Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Büdcə

11.12.2010/ Ekspert “kiçik hökumət” modeli təklif edir

“Azərbaycan kimi kiçik və unitar ölkədə böyük həcmli məmur aparatının saxlanması qətiyyən effektli sayıla bilməz. Hökumətin böyük olması koordinasiyanın effektivliyini, onun çevikliyini aşağı salır”. "İqtisadi forum" jurnalının məlumatına görə,  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Rövşən Ağayev “Media forum”a açıqlamasında bildirib ki, “kiçik hökumət” modeli həm qərar qəbulunda çevikliyin artırılması, həm də dövlətin xərc yükünün yüngülləşdirilməsi baxımından olduqca vacibdir.



02.12.2010/ www.budget.az resurs saytının təqdimatı keçirildi

Azər Mehtiyev: “Bu gün biz göstərdik ki, büdcə məlumatlarını ictimaiyyətə açıqlamaq ciddi problem deyil

“Büdcə şəffaflığının və büdcə proseslərində ictimai iştirakçılığın təmin edilməsi məhz informasiyaların istənilən vaxt və operativ əldə edildiyi şəraitdə mümkündür. Bu isə ilk növbədə büdcə məlumatlarına əlçatanlığın effektiv mexanizmlərinin formalaşdırılmasını tələb edir.” “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev www.budget.az  resurs saytının təqdimatı ilə bağlı keçirilən tədbirdə çıxışı zamanı bildirib.



11.06.2009/ Ötən il büdcəyə vergi borcları artıb
Rövşən Ağayev: “...Maliyyə göstəriciləri əvvəlki illərlə müqayisədə daha ziddiyyətli təsəvvür yaradır”

Dünən “Hyatt Park” hotelində Milli Büdcə Qrupu (MBQ) 2008-ci ilin büdcə layihəsinin icrası ilə bağlı rəyinin təqdimatını keçirdi. Tədbirdə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev 2008-ci ilin büdcə layihəsinin icrası ilə bağlı məruzə ilə çıxış etdi. Bildirdi ki, büdcənin icrası ilə bağlı vəziyyət ilk baxışdan qənaətbəxş görünsə də maliyyə göstəriciləri əvvəlki illərlə müqayisədə daha ziddiyyətli təsəvvür yaradır.


27.05.2009/ Parlamentdənkənar büdcə dəyişiklikləri

Rövşən AĞAYEV - İTY İB-nin sədr müavini

2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat parlament müzakirəsinə təqdim olunub. Sənədlə bağlı Hesablama Palatasının rəyi də artıq deputatlara paylanıb. Qanunverici orqanın hesabat büdcəsinə verəcəyi qiymət indidən məlumdur - əgər büdcənin, xüsusilə də gəlirlərin icrasında problem yaranmayıbsa, deməli hökumətin büdcə fəaliyyətinə qeyd-şərtsiz «5» yazmaq olar.



22.05.2009/ Hökumətin büdcə gizlinləri
Dövlət büdcəsi ətrafında baş verənlər haqda maraqlı faktlar aşkarlanıb

«2008-ci ilin dövlət büdcəsinin icrası haqqında» qanun layihəsinin Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirəsi başa çatıb. Layihə ilə bağlı diskussiyalar zamanı bir sıra maraqlı məqamlar ortaya çıxıb. Belə ki, Hesablama Palatasının sədri Heydər Əsədov 9 iri vergi ödəyicisinin əvvəlki illərdə olduğu kimi keçən il də öhdəliklərini yerinə yetirə bilmədiyini, nəticədə büdcəyə borcların artdığını deyib.


20.05.2009/ Monitorinqin nəticələri açıqlandı

Azər Mehtiyevin fikrincə, ana və uşaq ölümünün səbəbləri çoxdur

İqtisadi Təşəbbüslərə Yardım Birliyi ötən il “Yoxsulluqla Mübarizəyə Qlobal Çağırış” Koalisiyasının təşkilati dəstəyi ilə “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı”nın icrası vəziyyətinin monitorinqi aparıb. Bu barədə “İqtisadi forum” jurnalına İTYB-in sədri Azər Mehtiyev məlumat verib. Layihənin məqsədi barədə danışan A.Mehtiyev bildirib ki, Tədbirlər Proqramının icrası vəziyyətinin monitorinqi əsasında ölkədə ana və uşaq sağlamlığının qorunması sahəsində atılan addımlar təhlil edilmiş, habelə Proqramın təkmilləşdirilməsi və ölkədə ana və uşaqların sağlamlığının qorunmasının gücləndirilməsi istiqamətində təklif və tövsiyələr hazırlanmışdır.





© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV