Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya
Siyasi sistemin demokratikləşməsi, effektiv dövlət idarəçiliyinin formalaşdırılması və sosial-iqtisadi tənəzzülün aradan qaldırılması inkişaf etməkdə olan bütün ölkələrin qarşısında duran ən ciddi problemlərdəndir. Yüksək inkişaflı ölkələrin təcrübəsinin təhlili onu söyləməyə əsas verir ki, keçid dövrü yaşayan istənilən ölkəni demokratiya və iqtisadi tərəqqiyə aparan yol kifayət qədər aydındır. Söhbət həm siyasi, həm də iqtisadi sferada avtoritar idarəçilikdən imtina olunmasından, azad bazar münasibətlərinin bərqərar edilməsindən və iqtisadiyyatın liberallaşdırılmasından gedir. Siyasi-iqtisadi sistemin liberallaşdırılması isə hər şeydən əvvəl ölkədə əksmərkəzləşdirmənin dərinləşdirilməsini, həmçinin müstəqil, inzibati və iqtisadi baxımdan güclü bələdiyyə institutunun formalaşdırılmasını tələb edir.

Lakin bir çox keçid ölkələrində milli hökumətlərin əksmərkəzləşmə ilə bağlı aydın konsepsiyası yoxdur. Onlar bu istiqamətdə istənilən kənar təşəbbüslərə də son dərəcə mühafizəkar yanaşırlar. Dövlət idarəetmə aparatının yüksək həddə korrupsiyalaşması, ali ranqlı məmurların daha çox fərdi maraqlardan çıxış edərək siyasi-iqtisadi sistemin islahatları qarşısında maneəyə çevrilməsi mövcud şəraiti daha da mürəkkəbləşdirir. Bütün bu əlamətlərin Azərbaycan üçün də xarakterik olduğunu görməmək mümkün deyil.

Axır 10 ildə Azərbaycanda istər siyasi sistemin, istərsə də iqtisadi sferanın inkişafı sahəsində müəyyən addımlar atılsa da (məsələn, ölkədə bələdiyyə institutu yaradılıb,  iqtisadiyyatın dövlətsizləşdirilməsilə əlaqədar islahatlara start verilib və s.), bütün bunların vətəndaş cəmiyyətinin inkişaf tələblərinə yetərincə cavab verdiyini, vətəndaşların dövlətin idarə olunmasında iştirak imkanlarının genişləndirilməsinə şərait yaratdığını birmənalı qiymətləndirmək çətindir.

Beləliklə, hazırkı şəraitdə ölkədə bələdiyyələrin gücləndirilməsi və əksmərkəzləşmə istiqamətində elmi və praktik baxımdan əsaslandırılmış prioritetlərin müəyyən edilməsi qaçılmaz zərurətə çevrilib. Bu mənada yerli özünüidarə problemlərilə məşğul olan vətəndaş cəmiyyəti institutlarının da qarşısında ciddi vəzifələr dayanır. Həmin qurumlar  əksmərkəzləşmə ilə bağlı beynəlxalq təcrübənin öyrənilməsi, bu sahədə ən mütərəqqi təşəbbüslərin aşkarlanması və təkliflər formasında səlahiyyətli dövlət orqanlarına çatdırılması, yerli özünüidarə sektorunda aparılacaq islahatlarla bağlı ictimai rəyin formalaşdırılması (çünki ictimai rəyin həzm etmədiyi heç bir islahat gözlənilən səmərəni verə bilməz) istiqamətində böyük töhfə verə bilər. Bunu nəzərə alaraq bir sıra ekspertlər Böyük Britaniyanın «Oxfam» və Niderlandın İCCO təşkilatlarının birgə dəstəyilə həyata keçirdiyi «Yerli özünüidarəetmə və Azərbaycanda yoxsulluğun azaldılmasında bələdiyyələrin rolu» layihəsi çərçivəsində 2006-cı ilin sentyabrında Bələdiyyələrin Gücləndirilməsi üzrə İctimai Vəkillik Qrupunun (İVQ) yaradıldığını bəyan edib. Bələdiyyə problemləri üzrə ixtisaslaşmış mütəxəssislərdən təşkil edilmiş qrupun qarşısında duran əsas vəzifə bələdiyyələrin mövcud problemlərinin ictimailəşdirilməsi, onların həlli istiqamətində səlahiyyətli hökumət qurumları ilə əməkdaşlıq əlaqələrinin formalaşdırılması, nəhayət, bələdiyyələrin gücləndirilməsinə dair konsepsiyanın işlənməsi və sənədin rəsmi qurumlara təqdim edilməsidir. İVQ konsepsiyada inzibati və maliyyə əksmərkəzləşməsilə bağlı əks olunmuş ideyaların cəmiyyətdə populyarlaşması və onların reallaşması məqsədilə vəkillik fəaliyyətini davam etdirməyi də planlaşdırıb.

İVQ adından təqdim edilən bu konsepsiya bələdiyyələrin səlahiyyətlərinin və maliyyə potensialının artırılması üzrə konseptual yanaşmaları özündə əks etdirir. Sənəd mövcud vəziyyətin təhlilindən, eyni zamanda gələcəyə ünvanlanmış konkret mesaj və təkliflərdən ibarətdir.      

Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya (tam mətn)

Tarix: 03 Dekabr 2009  |  Baxış sayı: 679




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV