Ana səhifə | Biz kimik? | Layihələr | Nəşrlər | Linklər | Əlaqə
AZ | EN | RU
ELANLAR

Bələdiyyələrin İnkişafı Naminə QHT Alyansı

Azərbaycanda yerli özünüidarənin problemlərindən yazan jurnalistlər üçün
təlim keçirir.


Təlim yoxsulluğun azaldılmasında və yerli sosial problemlərin həllində gender büdcələşməsinin və bələdiyyələrin rolu məsələlərinin mətbuatda işıqlandırılması sahəsində jurnalistlərin bilik və bacarıqlarının artırılması məqsədi daşıyır.


(davamı)
VALYUTA
  1 USD 0.7863
  1 EUR 1.0307
  1 RUB 0.1302
  1 GBP 0.0996
  100 JPY 0.2089
26.01.2012 00:55
SORĞU
Bələdiyyəyə əmlak vergisi ödəyirsinizmi?
Bəli, ödəyirəm
Xeyr, çünki yığan yoxdur
Xeyr, çünki bələdiyyəyə inamım azdır
Deyə bilmərəm
NƏŞRLƏR
TəDQIQATLAR


Bələdiyyələrin maliyyə
imkanlarının artırılması:
Fiziki şəxslərdən əmlak vergisi üzrə
 vergi bazasının təkmilləşdirilməsi




Azərbaycanda orta təhsil sisteminin Cənubi Qafqaz, Baltik və Şərqi Avropa ölkələrilə müqayisəli tədqiqi


Azərbaycan Kənd Bələdiyyələri
Assosiasiyasının fəaliyyətinin
qiymətləndirilməsinə dair
TƏDQİQAT HESABATI



Azərbaycanda bələdiyyə mülkiyyətində olan torpaqların hərrac və müsabiqələr vasitəsilə satılması və icarəyə verilməsi mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı TÖVSİYƏLƏR


Büdcənin parlament müzakirələri:
beynəlxalq təcrübədən Azərbaycan
üçün çıxan dərslər


Azərbaycanda bələdiyyələrin gücləndirilməsinə dair Konsepsiya


2010-cu il dövlət büdcəsi layihəsi barədə Milli Büdcə Qrupunun RƏYİ


"Paytaxt yerliözünüidarəetməsi: beynəlxalq təcrübə və Bakı şəhəri üçün təklif olunan özünüidarə sistemi"


Bələdiyyə torpaqlarının satışı və icarəsi ilə bağlı hərrac və müsabiqələrin monitorinqi



Büdcənin parlament müzakirələri: beynəlxalq təcrübədən Azərbaycan üçün çıxan dərslər

Parlament hökumətin maliyyə fəaliyyəti üzərində nəzarəti təmin edən mühüm institutdur. Lakin büdcə prosesində parlamentin iştirakçılıq səviyyəsi müxtəlif ölkələrdə bir-birindən əhəmiyyətli dərəcədə fərqlənir. Bir qayda olaraq demokratik cəmiyyətlərdə qanunverici orqanın büdcə qərarlarına təsiri nə qədər güclüdürsə, avtoritar dövlətlərdə bu cür təsir mexanizmləri tamamilə formal xarakter daşıyır.   

Hazırda dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan istənilən ölkəsində büdcə layihəsinin təsdiqi, büdcənin icrasına nəzarət və icraya dair hesabatın dinlənilməsi funksiyası bilavasitə parlamentə məxsusdur. Yanaşma eynidir: icra hakimiyyəti qarşıdakı dövrdə öz funksiyalarını reallaşdırmaq üçün ona lazım olacaq maliyyə resurslarını layihə formatında qanunverici orqana təqdim edir, sonuncu sənədi müzakirədən keçirib təsdiqləyir, özünün formalaşdırdığı audit orqanı vasitəsilə maliyyə ili ərzində büdcənin icrasını izləyir, nəhayət il başa çatdıqdan sonra hökumətin büdcə hesabatını təftiş edir. Lakin araşdırmalar göstərir ki, prosedurların eyniliyi bəzi hallarda formal xarakter daşıyır və ayrı-ayrı ölkələrdə parlamentin büdcə qərarlarına təsiri kəskin fərqlənir. Bu cür fərqin xeyli sayda səbəblərini sadalamaq mümkündür. Məsələn, hansısa ölkədə qanunverici orqanın büdcə layihəsini dəyişdirmək səlahiyyəti yoxdur, yaxud həmin səlahiyyətin praktikada tətbiqinə qarşı son dərəcə sərt məhdudiyyətlər mövcuddur. Bu halda parlamentin büdcə müzakirələri formal xarakter daşıyır və deputatların büdcə müzakirələrində səsləndirdiyi təkliflər büdcənin parametrlərininin dəyişdirilməsi baxımından əhəmiyyət daşımır. Başqa bir nümunədə büdcə müzakirələrinin müddəti kifayət qədər qısadır və belə şəraitdə büdcə sənədinin işlənməsində millət vəkillərinin geniş iştirakçılığını təmin etmək, onları narazı salan bütün məqamları müzakirəyə çıxarmaq, həmin məqamlar ətrafında qızğın parlament debatının təşkilinə nail olmaq mümkünsüzləşir. Nəhayət, müəyyən qrup ölkələrdə parlamentə təqdim olunan büdcə məlumatları deputatların müzakirələrdə fəal və peşəkar iştirakını stimullaşdırmır. Çünki istənilən ölkədə qanuvericilik təmsilçilərinin çox az hissəsi mürəkkəb büdcə sənədlərindən baş çıxara bilir. Ona görə də hökumət büdcə zərfinə daxil olan sənədlərin tərkibini, həmin sənədlərdə əks olunan informasiyaların təqdimatını elə müəyyənləşdirməlidir ki, iqtisadçı olmayan hər bir deputat büdcənin «dilini» anlaya bilsin, zərfdəki göstəricilərin məlumat tutumu və faydalı istifadə əmsalı daha yüksək olsun.

Beləliklə, bu tədqiqatda büdcə müzakirələrinin reqlamentləşdirilməsi və parlamentin büdcə informasiyalarına əlçatanlığı sahəsində müxtəlif ölkələrin təcrübəsi təqdim olunur.

Bu tədqiqat Milli Büdcə Qrupunun 2009-cu il strategiyasına uyğun olaraq İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin həyata keçirdiyi “Parlamentlə işin gücləndirilməsi yolu ilə büdcənin parlament müzakirələrinin səmərəliliyinin artırılması” layihəsi çərçivəsində yerinə yetirilmişdir


Sənədlə tanış olmaq üçün buradan yükləyin

Tarix: 21 Dekabr 2009  |  Baxış sayı: 719




© Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə "İqtisadi Forum"a istinad mütləqdir.
EKSPERT RƏYİ
Rövşən AĞAYEV
İTYİB-nin sədr müavini
«Bənövşəyi» siyasət (YENİ)

.... Və məmurların udmaq istədiyi taksi biznesi

Azərbaycanda sərnişindaşıma sektoru böyük qanunsuzluqların əsirinə çevrilib. Hər şey avtobuslardan başladı: qısa müddətdə «mədəni xidmət» devizi ilə ayrı-ayrı şəxslərə məxsus kiçik və orta ölçülü avtobuslar paytaxtın küçələrindən kütləvi şəkildə yığışdırıldı, Koreya istehsalı olan iritutmlu avtobuslar sürətlə onları əvəzlədi. Axır 3-4 ildə dövlətin pulu hesabına alınıb, şəxsi biznesə çalışan belə avtobusların sayı 1500-ə çatır. Artıq Bakıda avtobus xidmətləri məmur-sahibkarların inhisarına alınması prosesi baş çatıb. İndi növbə taksilərindi …    


Samir ƏLİYEV
"İqtisadi forum" jurnalının baş redaktoru
Qanundankənar “JEK”lər

Və yaxud sovet idarəçiliyinə əsaslanan mənzil-kommunal təsərrüfatı (ANALİZ)

Son dövrlər Bakı şəhərində fiziki şəxslərdən əmlak vergisinin mənzil-istismar sahələri tərəfindən yığılması təcrübəsi geniş yayılıb. Bu qurumlar öz ərazilərindəki mənzillərin sahiblərinə müraciət edərək onlardan verginin ödənilməsini tələb edirlər. Halbuki bu, birbaşa bələdiyyənin səlahiyyətinə daxildir. Vergini vermək istəməyən sakinlərə mənzil-istismar sahələri yaşayış yerindən arayış verməkdən imtina edir.

Azər MEHTİYEV
İTY İB-in sədri

Neftə əsaslanan inkişaf

Neft Fondundan dövlət büdcəsinə transfertlərin məbləği ildən-ilə artdıqca büdcə gəlirlərinin formalaşmasında Fondun payı da yüksələn xətlə artır. Dövlət büdcəsinin gəlirlərində Fondun transfertlərinin xüsusi çəkisi 2004-cü ildə 8.8 faiz, 2005-ci ildə 7.3 faiz, 2006-cı ildə 15.1 faiz, 2007-ci ildə 9.7 faiz olduğu halda, 2008-ci ildə artıq 35.3 faiz həddində olmuşdur. 2009-cu ildə isə büdcə gəlirlərinin həcminin 50 faizindən çoxunun məhz Fondun transferti hesabına formalaşması gözlənilir.


ARXİV