Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Büdcə

30.09.2011/ Rusiyada büdcə işçilərinin maaşları 6.5% artırıldı
2011-ci ildə orta aylıq əmək haqları təxminən 750 $ olacaq.

Rusiyada dövlət sektorunda işləyənlərin əmək haqları oktyabrın 1-dən 6.5% həddində indeksləşdiriləcək. “İqtisadi forum” jurnalının məlumatına görə, baş nazir Vladimir Putin sentyabrın 27-də bununla bağlı sərəncam imzalayıb.



06.10.2010/ Ermənistan hökuməti 2011-ci ilin dövlət büdcəsini təsdiq etdi
Sentyabrın 30-da Ermənistan hökuməti 2011-ci il üzrə dövlət büdcəsi layihəsni təsdiq etdi. “İqtisadi forum” jurnalı xəbər verir ki, ölkənin maliyyə naziri Tiqran Davtyanın açıqlamasına görə, gələn il üçün ÜDM-in həcmi 3 trilyon 763,5 milyard dram ($10,4 milyard), artım tempinin isə 4,6% həcmində proqnozlaşdırılıb.


16.02.2010/ BVF inflyasiyaya “icazə verdi”
Beynəlxalq Valyuta Fondu mərkəzi banklara maliyyə börhanının aradan qaldırılması üzrə tədbirlərə yanaşmanı köklü dəyişməyi təklif edib. Təklifə görə, banklar inflyasiyanın hədəf səviyyəsini “sülh” dövründə 4%-ə qədər qaldıra bilərlər.


08.02.2010/ Ukrayna ƏDV-nin dərəcəsini 25%-ə kimi artırmaq istəyr
Ukrayna Dünya Ticarət Təşkilatının şərtlərini pozmadan daxili bazarı idxaldan qorumaq və yerli istehsala kredit dəstəyi vermək üçün ƏDV-nin dərəcəsini 25%-ə kimi artırmaq istəyr. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Maliyyə Nazirliyinin Makroiqtisadi proqnozlaşdırma Departamentinin direktoru Vladimir Parnyuk açıqlama verib.


04.02.2010/ Rusiya hökuməti bələdiyyələrə $333 milyon ayıracaq
Rusiya hökuməti 2010-cu ildə yerli özünüidarə qurumları üçün avtobus alınmasına 10 milyard rubl ($333 milyon) ayıracaq. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə maliyyə naziri Aleksey Kudrin birbaşa yayımlanan “Rusiya 2010” forumunda çıxışı zamanı bildirib.


28.01.2010/ Büdcə kəsirini ötmək üçün Avropa Birliyinə 2,2 trilyon avro lazımdır
Fitch Ratings beynəlxalq reytinq agentliyinin proqnozuna görə, 2010-cu ildə dövlət büdcəsinin kəsirinin örtmək üçün Qərbi Avropa ölkələri dünya kredit bazarlarından 2,2 trilyon avro cəlb etməli olacaq.


28.01.2010/ ABŞ-ın büdcə kəsiri $1,3 trilyon olacaq
Hökumət onu 10 müddətində 2 dəfə azaltmaq niyyətindədir

ABŞ Konqresinin Büdcə Ofisinin qiymətləndirmələrinə görə, 2010-cu maliyyə ilində federal büdcənin kəsiri $1,35 trilyon təşkil edəcək. “İqtisadi forum” jurnalı bu barədə Reuters agentliyinə istinadən xəbər verir.



27.01.2010/ Bill Qeyts: İqtisadiyyatın dirçəlişi uzun çəkəcək
ABŞ-ın iqtisadiyyatının bərpası üçün illər tələb olunacaq. “İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, bu fikri Microsoft şirkətinin yaradılarından olan və dünyanın ən varlı adamı Bill Qeyts səsləndirib.


27.01.2010/ Obama büdcə xərclərini dondura bilər
ABŞ prezidenti Barak Obama Konqresə büdcə xərclərini 3 il müddətinə dondurmağı təklif edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə “The Wall Street Journal” qəzeti xəbər verir.


23.01.2010/ Qazaxıstan əhalisi gəlirləri barədə bəyannamə təqdim edəcək
“İqtisadi forum” jurnalının məlumatına görə, Qazaxıstanın Maliyyə Nazirliyinin vergi komitəsinin rəhbəri Daulet Yerqojin açıqlamasında bildirib ki, mərhələli şəkildə ölkə vətəndaşlarının gəlirlərinin bəyan edilməsi mexanizmi tətbiq edəcək.


19.01.2010/ Büdcənin 10 aylıq icrasında 1,2 milyard manatlıq profisit yaranıb
Ötən ilin 10 ayında 2009-cu il üzrə dövlət büdcəsinin icrasında 1,2 milyard manat profisit yaranıb. Bu barədə “İqtisadi forum” jurnalı Mərkəzi Bankın statistik məlumatlarına əsasən məlumat verir.


18.01.2010/ Rusiyanın büdcə kəsiri ÜDM-in 5,9%-i həddindədir
2009-cu ildə Rusiya Federasiyasının büdcə kəsiri ÜDM-in 5,9%-i həddindədir. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə maliyyə naziri Aleksey Kudrin bildirib.


18.01.2010/ Rusiyada dövlət qurumları pullarını məqsədli proqramlar vasitəsilə xərcləyəcək
Rusiyanın nazirlik və idarələri iki ildən sonra xərclərinin əksəriyyətini məqsədli proqramlar vasitəsilə həyata keçirməli olacaqlar. “İqtisadi forum” jurnalının məlumatına görə, maliyyə naziri, baş nazirin müavini Aleksey Kudrin bu barədə Rusiyanın “Novosti” informasiya agentliyinə açıqlamasında bildirib.


16.01.2010/ ABŞ-ın büdcə kəsiri I rübdə $388,5 milyard olub
ABŞ-ın büdcə kəsiri 2009-cu ilin dekabrında $91,854 milyard təşkil edib ki, bu da əvvəlki ilin analoji göstəricisindən çoxdur. “İqtisadi forum” jurnalının ABŞ-ın Xəzinədarlıq İdarəsinin hesabatına istinadən verdiyi məlumata görə, 2008-ci ilin dekabr ayında kəsirin həcmi $51,754 milyard olub.


16.01.2010/ Polşada ötən il orta aylıq maaş $1160 olub
Polşada 2009-cu ildə orta aylıq əmək haqqı $1160 olub ki, bu da 2008-ci illə müqayisədə 10% azdır. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Polşanın Sedlak & Sedlak tədqiqat şirkəti hesabat yayıb.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV