2009-cu ilin dövlət büdcəsinin bütün istiqamətlərdə xərc maddələrinin ixtisarı gözlənilir. “İqtisadi forum” jurnalının məlumatına görə,bu barədə2010-cu ilin büdcə layihəsi zərfində qeyd olunur.
Bu il büdcə xərcləri 12,355 milyarda qarşı 10,016 milyard manat və ya 81,1% icra olunacağı gözlənilir. Büdcə xərclərində proqnozdan kənarlaşma 2,339 milyard manat olacaq. Bu da büdcə xərcərinin orta hesabla 19% azalması deməkdir.
Təhsil 255,9 milyon, səhiyyə 97 milyon, sosial müdafiə xərcləri isə 214,4 milyon manat ixtisar ediləcək. Halbuki 2009-cu ilin büdcə proqnozunda bu sahələrə uygun olaraq 1353 milyon, 509,6 milyon və 1134,4 milyon manat həcmində vəsait ayrılması proqnozlaşdırılmışdı.
Müdafiə xərcləri 227,8 milyon, hüquq-mühafizə xərcləri 124,8 milyon, ümumidövlət xərcləri 186,7 milyon manat azaldılıb. Azalmadan sonra bu sahələrə müvafiq olaraq 997,7 milyon, 555,2 milyon və 790,3 milyon manat yönəldilməsi gözlənilir.
Mütləq həcmdə ən çox azalma sənaye, tikinti istiqamətində olub. Bu istiqamətdə xərclər 899,3 milyon manat azaldılaraq 3834 milyon manata endirilib.
Məlumat üçün bildirək ki, 2010-cu ilin layihəsində büdcə xərcləri 1,091 milyard azalaraq 11,264 milyard manata düşüb.