Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Mərkəzi Banklar dollardan üz döndərir
Valyuta ehtiyatlarında Amerika valyutasının payı 2 dəfə azalıb

Cari ilin iyul-sentyabr aylarında dünya üzrə qızıl-valyuta ehtiyatı əvvəlki rüblə müqayisədə $413 milyard artaraq $7,3 trilyona çatıb. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu ehtiyatlarda Amerika valyutasının payı son 10 ildə 2 dəfə azalaraq 37%-ə düşüb.

Barclays Capital fondunun məlumatına görə, 2009-cu ilin 3-cü rübündə mərkəzi banklar yeni ehtiyatların 63%-ni iyena və avroda yerləşdiriblər. Averika dollarının payına isə cəmisi 37% düşüb. Halbuki 1999-cu ildə onun payı 63% olub. “Dünya üzrə mərkəzi banklar ehtiyatlarının diversifikasiyasına ciddi kökləniblər” - Barclays şirkətinin analitiki Stiven İnqlander qeyd edir.

Amerika dollarından qurtulan ən aktiv mərkəzi banklar inkişaf etməkdə olan ölkələrə məxsusdur. Bank of America-Merrill Lynch bankına görə, cari ilin mart ayından başlayaraq onlar orta hesabla ayda $30 milyard satıblar. Bu səbəbdən də BVF-nin məlumatlarına görə, iyunun 30-u tarixinə beynəlxalq ehtiyatlarda dolların payı 62,8%-ə düşüb.

Dollardan imtinanı yaradan səbəb dünya iqtisadiyyatının bərpası fonunda bu valyutanın zəifləməsi ilə əlaqədardır. Təkcə, ötən həftə dollar indeksi (bu indeks dolların avro, iyena, dunt sterlinq, Kanada dolları, isvemrə frankı və isveç kronuna nisbətən məzənnəsinin dəyişməsini göstərirred.) 74,77 bənd ucuzlaşaraq 2008-ci ilin avqustundan bəri ən aşağı həddə düşüb. Son 6 ayda dollar 10%-dən çox ucuzlaşıb.

İnvestorları 2009-cu maliyyə ili üzrə ABŞ-ın 1,4 trilyon dollar həcmində yaranmış büdcə kəsiri qorxudur. “Mərkəzi bankların addımları Obama, Qaytner və Bernankenin “güclü dollar” siyasətini apa bilmək qabiliyyətlərinə inamsızlığından doğur”, - deyə Cantor Fitzgerald fondunun dünya bazarları üzrə baş strateq Stiven Poul bildirib. Onun fikrincə, dolların rolunun azalması tendensiyası ABŞ iqtisadiyyatın “kəmiyyətcə yumşaldılması” siyasətindən imtina etməyənədək və ya uçot dərəcəsini qaldırmayanadək davam edəcək. Poul hesab edir ki, dollar zəifləsə də onun hökmranlığı bitməyəcək
Tarix: 12 Oktyabr 2009  |  Baxış sayı: 239




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV