Rövşən Ağayev: «Indiki şəraitdə məcburi sığorta sisteminin tətbiqi insanlardan pul qoparmaq məqsədi güdür»
Maliyyə Nazirliyinin təşəbbüsü ilə Azərbaycanda mənzillərin məcburi sığortalanmasını nəzərdə tutan qanun layihəsi hazırlanıb. “Icbari sığorta haqqında” qanunun tətbiqindən sonra vətəndaşlar bütün daşınmaz əmlaklarını məcburi qaydada sığorta etdirməli olacaqlar. Bu zaman daşınmaz əmlak bütün aktual risklərdən sığortalanmalıdır. Azərbaycanda sığorta bazarının iflic vəziyyətdə olduğu, nəinki mənzil hətta avtomobillərin sığortalanması zamanı ortaya ciddi problemlərin çıxdığı bəllidir. Belə olan halda, daşınmaz əmlakın məcburi sığortası Azərbaycan vətəndaşları üçün nələr vəd edir?