Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Bank

03.02.2011/ Daha bir neçə bankın bağlanması gözləniləndir
Samir Əliyev: “Arxası zəif olan banklar bağlanacaq”

“Müşahidələr əsasında bu bankların bağlanmasını proqnozlaşdırmaq mümkün idi. Çünki bağlanan banklar Əmanətlərin Sığortalanması Fondunun üzvü deyil. Güman etmək olar ki, Fondun üzvü olmayan daha bir bankın lisenziyası geri alınacaq”. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına bankların bağlanmasına münasibət bildirərkən açıqlayıb.


29.12.2010/ Banklarımız 2010-cu ildə özünü doğrultdumu?

Samir Əliyev: "Banklar ölkə iqtisadiyyatında hələ də arzu olunan səviyyədə rol oynaya bilmir"

“2010-cu il Azərbaycanın bank sektorundan müsbət və mənfi məqamlarla yadda qaldı. Dünya bank sisteminə tam inteqrasiya olunmamış banklarımızın problemləri xaricdən çox daxili amillərlə bağlıdır. İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında bildirib.



25.10.2010/ Banklarımız ictimaiyyətə açıq deyillər
Standard & Poor’s Azərbaycan banklarının informasiya şəffaflığı indeksini açıqlayıb

Azərbaycan banklarının informasiya şəffaflığı indeksi MDB ölkələri üzrə bankların orta göstəricisindən də aşağıdır. “İqtisadi forum” jurnalı bu barədə Standard & Poor’s reytinq agentliyinin ölkə bankları barədə hazırladığı tədqiqata istinadən məlumat verir.


02.07.2010/ Zərərlə işləyən bankların sayı rekord həddə çatıb
Hər üçüncü bank zərərlə işləyir

May ayını daha 4 bank zərərlə başa vurub. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, bununla da ölkədə zərərlə işləyən bankların sayı rekord həddə - 13-dən 17-yə çatıb. Sonuncu dəfə 2006-cı ilin avqustunda belə bankların sayı 16 olub.



15.04.2010/
AZƏRBAYCANIN BANKLARI, BİRLƏŞİN!
 
                   II YAZI
 
Azərbaycanda bankların çoxluğu ilə bağlı müzakirələr son aylar gündəmdən düşmür. Bu müzakirələr xüsusilə də Mərkəzi Bank rəsmisinin bankların sayının yarıbayarı azaldılmasının zəruri olması fikrindən sonra daha da qızışıb. Bankın rəhbəri Elman Rüstəmov birləşmənin hazırda gündəmdə olmadığını açıqlasa da bu prosesin gec-tez baş verəcəyi şübhəsizdir. E.Rüstəmov əslində birləşmənin uzunmüddətli proses olduğunu deməklə bankların sayının azaldılmasının gündəmdən çıxmadığına dolayısı işarə vurub.


01.03.2010/ Ölkədə hər 3 bankdan 1-i zərərlə işləyir
Bankların mənfəəti azalıb, zərəri isə artıb

Yanvar ayında zərərlə işləyən bankların sayı 2 dəfə artaraq 7-dən 13-ə yüksəlib. “İqtisadi forum” jurnalının Mərkəzi Banka istinadən verdiyi məlumata görə, ötən ilin yanvar ayı ilə müqayisədə bankların mənfəəti 2 dəfədən çox azalıb, zərəri isə 55% artıb.



18.08.2009/ Əmanətlərdə manatın payı azalıb
Əhali əsasən müddətsiz əmanətlərə üstünlük verir

2009-cu il iyul ayının 1-nə kredit təşkilatlarında yerləşdirilmiş depozit və əmanətlərin ümumi həcmi 3416,4 mln. manat təşkil edib. Bunun 1934,3 mln. manatı əhali tərəfindən yerləşdirilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,4% çoxdur. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Banka istinadən xəbər verir.


16.08.2009/ Ölkədə 46 bank fəaliyyət göstərir
Onların filiallarının sayı 613-dür

2009-cu il iyul ayının 1-nə
olan məlumata görə, 142 kredit təşkilatının bank əməliyyatları aparmaq üçün müvafiq lisenziyasa var ki, bunların da 96-sı bank olmayan kredit təşkilatlarıdır. Bu barədə “İqtisadi forum” jurnalı  Mərkəzi Banka istinadən xəbər verir.


12.06.2009/ Əmanətlərin 30.000 manatı sığortalanacaq
Əmanətlərin Sığortalanması Fondu əmanətlərin sığortalanan hissəsinin məbləğini müəyyənləşdirib

“İqtisadi forum” jurnalının məlumatına görə, ölkə banklarında illik faiz dərəcəsi 15 faizədək olan bütün əmanətlər sığortalanacaq. Bu isə o deməkdir ki, 2009-cu ilin 1 yanvar tarixindən etibarən Fonda üzv olan banklarda ən çoxu 15 faiz dərəcəsi ilə yerləşdirmiş əmanətlər qorunan əmanətlər hesab olunur və Fond tərəfindən sığortalanır.



22.05.2009/ Uçot dərəcələri yenə azaldıldı

Mərkəzi Bank son bir ildə 6-cı dəfə bu addımı atır

“İqtisadi forum” jurnalının verdiyi məlumata görə, Mərkəzi Bank mayın 25-dən etibarən uçot dərəcəsini 2%-ə endirib. Məlumat üçün bildirək ki, bu vaxta qədər uçot dərəcəsi 3% həddində olub. Mərkəzi Bank bu addımını ölkədə deflyasiya proseslərinin getdiyi dövrdə iqtisadi aktivliyin qorunmasına və maliyyə sektorunun sabitliyinə dəstək vermək məqsədilə izah edir. Bankın İdarə Heyətinin qərarı ilə həmçinin faiz dəhlizinin yuxarı həddi 8%-dən 7%-ə endirilib.



27.03.2009/ Qrinspen: Banklar həddindən böyük olmamalıdır
“İqtisadi forum” jurnalının “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə,ABŞ-in Federal Ehtiyatlar Sisteminin sabiq rəhbəri Alan Qrinspen bankların ölçülərini kiçiltmək məqsədilə bank kapitalına qoyulan tələblərin tədricən azaldılmasını təklif edib.


27.03.2009/ Rusiyanın yüzlərlə bankı müflis ola bilər
Ümidsiz kreditlərin həcminin artması və hətta onların payının ümumi kredit portfelində 20%-ə çatması ehtimalı ilin sonuna Rusiyanın yüzlərlə bankının müflisləşməsi ilə nəticələnə bilər. Bu barədə «Financial Times» qəzetinə «Alfa Bank»-ın prezidenti Petr Aven bildirib.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV