"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"
Yerli özünüidarə sistemində paytaxt şəhərlərin rolu böyük əhəmiyyətə malikdir. Bu şəhərlər paytaxtı olduğu ölkələr üçün rəmzi məna daşımaqla yanaşı, həm də ölkənin yerli özünüidarə sistemində xüsusi statusa malik olurlar. Başqa sözlə desək, bəzi hallarda beynəlxalq aləmdə bütün ölkəni təmsil edə bilən paytaxt şəhərləri əsasən siyasi, iqtisadi və mədəni mərkəzlər hesab olunurlar. Belə ki, əksər hallarda dövlətin əsas siyasi institutlarının yerləşdiyi və ölkə üzrə orta göstəriciyə nisbətən daha çox əhalinin məskunlaşdığı paytaxt şəhərlər təmsil etdikləri ölkələrin iqtisadiyyatında əhəmiyyətli rola malik olur və milli gəlirin böyük hissəsini təmin edirlər.
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Açıq Cəmiyyət İnstitutu Yardım Fondunun maliyyə dəstəyilə həyata keçirilən “Baki şəhərində yerli özünüidarə modelinin işlənməsi və hazırlanmış mexanizmin vəkilliyi” layihəsi çərçivəsində "Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi" adlı sənəd işləyib.