Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

TƏDQİQATÇILARIN NƏZƏRİNƏ!

 Iqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi

“Azərbaycanın əsas ticarət tərəfdaşları ilə ticarət mübadiləsinin ərzaq təhlükəsizliyinə təsiri”

adlı tədqiqatın hazırlanması üçün ekspertlərlə əməkdaşlıq etmək niyyətindədir.

Tədqiqatın məqsədi Azərbaycanın ticarət əlaqələrinin və xüsusilə ərzaq məhsulları üzrə ticarət münasibətlərinin ölkənin ərzaq təhlükəsizliyinə təsiri və çətinlikləri öyrənməkdən ibarətdir.


davamı
VALYUTA
  1 USD
  1 EUR
  1 RUB
  1 GBP
  100 JPY
11.08.2020 11:12
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR
Azərbaycanda 1606 bələdiyyə fəaliyyət göstərir. 2021-ci ildə bələdiyyələrin büdcə gəlirləri ölkə üzrə ümumilikdə 41,7 milyon manat, bir bələdiyyənin illik gəliri orta hesabla 26 min manat olub. Yerli büdcə gəlirlərinin həcmində kəskin fərqlər var. Kənd bələdiyyələrin büdcə gəlirləri kiçik olsa da şəhər bələdiyyələrin büdcə gəlirləri kifayət qədər yüksəkdir. Bakı şəhəri üzrə bələdiyyələrin orta illik büdcə gəlirləri 218 min manat olduğu halda Qobustanda 5 min manata bərabər olub . Büdcə gəlirlərinin həcmindən asılı olmayaraq onların şəffaf xərclənməsi, əhaliyə dövrü olaraq hesabat verilməsi çox vacibdir. Çünki bələdiyyə büdcələrinin vəsaitləri ictimai vəsaitlərdir, onlar bələdiyyə ərazisində yaşayan əhalinin ödədikləri vergi və ödənişləri hesabına formalaşır.














Azərbaycanda kredit faizlərinin yüksək olmasına təsir göstərən amillərin qiymətləndirilməsi



2010-cu il dövl?t büdc?si layih?si bar?d? Milli Büdc? Qrupunun R?Y?


Büdcə kəsiri necə örtüləcək?

Rövşən Ağayev: «Özəlləşmədən və dövlət istiqrazlarının satışından proqnozlaşdırılan gəlir real deyil»

Nazirlər Kabinetinin təqdim etdiyi 2010-cu il dövlət büdcəsinin layihəsindən məlum olur ki, 1 milyard 250 milyon manata yaxın kəsir var. Bu, cari ilin dövlət büdcəsi ilə (2009-cu ildə 178 milyon manat büdcə kəsiri nəzərdə tutulub) müqayisədə 7 dəfə çoxdur. Ekspertlərin fikrincə, kəsir gələn ilin dövlət büdcəsində ciddi problemlərdən biri olacaq.

İqtisadi Təşəbbüslərə Yardım Mərkəzinin eksperti Rövşən Ağayevin sözlərinə görə, 1 milyard 250 milyon manat ümumi daxili məhsulun 4 faizindən çox edir. Bu isə təhlükəli bir həddir: «Böhran, xüsusilə büdcənin imkanlarının məhdudlaşdırıldığı şəraitdə hökumət kəsirsiz büdcə yaratmağa çalşımalı idi. Paradoksal vəziyyət yaranıb. Büdcənin icrasında problem olmadığı 2006-2008-ci illərdə profsit (artım) yaranıb. Amma indi imkanların məhdud olduğu şəraitdə kəsirli büdcə zərfi təqdim edilib. 2010-cu ildə proqnozlaşdırılan 1 milyard 250 milyon manat büdcə kəsiri ümumi daxili məhsulun 4 faizindən bir qədər çoxdur. Halbuki, Avropa Birliyi ölkələrində müəyyən sazişə əsasən, büdcə kəsiri 3 faizdən çox ola bilməz. Deməli, 3 faiz götürülübsə, bu, optimal bir rəqəmdir. Bundan əlavə, gəlirlərin məhdudlaşdığı, maliyyə sektorunda xeyli gərginliyin yarandığı bir şəraitdə hökumət makroiqtisadi sabitliyin qorunması baxımından kəsirsiz büdcənin formalaşmasına çalışmalıdır». R.Ağayevin fikrincə, 1 milyard 250 milyon manatlıq kəsir özünü doğrultmayacaq:  «Belə ki, hökumət gəlirləri kəskin azaldıb. Büdcə  gəlirləri 18 faizə, xərcləri isə 9 faizə yaxın azaldılıb. Hökumət burada göstərməyə çalışıb ki, xərc prioritetlərimizdə kifayət qədər ixtisarlara getmirik. Amma bu kəsiri örtmək üçün mənbələr yetərincə deyil. Əsas mənbə kimi özəlləşdirmədən daxil olan və qısa müddətli istiqraz kağızlarının satışından əldə olunan vəsaitlərdən istifadə edilir. Azərbaycanda isə özəlləşdirmə başlayandan indiyədək, 14 il ərzində dövlət büdcəsinə bu sahədən heç 600 milyon manat vəsait daxil olmayıb. İstiqrazların satışı da əhəmiyyətli paya malik deyil. Özü də bu bazar maliyyə böhranı ilə əlaqədar xeyli məhdudlaşıb. Ona görə də kəsirin məbləğini real görmürəm. Ola bilsin ki, icra müddətində də xərclər azaldılsın».

Onun sözlərinə görə, ölkədə peşəkar büdcə planlaşdırılması aparılmır: «Büdcə planlaşdırılması, adətən, bu cür gedir ki, cəmiyyət ehtiyaclarını, xərc öhdəliklərini müəyyənləşdirir, sonra uyğun gəlir formalaşdırır. Azərbaycanda isə tərsinədir. Hökumət birinci gəliri hesablayır, artıq xərcləri ona uyğunlaşdırır.

Bu il investisiya xərcləri 4,8 milyard manat proqnozlaşdırılmışdı və onun 1,6 milyard manatı bölüşdürülməmişdi. Bölüşdürülməmiş vəsait 2009-cu ilin büdcəsində ixtisar olunacaq. Çünki cari ildə də gəlir proqnozunun özünü doğrultmayacağı gözlənilir. Həmin bölüşdürülməmiş vəsaitlə xərclər gəlirlərə uyğunlaşdırılacaq. 2010-cu ildə də yəqin ki, ssenari belə olacaq. Ola bilsin ki, investiya xərclərinin bir hissəsi yenə bölüşdürülməmiş saxlayacaqlar. Əgər ilin ortasında neftin qiymətində dəyişiklik, büdcə gəlirləri proqnozdan artıq olsa, bunun hesabına kəsir azalacaq. Əksinə olsa, indiki vəziyyət davam etsə, qiymətlər dəyişməyəcək, həmin vəsait yenə bölüşdürülməyəcək. Həmin vəsait xəyali olaraq mövcud olacaq və beləliklə, sıradan çıxacaq. O halda, ilin sonunda böyük olan kəsiri görməyəcəyik».

2009-cu ilin büdcə kəsirinə gəlincə, ekspert bildirdi ki, burada da profsitin olacağı gözlənilir: «İlin 6 ayının nəticələrinə görə investisiya xərclərinin az olması hesabına profsit yaranıb. İlin sonuna kimi necə olacağını indidən şərh vermək düzgün olmazdı. Amma belə görünür ki, 2009-cu ildə də profsit yaranacaq».

Onun sözlərinə görə, neftin bazar qiyməti 45 deyil, 50 dollardan götürülsəydi böyük kəsir yaranmayacaqdı: «Neftin baza qiyməti aşağı həddə hesabladılar deyə, gəlir azaldı, xərclər yerində qaldı və kəsir hissəsi şişdi. Əslində, kəsirin böyük götürülməsilə hökumət özünə ayaq yeri saxlayıb. Hesablayırlar ki, gələn il neftin qiyməti yüksək olsa, əlavə vəsait daxil olacaq və əlavə kəsr yaranmayacaq. Belə olsa, dediyim ki, investisiya xərcələrinin bir hissəsinin saxlanması hesabına örtüləcək». 

Tarix: 01 Oktyabr 2009  |  Baxış sayı: 1530




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru

Mərkəzi Bankın depozit hərracları niyə cəlbedicidir?

Bu gün ilin 24-cü depozit hərracı keçirildi. Hərracda tələb təklifdən 2,5 dəfə çox olub. Mərkəzi Bank 200 milyon manat həcmində depozit cəlb etməyi elan etsə də, bankların təklifi 504,7 milyon manat olub. Elə buna görə də illik faiz dərəcəsi 12,98%-dən 12,7%-ə düşüb. Bugünkü hərrac nəticəsində banklar 14 günə təxminən 975 min manat qazanacaq. Ümumilikdə isə Mərkəzi Bank tərəfindən 2017-ci ilin yola saldığımız dövründə 4 milyard manata yaxın vəsait depozit şəklində cəlb edilib və buna görə banklara 21,9 milyon manat faiz ödənilib.


Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
Pensiya yaşı artsın, artmasın?

Hazırda Azərbaycanda pensiyaya çıxma yaşı kişilər üçün 63, qadınlar üçün 60-dır. Dünya ölkələri ilə müqayisə etsək, bu çox aşağı göstəricidirmi? Qətiyyən yox.
Müqayisə üçün deyim ki, Avstriya, Belçika, Almaniya və Danimarkada həm qadınlar həm də kişilər üçün 65 yaş, Briytaniyada kişilər üçün 65, qadınlar üçün 60 yaşdı. Keçid ölkələrindən Gürcüstanda kişilər üçün 65, qadınlar üçün 60, Belorusda kişilər üçün 60, qadınlar üçün 55, Qazaxıstanda kişilər üçün 63, qadınlar üçün 58, Latviyada həm qadınlar, həm də kişilər üçün 62 yaşdır.

Azər MEHTİYEV
İTY İB-in sədri
Rəqabət mədəniyyəti, mədəni rəqabət

Son illər Azərbaycan iqtisadiyyatındakı iqtisadi fəallığın və əldə edilmiş iqtisadi artımların neft sektoruna və buradan əldə edilən böyük neft gəlirlərinə əsaslandığı heç kəsə sirr deyil. 2012-ci ildə ölkənin ümumi daxili məhsulunun (ÜDM) təqribən yarısı, sənaye məhsulunun 88 faizi, dövlət büdcəsi gəlirlərinin təqribən 3/4-ü neft sektorunun hesabına formalaşıb.


ARXİV