Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Aran regionunun ən yaxşı bələdiyyələri müəyyənləşdi
İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyi Aran regionu bələdiyyələri arasından şəffaflıq və hesabatlılıq təşəbbüsləri üzrə 2008-ci ilin ən yaxşı bələdiyyələrini seçib. Bu barədə “İqtisadi forum” jurnalına Birliyin eksperti Samir Əliyev məlumat verib.

S.Əliyevin sözlərinə görə, təmsil olunduğu Birlik artıq xeyli müddətdir Azərbaycanda bələdiyyələrin inkişafına yönəlik müxtəlif tədbirlər həyata keçirir. Ötən dövrdə əsas hədəfimiz yerli özünüidarə qurumlarının fəaliyyətində vətəndaş iştirakçılığının və şəffaflığın artırılması, bələdiyyə təmsilçilərinin bilik və bacarıqlarının gücləndirilməsi olub. 

“Ötən ildən başlayaraq İTYİB ekspertləri Azərbaycanda bələdiyyələrin inkişafının stimullaşdırımasına dəstək vermək məqsədilə daha bir proqramın gerçəkləşdirilməsinə start verib. Həmin proqram bələdiyyə idarəçiliyində şəffaflıq prinsiplərinin təmin olunmasını və yerli özünüidarə qurumlarının sosial problemlərin həllində fəallığını qiymətləndirməyi nəzərdə tutur. İlkin mərhələdə “Yerli özünü idarənin gücləndirilməsi” layihəsi çərçivəsində Aran regionunun 3 rayonunda (Bərdə, Agcabədi, Tərtər) fəaliyyət göstərən bələdiyyələr arasında qiymətləndirmə aparılıb. Qiymətləndirmə aşağıdakı meyarlar üzrə aparılıb:

-        Ayrı-ayrı problemlərin həlli istiqamətində əhalinin geniş iştirakı təmin olunmaqla kütləvi tədbirlər, o cümlədən ictimai dinləmələr və dəyirmi masalar təşkil etmiş bələdiyyələr

-        Ayrı-ayrı fəaliyyət istiqamətləri, xüsusilə də maliyyə-büdcə fəaliyyətilə bağlı ictimaiyyətə hesabatlar təqdim etmiş bələdiyyələr

-        Ərazisində sosial problemlərin həllində fəallıq göstərmiş, bu istiqamətdə fəaliyyət göstərmiş və ya proqramlar gercəkləşdirmiş bələdiyyələr

 S.Əliyevin bildirdiyinə görə, qiymətləndirmənin nəticəsi olaraq 5 bələdiyyə 2008-cilin nəticələrinə əsasən şəffaflıq və hesabatlılıq üzrə regionun ən yaxşı bələdiyyəsi seçiliblər:

1.      Dəymədağlı bələdiyyəsi (Bərdə)

2.      1-ci Qaradəmirçi bələdiyyəsi (Bərdə)

3.      İsmayılbəyli bələdiyyəsi (Tərtər)

4.      Hacıqərvənd bələdiyyəsi (Tərtər)

5.      Qaravəlli bələdiyyəsi (Ağcabədi)

Ekspert hesab edir ki, gələcəkdə əldə olunmuş təcrübə əsasında ölkədə fəaliyyət göstərən bütün bələdiyyələrin bu cür qiymətləndirmə prosesinə cəlb olunması planlaşdırırlır.
Tarix: 26 May 2009  |  Baxış sayı: 326




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV