Avropa Birliyinin sammiti “Böyük iyirmiliyi” Pittsburqa keçiriləcək sammitdə bank menecerlərinin maaşlarının ödənilməsi qaydalarının sərtləşdirməyə çağırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu haqda sammitin yekun müraciətində qeyd olunub.
Avropa Birliyinin 27 ölkəsinin liderləri dünyanın aparıcı dövlətlərinə müraciət edərək bankların top menecerlərə maliyyə göstəricilərindən asılı olmayan, fiksə edilmiş maaşa bağlamaqla əmək haqlarının və bonusları məhdudlaşdırmağa çağırıb. Bundan başqa bank rəhbərlərinin öz təşkilatlarının fəaliyyətinin nəticəsinə şəxsən məsuliyyət daşımalarına və bank zərərlə işləyərsə əmək haqlarını proqressiv olaraq aşağı salmağa şərait yaratmaq təklif olunur.