Qazaxıstan iqtisadiyyatın diversifikasiyasına $67 milyard xərcləyəcək
Qazaxıstan hökuməti sənayedə müxtəlif layihələrə 10 trilyon tenqe ($67 milyard) xərcləməyi planlaşdırır və əcnəbi istehsalçıları ölkə iqtisadiyyatını təbii ehtiyatlardan asılılığını azaltmağa yardım etməyə məcbur edəcək. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan hökumətinin açıqlamasında bildirilir.
Prezident yanında xarici investorlar şurasının yığıncağında hökumətin bildirib ki, bu məbləğin 2,4 trilyon tenqesi ($16 milyard) Rusiya və Çinin dövlət tərəfindən dəstəklənən banklarından borc alınıb.
Bununla yanaşı təxminən 2 trilyon tenqe ($13,4 milyard) Çindən gətiriləcək. Əlavə olaraq 1,24 trilyon tenqe ($8,3 milyard) dövlət vəsaitindən, o cümlədən 512 milyard tenqe ($ 3,4 milyard) Milli Neft Fondundan daxil olacaq.
Dünya neft ehtiyatlarının təxminən 3,2%-nə sahib olan Qazaxıstan 2006-cı ilin sonlarından etibarən öz bank sistemlərinə $19 milyard yığa bilib. Mərkəzi Asiyada ən böyük elektrik enerjisi istehsalçısının iqtisadiyyatı 2009-cu ilin 9 ayında 2,2% azalıb. Halbuki birinci yarım ildə bu göstərici 2,3% təşkil edib.
Astanada keçirilən yığıncaqda Qazaxıstan prezidenti Nursultan Nazarbayev bildirib ki, hökumət əcnəbi istehsalçılardan ölkənin təbii resurslardan asılılığını azaltmağı tələb etməyi nəzərdə tutan qanun hazırlamağı planlaşdırır. “Ölkənin sənayeləşməsində iştiraka bizi sövq edəcək qanunlar qəbul edəcəyik”, – deyə o qeyd edib.
İlin əvvəlindən neftin qiymətinin artımı ölkəyə bank sferasındakı itkiləri azaltmağa kömək etdi. Qazaxıstanda neft hasilatı 10 ayda 7,8% artaraq 63 milyon tona çatıb.