnalının məlumatına görə, Britaniyanın “Financial Times” qəzeti dünyanın ən nüfuzlu biznes qadınlarının reytinqini tərtib edib. Reytinq cədvəlinə PepsiCo şirkətinin icraçı direktoru, hind əsilli amerikalı İndra Nuyi başçılıq edir. Cədvəldə ABŞ vətəndaşları çoxluq təşkil edir. Onların ardınca sürətli inkişaf edən Asiya xanımları gəlir.



05.10.2009/ Riqa daşınmaz əmlakın ucuzlaşması üzrə liderdir
Keçmiş SSRİ ölkələri arasında ən çox ucuzlaşma Latviyadadır

Ən bahalı əmlak Moskvada, ən ucuzu isə Daşkənd və Düşənbədədir. Ancaq qiymətin ucuzlaşmasına görə lider olan ölkələr başqalarıdır. Qiymətin ucuzlaşma səviyyəsinə görə ilk üçlüyə Riqa, Tiflis və Düşənbə daxildir. Bu barədə  “İqtisadi forum” jurnalı GED Analitics analitik mərkəzinin keçmiş SSRİ ölkələrində daşınmaz əmlakın qiymətinin düşməsi ilə bağlı hazırladığı hesabata istinadən məlumat verir.


05.10.2009/ Avropa 2011-ci ildə antiböhran tədbirlərinə son verə bilər

Avropa Birliyi ölkələrinin maliyyə nazirlərinin iqtisadiyyatının stimullaşdırılması üzrə böhran tədbirləri bitdikdən sonra hansı addımları atacaqları barədə fikirləri haçalanır. Fikir ayrılığı əsasən atacaqları addımların müddəti ilə bağlıdır. Halbuki Avropa Komissiyası bu müddəti 2011-ci il nəzərdə tutub. Bu barədə “İqtisadi forum” jurnalı xəbər verir.



05.10.2009/ Dünyada ən bahalı dəmiryolu
Honq Konqda sürətli qatarlar üçün yeni xətt çəkilir

Honq Konqu Çinin sərhədyanı şəhərləri olan Şençjen və Quançjou ilə birləşdirən və 2015-ci ildə istifadəyə veriləcək sürət qatarları üçün dəmir yolunun Honq Konq tərəfinə düşən hissəsi kilometr hesabı ilə dünyada ən bahalı yol olacaq. Bu barədə “İqtisadi forum” jurnalı "South China Morning Post" qəzetinə istinadən məlumat verir.



05.10.2009/ ABŞ-da işsizlik son 26 ildə maksimum həddə çatıb

Cari ilin sentyabr ayında ABŞ-da işsizliyin səviyyəsi avqust ayı ilə müqayisədə 0,1% artaraq 9,8% təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın əmək nazirliyinin mətbuat üçün açıqlamasında qeyd edilib.



03.10.2009/ İtaliya növbəti vergi amnistiyasını verdi

Yeni qanun 300 milyard avronu ölkəyə qaytaracaq

İtaliya parlamenti deklorasiya edilməmiş offşor hesabların sahibləri üçün vergi amnistiyasını nəzərdə tutan qanunu təsdiq edib. “İqtisadi forum” jurnalının BBC-yə istinadən verdiyi məlumata görə, ölkənin baş naziri Silvio Berluskoni də vergi amnistiyası qanununu dəstəkləyib.



03.10.2009/ Britaniyada tibb, biologiya və ekologiya güclü inkişaf edib
Dünyada çap olunan elmi məqalələrin 8%-i onun payına düşür

Britaniya elmi sənayecə inkişaf etmiş “böyük səkkizlik” ölkələri arasında ən məhsuldar və effektiv sahədir. “İqtisadi forum” jurnalının BBC News agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Peşəkar qabiliyyətlər və innovasiyalar və biznes departamentinin (BİS) məruzəsində qeyd edilir.



03.10.2009/ ABŞ-ın daha 3 bankı bağlandı
Bağanan bankların sayı 98-ə çatdı

Maliyyə imkansızlığı ucbatında ABŞ daha üç regional bankı bağlanıb. “İqtisadi forum” jurnalı ABŞ-ın Depozitlətin Sığortalanması üzrə Federal Korporasiyanın (FDİC) yaydığı aşıqlamaya istinadən məlumat verir.


03.10.2009/ 13 milyon italiyalı mafiya hesabına yaşayır

İtaliyada fəaliyyət göstərən 4 əsas mafioz qrupun (Cosa Nostra, Camorra, Ndragetta və Sacra Corona) illik dövriyyəsi 120 milyard avroya bərabərdir. Bu göstərici İtaliya ÜDM-sinin 10%-nə bərabərdir.  Bu barədə “İqtisadi forum” jurnalı İtaliyanın Censis tədqiqat mərkəzinin hazırladığı məruzəyə istinadən məlumat verir.



03.10.2009/ Avrobanklar €400 milyard itirə bilər
Avropa Birliyinin bank sistemi testdən "sağlam" çıxdı

Avropa bankları 2009-cu ildə €400 milyard məbləğdə itki ilə üzləşə bilərlər. “İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Avropanın maliyyə təşkilatlarının apardığı stress-testlər bu nəticəni göstərib. Testin nəticəsinə görə, əgər iqtisadi situasiya pisləşməkdə davam edərsə, 2010-cu ildə də bu itki ola bilər.



02.10.2009/ Azərbaycanda 7,5% artım, Ermənistanda 15,6% azalma

BVF 2010-cu ildə MDB-də 2,1%-lik artım proqnozlaşdırır

Beynəlxalq Valyuta Fondu qlobal maliyyə böhranın sona yetməsi qənaətindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, Fond yeni proqnozunda 2009-cu il üzrə qlobal azalma tempini 0,3 bənd azaldaraq 1,1%-ə salıb və 2010-cu ildə artım tempini 0,6 bənd artıraraq 3,1%-ə qaldırıb.



02.10.2009/ Avrozonada işsizlik rekord həddə çatıb

Ən yüksək hədd İspaniyada, ən aşağı hədd isə Niderlanddadır

Avqust ayında avro zonanın 16 ölkəsində və Avropa Birliyinin 27 ölkəsində ümumi işsizliyin səviyyəsi artaraq iqtisadi aktiv əhalinin 9,6% və 9,1%-i səviyyəsinə çatıb. Nəticədə işsizlərin sayı uyğun olaraq 15,2 milyon və 21,872 milyona yüksəlib. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat agentliyinə istinadən məlumat verir.



02.10.2009/ Rusiyanın valyuta ehtiyatı daha $1 milyard artıb

Rusiya Federasiyasının beynəlxalq ehtiyatları artaraq sentyabrın 25-i tarixinə 411,7 milyarddan 412,7 milyard dollara çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bir həftə ərzində, yəni 18-25 sentyabr tarixlərində Mərkəzi Bankın ehtiyatı 1 milyard və ya 0,2% artıb.



02.10.2009/ Rusiya xarici borcunu $5 milyard azaldıb

Rusiya Federasiyasının xarici borcu cari ilin birinci yarım ilində $5 milyard azalaraq yanvarin 1-nə olan $480,5 milyardan iyulun 1-nə $475,6 milyarda düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Mərkəzi Bankın məlumatlarında qeyd edilir.



01.10.2009/ Dolların düşməsi davam edəcək
Wall Street Journal: “Ancaq ilin sonuna dayanacaq”

İnvestorların daha çox gəlir qazanmaq məqsədilə aktivlərini daha riskli kapitalqoyuluşlarına keçirmələri cari ilin üçüncü rübündə dolların ucuzlaşmasını sürətləndirib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Wall Street Journal dərgisində yazılıb.



01.10.2009/ Bill Qeyts dünyanın ən zəngin adamıdır

Amerikalı milyarderlər bir ildə 300 milyard dollar itirib

Ən zəngin 400 amerikalının sərvəti il ərzində 300 milyard dollar azalıb. Bununla da ən varlı amerikalıların vəziyyəti ötən ilki $1,57 trilyona qarşı $1,27 trilyon təşkil edib. “İqtisadi forum” jurnalı «Forbes» jurnalına istinadən bildirir ki, belə azalmaların səbəbi dünya fond bazarlarının sarsılması, daşınmaz əmlakın ucuzlaşması və hətta fırıldaqşılıq ilə əlaqədardır.



29.09.2009/ BVF dünya iqtisadiyyatının artım proqnozunu artırdı
Beynəlxalq Valyuta Fondu bu günlərdə gələn il üçün dünya iqtisadiyyatının artım proqnozuna dəyişiklik edərək onu artıracaq. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Fondun direktorunun müavini Murilo Portuqal açıqlama verib.


29.09.2009/ İsveçrə cəzbediciliyini itirir
Ölkə vergi ödənişi barədə məlumatı təqdim edəcək
 
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT) əcnəbi müştərilər üçün bank sistemində “vergi cənnəti” yaradan və onların vergi ödənişi barədə məlumatı təqdim etməkdən imtina edən İsveçrəni ölkələrin “boz siyahısı”ndan silib.


29.09.2009/ Yapon maşınlarının “əyləci” işə düşür
Artıq avtomobil istehsalının azalması səngiyir
 
“İqtisadi forum” jurnalının Kyodo agentliyinə istinadən verdiyi məlumata görə, beş iri yapon avtomobil şirkəti iyul ayı ilə müqayisədə avqustda avtomobil istehsalının həcminin azalmasının səngidiyini bildiriblər.


28.09.2009/ Soros yeni tənəzzülü istisna etmir
Məşhur maliyyəçi Corc Soros dünya iqtisadiyyatında böhranının yeni cücərtilərini istisna etmir və onunla mübarizə üçün dünya maliyyə bazarını nizamlamağın vacibliyi bildirib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Soros “Yaltanın Avropa strategiyası” adlı beynəlxalq forumda sentyabrın 25-də təşkil edilmiş telekörpü zamanı açıqlayıb.


28.09.2009/ Avropalıların 36,2%-i ancaq doğma dildə danışır
1/3-i isə ən azı iki əcnəbi dil bilir

“İqtisadi forum” jurnalının məlumatına görə, Eurostat agentliyinin apardığı sorğu nəticəsində məlum olub ki, Avropa Birliyi ölkələri vətəndaşlarının 36,2%-i  yalnız öz doğma dilini bilir. Əcnəbi dili bilməklə bağlı ən pis vəziyyət Macarıstandadır.



28.09.2009/ Yaponların ortaillik gəlirləri azalıb

Özəl şirkətlərdə işləyən yaponların ortaillik gəlirləri ötən il 1991-ci il səviyyəsinə düşərək 47,2 min dollar olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “RİA Novosti” agentliyi  Yaponiyanın vergi idarəsinin apardığı tədqiqata istinadən xəbər verir.



28.09.2009/ Belçika milyardlarla pulu geri qaytarır
İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) vergi oazisi ilə mübarizəyə başlayandan sonra yüksək vergi səbəbindən əmanətlərini xarici banklarda yerləşdirən belçikalılar həmin vəsaitləri kütləvi şəkildə ölkələrinə köçürməyə başlayıblar. “İqtisadi forum” jurnalının məlumatına görə, yerli mətbuat milyardlarla məbləğdə vəsaitdən söhbət getdiyini yazır.


28.09.2009/ “Böyüklər" səlahiyyətlərini daha "böyüklər"ə verdi

G20 beynəlxalq iqtisadi əməkdaşlıq forumuna çevrildi

G20-yə daxil olan ölkələr beynəlxalq iqtisadi əməkdaşlıq üzrə mərkəzi forumun səlahiyyətlərini öz üzərinə götürdülər. Liderlər növbəti görüşü gələn ilin iyun ayında Kanadada, noyabrında isə Cənubi Koreyada olacaq. Görüş hər il keçiriləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Pittsburqda keçirilən sammitdə imzalanan komyunikedə qeyd olunub.



25.09.2009/ Dünya biznesi hər il $40 milyard rüşvət verir

İnkişaf etməkdə olan və keçid iqtisadiyyatlı ölkələrdə şirkətlər hər il siyasətçilərə və məmurlara 40 milyard dollar məbləğində rüşvət verirlər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Transparency International təşkilatının məruzəsində qeyd edilir.



25.09.2009/ Gedəndə $60, gələndə 44 avro
British Airways sərnişinləri ikinci yük üçün bu qədər pul ödəməli olacaqlar

“İqtisadi forum” jurnalının xarici mətbuata istinadən verdiyi məlumata görə, British Airways aviaşirkəti Amerika və Avropa arasında uçan təyyarə reysi üçün pulsuz bağaj normasını 2 dəfə azaldıb. Şirkət bununla da bu addımı atmış amerika şirkətlərinə qoşulan ilk Avropa şirkəti olub.



25.09.2009/ Toyota ən bahalı avtomobil brendidir
Böhran avtomobil brendlərini ucuzlaşdırıb

İnterbrand versiyası üzrə 2009-cu ildə dünyanın 100 ən bahalı brendinin 12-si avtomobil şirkətlərinə məxsusdur. Qlobal böhranın təsiri nəticəsində avtomobil şirkətlərinin ticarət nişanları orta hesabla 10% ucuzlaşıb. Bu barədə “İqtisadi forum” jurnalı Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlinə istinadən xəbər verir.



25.09.2009/ Avropada meyvə-tərəvəz ucuzlaşıb

Ət məhsulları isə bahalaşıb

2009-cu ilin yanvar-avqust aylarında inflyasiya səviyyəsi Ukraynada 8,2% olub ki, bu da Avropada ən yüksək göstəricidir. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat statistika bürosunun məlumatlarına istinadən məlumat verib.



25.09.2009/ Britaniya varlıları siyahıya alır

Britaniyanın Maliyyə Nazirliyi şirkətlərə müraciət edərək adlarını və vəzifələrini göstərmək şərti ilə 20 ən çox maaş alan şəxsin siyahısını təqdim etməyə çağırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Birləşmiş Krallığın maliyyə naziri Pol Mayners Britaniyanın “Guardian” qəzetinə müsahibəsində bildirib.



25.09.2009/ Avropada tikinti azalır
Litva liderdir

Avropa Birliyi ölkələri arasında Litva tikintinin həcminin azalmasına görə liderdir. Ölkədə cari ilin ikinci rübündə tikintinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 48% azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Eurostat statistika bürosunun məlumatlarına istinadən məlumat verib.



24.09.2009/ Rusiya hökuməti 3 illik büdcəyə “добро” verdi
2010-2012-ci illərin büdcə gəlirlərinin ÜDM-də payı azalacaq

Rusiya hökuməti “2010-cu ilin və 2011-2012illərin planlaşdırılmış federal büdcəsi haqqında” qanunu qəbul edib. “İqtisadi forum” jurnalının məlumata görə, bu barədə Rusiya Federasiyasının maliyyə naziri Aleksey Kudrin hökumətin yığıncağının nəticələri barədə açıqlama verərkən bildirib.



24.09.2009/ Amerika iqtisadiyyatı dirçəlir
ABŞ-ın maliyyə naziri nikbindir

“İqtisadi forum” jurnalının Wall Street Journal dərgisinə istinadən verdiyi məlumata görə, ABŞ-ın maliyyə naziri Timoti Qeytner çıxışında ölkə iqtisadiyyatının yenidən hərəkətə gəldiyini bildirib.



24.09.2009/ BVF r?hb?ri: Böhran?n gerid? qald???n? söyl?m?k tezdir

"?qtisadi forum" jurnal?n?n m?lumat?na gör?, Beyn?lxalq Valyuta Fondunun direktoru Dominik Stross-Kan böhran?n bitm?diyini xat?rladaraq G20 ölk?l?rinin r?hb?rl?rini dünya iqtisadiyyat?n?n resesiyadan çixmas? üçün s?yl?rini s?f?rb?r etm?y? ça??r?b.



23.09.2009/ Dünya hökuməti
Qordon Braun G20-ni yenidən formalaşdırmağı təklif edir

G20-nin bazasında uzunmüddətli perspektivdə “dünya iqtisadi hökuməti” formalaşdırmaq olardı.  “İqtisadi forum” jurnalının məlumatına görə, Böyük Britaniyanın baş naziri Qordon Braun “Welt” qəzetinə müsahibəsində belə təkliflə çıxış edib.



23.09.2009/ ?imali v? C?nubi Koreya birl???rs?,

Yaponiyan? 40 ild?n sonra öt? bil?rl?r

?qtisadiyyat?n?n h?cmin? gör? Asiyan?n 4-cü ölk?si olan C?nubi Koreya il? ?n kas?b ölk?l?rind?n olan ?imali Koreyan?n birl??m?si n?tic?sind? yaranan yeni dövl?t, y?ni Vahid Koreya yax?n 30-40 ild? Almaniya v? Yaponiyan? öt? bil?r. “?qtisadi forum” jurnal?n?n Reuters agentliyin? istinad?n verdiyi m?lumata gör?, AB?-?n Goldman Sachs investisiya bank? bel? proqnozla ç?x?? edib.



23.09.2009/ Tenderdə gizli sövdələşmə
Britaniyada buna görə 103 tikinti şirkəti cərimə olunub

Böyük Britaniyanın Ədalətli rəqabət üzrə İdarəsi (Office of Fair Trading - OFT) 103 tikinti şirkətini müqavilələrin bölüşdürülməsi ilə bağlı keçirilən tenderdə gizli sövdələşdiklərinə görə 129,5 milyon funt sterlinq ($211 milyon) məbləğində cərimə edib. Bu barədə “İqtisadi forum” jurnalı Associated Press agentliyinə istinadən xəbər verir.


23.09.2009/ Almaniyanın ixracı 23,5% azalıb

Almaniyanın Federal Statistika Agentliyinin məlumatlarına görə, cari ilin birinci yarım ilində ölkədə ixracın həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 23,5% azalıb. Bu barədə “İqtisadi forum” jurnalı Bloomberg agentliyinə istinadən xəbər verir.



22.09.2009/ «Praqa» $450 milyona satılır
AST qrupunun rəhbəri Telman İsmayılov Arbatdakı restoranına alıcı axtarır

Vaxtı ilə Vozdvijenkoda yerləşən “Voentorq” ticarət kompleksini «Nafta- Moskva » şirkətinin rəhbəri Süleyman Kərimova satan AST qrupunun rəhbəri Telman İsmayılov indi də «Praqa» restoranını satmaq qərarına gəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın "RBK daily” qəzetinə məlumatlı mənbə bildirib. 



22.09.2009/ Maliyy? m?s?l?l?ri üzr? ombudsman
Dünya Bank? Rusiyaya bel? institutun yarad?lmas?n? tövsiy? edir

Dünya Bank? Rusiyaya maliyy? m?s?l?l?ri üzr? ombudsman institutunun yarad?lmas?n? tövsiy? edir. “?qtisadi forum” jurnal?n?n m?umat?na gör?, bu t?klifl? Bank?n öz?l sektorun inki?af? üzr? böyük müt?x?ssis Syu Ratlec maliyy? xidm?tl?rind? istehlakç?lar?n hüquqlar?n?n müdafi?si üzr? apard?qlar? t?dqiqat?n n?tic?sini ictimaiyy?t? aç?qlayark?n ç?x?? edib.


22.09.2009/ FES uçot dərəcəsini dəyişməyəcək

“İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ-ın mərkəzi bankı uçot dərəcəsini indiki səviyyədə saxlaya bilər.



22.09.2009/ Asiya İnkişaf Bankı Asiya ölkələri üzrə proqnozunu artırıb

Asiya İnkişaf Bankı (AİB) Çin və Hindistanın iqtisadi artım tempi üzrə proqnozları artırıb. Bundan başqa təşkilatın fikrincə, region dünya iqtisadiyyatının bərpasında lokomotiv rolunu oynayır. Bu barədə “İqtisadi forum” jurnalı Associated Press agentliyinə istinadən xəbər verir.



22.09.2009/ Qazaxistana qarşı $1 milyardlıq iddia
Britaniyanın BG Group Plc şirkəti rəsmi Astananı məhkəməyə verib

Qazaxıstanda Qaraçaqanak yatağının işlənməsində iştirak edən Britaniyanın BG Group Plc şirkəti beynəlxalq arbitraj məhkəməsinə müraciət edərək hökumətə qarşı 1 milyard dollarlıq iddia qaldırıb. Bu barədə “İqtisadi forum” jurnalı Reuters agentliyinə istinadən xəbər verir.



22.09.2009/ Fitch: Mərkəzi Avropa ölkələrinin maliyyə vəziyyəti pisləşə bilər

“Hətta qlobal böhranın səngidikdən sonra Polşa, Macarıstan və Çexiya maliyyə qıtlığından əziyyət çəkəcək”. “İqtisadi forum” jurnalının Bloombergə istinadən verdiyi xəbərə görə, bu nəticəyə Fitch Ratings agentliyinin ekspertləri gəlib.



20.09.2009/ Dünyada işsizlərin sayı 241 milyona çata bilər
Beynəlxalq Əmək Təşkilatı narahatdır

Dünya əmək bazarında vəziyyətin getdikcə gərginləşməsinə baxmayaraq G20 ölkələrinin hökumətlərinin tədbirləri nəticəsində ilin sonuna kimi 7-dən 11 milyona qədər iş yeri yarana və ya qorunub saxlana bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Əmək Təşkilatının yaydığı açıqlamada deyilir.  



20.09.2009/ Britaniyanın dövlət borcu ÜMM-nin 57,5%-ni ötüb
Britaniyanın dövlət borcu rekord həddi ötərək 800 milyard funt sterlinqi ötüb ki, bu da ümummilli məhsulun 57,5%-i qədərdir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Britaniyanın Milli Statistika İdarəsi açıqlama verib. 


20.09.2009/ İsveç hökuməti gəlir vergisini azaldacaq
İsveç hökuməti 1992-ci ildən bəri ilk dəfə böhran keçirən iqtisadiyyatı stimullaşdırmaq və iş yerlərinin sayını artırmaq məqsədilə 2010-cu ildə 4-cü dəfə mənfəət vergisini azaltmağı planlaşdırır. Hökumət 2010-cu ildə vergiləri daha 10 milyard kron ($1,46 milyard) ixtisara salacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bloomberg hökumətə istinadən xəbər verib. 


20.09.2009/ Estoniyanın 2010-cu il büdcəsi
8,3 milyard dollar olacaq

Maliyyə komissiyasının sədri Taavi Rıyvasın sözlərinə görə, 2010-cu ildə Estoniyanın dövlət büdcəsi təxminən 88 milyard kron (8,3 milyard dollar) olacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə komissiya sədri eston mətbuatına açıqlama verib.  



20.09.2009/ BVF qızıllarını zərər çəkən ölkələrə üçün satacaq
“İqtisadi forum” jurnalının Associated Press agentliyinə istinadən verdiyi məlumata görə, Beynəlxalq Valyuta Fondu böhrandan zərər çəkən ölkələrə borc vermək məqsədilə qızıl ehtiyatının bir hissəsini satmağa qərar verib.


19.09.2009/ Adambaşına 10 min dollarlıq zərər
İnkişaf etmiş ölkələrdə hər adam bu qədər ziyana düşüb

Son il dünyanın böyük iqtisadiyyata malik ölkələri maliyyə böhranının qarşısını almaq üçün adambaşına 10 min dollar ekvivalentində pul xərcləyiblər. “İqtisadi forum” jurnalının məlumatına görə, BBC şirkəti BVF-nin G20-yə daxil olan ölkələrin maliyyə nazirlərinə təqdim etdiyi məlumatlar əsasında hesablama apararaq belə qənaətə gəlib.



19.09.2009/ Coca-Cola dünyanın ən bahalı brendidir

Onun qiyməti 68,7 milyard dollardır

İnterbrand versiyası üzrə 2009-cu ildə dünyanın ən bahalı brendi Coca-Cola şirkəti olub. Şirkətin ticarət markası ötən illə müqayisədə 3% artıb və hazırda 68,7 milyard dollar dəyərində qiymətləndirilir.  Bu barədə “İqtisadi forum” jurnalı Interbrand Korporasiyasının 2009-cu il üzrə "Ən yaxşı qlobal brendlər" (Best Global Brands) reytinq cədvəlinə istinadən xəbər verir.



19.09.2009/ Stross-Kan: Asiya ölkələri böhrandan tez çıxacaqlar
İşsizlik gələcəkdə də artacaq

“Asiya ölkələri iqtisadiyyatının bərpası tolunda digər ölkələri qabaqlayır, ancaq artım hələki çox zəifdir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominika Stross-Kanın müsahibəsində deyilir.


19.09.2009/ Rusiya ABŞ-ın dövlət borcuna qoyuluşu azaldıb
2009-cu ilin iyul ayına olan məlumata görə, Rusiya ABŞ-ın xəzinə istiqrazlarına yatırdığı investisiyaları 118 milyard dollara qədər azaldıb. Bu barədə “İqtisadi forum” jurnalı ABŞ-ın Maliyyə Nazirliyinin rəsmi açıqlamasına istinadən xəbər verir.


19.09.2009/ İnkişaf etmiş ölkələr investisiyanı itirir

Böhran birbaşa investisiyaların axın istiqamətini dəyişib. İnkişaf etmiş ölkələr onu itirir, inkişaf etməkda olan ölkələr isə qazanırlar. Ekspertlər hesab edir ki, resesiya inkişaf etməkdə olan ölkələrə daha gec gəlib çatıb. Bu barədə “İqtisadi forum” jurnalı Ticarət və İnkişaf üzrə BMT Konfransının məruzəsinə istinadən xəbər verir.



19.09.2009/ Britaniyada işsizlik son 12 ildə ən yüksək səviyyəyə çatıb

“İqtisadi forum” jurnalının Britaniyanın statistik məlumatlarına istinadən verdiyi məlumata görə, 3 ay müddətində, yəni aprel-iyun ayları ərzində ölkədə işsizlərin sayı 210 min nəfər artaraq 2,47 milyona çatıb. Bu da əmək qabiliyyəti əhalinin 7,9%-i qədərdir.



19.09.2009/ Dünya Bankı Ukraynaya 400 milyon dollarlıq kredit verəcək
Dünya Bankının Direktorlar Şurası maliyyə sektorunun reabilitasiyası üçün Ukraynaya 400 milyon dollar məbləğində birinci proqram ssudasının ayrılmasını təsdiq edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bankın mətbuat xidmətində bildirilib. Bu böhranın təsirlərinin aradan qaldırılması məqsədilə Ukraynanın maliyyə sektoruna ayrılması nəzərdə tutulan iki tranşın birincisidir.


18.09.2009/ Bankirl?rin ?m?k sistemini s?rtl??dirin
Avropa Birliyi “Böyük iyirmiliy?” müraci?t etdi

Avropa Birliyinin sammiti “Böyük iyirmiliyi” Pittsburqa keçiril?c?k sammitd?
bank menecerl?rinin maa?lar?n?n öd?nilm?si qaydalar?n?n s?rtl??dirm?y? ça??r?b. “?qtisadi forum” jurnal?n?n m?lumat?na gör?, bu haqda sammitin yekun müraci?tind? qeyd olunub.
 




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV