Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Büdcə gəlirləri 9 ayda 91,9% icra olunub
Ötən illə müqayisədə vergi daxilolmaları 41% azalıb

2009-cu ilin 9 ayında dövlət büdcəsinə 7235,1 milyon manat daxil olub ki, bu da proqnozdan 635 milyon manat azdır. Hesabar ilində büdcə gəlirləri 91,9% icra olunub. Bu barədə “İqtisadi forum” jurnalı Maliyyə Nazirliyinə istinadən məlumat verir.

Yanvar-sentyabr aylarında dövləti büdcəsinin daxilolmaları 7870,1 milyonluq proqnoza qarşı 7235,1 milyon manat olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6% və ya 271,4 milyon manat azdır.

Büdcə daxilolmalarının 35,5%-i Vergilər Nazirliyinin, 12,1%-i Gömrük Komitəsinin, 50,9%-i Dövlət Neft Fondunun, 1,5%-i isə sair mənbələrin payına düşür.

Vergilər Nazirliyi xətti ilə 2567,8 milyon manat vəsait köçürüb ki, bu da proqnozdan 16,5% və ya 506,2 milyon manat azdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 1778,2 milyon manat və ya 40,9% azdır. Vergi daxilolmalarının 25%-i və ya 641,4 milyon manatı Dövlət Neft Şirkətinin, 8,2% və ya 210,8 milyon manatı isə ABƏŞ-in mənfəət vergisinin payına düşür. Bu da uyğun olaraq ötən ilin yanvar-sentyabr ayları ilə müqayisədə 25,5% və 88,2% azdır.

Vergi daxilolmalarının 66,8%-ni və ya 1715,6 milyon manatını qeyri-neft gəlirləri təşkil edir ki, bu da proqnoza nisbətən 338,4 milyon manat və ya 16,5% azdır.

Dövlət Gömrük Komitəsinin xətti ilə 875,1 milyon manat vəsait daxil olub. Bu proqnozdan 8,3% və ya 78,9 milyon manat az, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə isə 29,6 milyon manat və ya 3,5 faiz çoxdur.

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcəyə 3,8 milyon manat və ya proqnozdan 8,6% çox vəsait daxil olub.

Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar daxilolmaları üzrə 106,1 milyon manat proqnoza qarşı büdcəyə 71,7 milyon manat vəsait daxil olmaqla icra 67,6 faiz təşkil edib.

Tarix: 02 Noyabr 2009  |  Baxış sayı: 335




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV