Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Dövlət büdcəsində kəslin azalma

Son beş ildə ilk dəfə olaraq Azərbaycanın dövlət büdcəsində kəskin azalma baş verir. İqtisadçı ekspert Rövşən Ağayev bu fikirdədir.

“Media forum” saytına açıqlamasında R.Ağayev deyib ki, 2010-cu il dövlət büdcəsinin layihəsinin Nazirlər Kabinetində müzakirəsi haqda sentyabrın 24-də hökumətin mətbuata açıqladığı məlumatdakı rəqəmlərə baxanda ilk baxışda büdcədə artım olduğu təəssüratı yaranır, əslində isə heç bir artım yoxdur: “Büdcənin sadəcə, ümumi xərcləri aşağı düşüb. Sosial müdafiə, təhsil, səhiyyəyə ayrılan vəsait isə əvvəlkindən çox deyil. Hökumət rəqəmlərlə oynayır, artım olsaydı, mətbuata məlumat faizlərlə yox, məbləğlərlə yazılmış formada verilərdi”.

R.Ağayevin sözlərinə görə, 2009-cu il illə müqayisədə 2010-cu ildə dövlət büdcə gəlirlərinin 17.6 faiz, başqa sözlə, 2.1 milyard manat, xərclərin isə təxminən 10 faiz - 1.2 milyard manat azalması proqnozlaşdırılıb: “Bu, kəskin azalmadır. Son illər Azərbaycanın dövlət büdcəsində hökumət hər il orta hesabla 35-40 faiz artımın olduğunu bəyan edirdi. İndi son beş ildə ilk dəfə olaraq dövlət büdcəsinin gəlir və xərclərində kəskin azalma baş verir. Gəlirlərin 17 faizdən çox azalmasını kəskin azalma kimi qiymətləndirməmək qeyri-mümkündür ”.

Hökumətin sosial xərclərdə faktiki olaraq dəyişiklik etmədiyini deyən ekspert 2010-cu ildə təhsil və sosial müdafiəyə 2009-cu ildə olduğu qədər maliyyə ayrılmasının gözləndiyini qeyd edib: “Bu isə o deməkdir ki, 2010-cu ildə, tutalım, müəllim və həkimlər maaşların, pensiyaçılar pensiyaların artmasından gözünü çəkməlidir”.

R.Ağayevin sözlərinə görə, hökumət 2009-cu ildə əsaslı xərclərə investisiya xərcləri çərçivəsində 4.9 milyard manat vəsait ayırmışdı. Bu da büdcənin 45 faizinə qədərini təşkil edirdi: “İndiki məlumatlardan aydın olur ki, 2010-cu ildə əsaslı xərclərə 4.3 milyard, yəni ötənilki ilə müqayisədə daha az maliyyə ayrılır. Deməli, hökumət investisiya xərclərində də azaltmalar edəcək”.

İqtisadçı ekspert daha bir məqama diqqət yönəldir: “Hökumət açıqladığı məlumatda neftin qiyməti ilə bağlı heç bir mövqe ortaya qoymayıb. Artıq dünya ölkələrində büdcə ilə bağlı müzakirələr başlanıb və neft ölkələrində neftin qiymətinin aşağı götürülməsi istiqamətində iş gedir. Məsələn, Rusiyada neftin qiyməti 50 dollar həcmində götürüləcək, növbəti üç ildə ən maksimal məbləğ 56 dollar olacaq. Çünki Rusiyada hesab edirlər ki, yaxın üç ildə neftin qiyməti 50-60 dollar arasında dəyişəcək. Yaxşı olardı ki, Azərbaycan hökuməti neftin qiymətini Rusiyadan da aşağı götürsün. Çünki Rusiyanın iqtisadiyyatı neftdən Azərbaycan qədər asılı deyil. Rusiyanın federal büdcəsində bu il neftin payı 40 faizi ötmədiyi halda Azərbaycanda bu rəqəm 70 faizə çatır. İndi belə bir vəziyyətdə Rusiya məsələyə bu qədər ehtiyatlı yanaşırsa, Azərbaycan daha ehtiyatlı olmalıdır”.

R.Ağayevin bildirdiyinə görə, bu il ilk dəfə olaraq Neft Fondunun transfertinin büdcə gəlirlərində payı 50 faiz olacaq ki, bu da son illərin ən yüksək göstəricisidir.

Sonda R.Ağayev onu da qeyd edib ki, yaxın günlərdə büdcə layihəsi parlamentə təqdim ediləcək, büdcənin əsas istiqamətləri ilə bağlı daha aydın təhlili də bundan sonra aparmaq mümkün olacaq.


 
Tarix: 26 Sentyabr 2009  |  Baxış sayı: 1470




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV