Almaniyanın ticarət balansının müsbət saldosu 2009-cu ilin sentyabr ayında avqustla müqayisədə 30,9% artaraq 10,6 milyard avroya çatıb. Avqust ayında qalıq 8,1 milyard avro olub. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə Almaniyanın Federal Statistika Agentliyi açıqlama verib.
Sentyabrda ticarət balasının profisiti 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 30,7% azalıb.
Sentyabr ayında Almaniyanın ixracatının həcmi avqustla müqayisədə 18,8% artaraq 70 milyard avro, idxal isə 16,3% artaraq 59,4 milyard avro təşkil edib. |