Azərbaycan hökuməti Bosniya və Hersoqovinada «Dostluq Körpüsü»nün tikintisinə 408 min 564 avro məbləğində vəsait ayırıb. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə budget.az saytı Nazırlər Kabinetinə istinadən xəbər verir.
Saytın məlumatına görə, Nazirlər Kabinetinin dekabr 19-da verdiyi 415s saylı sərəncama əsasən, Bosniya və Hersoqovinanın Sarayevo şəhərində Dobrinya çayı üzərində «Dostluq Körpüsü»nün tikintisi məqsədi ilə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə 408.564 avro məbləğində vəsait ayrılıb. Bu vəsait 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Ehtiyat Fondundan ayrılıb.
Sərəncamla Xarici İşlər Nazirliyinə bu işlər üzrə layihəçi və podratçı təşkilatlarla birbaşa müqavilə bağlamaq hüququ verilib. |