Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Qanunvericilik

12.10.2011/ “Bələdiyyə bələdiyyə olsa, seçki də seçki olar”

Noyabrın 30-da 330 bələdiyyəyə seçki keçiriləcək. 464 nəfər bələdiyyə üzvünün seçilməsi nəzərdə tutulur. Ancaq seçki kampaniyası o qədər də fəal getmir, aparıcı partiyalar prosesə maraq göstərmir. Niyə belədir? “Media forum” saytı sualı bələdiyyə məsələləri üzrə ekspert Samir Əliyevə ünvanlayıb.



17.09.2011/ Paytaxtın meri olacaqmı?
Bakı Avropa Şurasının üzv ölkələri arasında statusu olmayan yeganə şəhərdir

Gələn il Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresi Azərbaycanda monitorinqlərə başlayacaq. Monitorinq zamanı Konqresin Azərbaycan qarşısında hələ 2003-cü ildə qoyduğu öhdəliklərə əməl olunub-olunmaması araşdırılacaq. Bu barədə Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin prezidenti Kit Vitmor (Keith Whitmore) AzadlıqRadiosuna verdiyi müsahibəsində məlumat verib.


10.08.2011/ Bələdiyyələrə daha bir zərbə
Samir Əliyev: “Təəssüf ki, hazırda bələdiyyələrin lazımsız bir quruma çevrilməsi prosesi gedir”

“Azərbaycanda bələdiyyələrin səlahiyyətləri kifayət qədər məhduddur. Bu azmış kimi vaxtilə verilmiş səlahiyyətlər də getdikcə onların əlindən alınır. Təəssüf ki, hazırda bələdiyyələrin lazımsız bir quruma çevrilməsi prosesi gedir”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu fikirləri “İqtisadi forum” jurnalına Mülki Məcəlləyə edilmiş dəyişikliyə münasibət bildirərkən söyləyib.


15.02.2010/ Bələdiyyələr ciddi problemlə üzləşə bilər
İqtisadi Təşəbbüslərə Yardım Birliyi bələdiyyə qanunvericiliyinə təklif olunan dəyişikliklərdən narahatdır

“Hökumətdən yerli özünüidarə qurumlarının maliyyə imkanlarının artırılması istiqamətində konkret addımlar gözlənildiyi bir zamanda, təəssüf ki, bunun əksini müşahidə edirik. "Bələdiyyələrin maliyyəsinin əsasları haqqında" qanuna təklif olunan düzəlişlər bu fikri təsdiq edir”. “İqtisadi forum” jurnalının məlumatına görə, bunu İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri bələdiyyə qanunvericiliyinə ediləcək dəyişikliklə bağlı qanun layihəsinə şərh verərkən bildiriblər.



01.02.2010/ Bələdiyyələr üzv olduqları Assosiasiyaların fəaliyyətini səmərəsiz sayır
İTY İB “Kənd Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsi” ilə bağlı hesabatın müzakirəsini təşkil edib
 
Sorğuya cəlb olunan bələdiyyələrin 74%-i Kənd Bələdiyyələri Assosiasiyasının 3 illik fəaliyyətinin səmərəsiz olduğu bildirib. Respondentlərin 90%-i isə ötən dövr ərzində Assosiasiyanın hər hansı xidmətindən faydalanmadıqlarını qeyd ediblər. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Kənd Bələdiyyələri Milli Assosiasiyasının fəaliyyətinin qiymətləndirilməsi” adlı hesabatın ilkin müzakirəsini təşkil edib.


27.01.2010/ Bələdiyyə qanunvericiliyinə bir sıra dəyişikliklər ediləcək
“İqtisadi forum” jurnalının Milli Məclisin mətbuat  xidmətinə istinadən verdiyi məlumata görə, yanvarın 26-da Parlamentin Regional məsələlər komitəsi 2010-cu ildə  ilk iclasını  keçirib. Komitə  sədri Arif  Rəhimzadə  2009-cu ilin  payız  sessiyası  dövründə komitənin  gördüyü işlər  barədə  məlumat verərək bildirib ki, sessiya müddətində bir sıra rayonların inzibati ərazi bölgüsündə və bəzi  bələdiyyələrin tərkibində dəyişikliklər olunub.


10.10.2009/ Bələdiyyələrin reyestr xidməti yaradılır

Reyestrdə bələdiyyə ərazisində olan obyektlər, digər xidmət sahələri, torpaqların istifadə vəziyyətinə dair məlumatlar dəqiqliklə göstəriləcək

Yaxın vaxtlarda bələdiyyələrin reyestr xidməti yaradılacaq. Məqsəd bələdiyyələrin inzibati ərazilərinin sərhədlərini, orada fəaliyyət göstərən müəssisələrin siyahısını dəqiqləşdirməkdir. "İqtisadi forum" jurnalının məlumatına görə, Milli Məclisin regional siyasət komitəsinin sədr müavini, millət vəkili Tahir Rzayev Lent.az-a açıqlamasında belə deyib.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV