Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Dövlət büdcəsi

09.01.2012/ Rusiya səfirliyinin Bakıda iqamətgahının tikilməsi üçün 4,5 milyon manat ayrılıb

Hökumət Rusiya Federasiyasının Azərbaycandakı səfirinin iqamətgahının yerləşdirilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinə 4,5 milyon manat məbləğində vəsait ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.



06.01.2012/ Azərbaycan Bosniya və Hersoqovinada körpü tikintisinə 500 min dollardan çox vəsait ayırıb
Azərbaycan hökuməti Bosniya və Hersoqovinada «Dostluq Körpüsü»nün tikintisinə 408 min 564 avro məbləğində vəsait ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.


22.11.2011/ Səfirlərimiz nə qədər maaş alır?

Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəlikləri arasından ən çox maaşı Yaponiyada, ən az maaşı isə Orta Asiya ölkələrində çalışan səfirlərimiz alır. "İqtisadi forum" jurnalının məlumatına görə, budget.az saytı bu barədə prezidentin müvafiq sərəncamına istinadən məlumat verir.



05.11.2011/ Büdcə planlaşdırmasına gender yanaşması yoxdur

Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar" (davamı)

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin rəhbəri, Milli Büdcə Qrupu İH üzvü Azər Mehtiyev Azərbaycanda gender siyasətini qiymətləndirir. Gender büdcəsinin tətbiqi, dünyada bu prosesin həyata keçirilmə təcrübəsindən danışır. Yürüdülən gender siyasətinin beynəlxalq səviyyədə qiymətləndirilməsinin nəticələrini açıqlayır.



29.10.2011/ Büdcə planlaşdırmasına gender yanaşması yoxdur
Azər Mehtiyev: "Qanunvericiliyə büdcə işində gender yanaşmasının tətbiqi ilə bağlı müddəalar əlavə etmək olar"

Gələn ilin dövlət büdcəsində artımın ən azı 6.5 faiz olacağı gözlənilir. Lakin araşdırmalar göstərir ki, büdcədən qadın və kişilərin faydalanmasında ikincilərin xeyrinə fərq var. Zaman büdcədən maliyyələşən tədbir və proqramlara gender perspektivindən yanaşma tələb edir. Təəssüflər olsun ki, büdcə artımının fonunda hökumət hələlik bu yanaşmaya nail ola bilmir.


30.06.2011/ KİV-ə Dəstək Fondu ona ayrılan vəsaitin ən azı 30%-ni özünə xərcləyəcək
Vəsaitin 30%-i isə dövlət nəşrlərinin saxlanmasına yönəldiləcək

2011-ci ildə dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna 2,4 milyon manat ayrılıb və bu vəsaitin 30%-i və ya təxminən 700 min manatı Fondun idarə edilməsinə yönəldiləcək. “İqtisadi forum” jurnalının məlumatına görə Nazirlər Kabineti bununla bağlı 101 saylı qərar qəbul edib


20.05.2011/ Dövlət büdcəsində neftin payı artır

Milli Məclis 2011-ci ilin dövlət büdcəsinə dəyişik edəcək

"İqtisadi forum" jurnalının Maliyyə Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, mayın 17-də 2011-ci ilin dövlət büdcəsinə dəyişiklikləri nəzərdə tutan qаnun lаyihəsi Milli Məclisinin müzакirəsinə təqdim еdilib.



16.02.2011/ 2012-ci il dövlət büdcəsi layihəsinin hazırlığına başlandı

“İqtisadi forum” jurnalının Maliyyə Nazirliyinə istinadən verdiyi məlumata görə, Nazirlər Kabineti 2012-ci il dövlət büdcəsi layihəsinin, ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstəricilərinin hazırlanması barədə sərəncam qəbul edib.



12.10.2010/ NEFT PULLARI NEFT FONDU VASİTƏSİLƏ SOVRULUR
Azər Mehtiyev: “Fonddan layihələrə birbaşa maliyyə ayrılması imkanları məhdudlaşdırılmalıdır”

Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov fondun büdcəsini açıqlayıb. İcraçı direktor 2011-ci ilin dövlət büdcəsinin müzakirəsi zamanı çıxış edərkən bildirib ki, Neft Fonduna indiyədək 40 milyard dollar vəsait daxil olub. İndiyədək bu vəsaitlərin 20 milyard dolları xərclənib. Ş.Mövsumov bildirib ki, fonddan xərclənən vəsaitin böyük bir hissəsi dövlət büdcəsinə transfertlərdir. Bundan başqa, fond bir sıra mühüm layihələri maliyyələşdirir: “Layihələr seçildiyi zaman onların Azərbaycan və region üçün əhəmiyyətli olması əsas götürülür”. Qeyd edək ki, Neft Fondu hazırda 5 əsas layihənin maliyyələşməsini həyata keçirir.



07.10.2010/ Ermənistanın dövlət borcu ÜDM-in yarısına çatıb
2010-cu ilin sonuna Ermənistanın dövlət borcunun həcmi ÜDM-in 42-44%-nə çatacaq. “İqtisadi forum” jurnalının ARKA agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə ölkənin maliyyə naziri Tiqran Davtyan mətbuat konfransında bildirib.


07.10.2010/ Rusiya neft-qaz gəlirləri hesabına büdcə kəsirini örtməyəcək

Büdcə Məcəlləsinə edilmiş yeni dəyişiklik nəticəsində qadağa daha 3 il uzadıldı

Rusiya prezidenti Dmitriy Medvedyev oktyabrın 2-də Büdcə Məcəlləsinə dəyişik barədə qanun imzalayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, düzəlişlər büdcə xərclərinin təsnifatının təkmilləşdirilməsini, federal büdcənin neft-qaz gəlirlərinin istifadəsinə dair bir sıra normaların dayandırılması müddətinin uzadılması daxildir.



04.10.2010/ 2011-ci ilin dövlət büdcəsi layihəsi

"İqtisadi forum" jurnalının məlumatına görə, bu günlərdə 2011-ci ilin dövlət büdcəsi layihəsi Milli Məclisə təqdim edilib. Layihədə 2011-ci ilin dövlət büdcəsinin gəlirlərini 12.061.000 min manat, xərclərini 12.748.000 min manat (o cümlədən, mərkəzləşdirilmiş gəlirləri 11.613.958,2 min manat, yerli gəlirləri 447.041,8 min manat və mərkəzləşdirilmiş xərcləri 11.440.460,0 min manat, yerli xərcləri 1.307.540,0 min manat) məbləğində təsdiq etmək nəzərdə tutulur.



26.08.2010/ Regionların Dövlət büdcəsindən asılılıq səviyyəsi ( 2010-cu il )
2010-cu ildə regionların dövlət büdcəsindən asılılıq səviyyəsini xarakterizə edən cədvəli oxucularımıza təqdim edirik


24.05.2010/ Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı
Səxavətli neft pulları və «xəsis» büdcə hesabatı

Birinci yazı


Hökumətin neft pullarını xərcləyərkən nümayiş etdirdiyi səxavətdən həmin pulların hesabını qəpiyinəcən vətəndaşlara verməli olan məmurların məsuliyyət hissinə zərrəcən pay düşməyib. Sayı-hesabı bilinməyən bahalı investisiya layihələri, büdcə pulları hesabına hər il alınan minlərlə maşın və texnika, hərbi və səhiyyə müəssisələri üçün alınan ərzağın həcmi və qiymətləri, hətta polisin və hərbçinin maaşı bu ölkədə dövlət sirri kimi qorunur.


03.03.2010/ Ötən il dövlət büdcəsi 15% kəsirlə icra olunub
Sosial müdafiə xərcləri isə 80 milyon manat ixtisar olunub

2008-ci illə müqayisədə ötən il ÜDM 9,3% artaraq 3,46 milyard manata, qeyri-neft sektoru üzrə isə 3,2% artaraq 15,7 milyard manata çatıb. Adambaşına duşən ÜDM 7,9% artaraq 3917,3 manat, ölkədə orta aylıq əmək haqqı 8,6% artaraq 298 manat, əhalinin adambaşına duşən gəlirləri 6,7% artaraq 2537,2 manat təşkil etmiş, vergi və digər icbari ödənişlər çıxıldıqdan sonra əhalinin sərəncamında qalan vəsait 8,7% artıb.



01.03.2010/ Ötən ili 242 milyon manatlıq kəsirlə başa vurduq
Büdcə gəlirlərinin ÜDM-də payı artır

2009-cu ildə büdcə kəsirinin ÜDM-də payı 2006-cı il səviyyəsinə qalxmaqla son 10 ildə ən yüksək həddə çatıb. 1999-cu ildə büdcə kəsirinin ÜDM-də payı 2,4%-ə bərabər olub. Ötən il isə bu göstərici 0,7% təşkil edib.



04.02.2010/ Ötən il orta aylıq maaş 30 manat artıb
2009-cu ilin dekabrında ölkə üzrə orta aylıq əmək haqqı 298 manat olub. Bununla da il ərzində orta aylıq maaş 30 manat artıb. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ilin müvafiq dövründə bu göstərici 268 manat təşkil edib.


01.02.2010/ Ötən il ÜDM 14% azalıb
2009-cu ildə ÜDM-in həcmi 34,7 milyard manat olub ki, bu da əvvəlki illə müqayisədə 13,8% və ya 5,5 milyard manat azdır. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ildə ÜDM-in həcmi 40,14 milyard manat təşkil edib.


01.02.2010/ Büdcənin 11 aylıq icrasında profisit 36,4 milyon manat azalıb
2009-cu il üzrə dövlət büdcəsinin 11 aylıq icrasında yaranmış profisit həcmi 36,4 milyon azalaraq 1,032 milyard manata düşüb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına əsasən verdiyi məlumata görə, 10 aylıq icrada bu göstərici 1,2 milyard manat təşkil edib.


19.01.2010/ ÜDM noyabrda 5 milyard manat azalıb
2009-cu ilin noyabrında ÜDM-in həcmi 29,7 milyard manat olub ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,4% və ya 5 milyard manat azdır. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, 2008-ci ilin noyabr ayında bu göstərici 34,7 milyard manat təşkil edib.


21.12.2009/ Azərbaycanda büdcə prosesi reqlamentləşdirilməlidir
İTYİB bu istiqamətdə hazırladığı  tövsiyələri ictimaiyyətin müzakirəsinə təqdim etdi

“Parlament hökumətin maliyyə fəaliyyəti üzərində nəzarəti təmin edən mühüm institutdur. Milli Məclisdə bütün qanunların 3 oxunuşda qəbul edildiyi halda büdcə layihəsinin yalnız bir oxunuşdan keçərək qəbul edilməsi başa düşülən deyil”. “İqtisadi forum” jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev bu fikirləri dekabrın 21-də “Azərbaycanda büdcənin parlament müzakirələri: xarici təcrübənin üzə çıxardığı problemlər” mövzusunda keçirilmiş dəyirmi masada səsləndirib.


10.12.2009/ Büdcənin müdafiə olunan xərclərinə toxunulmayacaq
Maliyyə Nazirliyi əmin edir  

2009-cu ilin dövlət büdcəsinin gəlir və xərclərinin icrasının 81-83% həddində gözlənilməsinə baxmayaraq büdcənin müdafiə olunan xərc maddələri ixtisar olunmayacaq. Milli Büdcə Qrupunun üzvü, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev “İqtisadi forum” jurnalına verdiyi məlumata görə, bu barədə Maliyyə nazirliyi rəsmi məktub göndərib.



09.11.2009/ Axundov adına Milli Kitabxananın vəsaiti 37% artırılır
Kitabxanalara ayrılan vəsaitlərin 67%-i maaşlara xərclənir

Gələn il dövlət büdcəsindən ölkədə fəaliyyət göstərən kitabxanaların saxlanılmasına təxminən 24,7 milyon manat ayrılması planlaşdırılır ki, bu da 2009-cu illə müqayisədə 2,6% çoxdur. Bu barədə
“İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsində istinadən xəbər verir.


09.11.2009/ KİV-ə Dövlət Dəstəyi Fondunun büdcəsi 2 dəfə artacaq
Dövlət məxsus KİV-lər bu Fonddan maliyyələşəcək

2010-cu ilin dövlət büdcəsindən Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna təxminən 2 milyon manat ayrılacaq ki, bu da ötən illə müqayisədə 2 dəfə çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsində istinadən xəbər verir.



03.11.2009/ Metropolitenin pulu 3 dəfə azaldılacaq
Gələn il dövlət büdcəsindən Bakı metropoliteninə 9,1 milyon manat məbləğində subsidiyanın ayrılması proqnozlaşdırılır ki, bu da 2009-cu ilin proqnozundan 3,6 dəfə, gözlənilən icrasından isə 3 dəfə azdır. Bu barədə “İqtisadi forum” jurnalı bu günlərdə parlamentə müzakirəyə çıxarılacaq 2010-cu ilin büdcə layihəsinə istinadən xəbər verir.


02.11.2009/ 9 ayda büdcə xərclərinin icrasında 1,4 milyard manat kəsir yaranıb
Büdcə xərcləri 81,8% icra olunub

2009-cu ilin 9 ayında dövlət büdcəsindən 6456,9 milyon manat xərclənib ki, bu da proqnozlaşdırılan məbləğdən 1437,2 milyon manat azdır. Ümumilikdə xərc maddələrinin icrasında 18,2% kəsir olub. Bu barədə “İqtisadi forum” jurnalı Maliyyə Nazirliyinə istinadən məlumat verir.



02.11.2009/ Büdcə gəlirləri 9 ayda 91,9% icra olunub
Ötən illə müqayisədə vergi daxilolmaları 41% azalıb

2009-cu ilin 9 ayında dövlət büdcəsinə 7235,1 milyon manat daxil olub ki, bu da proqnozdan 635 milyon manat azdır. Hesabar ilində büdcə gəlirləri 91,9% icra olunub. Bu barədə “İqtisadi forum” jurnalı Maliyyə Nazirliyinə istinadən məlumat verir.



29.10.2009/ Büdcə xərcləri 19% ixtisar olunacaq

2009-cu ilin dövlət büdcəsinin bütün istiqamətlərdə xərc maddələrinin ixtisarı gözlənilir. “İqtisadi forum” jurnalının məlumatına görə,bu barədə 2010-cu ilin büdcə layihəsi zərfində qeyd olunur.



29.10.2009/ Büdcə daxilolmalarında kəsir yaranıb

Mənfəət vergisi üzrə daxilolmalar yarıbayarı azalıb

2009-cu ilin büdcə gəlirlərində əsas mənbələri üzrə daxilolmalar kəsirlə icra olunacaq. Mənfəət vergisi üzrə daxilolmaların isə 2 dəfə azalması gözlənilir. “İqtisadi forum” jurnalının məlumatına görə,bu barədə 2010-cu ilin büdcə layihəsi zərfində qeyd olunur.



29.10.2009/ 2009-cu ilin büdcə kəsiri 315 manata yüksələcək
Büdcə gəlirləri isə 20% kəsirlə icra olunacaq

2009-cu ilin büdcə gəlirləri 20,3%, xərcləri isə 18,9% kəsirlə icra olunancaq. Bu barədə “İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsi zərfinə istinadən xəbər verir.



29.10.2009/ Səfirliklərimizin pulu 21% artacaq
Gələn il dövlət büdcəsindən xarici ölkələrdə fəaliyyət göstərən səfirliklərin, konsulluqların və başqa diplomatik nümayəndəliklərin saxlanılmasına təxminən 51 milyon manat ayrılması planlaşdırılır ki, bu da 2009-cu illə müqayisədə 20,7% çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsində istinadən xəbər verir.


16.10.2009/ Təhsil və səhiyyə xərcləri azaldılır
Dövlət xidməti və hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlər isə artırılır

2010-cu ilin büdcə xərcləri layihəsində bir sıra xərc maddələrinini, o cümlədən təhsil və səhiyyə xərclərinin azalmasına baxmayaraq dövlət xidməti və hüquq-mühafizə orqanlarına ayrılan vəsaitlər artırılıb. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri “İqtisadi forum” jurnalına açıqlamasında bildirib. 



16.10.2009/ Mənfəət vergisi üzrə daxilolmalar 2 dəfə azalıb
Qlobal maliyyə böhranı büdcə gəlirlərini “qurutdu”

2010-cu ilin büdcə gəlirlərində əsas vergi mənbələri üzrə daxilolmalar azalıb. “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri bu azalma qlobal maliyyə böhranının ölkə iqtisadiyyatına təsiri ilə əlaqələndirirlər.



16.10.2009/ Büdcə kəsiri 7 dəfə artıb
2010-cu ilin büdcə gəlirlərinin yarısı Neft Fondu hesabına formalaşacaq

Növbəti ilin dövlət büdcəsinin gəlirlərinin 2,2 milyard manat azalması, büdcə kəsirinin isə 7 dəfə artaraq 1 milyard manatı ötməsi ölkə iqtisadiyyatının neftdən asılı olması haqda fikirləri bir daha təsdiq edir. Bu barədə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.



01.10.2009/ Büdcə kəsiri necə örtüləcək?

Rövşən Ağayev: «Özəlləşmədən və dövlət istiqrazlarının satışından proqnozlaşdırılan gəlir real deyil»

Nazirlər Kabinetinin təqdim etdiyi 2010-cu il dövlət büdcəsinin layihəsindən məlum olur ki, 1 milyard 250 milyon manata yaxın kəsir var. Bu, cari ilin dövlət büdcəsi ilə (2009-cu ildə 178 milyon manat büdcə kəsiri nəzərdə tutulub) müqayisədə 7 dəfə çoxdur. Ekspertlərin fikrincə, kəsir gələn ilin dövlət büdcəsində ciddi problemlərdən biri olacaq.


26.09.2009/ Dövlət büdcəsində kəslin azalma

Son beş ildə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsində kəskin azalma baş verir. İqtisadçı ekspert Rövşən Ağayev bu fikirdədir.





© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV