İrlandiya və Yunanıstan avro zonanı tərk edə bilər
İrlandiya və Yunanıstanın iqtisadi vəziyyəti avrozona ölkələri üçün “qəbul edilməzdir”. “İqtisadi forum” jurnalının Bloomberg agentliyinə istinadən verdiyi məlumata görə, adıçəkilən ölkələr 2010-cu ildə artıq avrozonanı tərk edə bilərlər.
Standart Bankın valyuta strategiya qrupunun rəhbəri Stiv Barrou İrlandiya və Yunanıstanın indiki iqtisadi böhrandan çıxmaq qabiliyyətinə şübhə ilə baxır.
O eyni zamanda açıqlayıb ki, uçot dərəcələrinin gələcəkdə azaldılması, yerli valyutanın mübadilə kursunun aşağı salınması və büdcə dəstəyi kimi tədbirlər bu ölkələr üçün artıq bitib. Onun proqnozuna görə, İrlandiya və Yunanıstanın avrozonadan xarici ola bilsin gələn ilin sonuna kimi reallaşsın.
Bununla yanaşı Yunanıstanın baş naziri Qeorqios Papandreou Avropa Birliyinin Brüsseldə keçirilən sammitində ölkəsinin avrozonanı tərk etməsi mümkünlüyü istisna etməyib. Baş nazir eyni zamanda qeyd edib ki, Yunanıstan heç bir şəraitdə öz maliyyə öhdəlikləri üzrə defolt elan etməyəcək. Agentliyin məlumatına görə, hökumət yaxın illərdə büdcə kəsirini ÜDM-in 3%-i həddinə endirmək niyyətindədir.