Respondentlərin 81%-i hökumətin büdcə fəaliyyətini tam və qismən mənfi qiymətləndirir. "İqtisadi forum" jurnalının məlumatına görə, bu barədə budget.az saytında yerləşdirilmiş “Hökumətin büdcə fəaliyyətini şəffaf hesab edirsinizmi?” məzmunlu sorğunun nəticələri göstərir.
Sorğuda ümumilikdə 732 respondent iştirak edib və onlar hökumətin büdcə fəaliyyətinin şəffaflıq səviyyəsinə qiymət veriblər.
Sorğu iştirakçılarının 68%-i və ya 498 nəfəri hökumətin büdcə fəaliyyətinin şəffaf olmadığı qənaətindədir. Rəyi soruşulanların 13%-i (95 respondent) isə bu fəaliyyəti qismən şəffaf sayır.
Sorğuya qatılanların cəmi 11%-i (81 resoindent) hökumətin büdcə fəaliyyətini şəffaf hesab edir.
Rəyi soruşulanların 4%-i (29 nəfər) cavab verməyə çətinlik çəkdiyini, bir o qədər isə ümumiyyətlə, maraqlanmadığını qeyd edib.
|