“İqtisadi forum” jurnalının Reuters agentliyinə istinadən verdiyi məlumata görə, “Böyük iyimiliy”in daxilində dünya maliyyə siyasətində əsas qərar qəbul edən və 4 iştirakçıdan ibarət yeni qrup yarana bilər.
Agentlik bu məlumatı G7-yə daxil olan ölkələrdən birinin rəhbərliyindən əldə edib. Yeni yaradılacaq qrupu hətta “Böyük iyirmiliy”in rəhbər orqanı” da adlandırırlar. G4-ə ABŞ, Çin, Yaponiya və Avrozona ölkələrinin daxil olacağı ehtimal olunur. G4 qrupunun yaradılması ideyasının müəllifi Vaşinqtondur.
Xatırladaq ki, sentyabr ayında G20-lərin Pitsburqda keçirilən son sammitində “Böyük iyirmiliy”i əsas iqtisadi foruma çevirmək qərara alınmışdı. G8 formatında olan görüşlərdə isə qeyri-iqtisadi məsələləri və təhlükəsizlik problemi müzakirə ediləcək.