Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Bələdiyyə

21.09.2011/ Əmlak vergisi: problemlər və həll yolları

İTYİB fiziki şəxslərdən əmlak vergisi üzrə vergi bazasının təkmilləşdirilməsini nəzərdə tutan sənədin müzakirəsini təşkil etdi

Fiziki şəxslərdən əmlak vergisinin aşağı yığım səviyyəsi də bələdiyyələrin ən çox üzləşdiyi problemlərdən biridir. Bunun kökündə daha çox bələdiyyələrdən asılı olmayan və qanunvericilikdəki boşluqlardan qaynaqlanan səbəblər durur. “İqtisadi forum” jurnalının məlumatına görə, bu fikri İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bələdiyyələrin vergi yığımı problemlərinə həsr olunmuş dəyirmi masada çıxışı zamanı bildirib.



05.04.2011/ Avropa Şurası bələdiyyələrimizə diqqəti artırır
Qurum yerli özünüidarənin inkişafı ilə bağlı 2012-ci ildə Azərbaycanda monitorinqə başlayır 

Avropa Şurası Azərbaycanda bələdiyyələrin inkişafına diqqəti artıracaq. Elə bu məqsədlə Yerli və Regional Hakimiyyətlər Konqresinin monitorinq qrupu Avropa Xartiyasından doğan öhdəliklərin icra səviyyəsini yoxlamaq üçün gələn il ölkəmizə səfər edəcəklər.”. “İqtisadi forum” jurnalına bu barədə Strasburqda səfərdə olmuş İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev açıqlama verib.


18.03.2011/ Məcəllə qanunla toqquşur
Bələdiyyə qanunvericiliyi dövlət və bələdiyyə orqanlarına kommersiya qurumları yaratmağa icazə verir, Mülki Məcəllə isə bunu qadağan edir

Bu ilin fevralında “Normativ hüquqi aktlar haqqında” qanun qüvvəyə mindikdən sonra dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatı dayandırılıb. Səbəb kimi qanunvericilikdə dövlət və bələdiyyə qurumları tərəfindən kommersiya müəssisələrinin yaradılmasını qadağan edən Mülki Məcəllənin, belə cəmiyyətlərin yaradılması hüququnu tanıyan qanunlardan üstün qüvvəyə malik olması göstərilir. Buna görə də Vergilər Nazirliyi Mülki Məcəlləni əsas götürərək, dövlət qurumları və bələdiyyələr tərəfindən kommersiya müəssisələrini qeydiyyata almaqdan imtina edir.


18.03.2011/ Mülki Məcəllə, Konstitusiya və qanunlar bir-birinə qarşı
Fevral ayından dövlət və bələdiyyə müəssisələrinin qeydiyyatında problem yaranıb. Buna səbəb “Normativ hüquqi aktlar haqqında” qanunun qüvvəyə minməsidir. Dövlət və bələdiyyə qurumlarının kommersiya müəssisələri yaratmasını qadağan edən Mülki Məcəllə belə cəmiyyətlərin yaradılması hüququnu tanıyan qanunlardan üstün qüvvəyə malikdir. Vergilər Nazirliyi Mülki Məcəlləni rəhbər tutaraq bu tip müəssisələri, xüsusən də bələdiyyə müəssisələrini qeydiyyata almaqdan imtina edir.


20.02.2011/ Su tarifləri: kəndlə şəhərə fərqli baxış
 Ekspert: “Xidmətin keyfiyyət göstəriciləri mərkəzdən regionlara doğru uzaqlaşdıqca azalır və əsas diqqət bu istiqamətə yönəldilməlidir”

Tarif Şurasının suyun qiymətinin qaldırılması ilə bağlı qərarından sonra ölkə ictimaiyyəti üçün ciddi əhəmiyyət kəsb edən bir sual ortaya çıxıb. Söhbət ondan gedir ki, Tarif Şurası yalnız “Azərsu” Səhmdar Cəmiyyətinin göstərdiyi xidmət sahələrində qiymətləri artırıb. Halbuki, ölkə əhalisinin bir qismi, xüsusən də kənd yerlərində yaşayanların su təminatı ilə “Azərsu” məşğul olmur.



30.06.2010/ Azərbaycanda yerli özünüidarə orqanlarının kredit resurslarına əlçatanlığının artırıması


Azərbaycanda yerli özünüidarə orqanlarının
kredit resurslarına əlçatanlığının artırıması


15.04.2010/ Azərbaycan bələdiyyələri 10 ildən sonra
“Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı konfrans keçirib

Aprelin 9-da “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansının və Aran Regional İctimai Birliyinin təşkilatçılığı ilə “Azərbaycan bələdiyyələri 10 ildən sonra: reallıqlar və perspektivlər” mövzusunda konfrans keçirilib. Konfransda dövlət orqanlarının, bələdiyyələrin, xarici ölkə səfirliklərinin, beynəlxalq təşkilatların, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak edib.



15.09.2009/ Siyasi partiyalarda bələdiyyə institutu ilə bağlı alternativ konsepsiyaya yoxdur

İTYİB partiyalarla bələdiyyələrin statusunu müzakirə etdi

"Siyasi partiyaların əksəriyyətini bələdiyyələrin indiki statusu qane etmir və yerli hakimiyyət kimi tanınmasını təklif edirlər. Eyni zaman partiyalar bələdiyyələrin səlahiyyətlərinin əhatə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini istəyirlər". "İqtisadi forum" jurnalının məlumatın görə, bu fikirlər İqtisadi Təşəbbüslərə Yardım Birliyinin sentyabrın 15-də  siyasi partiyalar üçün təşkil etdiyi dəyirmi masada səslənib.



12.09.2009/ BAKI AVROPA ŞURASI ÖLKƏLƏRİNDƏ MER SEÇİLMƏYƏN YEGANƏ PAYTAXTDIR
Azərbaycanın Bakıda mer seçkilərinin keçirilməsi ilə bağlı Avropa Şurası qarşısında öhdəliyi yoxdur. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi (AŞYRHK) başçısını əvəz edən Ən Mikallefin Bakı meri vəzifəsinin seçkili olması ilə bağlı təklifini Azərbaycanın AŞ PA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Turana belə şərh edib.


11.09.2009/ Biz hakimiyyətdən demokratiyaya əsaslı şəkildə hörmət gözləyirik
Yan Mikallef: "Bu, bizim Azərbaycan hakimiyyətinə verdiyimiz güclü bir mesajdır..."

Hökumətə çağırışımız budur ki, yerli hakimiyyətlərə daha çox muxtariyyət və maliyyə ayırsın. Bu, bizim Azərbaycan rəsmiləri ilə dialoqlarda ötürmək istədiyimiz əsas mesajdır. İnanırıq ki, mövcud vəziyyətlə bağlı öz narahatlığımızı bildirməkdənsə, hakimiyyətlə dialoqu davam etdirməyə cəhd daha faydalı olar. Ona görə qərara gəldim ki, Azərbaycan rəsmilərinə dialoq üçün müraciət edim, onlarla üz-üzə danışım. Məqsədim onlara bunu izah etməkdir - yerli səviyyədə demokratiya bütün ölkədəki demokratiyanı şərtləndirir.


10.08.2009/ Torpaq hərraclarının monitorinqi keçirilir
Monitorinqin nəticələrinə dair hazırlanacaq hesabat hökumətə, eyni zamanda Torpaq Komitəsinə göndəriləcək

«İqtisadi Təşəbbüslərə Yardım» İctimai Birliyi bələdiyyə torpağının satılması ilə bağlı keçirilən hərracların monitorinqinə başlayıb. Təşkilatın eksperti Samir Əliyevin ANS PRESS-ə verdiyi məlumata görə, monitorinq üçün ilkin olaraq iki rayon- Salyan və Bərdə rayonları seçilib.


26.05.2009/ Aran regionunun ən yaxşı bələdiyyələri müəyyənləşdi

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Aran regionu bələdiyyələri arasından şəffaflıq və hesabatlılıq təşəbbüsləri üzrə 2008-ci ilin ən yaxşı bələdiyyələrini seçib. Bu barədə “İqtisadi forum” jurnalına Birliyin eksperti Samir Əliyev məlumat verib.



26.05.2009/ Bələdiyyələrin səlahiyyətlərinin artırılması

İqtisadi Təşəbbüslərə Yardım Birliyi bununla bağlı təkliflər hazırlayıb

"İqtisadi forum" jurnalının məlumatına görə, İqtisadi Təşəbbüslərə Yardım Birliyi mayın 26-da Azərbaycan Media Mərkəzində bələdiyyələrin səlahiyyətlərinə həsr olunmuş mətbuat konfransı keçirib. Konfransda Birliyin hazırladığı və hökumətə təqdim edəcəyi "Azərbaycanda bələdiyyələrin səlahiyyətlərinin müəyyən olunması mexanizmlərinini təkmilləşdirilməsi" adlı sənədin təqdimatı olub.



22.05.2009/ Kiçik bələdiyyələrin birləşdirilməsi barədə qanun layihəsi parlamentə təqdim olunub
Kiçik bələdiyyələrin birləşdirilməsi barədə qanun layihəsi parlamentə təqdim olunub

Bələdiyyələrin birləşdirilməsi ilə bağlı Prezident Administrasiyasında Milli Məclisə iki qanun layihəsi daxil olub. Bunlarda biri “Bəzi bələdiyyələrin birləşməsi haqqında”, digəri isə ““Bələdiyyə əraziləri və torpaqları haqqında” qanuna əlavə və dəyişikliklər haqqında” qanun layihəsidir.
Bu barədə Lent.az-a İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədr müavini Rövşən Ağayev məlumat verib.


22.05.2009/ Bələdiyyələr birləşdirilərsə nə baş verə bilər

Rövşən Ağayev: «Seçki Məcəlləsinə dəyişiklik edilərək kiçik kəndlərin iri bələdiyyələrdə təmsilçilik imkanının olması üçün qanunvericilik bazası yaradılmalıdır»

Bu il keçiriləcək bələdiyyə seçkilərinədək ölkədə fəaliyyət göstərən bələdiyyələrin sayının 2757-dən 1755-ə qədər azaldılması nəzərdə tutulub. Artıq dövlət başçısının imzası ilə “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi üzrə qanun” Milli Məclisdə müzakirəyə çıxarılaraq qəbul olunub.


20.05.2009/ "Birləşmədən sonra bələdiyyələrin sayı 1500-ə düşəcək"

TAHİR RZAYEV: "Bələdiyyələrin birləşməsi Bakı bələdiyyələrindən də yan keçməyəcək"

Artıq Azərbaycandakı bələdiyyələrin birləşməsi prosesi başlayıb. Bu barədə "525"in müxbirilə söhbətində Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev məlumat verib. Onun qeyd etdiyinə görə, bələdiyyələrin birləşməsi "Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi və ayrılması haqqında" qanuna müvafiq olaraq aparılır. Bir qədər əvvəl parlament bu qanuna əlavə və dəyişikliklər edərək bələdiyyələrin birləşməsi prosedurunu sadələşdirib. Qanuna əsasən, bələdiyyə ərazisində yaşayan seçicilərin 25 faizinin iştirak etdiyi və iştirak edənlərin 50 faizinin müsbət rəyi olarsa, yerli özünüidarəetmə orqanlarının birləşməsinə icazə verilir.


07.05.2009/ “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansı yaradıldı
"İqtisadi forum" jurnalının məlumatına görə,  bələdiyyə sahəsində çalışan bir qrup yerli özünüidarənin inkişafı istiqamətində birgə səylərini davam etdirmək məqsədilə “Bələdiyyələrin inkişafı naminə” QHT Alyansını təsis ediblər.


24.04.2009/ Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri

QHT Alyansı bu mövzuda konfrans keçirib

"İqtisadi forum" jurnalının məlumatına görə, aprelin 24-də “Bələdiyyələrin inkişafına dəstək” QHT Alyansı “Yerli özünüidarənin mövcud vəziyyəti və inkişaf istiqamətləri” mövzusunda konfrans keçirib. Konfransda müvafiq dövlət orqanlarının, bələdiyyələrin milli assosiasiyalarının, beynəlxalq təşkilatların, bələdiyyələrin, yerli QHT-lərin təmsilçiləri və müstəqil ekspertlər iştirak ediblər.



13.04.2009/ Dövlət bələdiyyələrə kompensasiya verməlidir

“Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satışı və ya icarəyə verilməsi qaydalarının qəbulunu ləngitməsi nəticəsində bələdiyyələrə dəymiş ziyanı ödəmək üçün dövlət onlara kompensasiya ödəməlidir” – bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib.



08.04.2009/ Yeni hərrac və müsabiqə qaydalarında xeyli boşluqlar var
"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu gün Azərbaycan Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təşkilatçılığı ilə «Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi: gözləntilər və mümkün problemlər» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, müstəqil ekspertlər və QHT təmsilçiləri iştirak edirdi. Birliyin sədr müavini Rövşən Ağayev giriş sözündə tədbirin məqsədi barədə məlumat verib.


08.04.2009/ Hərrac Komissiyalarının tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq var
İTYİB torpaq satışının yeni qaydalara bələdiyyələrin münasibətini öyrənib

"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycanın müxtəlif bölgələrindən olan 30 bələdiyyə təmsilçisi arasında sorğu aparıb. Sorğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və icarəyə verilməsi qaydaları barədə bələdiyyə üzvlərinin məlumatlılığını, yeni qaydadan bələdiyyələrin gözləntilərini və bu qaydaların təkmilləşdirilməsi ilə bağlı təklliflərini öyrənmək olub.


26.03.2009/ Torpaq hərracı barədə elanlar “Torpaq” qəzetində veriləcək
Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi elan və bildirişlərin ən tirajlı media vasitələrində yayılmasına pul xərcləmək istəmir
Hərrac yolu ilə alqı-satqı olunan və ya icarəyə çıxarılan torpaq sahələri barədə elan əvvəlcədən “Torpaq” qəzetində dərc olunacaq. Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş bu qəzetin yayımını isə “Qasid” mətbuat yayımı firması təşkil edəcək.


15.03.2009/ Azərbaycanda ilk dəfə torpaq hərracı keçiriləcək
Aprelin 3-də Azərbaycanda ilk dəfə bələdiyyə mülkiyyətində olan torpaqların satışı üzrə hərrac keçiriləcək.




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV