Nəşr İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin Avropa Komissiyasının və Böyük Britaniyanın «Oxfam» təşkilatlarının birgə maliyyə dəstəyilə həyata keçirilən «İctimai xidmətlərin çatdırılması məqsədilə Mərkəzi Aran –Qarabağ zonasında iyirmi bələdiyyənin texniki bilik və bacarıqlarının artırılması» layihəsi çərçivəsində hazırlanıb.
Kitabda layihə çərçivəsində aparılmış tədqiqatlar və onların çıxardığı nəticələr barədə məlumatlar yerləşdirilib. Bu tədqiqatlar içməli su təchizatı sistemində tariflərin müəyyən edilməsi mexanizmlərini, içməli suyun keyfiyyətinə və əlçatanlılığına dair milli və beynəlxalq standartların müqayisəli təhlilini, kənd yerlərində əhalinin içməli suya əlçatanlılığın səviyyəsini, yerli su infrastrukturunun qiymətləndirilməsini əhatə edir.
Kitabın tam mətnini bu linkdən yükləyə bilərsiniz |