Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Dövlət bələdiyyələrə kompensasiya verməlidir
“Bələdiyyə torpaqlarının hərraclar vasitəsilə satışı və ya icarəyə verilməsi qaydalarının qəbulunu ləngitməsi nəticəsində bələdiyyələrə dəymiş ziyanı ödəmək üçün dövlət onlara kompensasiya ödəməlidir” – bu barədə “İqtisadi forum” jurnalına açıqlamasında İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin eksperti Samir Əliyev bildirib.
 

Ekspertin fikrincə, “Büdcə sistemi haqqında” qanunun 32.4-cü və “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunun 6.3-cü maddəsinə görə, icra hakimiyyəti orqanlarının qəbul etdikləri qərarlar nəticəsində yerli büdcələrin gəlirlərinin azalması və ya xərclərinin artması baş verdikdə, uyğun azalma və ya artma məbləğləri bu qərarları qəbul edən orqanlar tərəfindən kompensasiya olunur. Prezidentin 23 oktyabr 2007-cil tarixli sərəncamına əsasən bələdiyyələr mülkiyyətində olan torpaqları ancaq hərraclar və müsabiqələr yolu ilə sata və ya icarəyə verə bilər. Sərəncamda Nazirlər Kabinetinə hərracların və müsabiqələrin keçirilmə qaydalarını hazırlaması tövsiyə olunurdu. Sərəncamın icrası olaraq  Ədliyyə Nazırliyi bələdiyyələrə rəsmi məktub göndərərək dekabrın 1-dən etibarən torpaq satışını saxlamaqla bağlı müraciət etmişdi. Ancaq hərracların və müsabiqələrin keçirilmə qaydalarını hazırlaması prosesi xeyli uzandı və yalnız 16 aydan sonra, 2009-cu ilin aprelində ilk hərrac keçirildi.

S.Əliyev hesab edir ki, bu qərar nəticəsində yerli büdcənin gəlirlərində kəskin azalma müşahidə edilib: ”2008-ci ildə yerli büdcənin gəlirləri 57,4% icra olunub. 2007-ci illə müqayisədə büdcə gəlirləri 14% azalaraq 43,1 milyon manat təşkil edib. Bələdiyyə əmlakının və torpağının özəlləşdirilməsindən daxilolmalar 30 milyon manat proqnozlaşdırılsa da, 47,8% (14,4 milyon manat) icra olunub. Bu isə o deməkdir ki, bələdiyyə büdcələri 2008-cil ildə təxminən 16 milyon manat məbləğində gəlirlərini itiriblər. Deməli, qanunvericiliyin tələblərinə uyğun olaraq hökümət bələdiyyələrə ən azı 16 milyon manat həcmində kompensasiya ödəməlidir”.  

 Dövlət Əmlakının Reyestri Xidmətinin sədri Arif Qaraşovun 2007-ci ilin dekabrın 1-dən sonra bələdiyyələr tərəfindən satılmış torpaqların dövlət qeydiyyatına alınmayacağı ilə bağlı mətbuatda açıqlamasına münasibət bildirən ekspert qeyd edib ki, hökumət bələdiyyələrin də vəziyyətini başa düşməlidir. Onun fikrincə, günahın təkcə bələdiyyələrin üzərinə qoyulması düzgün deyil: “Dövlət faktiki 2008-ci ildə bələdiyyələrə əmlaklarının və torpaqlarının satmağa və ya icarəyə verməyə qadağa qoyub. Bu müddət ərzində ya təcili hərracın keçirilmə qaydalarını qəbul etməli, ya da bələdiyyələrə əlavə kompensayiya verməli idi. Ancaq bunların heç biri edilmədi. Bələdiyyələr də qadağaya baxmayaraq büdcə öhdəliklərini yerinə yetirmək məqsədilə 14 milyon manat dəyərində torpaq satıblar”

Ekspert bu vəziyyətdə 2 çıxış yolu təklif edir: “Birinci yol ondan ibarətdir ki, bələdiyyələrin 2007-ci ilin dekabrından bəri satdığı torpaqların nəticələrini ləğv edir və onu hərraclar vasitəsilə rəsmləşdirir. Əvəzində dövlətdən proqnozlaşdırdığı 30 milyon manat həcmində kompensasiya alır. İkinci yolda isə bu müddət ərzində satılmış torpaqlar sahibinin adına rəsmləşdirilir, bələdiyyələrə isə əlavə olaraq 16 milyon manat ödənilir. Hər iki variantda bələdiyyələrə kompensasiya ödənilməlidir”.

Ekspertin fikrincə, əks arqument göstərilə bilər ki, bu, büdcə gəlirlərinin daimi itkisi deyil, 2009-cu ilin aprelindən etibarən bərpa edilib və kompensasiya ancaq daimi itirilən gəlir mənbəsinə görə ödənilir. İstənilən halda müvafiq icra hakimiyyətinin fəaliyyətsizliyi nəticəsində bələdiyyələrin 2008-ci maliyyə ilində büdcə gəlirlərində azalma baş verib. Bu səbəbdən də xərc öhdəliklərinin bir qismi icra olunmayıb. İkincisi, hökumət bu vaxta qədər itirilmiş dəyərin ödənilməsi və ya kompensasiyaların verilməsi hallarını özündə ehtiva etdirən sənəd hazırlamalı və orada kompensasiya ödənilməli olan halların detallı izahı göstərməli idi. Bu sənəd əsasında konkret olaraq bu situasiyada kompensasiya ödəməyə borcu olmadığını sübut etməlidir. Üçüncüsü, belə halların gələcəkdə də təkrarlanmasına heç kim zəmanət vermir. Təəssüf ki, belə hala keçmişdə də rast gəlinib. Məsələn, 2006-cı ildə dövlət yerli büdcələrin əsas gəlir mənbəsi olan yol vergisini bələdiyyələrin əlindən aldı, amma əvəzində onlara kompensasiya ödəmədi.

Son illər bələdiyyələrin maliyyə imkanlarını artırılması əvəzinə onun daha da məhdudlaşdırılması  tendensiyası müşahidə edilir.

 
 
Tarix: 13 Aprel 2009  |  Baxış sayı: 541




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV