Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Hərrac Komissiyalarının tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq var
"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Azərbaycanın müxtəlif bölgələrindən olan 30 bələdiyyə təmsilçisi arasında sorğu aparıb. Soğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və icarəyə verilməsi qaydaları barədə bələdiyyə üzvlərinin məlumatlılığını, yeni qaydadan bələdiyyələrin gözləntilərini və bu qaydaların təkmilləşdirilməsi ilə bağlı təklliflərini öyrənmək olub. 

Sorğuya bələdiyyə üzvləri cəlb edilib. Respondentlərin 67%-i (20 nəfər) bələdiyyə sədri, 10%-i (3 nəfər) sədr müavini, 23%-i (7 nəfər) isə bələdiyyənin sıravi üzvü olub. 

Sorğuda iştirak edən bələdiyyələrin 77%-i kənd (23 bələdiyyə), 13%-i qəsəbə (4 bəl.), 3%-i rayon (1 bəl.), 7%-i (2 bələd.) isə şəhər bələdiyyələri olub.

 
1.
“Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi qaydaları, mexanizmləri barədə nə bilirsiniz?” sualına respondentlərin 40%-i (12 nəfər) tam məlumatlı olduqlarını bildiriblər. Yerdə qalan 60%-i (18 nəfər) isə qismət məlumata malikdirlər. Bələdiyyələr arasında yeni qaydalarla bağlı məlumatsız olanlara rast gəlinməyib.
Az məlumatlı bələdiyyə üzvlərinin 11%-i torpaqlarının satışı və icarəsi mexanizmləri, 5,6%-i hərracın keçirilməsinə görə ödənişlərin həcmi, 11%-i hərracların təşkili qaydaları, 27,8%-i Komissiyaların tərkibi barədə bilgilərinin kifayət qədər olmamasını göstəriblər. Respondentlərin 44,6%-i hansı sahədə az məlumatlı olduqlarının göstərməyiblər.
 

Yeni qaydalarla bağlı məlumat azlığının səbəbini sorğuya cəlb olunanların yarısı göstərməyib. Bununla belə respondentlərin 39%-i məlumat azlığını onlara yeni qaydalar barədə rəsmi məlumatın daxil olmaması və bu məlumatları dövri mətbuatdan əldə etdiklərini bildiriblər. Bələdiyyə üzvlərinin 5,5%-i bunu izahat işlərinin düzgün aparılmaması ilə, 5,5%-i isə məlumatlardakı ziddiyyətlərlə əlaqələndiriblər.

 2. “Sizcə, bələdiyyə torpaqlarının satışının və icarəsinin hərraclar vasitəsilə və ya köhnə qaydada birbaşa satışının hansı üstünlükləri və çatışmazlıqları var?” sualına cavabında rəyi soruşulanlar yeni qaydaların üstün və çatışmayan tərəflərini göstəriblər.
 
Üstün cəhətləri:
  • torpaq satışı prosesinin mərkəzləşdirilməsi;
  • şəffaflığın artması;
  • torpağın pulunun ödənilməməsi hallarının aradan qalxması;
  • bələdiyyə sədrlərinin özbaşına torpaq sata bilməməsi;
  • bələdiyyələrin torpaq satışından daxilolmalarının artması;
  • hərraca çıxarılacaq torpaqlara kadastr sənədlərinin verilməsi;
  • ilkin qiymətin bələdiyyə tərəfindən müəyyənləşdirilməsi;
  • torpaqların sənədləşməsindəki hərc-mərcliyin aradan qalxması;
  • rəqabət mühitinin yaranması;
  • satışa çıxarılan torpaqlar barədə daha çox insanın məlumatlı olması,
  • icarə haqlarının vaxtında və tam toplanmasına imkan verməsi
 
 Mənfi cəhətləri:
  • bələdiyyələrin müstəqilliyinin bir qədər azalması;
  • bələdiyyə yaşayan əhalinin imkanlarının məhdudlaşması;
  • torpağın kənar şəxslərə satılması hallarının artması;
  • komissiyanın ədalətli qərar vermək imkanın olmaması;
  • vəsaitin bələdiyyənin ixtiyarına tam çatmaması;
  • kasıb insanların yüksək qiymətlə torpaq ala bilməməsi;
  • bələdiyyələri öz mülkiyyəti üzərində sərəncam vermək hüququndan məhrum etməsi;
  • Hərracın təşkili məsələlərinin birbaşa Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin səlahiyyətinə verilməsi;
  • prosesin bir qədər də mürəkkəbləşdirilməsi, bürokratik əngəllərin artması
  • Komissiyanın tərkibinin şəffaf formalaşdırılması mexanizmlərinin olmaması
  • Komissiyanın tərkibinin bələdiyyələrin maraqlarına uyğun olmaması
 
Bələdiyyə torpaqlarının satılması və ya icarəyə verilməsi ilə bağlı hansı qaydaların, yeni yoxsa köhnə qaydaların üstün olması ilə bağlı suala cavabında bələdiyyə üzvlərinin 40%-i birinciyə, yəni hərraclar vasitəsilə satışa üstünlük verib. Respondentlərin 13%-i köhnə üsulu dəstəkləyib. Rəyi soruşulanların 13%-i qaydalar arasında ciddi bir fərq görmür, 10%-i isə hər şeyi zamanın öhdəsinə buraxmağı məsləhət görüb. Yedə qalan 24% isə münasibət bildirməyib.
 
3. “Hərracların konkret bələdiyyə ərazilərində yox, rayon mərkəzlərində keçirilməsinə necə baxırsınız?” bələdiyyələrimizin əksəriyyəti – 63%-i mənfi cavab veriblər. Onlar fikirlərini rayon mərkəzinin bələdiyyə ərazisindən uzaqlığı və yerli əhalinin maraqlarının nəzərə alınmaması ilə əlaqələndiriblər. Rəyi soruşulanların yalnız 13%-i buna müsbət baxır. 23% bələdiyyə üzvü üçün isə hərracın harda keçirilməsinin fərqi yoxdur. Onlar fikrincə, əsas məsələ hərracın keçirilməsi prosesində şəffaflığın təmin olunması və komissiyanın tərkibidir.


4. “Hərracı keçirəcək komissiyaların tərkibi Sizi qane edirmi?“
sualına responentlərin 23%-i müsbət cavab verib. Rəyi soruşulanların təxminən yarısını (47%) komissiyaların tərkibi qane etmir. 17% respondent məlumatının az olması səbəbindən konkret heç nə deyə bilməyəcəyini, 13%-i isə suala münasibət bildirməyib.


 

5. “Siz komissiyada kimlərin olmasını təklif edərdiniz?” sualına rəyi soruşulanlar aşağıdakıları təklif ediblər:

  • Bələdiyyə sədrinin daxil edilməsi
  • Yerli sakinlərin, o cümlədən  kənd ağsaqqalının daxil edilməsi
  • Torpaq şöbəsinin nümayəndəsinin sayının 1-ə salınması
  • İcra Hakimiyyəti nümayəndəsinin kənarlaşdırılması
  • Hüquqşünasın daxil edilməsi
  • Tanınmış QHT nümayəndəsinin daxil edilməsi
  • İctimaiyyət nümayəndəsinin sayı 2-yə çatdırılması
  • Daşınmaz Əmlakın Dövlət Reyestri nümayəndəsinin daxil edilməsi
  • Komissiya üzvlərinin sayının artırılması (7 və ya 9)
  • Komissiya üzvlərinin 4-nün daimi, 1-nin isə dəyişkən olması
  • Komissiya üzvlərinin 3-nün daimi, 2-nin (1 bələdiyyə nümayəndəsi, 1 ictimaiyyət nümayəndəsi) isə dəyişkən olması
 
Sorğunun təhlili aşağıdakı nəticələrə gəlməyə əsas verir:
  • Hərracların keçirilməsi qaydaları ilə bağlı bələdiyyələr zəruri məlumatlara malikdir. Bu işdə həm DTXK və dövri mətbuat əhəmiyyətli iş görüb.
  • Bələdiyyələrin əksəriyyəti torpaq hərraclarının rayon mərkəzlərində yox, torpağın yerləşdiyi kəndin ərazisində təşkil edilməsinə üstünlük verirlər;
  • Komissiyaların tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq və narazılıq var: təkliflər əsasən Komissiyaya sədrlik məsələsinin hər bir ərazi üzrə bələdiyyə orqanının nümayəndəsinə və ya sədrinə həvalə edilməsi, komissiyaların tərkibinə yerli sakinlərin, bələdiyyə üzvlərinin və ictimaiyyət nümayəndələrinin daxil edilməsi, dövlət orqanları nümayəndələrinin isə sayının azaldılması təşəbbüsü ilə bağlıdır;
  • Satışa çıxarılacaq torpaqdan əldə edilən vəsaitin bir hissəsinin Komissiyaya ödənilməsi narahatlıq doğurur
Tarix: 08 Aprel 2009  |  Baxış sayı: 390




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV