Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizindən 152,2 milyon sərnişin keçib
Yük daşımaların 23%-i bu dəhlizin payına düşüb
Bu ilin 9 ayı ərzində Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində 32,1 milyon ton yük, 152,2 milyon sərnişin daşınıb. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, yüklərin 44,6%-i dəmir yolu, 37,1%-i avtomobil, 18,3%-i dəniz nəqliyyatı ilə daşınıb.
Ölkənin nəqliyyat sektorunda daşınmış bütün yüklərin 23,3%-i bu dəhlizin payına düşüb.
Ölkə ərazisindən ötürülmüş 9,6 milyon ton tranzit yüklərin 48,0%-i dəmir yolu, 52%-i dəniz nəqliyyatı vasitəsilə həyata keçirilib.
Daşımalar nəticəsində əldə edilən gəlirin həcmi 176,9 milyon manat təşkil edib. Bunların təxminən yarısı dəmir yolu, 26,5%-i avtomobil, 24,4%-i isə dəniz nəqliyyatı vasitəsilə daşınmadan qazanııb.