Dünya ticarəti 9% azalacaq
|
ÜTT-nin hesablamalarına görə, ötən ilin ikinci yarısında dünya ticarətinin kəskin azalması baş verib və nəticədə, ticarət dövriyyəsinin artımı cəmi 2% təşkil edib, halbuki 2007-ci ildə bu göstərici 6%-ə bərabər olub. ÜTT mütəxəssislərinin fikrincə, 2009-cu ilin yekunlarına görə, inkişaf etmiş ölkələrin ixracı 10%, inkişafda olan ölkələrin ixracı isə 2-3% azalacaq.
Qeyd edək ki, Beynəlxalq Valyuta Fondu cari ildə dünya ticarətinin 2,8% səviyyəsində azalacağını proqnozlaşdırır. |
| Tarix: 26 Mart 2009 | Baxış sayı: 271 |
|