ÇOXMƏNZİLLİ BİNALARIN İDARƏ EDİLMƏSİ MEXANİZMLƏRİ: ölkə qanunvericiliyi və yaxşi xarici təcrübələr. İTYİB. Bakı. 2013
İqtisadi Təşəbbüslərə Yadım İctimai Birliyinin ekspertləri mənzil idarəçiliyi sahəsində bir sıra ölkələrin, xüsusən də eyni start vəziyyətdə olmuş ölkələrin təcrübələrini öyrənib və bu təcrübələrin uğurlu və çatışmayan cəhətlərini araşdırıblar. Cənubi Qafqazda Gürcüstan, MDB ölkələrindən Moldova və Rusiya, Baltik ölkələrindən Litva və Estoniya, Şərqi Avropa ölkələrindən Macarıstan mənzil idarəçiliyi sahəsində uğurlu nümunə kimi seçilib. Araşdırma göstərdi ki, bu ölkələr oxşar modelləri seçsələr də nəticələr fərqli olub. Bunun səbəbi bir sıra amillərlə bağlı olub. Bura əhalinin məlumat səviyyəsinin və sosial vəziyyətinin aşağı olmasından tutmuş qanunvericilikdə boşluqların olmasına qədər olan məsələlər daxildir.
Bu kitab Avrasiya Əməkdaşlıq Fondu tərəfindən həyata keçirilən və Niderland Xarici İşlər Nazirliyi tərəfindən dəstəklənən Hüququn Üstünlüyü və Demokratiyanın Təşviqi Proqramı üzrə İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin icra etdiyi «Mənzil təsərrüfatı idarəçiliyi mexanizmlərinin işlənilməsi və vətəndaş iştirakçılığının artırılması» layihəsi çərçivəsində hazırlanıb.