2009-cu ilin büdcə gəlirləri 20,3%, xərcləri isə 18,9% kəsirlə icra olunancaq.Bu barədə “İqtisadi forum” jurnalı 2010-cu ilin büdcə layihəsi zərfinə istinadən xəbər verir.
Layihəyə görə, 2009-cu ildə büdcə gəlirləri proqnozlaşdırılan 12,177 milyard manata qarşı 9,701 milyard manat və ya 79,7% icra olunacaq ki, bu da proqnozlaşdırılan məbləğdən 2,476 milyard manat azdır.
Bu il büdcə xərcləri 12,355 milyarda qarşı 10,016 milyard manat və ya 81,1% icra olunacağı gözlənilir. Büdcə xərclərində proqnozdan kənarlaşma 2,339 milyard manat olacaq.
Gözlənilən icra büdcə kəsiri artacaq. Belə ki cari ildə 178 milyon manatlıq kəsir böyüyərək 315 milyona çatacaq.
Məlumat üçün bildirək ki, 2010-cu ilin büdcə layihəsinə görə, büdcə gəlirləri 10,015 milyard, xərcləri isə 11,264 milyard manat proqnozlaşdırılıb. 2010-cu ildə büdcə kəsiri 1,249 milyard manata çatacaq.