“İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, ötən il damazlıq məqsədilə təsərrüfatlara 1760 baş qaramal, 12621 baş qoyun və keçi, 12 baş at satılıb. 2008-ci illə müqayisədə satılmış cins qaramalın sayı 1,8 dəfə, qoyun və keçilərin sayı 27 faiz artıb.