Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi həyata keçirdiyi «Azərbaycanda yerli özünüidarəetmənin gücləndirilməsi» layihəsi çərçivəsində Bərdə və Salyan rayonlarında bələdiyyə torpaqlarının satılması prosesinin monitorinqini aparıb. Monitorinqin aparılmasında məqsəd bələdiyyə mülkiyyətində olan torpaqların satışı və icarəsi ilə bağlı keçirilən hərrac və müsabiqələrin nə dərəcədə şəffaf və açıq təşkil edildiyini müəyyən etməkdir.
Monitorinq zamanı əhali, bələdiyyə üzvləri arasında sorğu və müsahibələr keçirilib, müşahidə aparılıb, qanunvericilik təhlil edilib.