Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu azalır
Oktyabr ayında ölkə iqtisadiyyatına qoyulan kreditlərin həcmi 182,9 milyon manat artıb ki, bunun da 128,2 milyon manatı özəl bankların payına düşür. “İqtisadi forum” jurnalının Mərkəzi Bankın statistik məlumatlarına əsasən verdiyi məlumata görə, bu müddətdə qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu 5 milyon manat azalıb.

Yanvar-oktyabr ayları ərzində dövlət bankı tərəfindən iqtisadiyyata 3 milyard 764,9 milyon manat, özəl banklar tərəfindən 4 milyard 21,9 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 177 milyon manat həcmində kredit qoyulub.

Əvvəlki ayla müqayisədə oktyabrda dövlət bankı tərəfindən ölkə iqtisadiyyatına yatırım 59,8 milyon manat artıb. Ancaq buna baxmayaraq ümumi kreditlərdə dövlətin payı 47,6%-dən 47,3%-ə düşüb.

Kredit qoyuluşlarında özəl banklarının töhfəsi həm mütləq həcm, həm xüsusi çəki baxımından artıb. Özəl bankların yatırımı oktyabrda 128,2 milyon manat artıb. Cəmi kreditlərdə payı isə 50%-dən 50,5%-ə yüksəlib.

Xarici kapitallı banklar ölkə iqtisadiyyatına 2 milyard 40,1 milyon (25,6%), 100%-li xarici kapitalla fəaliyyət göstərən banklar isə 372,9 milyon manat (4,7%) həcmində kredit yönəldiblər.

Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşu sentyabr ayı ilə müqayisədə 5 milyon azalaraq 177 milyon manata düşüb. Bununla bu təşkilatların kredit qoyuluşunda payı 2,3%-dən 2,2%-ə düşüb. Mart ayından başlayaraq qeyri-bank kredit təşkilatlarının ümumi kreditlərdə payı azalmaqda davam edir. Bu təşkilatlar 2009-cu ildə ən yüksək xüsusi çəkiyə (2,9%) martda malik olub.

Tarix: 10 Dekabr 2009  |  Baxış sayı: 226




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV