Neftin qiyməti 7 faiz düşüb
|
Dünya bazarında neftin qiyməti 7 faiz düşüb.

Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymətin dəyişməsinə ABŞ-ın xammal ehtiyatının artması ilə bağlı hesabat səbəb olub. Bu hesabata görə, ötən həftə ABŞ-ın xammal ehtiyatı 700 min barel artıb.
Nyu-Yorkun “NYMEX” birjasında keçirilən alqı-satqı zamanı WTI markalı neftin qiyməti 3,48 dollar düşərək 42,23 dollar təşkil edib. London birjasında isə Brent markalı neftin qiyməti 2,39 dollar düşüb və 41,57 dollar həddində dayanıb. |
| Tarix: 15 Mart 2009 | Baxış sayı: 324 |
|