Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Parlamentdənkənar büdcə dəyişiklikləri
Parlamentdənkənar büdcə dəyişiklikləri 

2008-ci il dövlət büdcəsinin icrasına dair hesabat parlament müzakirəsinə təqdim olunub. Sənədlə bağlı Hesablama Palatasının rəyi də artıq deputatlara paylanıb. Qanunverici orqanın hesabat büdcəsinə verəcəyi qiymət indidən məlumdur - əgər büdcənin, xüsusilə də gəlirlərin icrasında problem yaranmayıbsa, deməli hökumətin büdcə fəaliyyətinə qeyd-şərtsiz «5» yazmaq olar. Ən yaxşı halda cəmi bir neçə saatlıq (ən pis halda bir neçə dəqiqəlik) müzakirələrdə hesabatın keyfiyyəti və əhatəliliyi, büdcənin icrasında qanunvericiliyin tələblərinin gözlənilməsi, gəlir və xərclərin strukturunda baş verən dəyişikliklər bir qayda olaraq «ikinci dərəcəli məsələlər» kimi arxa plana keçir. Ötən il hökumət büdcəni necə icra edib? Böhran ilinin iqtisadiyyatı «büdcə güzcüsü»ndə necə görünür? Hökumətin büdcə hesabatı parlamentarilərin büdcə ilə bağlı detallı məlumat almasına nə dərəcədə imkan yaradır? Yazını bu suallara cavablar ətrafında qurmağa çalışmışıq.

 
Büdcənin «neft vergiləri» artıqlaması ilə icra olunub

2008-ci ildə dövlət büdcəsinə 10,484 mlrd. manat vəsait daxil olub. Bu proqnozdan 278,7 mln. manat çoxdur. həmin vəsaitin 5,695 milyard manatı Vergilər Nazirliyinin  (VN) xəttilə toplanıb. Bu nazirliyin formaldaşdırdığı gəlirlər büdcənin ümumi mədaxilinin 53 faizini (Neft Fondunun transfertləri nəzərə alınmadan 82 faizini) təşkil edib. Həmin mənbələrin 4-ü xalis neft gəlirləri hesab oluna bilər. Belə ki, 2008-ci ildə ödənilmiş 2, 352 milyard manat mənfəət vergisinin 85,3 faizi və ya 2,439 milyard manatı (o cümlədən 240 milyon manatı ARDNŞ, 2199 milyard manatı AÇG-nin podaratçıları, 147,7 milyon manat mədən vergisinin 146,6 milyon manatı (99,3 faizi), ölkədə istehsal olunan məhsullara görə 395,7 milyon manat aksiz vergisinin 387,4 milyon manatı (98 faizi), qiymətləri tənzimlənən məhsullara görə 198,9 milyon manat ixrac ödənişinin 198 milyard manatı (99,5 faizi) isə təkcə ARDNŞ tərəfindən ödənilib. Yeri gəlmişkən, xarici neft şirkətlərindən fərqli olaraq ARDNŞ-in ödənişləri proqnoza uyğun olub. Neftin yüksək qiymətləri nəinki ARDNŞ-nin büdcə ödənişlərinin artımı ilə müşaiət olunmayıb, əksində dövlət büdcəsinin ehtiyat fondundan şirkətə «nizamnamə kapitalının artırılması» adı ilə təxminən 400 mln. manat vəsait ayrılıb (maraqlıdır ki, eyni motivlə 2009-cu ilin büdcəsindən ARDNŞ əlavə 200 mln. manat köçürülməsi nəzərdə tutulur).

Bu mənbələrdən yalnız ixraca görə ayırmalar 96,6 faiz icra olunub. Digər üç vergi üzrə icra proqnozlaşdırılandan xeyli artıq olub.

Burda ən diqqət çəkən məqamlardan budur ki, Vergi Məcəlləsinin 190-cı maddəsinə görə ölkədə istehsal olunan bütün növ spirtli içkilər (araq, konyak, şampan şərabı, pivə, içməli spirt və s.) və tütün məmulatları aksiz vergisinə cəlb olunmalıdır. Bu qədər məhsula görə bir ildə cəmi 8,3 milyon manat aksiz vergisi olduqca kiçik görukur. Özü də bu mənbədən daxilolma 2007-ci illə müqayisədə 1 milyon manat da azalıb.

Eyni zamanda məcəllənin 216-cı maddəsinə görə yerli əhəmiyyətli tikinti materialları istisna olmaqla 12 adda faydalı qazıntı (mişar daşları, bentonit gilləri, sement xammalı, daş duz, mineral sular, üzlük daşları və s.) mədən vergisinə cəlb olunmalıdır. Bu qədər məhsula görə ötən il dövlət büdcəsinə cəmi 1 milyon manat daxil olub. Real vəziyyəti təsəvvür etmək üçün təkcə Bakıdakı tikintilərin miqyasına və paytaxt ətrafında daş karxanlarının sayına diqqət yetirmək kifayətdir.
Neft vergi və ödənişləri VN-nin büdcə ödənişlərinin 55,6 faizini təşkil edib. Amma həmin məbləğə fiziki şəxslərin gəlir vergisində neft sektorunun payı daxil deyil. Çünki rəsmi hesabatlarda digər tədiyyə növlərindən fərqli olaraq fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmaların iqtisadiyyatın sahələrinə və sektorlarına (dövlət və qeyri-dövlət, neft və qeyri-neft) görə bölgusü verilmir. Bu məsələyə aşağıda ayrıca olaraq toxunulacaq.                    
 
Problemli problemsiz icra olunan «qeyri-neft» ödənişləri 

Fiziki şəxslərin gəlir vergisi üzrə nəzərdə tutulandan 167 milyon manat az (cəmi 627,2 milyon manat) vəsait toplanıb. Hökumətin gəlir vergisi üzrə proqnozun yerinə yetirilməmsilə bağlı dəlillərinin inandırıcı olmamasına əsas verən xeyli əks- arqumentlər var. Rəsmilərin birinci arqumenti budur ki, ötən il gəlir vergisi üzrə vergitutma bazası dəyişdirilib - əgər əvvəllər 1000 manatadək məvaciblər 14 faizlə vergiyə cəlb olunurdusa, 2008-ci ildən həmin şkala 2000 manata qədər artırılıb. Nəzərə alaq ki, iqtisadiyyatda çalışan və leqal məvacib alan işçi qüvvəsinin ən yaxşı halda 8-10 faizi 1000 manatdan yüksək məvacibə qol çəkir. Belə olduqda bu kontingentin gəlir vergisinin dərəcəsində baş verən dəyişiklik həmin vergi üzrə daxilolmalarının 21 faiz kəsirlə icra olunmasına ciddi əsas ola bilməz. İkinci arqumentə görə, ilin ikinci yarısında xarici neft şirkətlərində işçilərin ixtisarı həmin müəssisələrin vergi ödənişlərini azaldıb. Əvvəla, bu şirkətlərdə böhran daha çox ilin son rübündə hiss olunmağa başlamışdı. Başqa tərəfdən, xarici neft şirkətlərində böhran başlayanadək 20 minə nəfərə yaxın işçinin çalışdığı, ilin son üç ayında isə təxminən 2 min nəfərin ixtisarı barədə qeyri-rəsmi məlumatlar səslənirdi. Bu mənbə büdcəyə ödənilən gəlir vergisinin azı üçdə birini ödəməlidir ki, baş verən işçi və maaş ixtisarları 21 faizlik vergi kəsirinə səbəb olsun. Amma hökumət bir tərəfdən də deyir ki, orta aylıq əmək haqqı 25 faiz artıb, 105 yeni iş yeri, 6500 müəssisə açılıb. Necə olur ki, hökumətin açdığı 100 mindən çox iş yeri xarici neft şirkətlərinin qapatdığı 2 min iş yerininin büdcəcəyə töhfəsini kompensasiya edə bilmir?  Yaxud əmək haqqı necə 25 faiz artır ki, vergi dərəcəsindəki kiçik bir dəyişikliyin yaratdığı itkini qarşılaya bilmir?

Mənfəət vergisinin icrasında ilk baxışdan problem görünmür – büdcəyə 2,450 mlrd. manat proqnoza qarşı 2, 862 mlrd. manat mənfəət vergisi ödənilib. Amma hökumət onu qabartmaq istəmir ki, xarici neft şirkətləri istisna olmaqla yerdə qalan müəssisə və təşkilatlar üzrə  900 mln. manat mənfəət vergisi proqnozlaşdırıldığı halda, AÇG üzrə mənfəət ödənişləri nəzərə alınmazsa, bu mənbədən daxilolmaların həcmi proqnozlaşdırılandan 237 mln. manat az olmaqla 663 mln. manat təşkil edib. Bu azlmanı isə xarici neft konsorsimu kompensasiya edib. Belə ki, AÇG çərçivəsində xarici neft şirkətlərinin dövlət büdcəsinə 1,550 milyard manat ödəməsi gözlənildiyi halda, ilin üçüncü rübünün sonunadək neftin dünya bazar qiymətlərinin son dərəcə yüksək olması sayəsində konsorsiumun vergi ödənişləri 2,199 mlrd. manata çatıb (proqnozdan 649 milyon manat və ya 41 faiz çox).
 
Ölkədaxili mal (iş) və xidmətələrə tətbiq olunan ƏDV-nin, hüquqi şəxslərin əmlakına və torpağına görə vergilərin, sadələşdirilmiş verginin icrası tam yerinə yetirilb. Lakini büdcə təşkilatlarının büdcədənkənar xidmətlərinə görə ödənişlər 26, dövlət mülkiyyətində olan torpaqların icarəyə verilməsindən daxilolmalar 75, qeyri-maliyyə dövlət müəssisələrindən alınan dividendlər üzrə daxilomalar 75 faiz kəsirlə icra olunub. Hökumətin büdcə hesabatında icradakı bu problemlərin üzərindən demək olar ki, sükutla keçiilir. Təbii ki, sənədin müzakirəsində millət vəkillərinin cavab tapmalı sullardan biri məhz bu olmalıdır. 
 
Özəl sektorun vergi ödənişləri şişirdilir

Nazirlər Kabinetinin 2008-ci il üzrə fəaliyətinə dair hesabatatına və Hesablama Palatasının 2008-ci il dövlət büdcəsinin icrasına dair rəyinə diqqət yetirdikdə VN-nin xəttilə büdcəyə daxilolmaların mülkiyyət növləri üzrə strukturunun aydın mənzərəsi yaranır. Həmin sənədlərdə verilən məlumatlardan çıxış etsək, nazirliyin formalaşdırdığı büdcə gəlirlərinin 28,4 faizi (1622,8 milyon manat) dövlət, 25,3 faizi (1446,5 milyon manat) özəl, 43,8 faizi xarici (2497 milyon manat), 2,5 faizi (143 milyon manat) birgə mülkiyyətin payına düşüb

 
Aşağıdakı cədvəldə rəsmi məlumatlar əsasında 2008-ci ildə VN-nin formalaşdırdığı büdcə gəlirlərinin mülkiyyət strukturu əks olunub. Orada yalnız «dövlət rüsumu və vergi olmayan sair gəlirlər» qrafasındakı bölgü müəllif hesabalmalarına əsaslanır. Əslində bu hesablamaların riyazi dəqiqliyində problem ola bilməz, çünki rəsmi məlumatlarla hər mülkiyyət forması üzrə bütün tədiyyə növlərinə görə ödənişlərin cəmi toplandıqdan sonra avtomatik olaraq yerdə qalan məbləğ həmin qrafaya aid edilir.  

Vergilər Nazirliyinin xəttilə daxilolmaların mülkiyyət növləri üzrə strukturu

(milyon manatla)

 
Dövlət
 
Yerli özəl sektor
100 % xarici kapitalı müəssisələr
Birgə müəssisələr
 
Cəmi
Fiziki şəxslərin gəlir vergisi
 
 
 
 
627.2
Mənfəət vergisi
316.9
118.6
2353.2
73.6
2862,3
ƏDV (idxal ƏDV-si nəzərə alınmadan)
417.1
530.5
127.1
60.9
1135.6
Sadələşdirilmiş vergi
1,9
59,6
1,8
1,1
64.4
Aksiz vergisi (idxal malları üçün aksiz nəzərə alınmadan)
387,4
4,8
3.4
0,93
395,7
Əmlak vergisi
92.6
11.9
4.8
3.6
112.9
Torpaq vergisi
22.9
6.3
0,503
0,871
30.6
Mədən vergisi
146.6
0,877
0,123
147.7
Yol vergisi (ölkədaxili avtomobil sahibləri üçün)
16.6
9,98
0.384
26,986
Qiymətləri tənzimlənən malların ixracı üçün ödəniş
198
0,990
198.99
Dövlət rüsumu və vergi olmayan digər gəlirlər
22.8
76,6
10.6
1.9
111.9
 
5714,2
Cəmi 
1622.8
819,2
2497
143
5082.2
Hesabatlarda əksini tapan yekun məbləğlər
1622.8
1446.5
2497
143
5709.3
Fərq
0
627.3
0
0
 627.1
 
Cədvəldən göründüyü kimi, yerli özəl sektorun (100 faiz xarici kapitallı şirkətlər və birgə müəssisələrdən kənar təşkilati formasınadan asılı olmayaraq bütün yerli sahibakrlıq subyektləri) büdcə ödənişləri 819,2 milyon manat təşkil edib. Amma VN fiziki şəxslərin gəlir vergisi üzrə 627 milyon manat daxilolmanı da milli sahibkarlıq sektorunun üzərinə gəlməklə onların faktiki ödənişlərinin həcmini 1446,5 milyon manata çatdırıb. Halbuki ötən il dövlət büdcəsindən 2 milyard manat civarında əmək haqqı ödənilib və ən aşağı vergi dərəcəsi (14%) ilə bu 280 milyon manat gəlir vergisi deməkdir. Ən kobud qiymətləndirmələrə görə, 9 iri dövət şirkətinin gəlir vergisi üzrə ödənişləri 100 milyon manat ətrafında olub. Xarici və birgə müəssisələrin də gəlir vergisini nəzərə alsaq, yerli özəl sektorun bu tədiyyə növü üzre real ödənişlərinin həcmi ən yaxşı halda 200 milyon manat təşkil edə bilər ki, bu da milli sahibkarlıq subyektlərinin  vergi ödənişlərinin təxminən 500 milyon manatadək şişirdildiyini deməyə əsas verir. Bu o deməkdir ki, yerli özəl sektorun VN-nin xəttilə formalaşan büdcə gəlirlərində xüsusi çəkisi 25 faiz yox, 17,5 faiz təşkil etməlidir.  
Dövlət və xarici (həmçinin birgə) mülkiyyətə daxil olan müəssisələrin ümumi ödənişlərinə gəlir vergisinin daxil edilməməsi də cədvəlin məlumatlarından dəqiq görünür.       
 
 Vergi ödənişlərinin sahə strukturu: daha bir ziddiyət

Hökumətin 2008-ci il üzrə fəaliyyətinə dair hesabatda qeyri-neft sektorundan daxilolmaların sahə strukturu təqdim olunub. Fiziki şəxslərin gəlir vergisi üzrə ödənişləri də nəzərə alsaq, ötən il neft sektorunun büdcə ödənişləri təxminən 3 700 milyon manat (dövlət büdcəsinə ARDNŞ və ABƏŞ-dən 3550 milyon manat vergi daxilolmaları üstəgəl onların muzdlu işçilərin gəlir vergisinə görə ödəmələri), qeyri-neft sektoru üzrə vergi ödəmələri 2 000 milyon manat təşkil edib. Məlumatda göstərilir ki, sənayenin qeyri-neft vergilərində payı 31,8 faiz (636 milyon manat), ticarət və xidmətin payı 14,5 faiz (290 milyon manat), tikintinin payı 13,4 faiz (268 milyon manat), rabitənin payı 7,2 faiz (144 milyon manat), nəqliyyatın payı 4,5 faiz (90 milyon manat).

 Təkcə elə rabitə və nəqliyyatla bağlı təqdim olunan müxtəlif məlumatlara diqqət yetirdikdə vergi statistikasının ziddiyətləri üzə çıxır. Məsələn, hökumət rabitə sektorunun vergi ödənişlərinin təqribən 144 milyon manat olduğunu qeyd etdiyi halda, «Azərsel» mobil rabitə operatoru ötən il ərzində büdcəyə 163 milyon manat vergi ödənişləri etdiyini bəyan edib. Bundan başqa, 2008-ci ildə Rabitə Nazirliyinin müəssisələri büdcəyə 27 milyon manat köçürüb (hələ iki böyük mobil operatorun ödənişlərini demirik). Yaxud nəqliyyat vergisini götürək. Üç böyük ödəyici – Dövlət dəmir Yolu, AzAL və Xəzərdəniz Gəmiçiliyi ötən il büdcəyə birlikidə 58 milyon manat vergi ödəyiblər. Bundan əlavə, avtomobillərin yol vergisindən təxminən 30 milyon manat vergi ödənişi daxil olub. Bütün bunaların hamısı birlikidə hökumətin elan etdiyi məbləğə 90 milyon manata uyğun gəlir. Amma bu halda sərnişin və yük daşımları ilə məşğul olan avtomobil nəqliyyatının, Bakı Metrosunun, aviadaşımlarla məşsğul olan özəl şirkətlərin vergiləri hansı sahənin ayağına yazılır?
 
Deyilənlərdən belə qənaətə gəlmək olar ki, hökumət vergilərin sahə strukturu ilə bağlı məlumatların səhihliyinə diqqət yetirmir, sadəcə statistika xatirinə belə bir məlumat bazasının ictimaiyyətə açıqlandığını nümayiş etdirmək istəyir.
 
Qanunla təsdiqlənən büdcə proqnozları necə dəyişdirilib

Hökumətin parlamentə təqdim etdiyi büdcə hesabatında proqnoz kimi göstərilən məlumatlar heç də ötən il mayın 2-də  palamentin təsdiqlədiyi 2008-ci ilin büdcəsinə dəyişikliklər haqda qanunda əksini tapan proqnoz göstəricilərlə üst-üstə düşmür. Məsələn, 2008-ci ilin may ayında dürüstləşdirilmiş büdcədə proqnoz kimi ümumdövlət xidməti xərcləri 805,6 milyon manat təsdiqlənibsə, son sənəddə bu proqnoz 735,6 milyon manatdır. Yaxud elm xərcləri birinci variantda 71,6 milyon göstərildiyi halda hesabat büdcəsində  həmin proqnoz 66,6 milyon manat kimi göstərilib. Dürüstləşmiş büdcədəki dövlət borcuna xidmət xərcləri üzrə proqnoz  218 milyon manatdan 153 milyon manata, məhkəmə hakimiyyətinin, hüquq-mühafizə, prokurorluq orqanlarının saxlanması xərcləri 589 milyon manatdan 566 milyon manata, iqtisadi fəaliyyət xərcləri  322,5 milyon manatdan 146 milyon manata endirilib. Bir xərc maddəsi üzrə qanunla təsdiqlənən proqnozun 2,5 dəfə azaldılmasının hüquqiliyinə parlamentdə mütləq qiymət verilməlidir.
Əsas bölmələrə aid edilməyən xidmət xərclərinin qanunla təsdiqlənmiş proqnozu isə 658,8 milyon manat olduğu halda müvafiq icra hakimiyyəti orqanları büdcənin icrası gedişində həmin proqnozları dəyişiblər. Faktiki bu bölməüzrə xərcləri 300 milyon manata qədər artıraraq 658,8 milyon manatdan 951,9 milyon manata çatdırıblar. Yəni bu şəkildə büdcə proqnozlarına çox ciddi dəyişikliklər edilib. Başqa bir tərəfdən Nazirlər Kabinetinin ehtiyat fondu qanunla 120 milyon manat təsdiqlənmişdisə, büdcənin icrası gedişində bu proqnoz 444,5 milyon manat səviyyəsinəçatdırılmaqla 3,5 dəfə artırılıb.
O ki qaldı hökumətin ölkə prezidentinin və parlamentin təsdiqlədiyi büdcə proqnozlarını dəyişməklə bağlı nə dərəcədə səlahiyyətli olmasına, «Büdcə sistemi haqqında» Qanunun 18.4-cü maddəsində göstərilib ki, zərurət yarandıqda təsdiq olunmuş büdcə ayırmaları həddində, funksional təsnifatın bölmələri daxilində dəyişikliklər aparıla bilər. Digər tərəfdən, qanunda ümumiyyətlə qeyd edilmir ki, «zərurət yarandığı hal» dedikdə nə başa düşülür? Burada üçüncü qeyri-müəyyən məsələ «funksional təsnifatın bölmələri daxilində» ifadəsidir. Bilinmir ki, bölmələrin öz daxilində dəyişikliklərdən, yoxsa funksional təsnifatın ayrı-ayrı bölmələri arasındakı dəyişikliklərdən söhbət gedir. Bütün hallarda parlamentin təsdiq etdiyi, ölkə prezidentinin imzaladığı qanuna müvafiq icra hakimiyyəti orqanının dəyişiklik aparması yolverilməzdir. Onda beləçıxır ki, parlamentdə təsdiqlənən istənilən qanunu müvafiq icra hakimiyyəti orqanları istədikləri vaxt dəyişə bilərlər.
Qanuna dəyişiklik yalnız parlament vasitəsilə həyata keçirilə bilər. «Büdcə sistemi haqqında» Qanunun 16-cı maddəsi  qanunla təsdiqlənən büdcə göstəricilərinin siyahısını müəyyənləşdirir. Həmin maddənin 16.1 6-cı bəndində yazılır ki, funksional və iqtisadi təsnifata uyğun olaraq paraqraflar səviyyəsində xərclərin məbləği qanunla təsdiqlənir. Bu o deməkdir ki, təsdiqlənən proqnozları məhz qanunla dəyişmək mümkündür. Nəhayət, hökumətə büdcənin icrası gedişində xərclərin az və ya artıq icra olunmasına hüquqi qadağa qoyulmur. Faktiki xərclər dəyişə bilər. Amma proqnozların qanunla təsdiqlənən variantı mütləq saxlanmalıdır ki, hökumətin büdcəni necə icra etməsi aydın görünsün. Əks halda, büdcəni hökumət elə özü təsdiqləyib, icra prosesində də istədiyi dəyişikliklərə apara bilər. Proqnozları parlamentdənkənar dəyişməyə qanun imkan verirdisə, onda niyə axır 4 ildə may ayında dürüstləşdirilmiş büdcə haqda qanunlar Milli Məclisə təqdim olunurdu?

