Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Əmtəə bazarları

26.08.2011/ Böhranın qızıl dövrü
Bahalaşan qızıl dünyanın maliyyə bazarını çalxalayır, güclü və imkanlı ölkələr valyuta ehtiyatlarında qızılın payını artırır

Dünyanın maliyyə bazarlarında uzun sürən gərginlik son aylar kritik həddə çatıb. Xarici valyutalar, xüsusən də dünyanın əsas aparıcı valyutası olan dolların kursunda kəskin dəyişikliklər fonunda qızılın qiyməti sürətlə artır. Vəziyyət hətta o qədər qorxulu həddə çatıb ki, bu yaxınlaradək iqtisadi və maliyyə sabitliyinə həsəd apardığımız ölkələrin belə, valyuta ehtiyatlarının dəyərini itirəcəklərindən əndişələnir. Qızıl istehsal edən və bu nəcib metalı özünün valyuta ehtiyatlarına daxil edən ölkələr isə sanki bir qədər rahat görünür.


26.08.2011/ Şəkər niyə bahalaşır?
Azərbaycanda qiymətlər 15 faizədək qalxıb, istehsal olunan şəkər tozunun yarısı isə xaricə satılır

Dünya bazarında taxıl, ət, süd, yağ və digər ərzaq məhsullarının qiyməti əhəmiyyətli şəkildə qalxıb. Təkcə şəkərin qiyməti son 30 ildə rekord həddə çatıb. Artıq Azərbaycanda da bu məhsulların, xüsusən də yağ və şəkərin qiymətində artım müşahidə olunur. Qiymət artımının əsas səbəbi dünyanın ən böyük şəkər istehsalçısı olan Braziliyada istehsalın aşağı düşməsidir. İstehsalın aşağı düşməsi hava şəraitinin pis olması və şəkər plantasiyalarının köhnəlməsi ilə də əlaqədardır.


06.12.2010/ Dünyada ərzaq kəskin bahalaşır
Yola saldığımız noyabr ayında dünya üzrə ərzaq məhsullarının qiyməti bahalaşaraq 2008-ci ilin iyul ayından bəri ən yüksək həddə çatıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı hesabat yayıb.


08.06.2010/ Dünyada ərzaq idxalı bahalaşır
2010-cu ilin 5 ayı ərzində kənd təsərrüfatlarının əsas növlərinin dünya bazarlarında qiyməti aşağı düşüb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə BMT-nin Beynəlxalq Ərzaq Təşkilatının (FAO) “Ərzaq proqnozu” adlı hesabatında qeyd edilir.


09.03.2010/ Soros valyuta bazarını tərk edir...
... və qızıl bazarına girişir

Dünya şöhrətli milyarder Corc Soros valyuta bazarından qızıl bazarına keçməsi barədə açıqlama verib. Bununla o, növbəti dəfə xəbərdarlıq edib ki, Avropa valyutası böhrana davam gətirməyəcək.


24.02.2010/ Buğda ucuzlaşır
Yaxın 12-18 ayda dünya bazarlarında buğda təklifi artacaq və bununla da qiymətin aşağı düşməsi davam edəcək. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə FAO analitikləri proqnoz verib.


23.02.2010/ Wal-Mart dünyanın ən bahalı brendi oldu
Wal-Mart supermarketlər şəbəkəsi Britaniyanın Brand Finance şirkətinin versiyası üzrə dünyanın ən bahalı brendi olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu ticarət nişanın dəyəri $41,4 milyard qiymətləndirilir.


19.02.2010/ BVF-nin qərarı qızılı ucuzlaşdırdı
Fond açıq bazara 191 ton qızıl çıxarır

BVF-nin qızıl ehtiyatının bir hissəsinin satılması üzrə ikinci mərhələyə start verməsi xəbəri dünya bazarında qızılın qiyməti təsir edib. Xəbərin yayılması nəticəsində əmtəə bazarlarında nəcib metalın unsiyası $10,65 ucuzlaşaraq $1103,15-ə enib.



19.02.2010/ Dünyada qızıla tələbat 11% azalıb
Ötən il dünya bazarlarında qızılın təklifi 11% artsa da, tələbat 11% azalıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Dünya Qızıl Şurası (World Gold Council) hesabat yayıb.


12.02.2010/ Şəkər qıtlığı pik həddinə çatacaq
Şəkər son 30 ildə ən yüksək həddə qədər bahalaşıb və ABŞ, Meksika, Hindistan və Pakistan tərəfindən tələbatın artması səbəbindən şəkər qıtlığı 2010-cu ilin III rübündə pik həddinə çata bilər. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Britaniyanın "Tropix Capital Management" investisiya şirkəti açıqlama verib.


09.02.2010/ Dünya Bankı: 2009-cu ildə ərzaq məhsulları 17% ucuzlaşıb
2009-cu ildə ərzaq məhsulları enerjidaşıyıcıları və metallarla müqayisədə daha az artıb. “İqtisadi forum” jurnalının məlumatına görə, Dünya Bankı bununla bağlı hesabat yayıb.


30.01.2010/ Toyota Yaponiyanın ən yaxşı brendidir
Məşhur avtomobil sənayesi nəhəngi olan Toyota Motor Corp. Yaponiyanın ən yaxşı qlobal brendi adına layiq görülüb. Onun dəyəri 2010-cu ildə $30,5 milyard məbləğində qiymətləndirilib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Interbrand Japan Inc. konsaltinq firmasının apardığı tədqiqatda qeyd edilir.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV