Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7858
  1 EUR 0.9958
  1 RUB 0.13
  1 GBP 0.0937
  100 JPY 0.2052
18.05.2012 01:23
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Bələdiyyələrin torpaq satışından gəlirləri 5 dəfə azalıb
Ucarda torpaq satışından 100, Gədəbəydə isə 400 manat vəsait daxil olub

2009-cu ilin 9 ayında yerli büdcələrə bələdiyyə torpaqlarının özəlləşdirilməsindən 3,7 milyon manat həcmində vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 dəfə azdır. “İqtisadi forum” jurnalının Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, 2008-ci ilin eyni dövründə bu mənbədən 18,6 milyon manat vəsait daxil olub.

2009-cu ilin yanvar-sentyabr aylarında bələdiyyə orqanlarının büdcəsinin 23,6%-i torpaq satışından əldə olunan gəlirlər hesabına formalaşıb. Halbuki ötən ilin müvafiq dövründə bu göstərici 57% təşkil edib.

2009-cu ilin proqnozunda torpaq satışından daxilolmalar 19,2 milyon manat nəzərdə tutulsa da, 9 ayın sonunda cəmisi 19,1% icra olunub.

9 ayda ölkə üzrə satılan bələdiyyə torpaqlarından daxil olan vəsaitin 1 milyon manatı və ya 27%-i Abşeron bələdiyyələrinin payına düşüb. 

Şirvan və Mingəçevir şəhər bələdiyyələrinin büdcə gəlirlərinin əsas hissəsi torpaq satışından əldə olunan gəlirlər təşkil edib. Şirvan bələdiyyəsi büdcəsinin 89,4%-i, Mingəçevir şəhər bələdiyyəsi büdcəsinin isə 85,7%-i bu mənbədən daxil olub. Bu bələdiyyələrdə torpaq satışından uyğun olaraq 484,5 min manat və 125,7 min manat daxil olub.

Sumqayıt bələdiyyələrinin büdcə gəlirlərinin cəmisi 2,2%-i torpağın özəlləşdirilməsi hesabına formalaşıb. Bu il satışdan büdcəyə 7 min manat məbləğində vəsait daxil olub.

Bu mənbə üzrə ən az daxilolma Gədəbəy və Ucar rayonu bələdiyyələrinin payına düşüb. Gədəbəydə torpaq satışından 400 manat, Ucarda isə cəmisi 100 manat gəlir əldə edilib.

Gəncə, Daşkəsən, Lerik rayonlarında isə yanvar-sentyabr aylarında torpaq satışı həyata keçirməyib.

Məlumat üçün bildirək ki, 2009-cu ilin yanvar-sentyabr aylarında bələdiyyə orqanlarının büdcə gəlirləri 48,3 milyon manatlıq proqnoza qarşı 15,5 milyon manat təşkil edib. Bu müddətdə büdcə gəlirlərinin icrası 32% olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə büdcə gəlirləri 52,4% azalıb.

Tarix: 16 Dekabr 2009  |  Baxış sayı: 427




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV