“Köhnə dünya”da işsizlik səviyyəsi rekord həddə çatıb
Mart ayında Avrozonanın 16 ölkəsində və Avropa Birliyinin 27 ölkəsində ümumi işsizlik səviyyəsi iqtisadi aktiv əhalinin 10% və 9,6% həddində olub. “İqtisadi forum” jurnalının Eurostat agentliyinə istinadən verdiyi məlumata görə, işsizlərin sayı uyğun olaraq 15,8 milyon və 23,1 milyon nəfər təşkil edib.