Bu şirkətlərdə hər hansı bir qeyri-stabil vəziyyətin yaranması dünya maliyyə sistemi üçün yüksək risk yaradır. “İqtisadi forum” jurnalının "Financial Times” qəzetinə istinadən verdiyi məlumata görə, dünya requlyatorları qlobal iqtisadiyyat üçün problem yarada biləcək 30 qlobal maliyyə institutunun siyahısını tərtib edib.
Mövcud siyahı maliyyə sabitliyi üzrə Şura (Financial Stability Board), Mərkəzi bankların və requlyatorların Beynəlxalq Şurası tərəfindən tərtib olunub. Onlar tərəfindən işlənmiş maliyyə hakimiyyətləri ilə kooperasiya proseduru qlobal iqtisadiyyat üçün sistemli risklərin yaranmasının və yeni maliyyə böhranının inkişafının qarşısının almağa hesablanıb.
Siyahıda olan təşkilatlara “həyat vəsiyyəti” tərtib etmək təklif olunacaq. Həmin sənəddə iqtisadiyyatda böhranlı vəziyyət yaranacağı təqdirdə aktivlərin dövriyyəsi üzrə ilkin plan olacaq.
Siyahıya aşağıdakı şirkətlər daxildir:
Şimali Amerika bankları - Goldman Sachs, JP Morgan Chase, Morgan Stanley, Bank of America-Merrill Lynch, Royal Bank of Canada;
Britaniya bankları - HSBC, Barclays, Royal Bank of Scotland, Standard Chartered;
Avropa bankları - UBS, Credit Suisse, Societe General, BNP Paribas, Santander, BBVA, Unicredit, Banca Intesa, Deutsche Bank, ING;
Yaponiya bankları - Mizuho, Sumitomo Mitsui, Nomura, Mitsubishi UFJ.
Siyahıya həmçinin AXA, Aegon, Allianz, Aviva, Zurich и Swiss Re kimi sığorta şirkətləri daxildir. |