|
Sənəddə Azərbaycanda yerli özünüidarə institutunu inkişafdan saxlayan amillərdən biri olan bələdiyyələrin həddən artıq kiçikölçülü olması və sayının çoxluğu məsələlərinə toxunulur. Bu problemin səbəbi, əhatə dairəsi və çözüm imkanları araşdırılır. Problemin həlli yolu bələdiyyələrin böyüdülməsində görülür. Böyüdülmənin səmərliliyini müəyyənləşdirmək üçün Bərdə, İsmayıllı və Xaçmaz rayonlarında aparılmış tədqiqatların nəticələri verilir. Tədqiqatın yekunu olaraq bələdiyyələrin böyüdülməsinin 3 alternativ mexanizmi təklif edilir: 1) bələdiyyələrin inzibati-ərazi bölgüsü üzrə böyüdülməsi; 2) bələdiyyələrin əhalinin sayı əsasında böyüdülməsi; 3) bələdiyyələrin könüllü birləşməsi qaydasında böyüdülməsi. Hər bir alternativ tədqiq olunur və qiymətləndirilir.
Sənəddə tədqiqatın nəticəsi olaraq bələdiyyələrin böyüdülməsi prosesinin inzibati-ərazi bölgüsü üzrə aparılması mexanizmi irəli sürülür və bununla bağlı hökumətə tövsiyələr verilir.
(tam mətn yüklə) |