Yeri gəlmişkən, 2009-cu ilin büdcəsinə də dəyişikliklər gözlənilirdi. Əldə etdiyimiz məlumatlara görə, cari ilin büdcəsi qanun şəklində parlamentə çıxarılmaya bilər. 2008-ci ilin timsalında artıq  presedent yaranıb - büdcənin xərc və gəlirlərinin ümumi məbləği dəyişdirilmədən il boyu icra prosesində ayrı-ayrı funksional bölmələr arasında hökumət dəyişikliklərə apara bilər. Fikrimcə, bunun parlamentin büdcə ilə bağlı səlahiyyətlərinin icra hakimiyyəti orqanı tərəfindən mənimsənilməsinə şərait yaradıb-yaratmaması araşdırılmalıdır».  

 
Vergi borcları şişir… 

Dövlət büdcəsinə vergi borcları 2008-ci il ərzində 55,4 faiz və ya 1,484 milyard manat artaraq 4,166 milyard manata çatıb. Borcların 2,871 milyard manatı (69%-i) milli sahibkarlıq subyektlərinin, 1,262 milyard manatı (30,3%-i) dövlət, 33 milyon manatı (0,7%-i) isə xarici və birgə müəssisələrin payına düşüb. Diqqət yetirək: yerli özəl sektorun vergi borcları onun faktiki vergi ödənişlərindən (təxminən 1 milyard manat) təxminən 3 dəfə çoxdur. Dövlət sektorunun vergi borcları bu sektorun faktiki vergi ödənişlərinin 80 faizinə barabərdir. Amma qeyri-neft sektorunda fəaliyyət göstərən xarici və birgə müəssisələrin vergi borcları bu təsərrüfat subyektlərinin faktiki vergi ödənişlərinin (447,4 milyon manat) cəmi 7,3 faizini təşkil edir. Müqayisələrdən aşkar görünür ki, xarici sahibkarlar milli qanunvericiliyimizə daha fəal əməl edirlər. Başqa bir maraqlı müqayisə: 2008-ci ildə hökumətin sahibkarlardan almalı olduğu vergi borclarının həcmi az qala Neft Fondundan transfertlərin məbləğinə çatır. Bəlkə ictimai qınaq üçün həmin böyük borcluların adları müntəzəm Vergilər Nazirliyinin saytında yerləşdirilsin?                  
 
Dövlət şirkətləri büdcəyə ödədiklərini necə geri alır

9 iri dövlət şirkəti dövlət büdcəsinə 1,6 milyard manat vergi ödəyib. Amma il ərzində həmin şirkətlərdən 7-i («Azərsu», ARDNŞ, «Azərenerji», «Azəriqaz», «AzAL», Dövlət Dəmir Yolu və Rabitə Nazirliyi) investisiya xərcləri formasında dövlət büdcəsindən 1,2 milyard manatdan artıq vəsait alıblar. Belə çıxır ki, böyük şirkətlərin real büdcə ödənişləri 400 milyon manatdan da azdır. Ən ciddi maraq doğuran məqamlardan biri ARDNŞ-nin nizamnamə kapitalının artırılması adı altında bir ildə büdcədən 600 milyon manat vəsait almasıdır. 2008-ci ilədək şirkət əvəzləşdirmə üsulu ilə dolayı subsidiya formasında büdcə ödənişlərini azaldırdı. Enerci daşıyıcılarının qiymətinin artımından sonra əvəzləşdirmə üsulu «nizamnamə kapitalının artırılması» metodu ilə əvəzləndi. İstənilən halda hər iki üsul vahid məqsədə xidmət edir – şirkətin büdcəyə ödədiklərinin bir hissəsini geri almaq. Təsəvvür edin ki, illik dövriyyəsi 10 milyard manatı ötən şirkətin real büdcə ödənişləri 750 milyon manata güclə çatır.

 
2008-ci ilin büdcə hesabatında nələr çatmır?

Əslində büdcə hesabatı elə tərtib olunmalıdır ki, parlamentarilər orada əks olunan məlumatlar əsasında büdcə vəsaitlərindən istifadə vəziyyətini, xərclərin səmərəliliyini, iqtisadiyyatın vergi potensialından nə dərəcədə dolğun istifadə olunduğunu qiymətləndirə bilsin. Odur ki, büdcə hesabatı sənədinə hökumət aşağıdakı əlavələri daxil etməli idi:

Əvvəla büdcənin icrasına dair hesabat həmin il üzrə büdcənin təsdiqləndiyi büdcə zərfi formasında parlamentə təqdim olunmalıdır. Yalnız bu halda millət vəkilləri icranın onların təsdiqlədiyi varianta uyğun olub-olmadığını, icra hakimiyyəti orqanlarının icra zamanı büdcənin funksional, təşkilati və iqtisadi təsnifatında apardıqları dəyişiklikləri izləyə, hesabatın müzakirəsi zamanı bu kənarlaşmalırn səbəblərini aydınlaşdırmağa təşəbbüs gösrətərə bilərlər.
Büdcənin və Prezidentin ehtiyat fondlarından xərclənən vəsaitlərin hər bir istiqaməti üzrə siyahını özündə əks etdirən sənəd. İndiki variantda fondların məbləği və görülən işlərin təxmini siyahısı verilir, amma hər bir tədbirə nə qədər vəsaitin daxil olduğu görsənmir;
Hər bir rayon üzrə gəlir və xərclərin strukturu göstərilməklə proqnozlaşdırılan və icra olunan yerli gəlir və xərclər. Doğurdan da millət vəkillərinin öz seçildiyi rayonda gəlir və xərclərin icra vəziyyəti barədə səhih məlumatı olmadan dövlət büdcəsini müzakirə etməsi olduqca təəccblü görünür;
İcra olunmuş investisiya layihələrinin tam siyahısı (hər bir layihə üzrə məbləğlər və layihənin icra olunduğu məkan göstərilməklə);
Büdcə fondları (Dövlət meşələrinin qorunub saxlanılması və təkrar istehsalı fondu, Dövlət təbiəti mühafizə ehtiyat fondu) barədə (onların gəlrilərinin həcmi və növləri, xərclərinin həcmi və istiqamətləri) barədə əlavə;
Budcədənkənar gəlirlərin ümumi həcmini, mənbələr və təşkilatlar üzrə məbləğini (məsələn dövlət təhsil müəssisələri ödənişli təhsildən nə qədər qazanıb, Dövlət Yol polisi cərimələr ödənişli fəaliyyətdən nə qədər vəsait formalşıdırıb və s.), həmin vəsaitlərin istifadəsinə dair vəziyyəti özündə əksi etdirən əlavə; edilməsi
Avtomobil məqsədli büdcə fonduna daxilolmaların tədiyyə növləri üzrə məbləğlərini, fondun rayonlar üzrə xərclənmə istiaqamətlərinə dair məlumatları əks etdirən xüsusi əlavə.
 
Büdcədə şəffaflığın artırılması baxımından bu siyahını kifayət qədər uzatmaq olardı. Amma yaxın bir neçə ildə deputatlar bu məlumtları hökumətdən almağa nail olsalar, davamını da yazmaq olar……   
 
P.S. Yazıdakı bütün faktlar üç mənbədən – hökumətin 2008-ci il üzrə fəaliyyətinə dair hesabatdan, 2008-ci il büdcənin icrasına dair qanun layihəsindən və Hesablama Palatasının büdcənin icrasına dair rəyindən götürülüb. 
Tarix: 27 May 2009  |  Baxış sayı: 463




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV