2009-cu ilin 10 iyul-30 sentyabr dövründə General Motors (GM) avtomobil konserninin xalis zərəri $1,15 milyard təşkil edib. “İqtisadi forum” jurnalının məlumatına görə, bu barədə GM açıqlama verib.
Açıqlamada həmçinin şirkətin təcili olaraq ABŞ və Kanada hökumətləri ilə hesablaşmaq niyyəti qeyd edilir. Məlumata görə, 2009-cu ilin 31 dekabrından başlayaraq GM borclarını qaytarmaq üçün hər rüb $1 milyard ödəyəcək.
Bundan başqa şirkət Opel-in dəstəklənməsi üçün Almaniyadan aldığı borcların qaytarılmasına başlayıb. Artıq $700 milyon ödənilib, daha $600 milyon ilin sonuna kimi ödəniləcək.
Xatırladaq ki, Opel-in satışı üzrə Magna-Sberbank konsorsiymu ilə razılaşmaya xitam verildikdən sonra Almaniyanın rəsmiləri Amerika tərəfindən vaxtilə ödədikləri maliyyə yardımının qaytarılmasını tələb ediblər.