Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Yeni hərrac və müsabiqə qaydalarında xeyli boşluqlar var

"İqtisadi forum" jurnalının verdiyi məlumata görə, bu gün Azərbaycan Media Mərkəzində İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin (İTYİB) təşkilatçılığı ilə «Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və ya icarəyə verilməsi: gözləntilər və mümkün problemlər» mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə dövlət qurumlarının nümayəndələri, bələdiyyə üzvləri, müstəqil ekspertlər və QHT təmsilçiləri iştirak edirdi. Birliyin sədr müavini Rövşən Ağayev giriş sözündə tədbirin məqsədi barədə məlumat verdi. O, bildirdi ki, bu gün cəmiyyətdə hərracların keçirilmə qaydaları ilə bağlı narahatçılıqlar var və bu narahatçılıqların bir çoxu bələdiyyələrin yeni qaydalar barədə az məlumatlı olmalarından qaynaqlanır: "Bu baxımdan yeni qaydalar barədə cəmiyyəti daha ətraflı məlumatlandırmaq, bələdiyyələrin gözləntilərini qərar qəbul edən şəxslərə çatdırmaq və qarşıya çıxa biləcək mümkün problemləri müzakirə etmək üçün tədbirə dövlət orqanının səlahiyyətli nümayəndəsini dəvət etmişik»

Daha sonra İTY İB-in eksperti Samir Əliyev bələdiyyələr arasında keçirilmiş sorğunun nəticələrini dəyirmi masa iştirakçılarına təqdim etdi. O, bildirdi ki, sorğu Azərbaycanın müxtəlif bölgələrini əhatə edən kənd, qəsəbə, rayon və şəhər bələdiyyələri arasında keçirilib. Sorğuya 30-a qədər bələdiyyə sədri, sədr müavini və bələdiyyə üzvü cəlb edilib. Sorğunun aparılmasında məqsəd bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satılması və icarəyə verilməsi qaydaları barədə bələdiyyə üzvlərinin məlumatlılığını, yeni qaydadan bələdiyyələrin gözləntilərini və bu qaydaların təkmilləşdirilməsi ilə bağlı təklliflərini öyrənmək olub. S.Əliyev bildirdi ki, sorğunun təhlili zamaı aşağıdakı nəticələr əldə edilib:

  • Hərracların keçirilməsi qaydaları ilə bağlı bələdiyyələr zəruri məlumatlara malikdir. Bu işdə həm DTXK və dövri mətbuat əhəmiyyətli iş görüb.
  • Bələdiyyələrin əksəriyyəti torpaq hərraclarının rayon mərkəzlərində yox, torpağın yerləşdiyi kəndin ərazisində təşkil edilməsinə üstünlük verirlər;
  • Komissiyaların tərkibi ilə bağlı bələdiyyələrdə narahatçılıq və narazılıq var: təkliflər əsasən Komissiyaya sədrlik məsələsinin hər bir ərazi üzrə bələdiyyə orqanının nümayəndəsinə və ya sədrinə həvalə edilməsi, komissiyaların tərkibinə yerli sakinlərin, bələdiyyə üzvlərinin və ictimaiyyət nümayəndələrinin daxil edilməsi, dövlət orqanları nümayəndələrinin isə sayının azaldılması təşəbbüsü ilə bağlıdır;
  • Satışa çıxarılacaq torpaqdan əldə edilən vəsaitin bir hissəsinin Komissiyaya ödənilməsi narahatlıq doğurur
Sorğu təqdimatından sonra yeni qaydalarla və aprelin 6-da keçirilmiş ilk hərracla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin (DTXK) Torpaq bazarının təşkili sektorunun müdiri Lətif Qasımov danışdı. Bildirdi ki, DTXK-nın mərkəzi aparatında hərrac və müsabiqələrin təşkilini həyata keçirən daimi komissiya yaradıb: «Bu komissiya prosedurun gedişini tənzimləyən sənədlərin, hüquqi-normativ aktların nümunələrini hazırlayır, eləcə də bu işlərin təbliği və təşkili ilə məşğul olur». Rayonlarda isə hər biri üzrə hərrac və müsabiqə komissiyaları yaradılıb. Bu komissiyaların tərkibi icra hakimiyyəti nümayəndəsi, rayon (və ya şəhər) torpaq şöbəsinin sədri (komissiya sədri), ictimaiyyət nümayəndəsi və bələdiyyə təmsilçisindən ibarət olur. Qeyd edək ki, komissiyanın tərkibindəki ictimaiyyət nümayəndəsi icra hakimiyyəti tərəfindən müəyyənləşir ki, bu da tədbirdə iştirak edən mütəxəssislər tərəfindən tənqidlə qarşılandı. Rayon və şəhər torpaq şöbəsindən bir nəfər də əməkdaş komissiyanın tərkibinə karküzarlıq işlərilə əlaqədar cəlb edilir. L.Qasımovun sözlərinə görə, bələdiyyə satışa çıxardığı torpağın mülkiyyət hüququnun qeydə alınması proseduruna başlaması ilə bağlı qərar qəbul edir. Bunun üçün DTXK-nın rayon və şəhər şöbəsinə müraciət olunur. Öz nöbvəsində ikinci də bütün lazım olan məlumatları qeyd edir və torpaq sahəsinin satışa çıxarılmasının qanunamüvafiq olub-olmaması ilə bağlı rəyilə birlikdə bələdiyyəyə qaytarır. Bələdiyyə torpaq sahəsini satışa çıxarmamışdan əvvəl onun üzərində mülkiyyət hüququnu tətbiq etmək üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən çıxarış əldə edir: «Bundan sonra bələdiyyə istəsə həmin torpaq sahəsinin satışa çıxarılması ilə bağlı qərar qəbul edə və ya etməyə bilər». Çıxışçının sözlərinə görə, istər dövlət, istər bələdiyyə mülkiyyətində olan torpaqların qiymətini müəyyən etmək icra hakimiyyətləri və bələdiyyələrin ixtiyarındadır: «Qanunvericilikdə göstərilir ki, torpaqlar hərrac və müsabiqəyə normativ qiymətlərdən aşağı çıxarıla bilməz. Bu da birbaşa bələdiyyələrin, ümumiyyətlə satıcının xeyrinə olan məsələdir».

Hərrac və müsabiqədən gələn gəlirin 5 faizə qədəri komissiyalara verilir. Tədbir iştirakçıları bu vəsaitin hərrac və müsabiqələrdən sonra yox, prosesdən əvvəl, beh şəklində alınmasının daha məqsədəuyğun olduğunu qeyd etdilər. Tədbir iştirakçılarının narahatlığına səbəb olan daha bir məsələ hərraclar zamanı torpağın ilkin qiymətinin birinci hərracın son qiyməti olması oldu. Bunun gələcəkdə ciddi problemlər yaradacağı qeyd edildi.

Qeyd edək ki, L.Qasımov keçiriləcək növbəti müsabiqənin vaxtını və yerini də diqqətə çatdırdı. Mayın 8-də baş tutacaq müsabiqə Hacıqabulda 2, Bərdədə 2 və Abşeronda 4 torpaq sahəsi üzrə olacaq. Onu da qeyd etmək yerinə düşər ki, fərdi ev tikintisi üçün olan torpaqlar müsabiqə yolu ilə satılmalıdır. Lakin müəyyən olunmuş qaydalar hansı torpaqların müsabiqəyə, yaxud hərraca çıxarıla bilməyəcəyini açıqlamır.

Hərrac və müsabiqə qaydaları ilə bağlı tədbir iştirakçılarını məlumatlandıran L.Qasımov sonradan sualları cavablandırdı. İlk öncə Badamdar bələdiyyəsi sədrinin müavini Ramiq Mustafa çıxışçıya sual ünvanladı. O, Bakı şəhəri üzrə bələdiyyə mülkiyyətində olmalı olan torpaqların hələ təyin olunmamasından narahatlığını dilə gətirdi və bunun fəsadlar yaratdığını diqqətə çatdırdı: «Yaxşı olar ki, bu problem həll edilsin, xəritələr və dövlət aktı bələdiyyələrə təqdim olunsun ki, gələcəkdə bələdiyyə torpaqla bağlı əməliyyat etmək istədikdə müxtəlif qurumlara müraciət etməli olmasın. Bəzən bizə səbəb gətirirlər ki, Bakı sənaye şəhəridir, bölgü aparmaq çətindir. Bu cür sürətli inkişaf şəraitində beləmi çətindir bu bölgünü aparmaq?» Öz növbəsində L.Qasımov bunun hərraca qədərki problem olduğunu qeyd etdi. Eyni zamanda bildirdi ki, bu məsələlər yaxın zamanlarda həll olunması vacib olan problemlərdir. 

Hərracdan sonrakı proseslərə gəlincə, L.Qasımovun sözlərinə görə, hərrac başa çatan kimi qaliblə komissiya üzvləri arasında yekuna dair protokol tərtib edilir, üstünlük qazanan şəxsə qalib şəhadətnaməsi verilir, bundan sonrakı 20 gün müddətində isə satıcı və alıcı arasında müqavilə bağlanır. Hərrac və müsabiqəyə çıxarılan torpaqların istifadə təyinatına görə heç bir güzəşt yoxdur. Alıcılar arasında güzəştli kateqoriyalar var. Bunlar torpaqlarımızın bütövlüyü uğrunda sağlamlığını itirmiş şəxslər, şəhid ailələri, 20 ildən artıq hərbi qulluqda olmuş şəxslər və s.-dir.

Həbibə ABDULLA

 
 
Tarix: 08 Aprel 2009  |  Baxış sayı: 388




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV