PARLAMENT MÜZAKIRƏLƏRININ BÜDCƏ QƏRARLARINA TƏSIRININ QIYMƏTLƏNDIRILMƏSI
HÖKUMƏTİN BÜDCƏ FƏALİYYƏTİNİN NƏTİCƏLƏRİNİN QİYMƏTLƏNDİRİLMƏSI
Bələdiyyələrin maliyyə imkanlarının artırılması: Fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsi
Azərbaycan Kənd Bələdiyyələri Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsinə dair TƏDQİQAT HESABATI
Nəqliyyat Nazirliyi taksi standartlarına etirazları nəzərə alıb müəyyən yumşalmaya getdi. Texniki durumu imkan verdiyi halda istismar müddəti 5 ildən çox olan maşınların taksi xidmətləri göstərə biləcəyi bəyan olundu. Amma avtomobilin rəngi yalnız ağ və ya bənövşəyi olmalıdır. Sovet istehsalı olan minik avtomobilləri də taksi xidmətləri üçün yararlı sayılmır.
Azərbaycanda əhali istehlak mallarının alınması xərclədiyi vəsaitin ¾-ü hissəsini ərzaq məhsullarına yönəldir. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Cavid Xəlilov “İqtisadi forum” jurnalına açıqlamasında bunu dünyada ən yüksək hədd kimi dəyərləndirib.
Ötən il dövlət başçısının sərəncamı əsasında ayrı-ayrı rayonlarda modul tipli sutəmizləyici qurğuların quraşdırılması üçün Prezidentin Ehtiyat Fondundan 1 milyon manatdan çox vəsait ayrılıb. Kənd məntəqələrində sutəmizləyici qurğuların qurulması Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb.
Cavid Xəlilov: "Əhalinin mənzilə əlçatanlığını təmin etmək üçün Sosial Mənzil Fondu yaradılmalıdır"
Xəbər verildiyi kimi, dövlət başçısı İlham Əliyev əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə yaranmış borcların silinməsi haqqında fərman imzalayıb. Fərmana görə, əhalinin 2011-ci il 1 fevral tarixinə qədər «Azərsu» ASC-yə olan 294,2 milyon manat məbləğində borcları silinib.
Son tarif artımı ilə bağlı rəsmi açıqlamalar əsaslandırılmış və peşəkar yanaşmalara söykənmir. Nümunə kimi bircə detala diqqət yetirək. Tarif Şurasının məlumatında qeyd edilir ki, hazırda “Azərsu” ASC-nin xərclərinin 30,4 fizini əmək haqqı məsrəfləri təşkil edir. Sözsüz ki, şura vizual məlumatlar əsasında araşdırma aparıb bu nəticəyə gəlib. Amma bu, ölkə əhalisinin mənafeyi ilə əlaqəli məsul qərarların qəbulu üçün ciddi əsaslandırma ola bilməz. Yəni su şəbəkəsində xərclərin üçdə birinin əmək haqqına yönəlməsi, həmçinin həmin qurumda çalışanların əmək haqlarının orta ölkə göstəricisindən aşağı olması o demək deyil ki, vəziyyətdən çıxış yolu mütləq tariflərin kəskin artırılmasıdır.
Aprel ayında ölkə üzrə orta aylıq əmək haqqının həcmində artım qeydə alınıb. Bu ayda ölkə üzrə orta aylıq əmək haqqının məbləği 5,8 manat artaraq 309,8 manata yüksəlib. Halbuki mart ayında bu göstərici 304 manata bərabər olub.
Hər bir ölkənin perspektivi bir çox amillərdən - biznes şəraiti, yaxşı idarəetmə, yüksək texnologiyalar və s. asılıdır. Bəlkə də bu amillər içərisində ən vacibi ana və uşaqların yaşadıqları ölkədə özlərinin nə dərəcədə rahat hiss etmələridir. Amerikanın Save the Children qeyri-hökumət təşkilatının açıqladığı yeni reytinq bu suala cavab tapmağa imkan verir.
Miqrantların 7501 nəfəri ölkəyə gələnlər, 7499 nəfəri isə ölkədən gedənlər olmuş, gələnlərin 66,2 faizini, gedənlərin isə 66,8 faizini kişilər təşkil edib. “İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Dövlət Statistika Komitəsi miqrasiya proseslərinin vəziyyətinin öyrənilməsi məqsədilə 2009-cu ilin iyul, sentyabr və noyabr aylarında 15 min miqrant arasında statistik müayinə aparıb.
Bu ilin yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 2009-cu ilin əvvəli ilə müqayisədə 33 min 294 nəfər artaraq (2,6 faiz) 1 milyon 308 min 432 nəfərə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Sosial Müdafiə Fondu açıqlama verib.
“İqtisadi forum” jurnalının internet saytında yerləşdirdiyi “2009-cu ili necə başa vurdunuz?” məzmunlu sorğusunda iştirak edənlərin 29%-i ötən ili uğurla başa vurduğunu qeyd edib.
2009-cu ildə nəqliyyat müəssisələrində çalışan muzdlu işçilərin sayı 68,5 min nəfər təşkil edib ki, bunların da 82,3%-i dövlət müəssisələrində, 17,7%-i isə özəl bölmədə çalışır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.
2010-cu ilin əvvəlinə ölkə əhalisinin 2,8 milyon nəfərini və ya 31%-ni 14-29 yaşında olan gənclər təşkil edir. Onların 49%-i kişi, 51%-i isə qadındır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.
“Yoxsulluğun azaldılması üzrə proqramların səmərəliliyinin artırılması üçün ev təsərrüfatlarının büdcəsinin düzgün müayinə edilməsi tələb olunan vacib şərtlərdən biridir. Hazırda istifadə olunan büdcə metodologiyası Azərbaycanda yoxsulluğun səviyyəsi haqqında kifayət qədər dəqiq məlumat vermir”. Bu fikirləri İTM-nin sədri Qubad İbadoğlu bu gün keçirilmiş konfransda səsləndirib.
2009-cu ildə 65 hüquqi və fiziki şəxs tərəfindən ölkə üzrə təsdiq edilmiş 2670 ton kvotaya qarşı 1202 ton balıq ovlanıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsi açıqlama verib.
2008-ci ilin müvafiq dövrü ilə müqayisədə ötən ilin noyabrında əhalinin nominal pul gəlirləri 1,6 milyard və ya 9% artaraq 19,8 milyard manata çatıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, gəlirlərin artım tempi 7,6% olub.
2007-2008-ci illərdə ölkə üzrə ümumilikdə 52 kinoteatr özəlləşdirilsə də hazırda onlardan yalnız 1-i fəaliyyət göstərir. “İqtisadi forum” jurnalının Əmlak Məsələləri Dövlət Komitəsinə istinadən verdiyi məlumata görə, 2007-ci ildə 37, növbəti ildə isə 15 kinoteatr özəl mülkiyyətə verilib.
Noyabr ayı ərzində 200-ə qədər ailə ipoteka krediti alıb. “İqtisadi forum” jurnalının Azərbaycan İpoteka Fonduna istinadən verdiyi məlumata görə, ipoteka kreditləşməsinin həcmi 8 milyon manat olub.
2009-cu ilin oktyabrın 1-nə ölkədə qeydiyyatda olan pensiyaçıların sayı 1,4% artaraq 1298,9 min nəfərə çatıb. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, pensiyaçıların 65%-i yaşa, 24%-i əlilliyə, 11%-i isə ailə başçısının itirilməsinə görə pensiya alır.
Kənd təsərrüfatı naziri İsmət Abbasov taxılın qiymətinin aşağı düşdüyünü əsas gətirərək Azərbaycanda çörəyin qiymətini də endirməyi vacib sayıb. İqtisadçı ekspert Rövşən Ağayev isə hesab edir ki, ölkədə normal bazar iqtisadiyyatı prosesləri getsəydi, taxıl, un və çörək sənayesində inhisarçılıq, “oliqarx barmağı” olmasaydı, nə hansısa nazirin belə açıqlamasına ehtiyac yaranar, nə də bir sahibkarın iqtisadi proseslərə müdaxilə eləmək imkanı olardı.
Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …
Neftə əsaslanan inkişaf
Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.