Rusiyanın Federasiyasının valyuta ehtiyatı son həftə $3,5 milyard artaraq oktyabrın 30-na $432,8 milyard çatıb. “İqtisadi forum” jurnalının Rusiyanın Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, bir həftə öncə ehtiyatın həcmi $429,3 milyard idi.
2009-cu ilin yanvarın 1-i tarixinə Rusiyanın valyuta ehtiyatı $427,08 milyard təşkil edib. 10 ayda ölkənin ehtiyatı $5,7 milyard artıb.
Hazırda Rusiyanın beynəlxalq ehtiyatlarının 35%-i Amerikanın xəzinə istiqrazlarında yatırılıb. Valyuta ehtiyatlarının həcminə görə dünyada üçüncü olan Rusiya ancaq Çin və Yaponiyadan geri qalır.