Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



valyuta ehtiyatı

10.05.2010/ Valyuta ehtiyatları Rusiya, Ukrayna və Qazaxıstanda artıb
Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi həftə ərzində $6 milyard artaraq aprelin 30-u tarixinə $460,7 milyarda qalxıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə əvvəl ehtiyatın həcmi $454,7 milyarda bərabər olub.



05.05.2010/ Avro kəskin ucuzlaşır
Samir Əliyev: “Ucuzlaşma davam edəcək”

Yunanıstan böhranının dərinləşməsi və digər ölkələrə yayılması təhlüksə avronu daim təyziq altında saxlayır. Dünya birjalarında dünən avronun dollara nisbətən kursu son bir ildə minimum həddə düşüb. Avro 1,29 dollara qədər ucuzlaşıb ki, bu da 2009-cu ilin aprelindən ən aşağı həddir. Ekspertlər bunun son hədd olmadığı qənaətindədirlər.



19.04.2010/ Avrozona dağılır?
Morgan Stanley: Almaniya zonanı tərk edə bilər

Morgan Stanley bankı hesab edir ki, Yunanlstanın borc böhranı zəncirvari reaksiya yarada bilər və Almaniyanın avrozonanı tərk etməsi ilə nəticələnə bilər. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “Daily Telegraph” qəzeti yazıb.



16.04.2010/ ABŞ-ın qiymətli kağızları
Çin və Rusiya satır, Yaponiya və Britaniya isə alır

Fevral ayında ABŞ-a təmiz kapital axını 9 milyard dollar təşkil edib. Çin və Rusiya Amerikanın qiymətli kağızlarından imtina etdiyi bir vaxtda Britaniya və Yaponiya onları almaqda davam edir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama verib.



05.04.2010/ MDB-də ən çox iqtisadi artım Qırğızıstanda qeydə alınıb
2010-cu ilin yanvar-fevral aylarında Qırğızıstanda iqtisadi artım 19% olub ki, bu da MDB-nin digər ölkələrindəki göstəricilərdən yüksəkdir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə MDB-nin Statistika Komitəsi açıqlama verib.


12.03.2010/ Qazaxıstanın valyuta ehtiyatı artıb
Qazaxıstanın Milli Bankının qızıl-valyuta ehtiyatı fevral ayında 4,3% artaraq 27,55 milyard dollara yüksəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, ölkənin Mərkəzi Bankı açıqlama yayıb.


09.03.2010/ Mərkəzi bankların valyuta ehtiyatları:
Ukrayna və Azərbaycanda azalıb, Rusiya və Litvada artıb

Ukraynanın Mərkəzi Bankının valyuta ehtiyatı fevral ayında 4,5% və ya 1,14 milyard dollar azalaraq 24,15 milyard dollara düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Ukraynanın Mərkəzi Bankı açıqlama verib.



24.02.2010/ Dollar əvəzinə qızıl və gümüş
Amerikalı konqresmendən maraqlı təklif

ABŞ-ın Cənubi Karolina ştatında ştat ərazisində dolların rəsmi ödəniş vasitəsi statusunun ləğv edilməsini nəzərdə tutan qanun layihəsi müzakirə olunur. CBS News-un məlumatına görə, respublikaçı konqresmen Mayk Pitts dolların qızıl və gümüş pulla əvəz olunmasını təklif edir.



22.02.2010/ BVF Rumıniyaya $3,32 milyard ayırır
Beynəlxalq Valyuta Fondu Rumıniyaya ümumi həcmi 3,32 milyard dollar olan antiböhran kreditlərinin növbəti tranşını ayırıb. “İqtisadi forum” jurnalının İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, qərar Fondun Direktorlar Şurası tərəfindən qəbul edilib.


19.02.2010/ Gürcüstanın Azərbaycana $14 milyon borcu var
Qonşu ölkənin xarici borcu 3,4 milyarda yüksəlib

Gürcüstanın xarici dövlət borcunun ümumi həcmi 30,8% artaraq 3,43 milyard dollar təşkil edib. Bu borcun 14 milyon dolları Azərbaycanın payına düşür. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Gürcüstanın Maliyyə Nazirliyi açıqlama verib.



19.02.2010/ Rusiyanın valyuta ehtiyatı $1,7 milyard azalıb
Rusiyanın beynəlxalq ehtiyatlarının həcmi $1,7 milyard azalaraq fevralın 12-i tarixinə 431,5 milyarda düşüb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə əvvəl ehtiyatın həcmi $433,2 milyarda bərabər olub.


18.02.2010/ Avro bahalaşır
Dünya iqtisadiyyatının dirçəlişi və Yunanıstanın maliyyə problemləri ilə bağlı investorların narahatlığının azalması fonunda avro dollara nisbətən bahalaşmağa başlayıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, fevralın 17-də əvvəlki günlə müqayisədə 1 avronun məzənnəsi 1,3770 dollardan 1,37778 dollara yüksəlib.


18.02.2010/ BVF: Yuanın 20% möhkəmlənməsi ABŞ-ın ÜDM-sini 1% artırır
Çinin milli valyutası olan yuanın möhkəmlənməsi Amerika iqtisadiyyatı üçün əlverişlidir, ancaq iqtisadi sferada ABŞ qarşısında duran əsas problemləri həll etməyəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BVF-nin baş iqtisadçısı Olive Blanşar “Sinxua” agentliyinə açıqlama verib.


18.02.2010/ Çin və Rusiya ABŞ-ın dövlət istiqrazlarından can qurtarır
Yaponiya və Britaniya isə onları almaqda davam edir

Çin artıq ABŞ-ın ən böyük borc sahibi deyil. Yaponiya onu ötərək Amerikanın xəzinə istiqrazlarını ən çox alan ölkə olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “Sinxua” agentliyi ABŞ-ın Maliyyə Nazirliyinə istinadən xəbər verib.



15.02.2010/ BVF: Bankların xilasından imtina edilməlidir
Hazırda bankların xilası üçün ümumi yanaşma həyata keçirilib. Bu təcrübə gələcəkdə tətbiq edilməməlidir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Beynəlxalq Valyuta Fondunun yüksəkçinli nümayəndəsi açıqlama verib.


15.02.2010/ Küveytin Mərkəzi Bankı uçot dərəcəsini azatdı
Küveytin Mərkəzi Bankı uçot dərəcəsini azaldaraq 3%-dən 2,5%-ə endirib. “İqtisadi forum” jurnalının Rusiyanın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumatına görə, bu barədə bankın rəhbəri Salem Əbdül Əziz Əs-Sabah açıqlama verib.


09.02.2010/ Qazaxıstanın Milli Bankı valyuta dəhlizini genişləndirdi
Tenqenin dollara məzənnəsi 127,5-dən 165-ə kimi dəyişə bilər

Qazaxıstanın milli valyutası tenqenin dollara olan məzənnəsinin əvvəllər mövcud olmuş “150 tenqe ± 3%” dəhlizinə dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən bu dəhlizin aşağı həddi “150 tenqe – 15%”, yuxarı həddi “150 tenqe + 10%” müəyyənləşdirilib. Bu isə o deməkdir ki, 1 dollar 127,5-dən 165 tenqeye kimi dəyişə bilər.



08.02.2010/ İspaniyada işsizlik rekord səviyyəyə qalxıb

Ötən ay İspaniyada 125.000 nəfərə qədər vətəndaş işsiz qismində qeydiyyatdan keçib. Bununla da işsizlərin sayı rəsmi məlumatlara görə, 4 milyon nəfəri ötüb və bu ölkə tarixində rekord göstəricidir.



08.02.2010/ Rusiyanın valyuta ehtiyatı $1,5 milyard artıb
Rusiyanın valyuta ehtiyatı $1,5 milyard artaraq yanvarın 29-na $437,1 milyard təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Mərkəzi Bankı açıqlama verib.


30.01.2010/ AVRO BATSA...
Ekspertə görə, Neft Fondu da, Mərkəzi Bank da çevik olmalıdır

Dünyanın aparıcı valyutaları olan avro və dollarla bağlı proqnozlar günbəgün dəyişir. Nyu-York Universitetinin professoru Nuriel Rubini hesab edir ki, avrozonada baş verənlər sonda bu birliyin dağılması ilə yekunlaşacaq. Rubini bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumunda açıqlama verib. Ekspertə görə, uzaq perspektivdə valyuta birliyinin dağılması təhlükəsi yarana bilər və bu risk getdikcə artır.



30.01.2010/ Rusiyanın valyuta ehtiyatı $5,8 milyard azalıb
Rusiyanın valyuta ehtiyatı $5,8 milyard azalaraq yanvarın 22-nə $435,6 milyarda təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Mərkəzi Bankı açıqlama verib.


28.01.2010/ Avronun sonu çatıb?
Qlobal böhranın olacağını bir il öncə xəbərdarlıq etmiş iqtisadçı indi də avrozonadakı təhlükədən danışır

Nyu-York Universitetinin professoru Nuriel Rubini hesab edir ki, avro zona baş verənlər sondan bu blokun daqılması ilə yekunlaşacaq. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, Rubini bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumda açıqlama verib.



28.01.2010/ Dollar bahalaşır, avro ucuzlaşır
Bir müddətdir ki, Avropa valyutası dünyanın bir sıra aparıcı valyutalarına nisbətən, o cümlədən dollar və iyenaya nəzərən ucuzlaşır. Həftənin ilk yarısında ABŞ dollarının məzənnəsi qalxıb, iyena isə avroya nisbətən 9 ayda ən yüksək həddə çıxıb. İnvestorlar dünya iqtisadiyyatının bərpasının səngiyəcəyindən narafatdır.


25.01.2010/ ABŞ-da aktivlərinin həcmi $3,16 milyard olan 5 bank bağlanıb
ABŞ hökuməti ölkənin 5 ştatında fəaliyyət göstərən 5 bankı və onların bölmələrini bağlayıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Əmanətlərin sığortalanması üzrə Federal Korporasiya (FDİC) açıqlama verib.


25.01.2010/ Rusiya valyuta ehtiyatını diversifikasiya edir

“İqtisadi forum” jurnalının “The Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, Rusiyanın Mərkəzi Bankı ötən həftə valyuta ehtiyatının diversifikasiyası üçün kanada dollarının və qiymətli kağızların alınmasına başlandığını elan edib.



22.01.2010/ Rusiyanın valyuta ehtiyatı $0,5 milyard artıb
Rusiyanın valyuta ehtiyatı bir həftə ərzində $0,5 milyard artaraq 15 yanvar tarixinə $441,4 milyarda yüksəlib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Rusiyanın Mərkəzi Bankı açıqlama verib.


21.01.2010/ Avro ucuzlaşır
Yunanıstanda maliyyə vəziyyətinin pisləşməsi fonunda avronun məzənnəsi ABŞ dollarına nisbətən beş ay ərzində ən aşağı səviyyəyə düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Bloomberg agentliyi xəbər verir.


21.01.2010/ ABŞ-ın xəzinə kagızlarına tələbat artır
ABŞ-ın Çinə borcunun həcmi 2009-cu il noyabr ayının sonuna $789,6 milyard olub ki, bu da oktyabrla müqayisədə $9,3 milyard azdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə ABŞ-ın Maliyyə Nazirliyi açıqlama verib.


18.01.2010/ Rusiya beynəlxalq ehtiyatlarında qızılın payını artırdı
Ehtiyatın həcmi $440,9 milyarddır

Rusiyanın beynəlxalq ehtiyatlarında qızılın payı 2009-cu ilin 1 yanvar tarixinə 5,1%-ə yüksəlib. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, 2009-cu ilin müvafiq dövründə ehtiyatlarda bu nəcib metalın payı 3,5% təşkil edib.



18.01.2010/ Ukrayna bankların birləşdirilməsinə gedir
Bu ölkədə bankların sayı qonşu Polşadan 4 dəfə çoxdur

Ukraynada bankların sayı Polşa banklarından təxminən 4 dəfə çoxdur. Halbuki Ukraynada 46 milyon, Polşada isə 36 milyon nəfər yaşayır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Polşanın RKO BP banklar qrupuna daxil olan Kredobankın departament direktoru Kşiştof Vatala bildirib.


16.01.2010/ BVF rəhbəri: Dollar əsas valyuta olaraq qalacaq
Digər valyutaların meydan oxumasına baxmayaraq Amerika valyutası hələ uzun müddət əsas valyuta olaraq qalacaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bununla bağlı BVF-nin sərəmcançı direktoru Dominik Stroos-Kan Asiya Maliyyə forumu öncəsi Honq Konqda jurnalistlərə açıqlamasında bildirib.


16.01.2010/ Çinin qızıl-valyuta ehtiyatı rekord həddə çatıb
2009-cu ildə Çinin qızıl-valyuta ehtiyatı 23,3% artaraq rekord həddə - $2,399 trilyona çatıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Çinin Xalq Bankı açıqlama verib.


16.01.2010/ Qazaxıstanın beynəlxalq ehtiyatları 17% artıb
Qazaxıstanın ümumi beynəlxalq ehtiyatlarının həcmi $23,218 milyard təşkil edib. Onların $20,718 milyardı xarici valyuta aktivlərində, $2,501 milyardı isə qızıl aktivlərindən ibarətdir.


13.01.2010/ 2010-cu ildə qızıl bahalaşmaqda davam edəcək
İri həcmdə dövlət xərcləri inflyasiyanı artıracaq ki, bu da öz növbəsində 2010-cu ildə qızılın və digər qiymətli metalların qiymətini xeyli dərəcədə bahalaşmasına gətirib çıxaracaq. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə GoldCore Ltd şirkəti proqnoz verib.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV