Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
22.11.2016 06:54
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR













Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?




22.11.2016/ Süd istehsalı əsasən 2-3 baş maldan ibarət olan ailə təsərrüfatları tərəfindən təmin olunur
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Süd emalı sektorunda problemlər və perspektivlərmövzusunda dəyirmi masa keçirib

2016-cı il noyabrın 22-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində Süd emalı sektorunda problemlər və perspektivlər
mövzusunda dəyirmi masa keçirilib. Tədbirin iştirakçıları ölkənin müxtəlif regionlarını təmsil edən süd istehsalı və emalı sahəsində fəaliyyət göstərən iş adamları və fermerlər idi.


28.10.2016/ Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları

2016-cı il oktyabrın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Sahibkarlığın inkişafına mane olan bəzi problemlər və onların həlli yolları” mövzusunda dəyirmi masa  müzakirələri təşkil edib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edirdi.



28.09.2016/ “Arıçılığın inkişafı” Dövlət Proqramı qəbul edilməlidir
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda dəyirmi masa keçirdi

2016-cı il sentyabrın 28-də İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi və  Sahibkarlığın və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondu (SBİİYF) ABŞ BİA-nın maliyyə dəstəyi ilə həyata keçirilən “Azərbaycanda kiçik sahibkarlığın inkişafına dəstək” layihəsi çərçivəsində “Azərbaycanda arıçılıq sektorunun iqtisadi perspektivləri” mövzusunda dəyirmi masa keçirilib. Müzakirədə dövlət qurumlarının, sahibkarlar, müstəqil ekspertlər və yerli QHT-lərin təmsilçiləri iştirak edib.


26.07.2016/ Açıq Hökumət Təşəbbüsü üzrə hökumət-vətəndaş cəmiyyəti dialoqu mexanizmi yaradılmalıdır

İyulun 21-22 tarixlərində Filippinin paytaxtı Manila şəhərində Açıq Hökumət Tərəfdaşlığı (AHT) çərçivəsində Asiya-Sakit Okean Regional Dialoq adlı ikigünlük konfrans keçirilib. Asiya İnkişaf Bankının mənzil qərargahında baş tutan tədbirə Sakit Okean hövzəsi və Asiya qitəsini AHT-də təmsil edən 12 ölkənin 100-ə qədər iştirakçısı qatılıb. 



30.06.2016/ Vətəndaş cəmiyyəti Açıq hökumət təşəbbüsü Plaforması yaradacaq

Vətəndaş cəmiyyəti təşkilatları iyunun 30-da “Açıq hökumət təşəbbüsü: hökumət-vətəndaş cəmiyyəti əməkdaşlığının qurulması imkanları” mövzusunda dəyirmi masa  keçirib. Dəyirmi masada dövlət qurumlarının nümayəndləri, millət vəkilləri, beynəlxalq təşkilatların və xarici səfirliklərin nümayəndələri,  vətəndaş cəmiyyəti təmsilçiləri, müstəqil ekspertlər iştirak edib.



23.12.2015/ İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin dövlət büdcəsinə rəy hazırlayıb
Dövlət büdcəsi hökumətin iqtisadi siyasətinin güzgüsü hesab olunur. Bu baxımdan 2016-cı il üçün təsdiq olunmuş dövlət büdcəsinin təhlili hökumətin gələn il üçün müəyyən etdiyi və həyata keçirməyə hazırlaşdığı iqtisadi siyasəti qiymətləndirməyə imkan verir.  İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin ekspertləri 2016-cı ilin təsdiq edilmiş dövlət büdcəsi ilə bağlı zəruri araşdırma və təhlil işləri aparmaqla bu rəyi hazırlayıblar.


12.10.2014/ Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Rublun ucuzlaşması Azərbaycana nə vəd edir?

Şimaldan gələn soyuq hava axını Azərbaycana erkən qışla yanaşı iqtisadi narahatçılıqlar gətirməkdədir. Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan Rusiyanın sanksiyalardan dolayı düşdüyü iqtisadi böhran  bizim üçün də risklər yaradır. Böhran dərinləşdikcə onun neqativ təsiri daha qabarıq hiss etməyə başlayacayıq. Üstəgəl Qərbdən də mənfi siqnallar gəlməkdədir. Dünya bazarında dövlət büdcəsinin əsas donoru olan neftin ucuzlaşması və bu ucuzlaşmanın yaxın dövrdə davam etməsi proqnozları ölkə iqtisadiyyatı üçün çətin dövrün başlanacağını vəd edir.



21.08.2014/ Əmlak və torpaq vergiləri yeni qaydada hesablanacaq

Samir Əliyev: “Bu dəyişiklik sayəsində bələdiyyələrin büdcə gəlirlərinin iki dəfəyədək artması gözlənilir”

Ölkə prezidentinin sərəncamı ilə bir sıra qanunvericilik aktların, o cümlədən Vergi Məcəlləsinə dəyişiklik edilib. Son dəyişiklik bələdiyyələrin 2 əsas vergisinin bazasının təkmilləşdirilməsinə yönəldilib. Gələn ildən etibarən bələdiyyələr vətəndaşlardan yeni hesablama metodu əsasında vergi yığacaqlar. Bəs, bu dəyişiklik nədən ibarətdir?


24.06.2014/ Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb

İTYİB “Azərbaycanda əmək müqavilələrinin tətbiqi problemləri və həlli yolları” mövzusunda dəyirmi masa keçirib

“Özəl sektorda çalışanların yalnız 10 faizi muzdlu işçi kimi qeydə alınıb”  Bu fikir Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında bu gün sahibkarlıq qurumlarının rəhbərləri və təmsilçilərinin, habelə müstəqil ekspertlər və QHT təmsilçilərinin iştirakı ilə keçirilən dəyirmi masa müzakirələrində səsləndirilib.



08.06.2014/ Ərzaq təhlükəsizliyinin vəziyyəti regionlarda qiymətləndiriləcək
İTYİB region vətəndaş cəmiyyəti üzvləri üçün üçgünlük təlim keçirib
 
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi 05-07 iyun tarixlərində ölkənin regionlarını təmsil edən vətəndaş cəmiyyəti üzvləri üçün üçgünlük təlim keçirib. “Regionlarda ərzaq təhlükəsizliyi problemlərinin qiymətləndirilməsi və monitorinqi sahəsində vətəndaş cəmiyyətinin baracıqlarının artırılması” adlı təlimin keçirilməsində məqsəd  region QHT-lərinin və mətbuatının diqqətini ərzaq təhlükəsizliyi problemlərinə yönəltmək, problemin qiymətləndirilməsi və monitorinqi sahəsində onların bilik və bacarıqlarını artırmaq olub.  
 


20.05.2014/ Yerli vergilər ancaq bank vasitəsilə aparılacaq
Samir Əliyev: "Nağd ödənişlərə qadağanın qoyulması bələdiyyələrə zərbə vura bilər"

Ölkədə kölgə iqtisadiyyatının payının azaldılması, o cümlədən yerli büdcə gəlirlərinin formalaşdırılmasında şəffaflığın artırılması və vergi ödənişlərin təyinatı üzrə yığılmasında nağdsız ödənişlərin rolu əvəzsizdir. Son illər nağdsız ödənişlərin tətbiqi sahədə bir sıra təşəbbüslər göstərilir və bu addımların ilkin müsbət nəticələri görünməkdədir. İnsanlar evində oturmaqla internetlə bütün kommunal xərclərini, vergi borclarını ödəyirlər. 


30.04.2014/ Yerli Demokratiyanın İnkişaf İndeksinin hesablanması
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin təklifi Avropa institutlarının marağna səbəb olub
 
Aprelin 28-də Brusseldə Avropa Birliyinin Regionlar Komitəsinin qərargahında “Əksmərkəzləmə: Şərq tərəfdaşlığı ölkələrindən islahat gözləntiləri” mövzusunda konfrans keçirilib. Konfransda Şərq tərəfdaşlığı ölkələrində daxil olan ölkələrlə yanaı Avropa institutlarının təmsilçiləri o cümlədən, CORLEAP-ın Büro üzvləri, Avropa Şurasının məruzəçiləri və ekspetləri iştirak edib.


16.04.2014/ Kiçik və orta sahibkarlığın problemləri

İTYİB daşınmaz əmlakın qeydiyyat sisteminin və kreditlərin verilməsi prosesinə təsir edən təsisatların fəaliyyətinin təkmilləşdirilməsinə dair təkliflər hazırlayıb

Aprelin 16-da İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Sahibkarlığın və Bazar iqtisadiyyatının İnkişafına Yardım Fondu ilə birlikdə 2014-cü il aprelin 16-da “Sahibkarlığın inkişafı sahəsində mövcud problemlərin aradan qaldırılması”na həsr edilmiş dəyirmi masa təşkil edib.  Dəyirmi masa Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının toplantılar zalında baş tutub.



09.04.2014/ Fermerlər məhsul istehsalında müstəqil qərar verməlidir

"Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış" mövzusunda Konfrans keçirilib.

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Oxfam GB ilə birgə aprelin 9-da Kempinsky otelində “Azərbaycanda ərzaq təhlükəsizliyinin təmin olunması: real imkanlar və yaxın dövrə baxış” mövzusunda Konfrans keçirib. Konfransda millət vəkilləri, müvafiq dövlət qurumlarının təmsilçiləri, beynəlxalq təşkilatların və yerli QHT-lərin nümayəndələri, müstəqil ekspertlər iştirak ediblər.



05.04.2014/ Mənzillərin yeni idarəetmə sisteminə keçidi niyə ləngiyir?
Media və İctimai Təşəbbüslər Mərkəzi aprel ayının 3-də Beynəlxalq Mətbuat Mərkəzində “Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi” mövzusunda konfrans keçirib. Konfrans Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyələşdirdiyi “Çoxmənzilli binaların idarəedilməsi mexanizmləri ilə bağlı ictimai məlumatlılıq səviyyəsinin yüksəldilməsi” layihəsi çərçivəsində təşkil edilib.


<<  <  1 2 3 4 5  >  >>

INVESTOR QALEREYASI
Yunanıstan avro üçün yalnız ilk sınaqdır
Investor qalereyasinin testi2
Investor qalereyasinin testi

© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Manatın xilası - ƏKSDOLLARLAŞMA

Manat növbəti sınaq qarşısındadır. İki kəskin devalvasiyaya məruz qalmış milli valyutamız dəyərini yenidən kəskin itirmək təhlükəsi ilə üzləşib. İyun ayından başlayaraq dəyərini tədricən itirməsi hələki təhlükəni sovuşdura bilməyib. Valyuta bazarında son həftələr yaranmış ajiotaj manata təzyiqi gündən-günə artırır. Qara bazarın getdikcə “çiçəklənməsi” xarici valyutaların qeyri-rəsmi dövriyyəsinə şərait yaratmaqla yanaşı  manata ən böyük zərbəni vuran kapital axınını stimullaşdırır. Bütün bu baş verənlər əlbəttə nəticədir.

Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV